Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-572/2025 12.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 оğlunun katibliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Sabirabad şəhəri, E.Qənbərov küçəsi, Cavad kənd bərə yolunun yaxınlığında yerləşən 5,31 ha torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-572/2025 nömrəli qərardadları ilə iddia tələbinə “Sabirabad şəhəri, E.Qənbərov küçəsi, Cavad kənd bərə yolunun yaxınlığında yerləşən 5,31 ha torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılması, Sabirabad bələdiyyəsinin iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı Əlikram oğlu (bundan sonra iddiaçı) Sabirabad Bələdiyyəsinə ərizə ilə müraciət edərək şəhərin E.Qənbərov küçəsi-Cavad kəndi bərə yolunun yaxınlığında bələdiyyə mülkiyyətinə aid olan ərazidə kənd təsərrüfatı məqsədi üçün onun xüsusi mülkiyyətinə torpaq sahəsinin satılmasını xahiş etmişdir. Sabirabad rayon Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 №-li qərarı ilə iddiaçıya şəhərin E.Qənbərov küçəsi, Cavad kənd bərə yolunun yaxınlığında yerləşən ərazidə 6 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə (balıqçılıq üçün) onun xüsusi mülkiyyətinə satılması qərara alınmışdır. Adıçəkilən qərarın 2-ci bəndində ayrılmış torpaq sahəsinin 6 ha olmaqla şəhərin E.Qənbərov küçəsinin Cavad kənd-bərə yolunun yaxınlığında iki bəndin arasında yerləşməklə şimaldan Cavad bərə yolu, cənubdan “Villa” adlanan yeməkxana, şərq və qərbdən isə bəndlə əhatə olunması göstərilmişdir. Adıçəkilən qərarın 4-cü bəndinə əsasən satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi torpaqların alqı-satqı qaydalarında qeyd edilmiş torpağın alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilməsi və həmin aktın qeydiyyata alınması ləğv edilmiş X7 Komitəsinin Sabirabad Rayon Şöbəsindən xahiş edilmişdir. Adıçəkilən qərarın 6-cı bəndinə əsasən AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 56 saylı qərarına müvafiq olaraq Sabirabad rayon Kür və Araz çaylarının Bəndatma İdarəsindən qoruyucu bəndləri mühafizə zolağının göstərilməsi barədə rəy verilməsi xahiş edilmişdir. Qeyd olunan qərarın qəbul edilməsinə əsas kimi Sabirabad Rayon Bələdiyyəsinin ümumi iclasının protokolundan çıxarış da tərtib olunmuşdur. Həmin protokoldan çıxarışa ayrılmış torpaq sahəsinin ləğv edilmiş DTXK-nın Sabirabad rayon şöbəsinin müdiri M.İsrəfilov, baş məsləhətçisi İ.Əliyev və Sabirabad bələdiyyəsinin sədri V.Babayev imzası ilə təsdiq edilmiş, yer qurluşu planı tərtib edilmişdir. Bundan əlavə Sabirabad rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar M.V.Qasımov tərəfindən tərtib edilmiş rəydən görünür ki, iddiaçıya ayrılmış əraziyə baxış keçirilmiş, baxış keçirilən ərazinin üzərində kənd təsərrüfatı məqsədi üçün təqdim olunacağı layihə əsasında tikinti işlərinin aparılması ətrafdan keçən digər kommunikasiya obyektlərinin normal fəaliyyətinə maneçilik törətmir və bu əsasdan adıçəkilən ərazidə kənd təsərrüfatı məqsədi üçün tikinti işlərinin aparılması məqsədəuyğun hesab edilmişdir. Bundan başqa Sabirabad Rayon Bələdiyyəsinin sədri Vüqar Babayev və DTXK-nın Sabirabad Rayon Şöbəsinin baş məsləhətçisi İqbal Əliyev ayrılmış 6 ha torpaq sahəsinin hamısının kənd təsərrüfatı və şərti yararsız torpaq sahəsi olmasını tədiq edən xx.xx.2003-cü il tarixli akt tərtib edilmişdir. Həmçinin DTXK-nın Sabirabad Rayon Şöbəsinin müdiri M.İsrəfilov tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli rəydən görünür ki, iddiaçının satın almaq istədiyi 6 ha torpaq sahəsi şərti yarasız torpaq sahəsi olmaqla Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmetidir. “Torpaq islahatı haqqında” AR Qanununun kənd təsərrüfatı məqsədi üçün (balıqçılıq) xüsusi mülkiyyətə satılması məqsədə müvafiqdir. Bundan əlavə DTXK-nın Sabirabad Rayon Şöbəsi tərəfindən tərtib edilmiş 80 №-li arayışdan görünür ki, iddiaçıya satılması nəzərdə tutulmuş 6 ha-dan ibarət torpaq sahəsinin normativ qiyməti ******* manatdır. Bütün bu proseslərdə sonra iddiaçı, Sabirabad Bələdiyyəsi və DTXK-nın Sabirabad Rayon Şöbəsinin iştirakı ilə adıçəkilən 6 ha torpaq sahəsinin iddiaçıya satılması ilə əlaqədar xx.xx.2003-cü il tarixdə Torpaqların alqı-satqısına dair akt tərtib olunmuş və həmin akt Sabirabad şəhəri Torpaq şöbəsində 82 nömrə ilə qeydiyyata alınmışdır. Adıçəkilən sənədləri əldə etdikdən sonra iddiaçı uzun müddət Rusiya Federasiyasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Nəhayət 2020-ci ildə ölkəyə qayıtdıqdan sonra qeyd edilən torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarım dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlərə başlamışdır. Bu müraciətlərdən öncə iddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X5 İstismarı İdarəsinə müraciət etmiş və həmin İdarənin 14 №li xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya ayrılmış 6 ha lorpaq sahəsi həqiqətən də Kür-Araz çaylarının mühafizə bəndlərinin arasında olan sahədə yerləşir. Tərtib olunmuş plandan göründüyü kimi ayrılmış sahədə mühafizə bəndlərin mühafizə zonası nəzərə alınmışdır. Buna əsasən iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına etirazları yoxdur. Bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin 618 №-li, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki. iddiaçıya ayrılmış torpaq sahəsi X12 torpaqları ilə üst-üstə düşmür və buna görə də həmin əraziyə dair iddiaçının hüquqlarının qeydiyyata alınmasına etiraz etmirik. Bundan başqa Azərsu ASC-nin 4 №-li X13 İdarəsinin xx.xx.2023-cü il tarixli, 13-16-9-4/2-01-02/1-78/2023 saylı məktubundan görünür ki, iddiaçıya satılmış 6 ha torpaq sahəsində Azərsu ASC-nin 4 nömrəli X13 İdarəsinin balasından olan D710 mm-lik Saatlı-Sabirabad magistral su xətti keçir. Həmin magistral su xətti Kür çayı boyunca salınmış 1-ci mühafizə bəndinin yamacından 35 metr aralı məsafədə yerləşir (bəndin 30 metrlik qorunma zolağından əlavə 5 metrlik ara məsafəsindən). D710 mm-lik magistral xəttinin mühafizə zonası 10 metrdir (AZDTN 2.11- 1, bənd 13.2.4.1 əsasən D1000 mm-yə qədər olduqda 10 metr qəbul edilməlidir). Sabirabad Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 №-li qərarına əsasən iddiaçıya ayrılmış 6 ha torpaq sahəsinə dair təqdim edilmiş sxematik planda göstərilən koordinatların daxilində 10 metr torpaq sahəsi borunun mühafizə zonasına düşür. Qeyd edilənlərə əsasən 10 metr borunun mühafizə zonası saxlanılaraq digər hissənin vətəndaşın xüsusi mülkiyyətinə dair çıxarışın verilərək qeydiyyata alınmasına etiraz edilməmişdir. İddiaçı tərəfindən 2022-ci ildən başlayaraq cavabdeh inzibati orqana qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qediyyatına alınması ilə bağlı müxtəlif vaxtlarda müraciətlər edilmiş lakin həmin müracitlərin təmin edilməsindən imtina edilmişdir. İmtina iki halla əsaslandırılmışdır. Təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş DTXK tərəfindən cavabdeh inzibati orqana təhvil verilməmişdir. Sabirabad şəhəri F.Qənbərov küçəsi, Cavad kənd bərə yolunun yaxınlığında yerləşən 6 ha torpaq sahəsi Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasında yerləşir və həmin torpaq sahəsində Saatlı Sabirabad magistral su xətti keçir. Birinci halla bağlı qeyd etməliyik ki, yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qanunverciliklə öz üzərinə düşən vəzifələri icra etmiş və bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunverciliyə uyğun olaraq özgəninkiləşdirilməsinə razılıq vermişdir. Həmin sənədlərin arxiv materiallarının cavabdeh orqana təhvil verilməməsi və ya ümumiyyətlə mövcud olmaması iddiaçının problemi deyildir. İddiaçı etimad hüququnun qorunması prinsipinə əssasən tərtib və təqdim olunmuş sənədlər əsasında istifadəsində olan torpaq sahəsinə reyestrdən çıxarışın verilməsini tələb edir. İkinci halla bağlı qeyd ediləməlidir ki, iddiaçı mühafizə zolağına düşmüş torpaq sahəsi istisna olmaqla yerdə qalan torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasını tələb edir. Buna görə də cavabdeh orqanın ikinci imtina halı da formal xarakter daşımışdır. Yuxarıda sadalanan xüsusatlara əsasən məhkəmədən Sabirabad şəhəri, E.Qənbərov küçəsi, Cavad kəndi bərə yolunun yaxınlığında yerləşən 6 ha torpaq sahəsinə dair (həmin ərazidən keçən Saatlı Sabirabad magistral su xəttinin 10 metrlik borunun mühafizə zonası istisna olmaqla) İddiaçı Əlikram oğlunun adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Üçüncü şəxs Sabirabad bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxs Sabirabad bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, onun məhkəmə tərəfindən rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 nömrəli qərarından, aktdan, rəydən və yerquruluşu planından çıxarışdan görünür ki, Sabirabad bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan, şəhərin E.Qənbərov küçəsi, Cavad kənd bərə yolunun yaxınlığında yerləşən ərazidən 6 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə (balıqçılıq üçün) onun xüsusi mülkiyyətinə satılması qərara alınmışdır. Adıçəkilən qərarın 2-ci bəndində ayrılmış torpaq sahəsinin 6 ha olmaqla şəhərin E.Qənbərov küçəsinin Cavad kənd-bərə yolunun yaxınlığında iki bəndin arasında yerləşməklə şimaldan Cavad bərə yolu, cənubdan “Villa” adlanan yeməkxana, şərq və qərbdən isə bəndlə əhatə olunması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3/2- T-0095/04-8/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə (bundan sonra-Ərazi İdarəsi) müraciət etdiyiniz zaman qarşılaşdığınız çətinlik barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və birbaşa İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətlərinizə (daxilolma qeydiyyatı: 3-21/1-T-2172/3-39/2023, xx.xx.2023-cü il, 3-21/1-T-2172/2-39/2023 xx.xx.2023-cü il, 3-21/1-T-2172/-39/2023 xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizəniz qeydiyyata alınaraq Ərazi İdarəsi tərəfindən icraata götürülmüşdür. Sənədlərin ekspertizası aparılarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təqdim edilmədiyi məlum olmuşdur. Odur ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Məlumat üçün bildiririk ki, tərəfinizdən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Eyni zamanda Sabirabad şəhəri, E.Qəmbərov küçəsi, Cavad kəndi bərə yolunun yaxınlığında yerləşən 6,0 ha torpaq sahəsi Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasında yerləşir və həmin torpaq sahəsindən (Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasından) Saatlı-Sabirabad magistral su xətti keçir. Qeyd olunanlar barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-552/2023 nömrəli imtina məktubu ilə ətraflı məlumat verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin inzibati binasında (ünvan: Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 135) vətəndaşların qəbulu həyata keçirilir. Vətəndaşların qəbulu qrafiki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Şəxsiyyətinizi təsdiq edən sənədlə müraciət edəcəyiniz təqdirdə qəbul edilməyiniz təmin olunacaqdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3/2- T-0095/06-8/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad şəhəri, E.Qəmbərov küçəsi, Cavad kəndi bərə yolunun yaxınlığında yerləşən 6,0 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı ilə bağlı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və birbaşa, həmçinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə daxil olmuş müraciətlərinizə (daxilolma qeydiyyatı: 3-21/1-T-2172/4-39/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizəniz qeydiyyata alınaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən icraata götürülmüşdür. Aparılan araşdırma zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Məlumat üçün bildiririk ki, tərəfinizdən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan torpaq sahəsinin Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasında yerləşdiyi və həmin torpaq sahəsindən (Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasından) Saatlı-Sabirabad magistral su xəttinin keçdiyi müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən müraciətinizin icrasını təmin etmək mümkün olmamış və bu barədə sizə 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-552/2023 nömrəli məktubla ətraflı məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-T-0095-8/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə (bundan sonra-Ərazi İdarəsi) müraciət etdiyiniz zaman qarşılaşdığınız çətinlik barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətinizə (daxilolma qeydiyyatı: Ne3-21/3-5-14269/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizəniz qeydiyyata alınaraq Ərazi İdarəsi tərəfindən icraata götürülmüşdür. Sənədlərin ekspertizası aparılarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təqdim edilmədiyi məlum olmuşdur. Odur ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Məlumat üçün bildiririk ki, tərəfinizdən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Eyni zamanda Sabirabad şəhəri, E.Qəmbərov küçəsi, Cavad kəndi bərə yolunun yaxınlığında yerləşən 6,0 ha torpaq sahəsi Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasında yerləşir və həmin torpaq sahəsindən (Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasından) Saatlı-Sabirabad magistral su xətti keçir. Qeyd olunanlar barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2- 552/2023 nömrəli imtina məktubu ilə ətraflı məlumat verilmişdir. Əlavə olaraq bildiririk ki müraciətdə qeyd etdiyiniz şikayət ilə bağlı ətraflı məlumat verildiyi təqdirdə müraciətinizə tərəfimizdən yenidən baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-552/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad şəhəri, E.Qəmbərov küçəsi, Cavad kəndi bərə yolunun yaxınlığında yerləşən 6.0 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı ilə bağlı ********** nömrəli ərizələrinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi idarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Odur ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Məlumat üçün bildiririk ki, tərəfinizdən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Eyni zamanda, Sabirabad şəhəri, E.Qəmbərov küçəsi, Cavad kəndi bərə yolunun yaxınlığında yerləşən 6.0 ha torpaq sahəsi Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasında yerləşir və həmin torpaq sahəsindən (Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasından) Saatlı-Sabirabad magistral su xətti keçir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 618 nömrəli məktubunda qeyd edilmişdir ki, X9 Təsərrüfatı Mərkəzinin rəhbərliyi Sizin xx.xx.2021-ci il tarixdə Mərkəzə daxil olmuş məktubunuza cavab olaraq məlumat verir ki, sizin üçün ayrılmış torpaq sahəsinin Sabirabad rayon Sabirabad Bələdiyyəsinin xəritəsindən çıxarış sənədində qeyd olunan koordinatlar X12 torpaqları ilə üst-üstə düşmür. Odur ki, həmin ərazinin Dövlət Reystr Xidməti tərəfindən hüquqların qeydiyyata alınmasına etiraz etmirik. İş materiallarında olan X5 İstismarı İdarəsi Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 317 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki. idarənin mütəxəsisləri Sizin iştirakınızla təqdim etdiyiniz sənədlərdə qeyd olunmuş 6 (altı) hektar torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Məlum olmuşdur ki. qeyd olunan torpaq sahəsinin dəqiq koordinatları təqdim olunan sənədlərdə öz əksini tapmadığından mühafizə zonasına düşüb-düşməməsi barədə fikir söyləmək mümkün olmamışdır. Bununla yanaşı məktubunuza cavab olaraq bildiririk ki. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2003-cü il 21 avqust tarixli 109 saylı qərarı ilə təsdiq edilmiş “'Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi” Qaydalarının 6.1.5 bəndinə əsasən Kür və Araz çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin mühafizə zonalarının minimum eni onların xarici kənarından 30 metr təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Sabirabad rayon Sabirabad Bələdiyyəsinin Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 13 saylı Ərzai idarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 12 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad Bələdiyyəsinin 11 oktyabr 2002-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı mülkiyyətinə kənd təsərrüfatı məqsədilə satılmış 6 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmasına etiraz etmirəm. İş materiallarında olan "xxxx" ASC-nin 4 №-li Regional Sukanal İdarəsinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-16-9-4/2-01-02/1-78/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin 4 №-li Regional Sukanal İdarəsinə ünvanlanmış 16 yanvar 2023-cü il tarixli 3-21-3-38/2-66/23 nömrəli müraciətiniz əməkdaşlarımız tərəfindən müvafiq qaydada araşdırılmışdır. Bildirirk ki, Sabirabad rayonu E.Qəmbərov küçəsi, Cavad kənd Bərə yolunun yaxınlığında yerləşən İddiaçı Əlikram oğunun xüsusi mülkiyyətinə satılmış 6.0 ha torpaq sahəsindən "xxxx" ASC-nin 4 №-li Regional Sukanal İdarəsinin balansında olan d710 mm-lik Saatlı-Sabirabad magistral su xətti keçir. Həmin magistral su xətti Kür çayı boyunca salınmış birinci mühafizə bəndindinin yamacından 35 metr aralı məsafədə yerləşir (bəndin 30 metrlik qorunma zolağından əlavə 5 metrlik ara məsafəsindən). D710 mm-lik magistral su xəttinin mühafizə zonası 10 metrdir (AZDTN 2.11-1, bənd 13.2.4.1 əsasən d1000 mm-ə qədər olduqda 10 metr qəbul edilməlidir). Sabirabad bələdiyəsinin xx.xx.2002 tarixli №-li 14-li qərarına əsasən İddiaçı Əlikram oğluna ayrılmış 6.0 ha torpaq sahəsinə dair təqdim etdiyiniz sxematik planında göstərilən koordinatların daxilində 10 metr torpaq sahəsi borunun mühafizə zonasına düşür. Odur ki, İddiaçı üçün ayrılmış torpaq sahəsinə dair 4 №-li Regional Sukanal İdarəsinə təqdim etdiyiniz sxematik planın koordinatlarına əsaslanaraq nəzərinizə çatdırırıq ki, 10 metr borunun mühafizə zonası saxlanılaraq digər hissəsinin vətəndaşın xüsusi mülkiyyətinə dair çıxarışın verilərək qeydiyyata alınmasına etiraz etmirik. İş materiallarında olan Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti X5 İstismarı İdarəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüquqi şəxsi 13 savlı Şirvan Ərazi idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad şəhər sakini İddiaçı Sabirabad bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrılmış 6.0 ha torpaq sahəsi həqiqətən Kür- Araz çaylarının mühafizə bəndlərinin arasında olan sahədə yerləşir. Planda göründüyü kimi ayrılmış sahədə mühafizə bəndlərin mühafizə zonası nəzərə alınmışdır. Odur ki, İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına etirazımız yoxdur. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə təqdim etdiyi etirazında qeyd edilmişdir ki, icraatında olan 2-1(120)-4504/2023 saylı xx.xx.2023-cu ıl tarixli sərəncamın icrası ilə əlaqədar bildiririk ki. Talıbov X2 şəhəri, E.Qəmbərov küçəsi, Cavad kəndi bərə yolunun yaxınlığında yerləşən 6.0 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü" sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Məlumat üçün bildiririk ki. iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Eyni zamanda Sabirabad şəhəri, E.Qəmbərov küçəsi, Cavad kəndi bərə yolunun yaxınlığında yerləşən 6.0 ha torpaq sahəsi Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasında yerləşir və həmin torpaq sahəsindən (Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasından) Saatlı-Sabirabad magistral su xətti keçir. Göstərilən səbəbdən müraciətin icrası mümkün olmamışdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedicı sənədlər əsasında aparır və Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən. İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 12-cı maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz edirik. İş materiallarına əlavə olunmuş olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3- 38/2-3027/2024 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir;
1. Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha (faktiki 5.31 ha) torpaq sahəsinin döngə nöqtə koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir.
2. Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha torpaq sahəsinin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxt) və hazırda hüquqi statusu (mülkiyyəti- bələdiyyə), hüquqi rejimi (kateqoriyası- kənd təsərrüfatı təyinatlı torpaqlar), uqodiyası (növü- şərti yararsız torpaqlar) kimi qeyd edilmişdir.
3. Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha (faktiki 5.31 ha) torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında heç bir uyğunsuzluq yoxdur.
4. Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha torpaq sahəsinin yoldan və magistral su boru xəttindən mühafizə zolağı çıxıldıqdan sonra faktiki istifadə vəziyyətinə uyğun 5.31 ha torpaq sahəsi olmaqla hal-hazırda onun istifadəsindədir.
5. Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha (faktiki 5.31 ha) torpaq sahəsinin koordinatları digər şəxslərin istifadəsində, sahibliyində və mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.
6. Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha (faktiki 5.31 ha) torpaq sahəsinin hüdudları (sərhədləri) və koordinatları daxilində heç bir tikili mövcud deyil.
7. Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha (faktiki 5.31 ha) torpaq sahəsinin koordinatları mühafizə-sanitariya zolağına yəni magistral avtomobil yolunun, qaz xəttinin, su boru xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə (qorunma) zolağına düşmür. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/7692 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1 Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha (faktiki 5.31 ha) torpaq sahəsinin döngə nöqtə koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir. 2 Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha torpaq sahəsinin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxt) və hazırda hüquqi statusu (mülkiyyəti-bələdiyyə), hüquqi rejimi (kateqoriyası-kənd təsərrüfatı təyinatlı torpaqlar), uqodiyası (növü-şərti yararsız torpaqlar) kimi qeyd edilmişdir. 3 Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha (faktiki 5.31 ha) torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında heç bir uyğunsuzluq yoxdur. 4 Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha torpaq sahəsinin yoldan və magistral su boru xəttindən mühafizə zolağı çıxıldıqdan sonra faktiki istifadə vəziyyətinə uyğun 5.31 ha torpaq sahəsi olmaqla hal-hazırda onun istifadəsindədir. 5 Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha (faktiki 5.31 ha) torpaq sahəsinin koordinatları digər şəxslərin istifadəsində, sahibliyində və mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. 6 Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha (faktiki 5.31 ha) torpaq sahəsinin hüdudları (sərhədləri) və koordinatları daxilində heç bir tikili mövcud deyil. 7 Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı Əlikram oğluna verilmiş 6 ha (faktiki 5.31 ha) torpaq sahəsinin koordinatları mühafizəsanitariya zolağına yəni magistral avtomobil yolunun, qaz xəttinin, su boru xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə (qorunma) zolağına düşmür. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sabirabad rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 saylı qərarı ilə Sabirabad bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan, şəhərin E.Qənbərov küçəsi, Cavad kənd bərə yolunun yaxınlığında yerləşən ərazidən 6 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə (balıqçılıq üçün) onun xüsusi mülkiyyətinə satılması qərara alınmışdır. Adıçəkilən qərarın 2-ci bəndində ayrılmış torpaq sahəsinin 6 ha olmaqla şəhərin E.Qənbərov küçəsinin Cavad kənd-bərə yolunun yaxınlığında iki bəndin arasında yerləşməklə şimaldan Cavad bərə yolu, cənubdan “Villa” adlanan yeməkxana, şərq və qərbdən isə bəndlə əhatə olunması göstərilmişdir. İddiaçı Əlikram oğlu ona satılmış 6 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən torpaq sahəsinin Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasından) Saatlı-Sabirabad magistral su xəttinin mühafizə zolağına düşdüyü üçün ərizənin təmin olunmasından imtina olunmuşdur. Bundan başqa iş materiallarında olan mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7692 nömrəli ekspert rəyi ilə sözügedən torpaq sahəsinin koordinatlarının mühafizə-sanitariya zolağına yəni magistral avtomobil yolunun, qaz xəttinin, su boru xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə (qorunma) zolağına düşmədiyi müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə işin hallarından müəyyən edir ki, cavabdehin imtinasının və etirazının əsasını mübahisəli torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli olduğu halda rəsmiləşdirilmədiyini, təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmədiyini, həmçinin qeyd olunan torpaq sahəsinin Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasında yerləşdiyi və həmin torpaq sahəsindən (Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasından) Saatlı-Sabirabad magistral su xəttinin keçdiyi mühafizə zonası olduğu təşkil edir edir. Məhkəmə qeyd edir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mülkiyyət hüququnun dövlət qetdiyyatına alınması üçün əsas deyil. Ləğv edilmiş X7 Komitəsi müvafiq sənədləri 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməməməsi iddiaçının təqsiri ucbatından olmamışdır, onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına imtina olunması üçün əsas hesab edilməməlidir. Cavabdehin digər dəlili torpaq sahəsinin Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasında yerləşdiyi və həmin torpaq sahəsindən (Kür və Araz çayları boyunca salınmış torpaq bəndlərinin arasından) Saatlı-Sabirabad magistral su xəttinin keçdiyi, torpaq sahəsinin mühafizə zonasında yerləşdiyi qeyd edilsədə "xxxx" ASC-nin 4 №-li Regional Sukanal İdarəsinin 13 saylı Şirvan Ərazi İdarəsinin ayrılmış torpaq sahəsinin sxematik planın koordinatlarına əsaslanaraq qeyd etmişdir ki, 10 metr borunun mühafizə zonası saxlanılaraq digər hissəsinin vətəndaşın xüsusi mülkiyyətinə dair çıxarışın verilərək qeydiyyata alınmasına etiraz etmirlər. Bundan sonra iddiaçı tələbini dəqiqləşdirərək, Sabirabad bələdiyəsinin xx.xx.2002 tarixli №-li 14-li qərarı ilə ona 6,0 ha torpaq sahəsi ayrılsada mühafizə zonası gözlənilməklə fakitiki vəziyyətə yə cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmiş 5,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti X5 İstismarı İdarəsi, X5 İstismarı İdarəsi Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzi iddiaçının torpqa sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına hər hansı etirazlarını olmadıqlarını qeyd etmişdirlər. Məhkəmə hesab edir ki, Sabirabad bələdiyəsinin xx.xx.2002 tarixli №-li 14-li qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini, həmçinin torpaq sahəsinin 5,31 ha hissəsinin mühafizə zonasına düşdüyünü, digər şəxslərin hüquqlarının pozulduğunu cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. Bundan başqa Sabirabad bələdiyəsinin mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiyi məhkəmə tərəfindən müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlillərinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Sabirabad şəhəri, E.Qənbərov küçəsi, Cavad kənd bərə yolunun yaxınlığında yerləşən 5,31 ha torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Sabirabad şəhəri, E.Qənbərov küçəsi, Cavad kənd bərə yolunun yaxınlığında yerləşən 5,31 ha torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Şahəli Musayev