Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-573/2025 19.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin vaxtdan iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik təyin edilməsindən imtina edilməsinin qanunsuz və əsassız hesab edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1635/2024 nömrəli qərardadı ilə “Yardımlı rayon Xəstəxanası” adi cəlb etmə qaydasıdna üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(120)-1635/2024 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(120)-1635/2024 nömrəli qərardadı ilə İddiaçı əlilliyin müəyyən edilməsi üçün iddiaçının müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərardad qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-11337/2024 saylı məktubuna əsasən, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Masallı Rayon Mərkəzi Xəstəxanasının X00114122VHR nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-573/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin vaxtdan iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1975-ci il tarixdə Yardımlı rayonu, Avun kəndində anadan olmuşdur. Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağrılmış və döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü il fevral ayında Xocavənd uğurunda gedən döyüşlərdə mərmi partlayışı zamanı başından travma xəsarəti almış və Hərbi hospitalda müayinə və müalicə olunmuşdur. 06 iyun 2018ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi- Ekspertiza və X2 əyani müayinə olunarkən onun başından aldığı xəsarətlər “ Odlu silah qəlpə yaralanmalarından sonra başın ənsə nahiyyəsində bir ədəd, başın alın nahiyəsinin sağ yarısında bir ədəd , başın alın nahiyyəsinin tüklü hissəsində bir ədəd köhnə çapıq toxumalar” hərbi travma olmaqla Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı müəyyən olunmuşdur. Aldığı həmin xəsarətlər nəticəsində o hər iki gözünün görmə qabilliyətinin 70 faizini itirmişdir. Sonuncu dəfə 12 iyun - 14 iyun 2023-cü il tarixdə həmin diaqnozla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Akademik M.Ə. Mirqasımov Respublika Klinik Xəstəxanası” X10-də müalicə almışdır. Əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə Elektron Göndəriş vasitəsilə müvafiq sənədlər əlavə olunmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi -Sosial Ekspert Komissiyasına müraciət etdi. 16 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi -Sosial Ekspert Komissiyasına əyani şəkildə müayinə olunaraq komissiyadan keçdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi - Sosial Eksperti Komissiyası tərəfindən ona Baş beyin diffuz travması, Keçirilmiş QKB və baş beyin silkələnməsi qalıq əlamətləri diaqnozu qoyularaq əlillik dərəcəsi qoyulmuş və 27 sentyabr 2023-cü il tarixdə ona əsassız olaraq Əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Həmin sənədlər ona elektron göndərişi vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi qanunsuz və əsassız hesab edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş beynin diffuz travması, Keçirilmiş QKB və baş beyin silkələnməsi qalıq əlamətləri.." Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Yardımlı rayon sakini xx.xx.1975-ci il tarixli İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1330 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Odlu silah qəlpə yaralanmasından sonra başın ənsə nahiyəsində bir ədəd, başın alın nahiyəsinin sağ yarısında bir ədəd, başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd köhnə capıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmə, əsəbilik, başağrılarından şikayətlənmişdir. Müayinə zamanı başın təpə nahiyəsində çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi statusda tam adekvat, psixopatoloji simptomatika izlənilməmiş, psixoproduktiv əlamətlər və davranış pozuntuları aşkar edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 469 nömrəli Tibbi Rəyində diaqnoz “Odlu silah qəlpə yaralanmasından sonra başın ənsə, başın alın nahiyyələrinin köhnə çapıq toxumaları. Ensefalopatiya. Kortikal atrofiya. Üzvi mənşəli (KBT) nəticəsində yaranan koqnitiv funksiyaların enməsi. Asteno-nevrotik hal. Ou-miopik astiamatizm. Degenerativ miopiya" kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 1612 nömrəli Tibbi Rəyində diaqnoz “arxa qütbün və ləkənin degenerasiyası. Anopsiva nəticəsində ambliopiya. astiamatizm. Vis OU=0,05 k/i 0.3” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-mürəkkəb miopik astiamatizm. VİS OU=0.05 k/i-0,1 (göstərir DZ: OU- Xəstənin görmə itiliyi obyektiv müayinələrə uvğun devil” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiiəsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat «Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya doJayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin İddiaçı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirmişdir, bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş, barəsində xx.xx.2023-cü il tarixli qərarla əlillik təyin edilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli qərar xx.xx.2023-cü il tarixdə sistemə yerləşdirilmişdir. Bu halda müvafiq inzibati aktın müddətini xx.xx.2023-cü il tarixdən hesablamaq məqsədə müvafiqdir. Bundan qısa müddət sonra, yəni İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsassızdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan (AZE0*******) nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Yardımlı rayonu, Avun kəndində anadan olmuşdur. Yardımlı rayonu, Avun kəndində qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1330 nömrəli qərarına əsasən, Yardımlı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın ənsə nahiyəsində bir ədəd, başın alın nahiyəsinin sağ yarısında bir ədəd, başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd köhnə çapıq toxumalar’' (Azərbaycan Respublikası SHXÇDX-nin Yardımlı rayon bölməsinin xx.xx.2018-ci il tarixli 625 nömrəli göndərişi. xx.xx.2018-ci il tarixli 625 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixii 473 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim- mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır". - İşdə olan 074942 nömrəli müharibə veteranı vəsiqəsindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - İddiaçı barəsində ambulator kitabçadan çıxarış və digər tibbi sənədlər iş materiallarına əlavə edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0001 saylı qərarı ilə “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə İddiaçı barəsində əlillik verilməsindən imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-1635/2024 nömrəli qərardadı ilə, hazırki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2024-cü il tarixli T 481/2024 saylı ekspert rəyinə əsasən, 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir. 1-3,5,7. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “a) Əsas diaqnoz: S06.2keçirilmiş QKBT-sı və baş beyin silkələnməsinin qalıq əlamətləri; b)Ağırlaşma: R25.2-teztez qıcolma tutmaları (ayda 8-10 dəfə); c)Yanaşı xəstəliklər: H35.3-arxa qütbün və ləkənin degenerasiyası, H53.0-anopsiya nəticəsində ambliopiya, H52.2-astiqmatizm” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator- instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində DTSERAda əyani müayinəsi zamanı psixopatoloji simptomatika izlənilməmiş, psixoproduktiv əlamətlər və davranış pozuntuları aşkar edilməmiş, baş beyinin instrumental müayinəsi nəticəsinə əsasən kəllə-beyin travması təsdiqlənməmiş, qeyd olunan məlumat beyin qan dövranında kiçik dəyişiklik kimi dəyərləndirilmişdir. Vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar hazırda əlavə bərpaedici müalicəsinə ehtiyacı yoxdur. Vətəndaş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş natamam, səthi doldurulmuşdur. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(120)-573/2025 nömrəli qərardadı ilə mütəxəssis rəyi verilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 "Respublika Neyrocərrahiyyə Xəstəxanası" X8 xx.xx.2025-ci il tarixli, 18-1-5/2-728/2025 saylı tibbi rəydən görünür ki, vətəndaş İddiaçı ilk dəfə xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və X5 tərəfindən müayinə olunmuşdur. Vətəndaş İddiaçı deməsinə görə, 1994-cü il tarixində Xocavənd uğrunda doyüş zamanı mərmi partlama nəticəsində travma aldığını bildirmişdir. X5 İddiaçı həkim-neyrocərrahın konsultasiyasını məsləhət görmüşdür. Vətəndaş İddiaçı növbəti dəfə xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Aygün Zeynalova tərəfindən müayinə olunmuşdur. Həkim-neyrocərrah A.Zeynalova müayinə zamanı İddiaçı nevrolloji defisit olmadığını, emosional labil olduğunu qeyd etmişdir. Alın və ənsə nahiyəsində çapıq izləri qeyd olunur. İddiaçı təqdim etdiyi 2023-cü il tarixli MRT müayinə nəticəsinə əsasən: “kortikal atrofiya, hər iki yarımkürəsində mikroangiopatik ocaqlar, arxa kəllə çuxurunda 8*10 mm araxnoidal kista” qeyd olunur. Həkim-neyrocərrah A.Zeynalova vətəndaş İddiaçı "Beyin” MRT müayinəsi, sahə üzrə nevroloqun müayinə və müalicəsini tövsiyə etmişdir. Vətəndaş İddiaçı müayinə nəticələrilə birlikdə yenidən xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Aygün Zeynalova tərəfindən müayinə olunmuşdur. xx.xx.2025-ci il tarixli "X9”ndə keçdiyi "Beyin” MRT müayinə nəticəsinə əsasən: “Kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya). Beynin hər iki yarımkürəsində alın-təpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar aşkar edilib. Arxa kəllə çuxurunda orta xətdən sağda 9*12 mm ölçüsündə araxnoidal kista” qeyd edilib. Həkim-neyrocərrah A.Zeynalova İddiaçı nevroloq müayinəsi və bərpa müalicəsini tövsiyyə etmişdir. Vətəndaş İddiaçı sonuncu dəfə xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Aygün Zeynalova tərəfindən müayinə olunmuşdur. Vətəndaş İddiaçı başağrısı, əsəblik, yuxusuzluq, yaddaş pozulmasından əziyyət çəkdiyini bildirmişdir. Həkim-neyrocərrah A.Zeynalova İddiaçı nevroloq müayinəsi və bərpa müalicəsini tövsiyyə etmişdir. Vətəndaş İddiaçı hal-hazırda neyrocərrahi əməliyyata və digər neyrocıərrahi manipulasiyalara göstəriş yoxdur, vətəndaş İddiaçı yaşayış yeri üzrə nevroloqun müalicə və nəzarəti tövsiyyə olunur. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının İddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmuşdır. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki,vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “a) Əsas diaqnoz: S06.2-keçirilmiş QKBT-sı və baş beyin silkələnməsinin qalıq əlamətləri; b)Ağırlaşma: R25.2-tez-tez qıcolma tutmaları (ayda 8-10 dəfə); c)Yanaşı xəstəliklər: H35.3-arxa qütbün və ləkənin degenerasiyası, H53.0-anopsiya nəticəsində ambliopiya, H52.2-astiqmatizm” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator- instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinəsi zamanı psixopatoloji simptomatika izlənilməmiş, psixoproduktiv əlamətlər və davranış pozuntuları aşkar edilməmiş, baş beyinin instrumental müayinəsi nəticəsinə əsasən kəllə-beyin travması təsdiqlənməmiş, qeyd olunan məlumat beyin qan dövranında kiçik dəyişiklik kimi dəyərləndirilmişdir. Vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar hazırda əlavə bərpaedici müalicəsinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 "Respublika Neyrocərrahiyyə Xəstəxanası" X8 xx.xx.2025-ci il tarixli, 18-1-5/2-728/2025 saylı tibbi rəydən görünür ki, vətəndaş İddiaçı ilk dəfə xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və X5 tərəfindən müayinə olunmuşdur. Vətəndaş İddiaçı deməsinə görə, 1994-cü il tarixində Xocavənd uğrunda doyüş zamanı mərmi partlama nəticəsində travma aldığını bildirmişdir. X5 İddiaçı həkim-neyrocərrahın konsultasiyasını məsləhət görmüşdür. Vətəndaş İddiaçı növbəti dəfə xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Aygün Zeynalova tərəfindən müayinə olunmuşdur. Həkim-neyrocərrah A.Zeynalova müayinə zamanı İddiaçı nevrolloji defisit olmadığını, emosional labil olduğunu qeyd etmişdir. Alın və ənsə nahiyəsində çapıq izləri qeyd olunur. İddiaçı təqdim etdiyi 2023-cü il tarixli MRT müayinə nəticəsinə əsasən: “kortikal atrofiya, hər iki yarımkürəsində mikroangiopatik ocaqlar, arxa kəllə çuxurunda 8*10 mm araxnoidal kista” qeyd olunur. Həkim-neyrocərrah A.Zeynalova vətəndaş İddiaçı "Beyin” MRT müayinəsi, sahə üzrə nevroloqun müayinə və müalicəsini tövsiyə etmişdir. Vətəndaş İddiaçı müayinə nəticələrilə birlikdə yenidən xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Aygün Zeynalova tərəfindən müayinə olunmuşdur. xx.xx.2025-ci il tarixli "X9”ndə keçdiyi "Beyin” MRT müayinə nəticəsinə əsasən: “Kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya). Beynin hər iki yarımkürəsində alın-təpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar aşkar edilib. Arxa kəllə çuxurunda orta xətdən sağda 9*12 mm ölçüsündə araxnoidal kista” qeyd edilib. Həkim-neyrocərrah A.Zeynalova İddiaçı nevroloq müayinəsi və bərpa müalicəsini tövsiyyə etmişdir. Vətəndaş İddiaçı sonuncu dəfə xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Aygün Zeynalova tərəfindən müayinə olunmuşdur. Vətəndaş İddiaçı başağrısı, əsəblik, yuxusuzluq, yaddaş pozulmasından əziyyət çəkdiyini bildirmişdir. Həkim-neyrocərrah A.Zeynalova İddiaçı nevroloq müayinəsi və bərpa müalicəsini tövsiyyə etmişdir. Vətəndaş İddiaçı hal-hazırda neyrocərrahi əməliyyata və digər neyrocıərrahi manipulasiyalara göstəriş yoxdur, vətəndaş İddiaçı yaşayış yeri üzrə nevroloqun müalicə və nəzarəti tövsiyyə olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəylərini mötəbər sübut olaraq qəbul edir və hesab edir ki, iddiaçıda aşkar edilmiş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğunluq təşkil etmədiyi üçün və funksional pozuntu əlillik səviyyəsində dəyərləndirilmədiyi üçün ona əlillik təyin edilməməlidir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş X00114122VHR saylı, xx.xx.2023-cü il tarixli göndərişlə göndərilmiş (forma 088 saylı arayışda) qeyd olunan xəstəliklər (XBT kodu üzrə əsas xəstəliklər-H52.2, S06.2, yanaşı xəstəlik H53.0, H35.3, ağırlaşma R25.2) üzrə müalicələr qəbul etsə də, xəstəliyinin xroniki olması, xəstəliyin ağırlıq dərəcəsinin orta ağır olması göstərilmişdir. Bu qənaət, həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir... Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X8 xx.xx.2025-ci il tarixli, 007375 saylı ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı barəsində keçirilmiş kəllə beyin travması, ənsə və alında çapıq toxumaları, hər iki yarımkürədə alın təpə paylarında mikroağrı patik ocaqlar, herosulerotiv ensifilopatiya. Arxa kəllə çuxurunda araxnodial kista bərpa atrofiyası xəstəlikləri göstərilmiş, lakin XBT kodu üzrə diaqnoz qoyulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 6-cı bölməsində “6. Sinir sistemi xəstəlikləri” barədə məlumat ətraflı göstərilmişdir. Belə ki, müvafiq bölmədə aşağıdakılar qeyd edilmişdir:
6.1. S [95] Başın travmaları 02-S09 T Baş və boynun açıq yaraları 01.0 Baş və boyun nahiyəsinin sınıqları T 02.0 Baş beynin və kəllə sinirlərinin, onurğa T beynin və boyun səviyyəsində digər sinirlər ilə 06.0 müştərək travmaları T Başın travmalarının nəticələri 90 M Yumşaq toxumalarda qalmış yad cisim 79.5 Anensefaliya və buna oxşar inkişaf Q qüsurları 00 Q Ensefalosele 01 Q Mikrosefaliya 02 Q Anadangəlmə hidrosefaliya 03 Beynin digər anadangəlmə inkişaf Q qüsurları 04 Q Spina bifida 05 Onurğa beynin digər anadangəlmə Q inkişaf qüsurları 06 Sinir sisteminin digər anadangəlmə Q inkişaf qüsurları 07 Kəllə və üz sümüklərinin digər Q anadangəlmə inkişaf qüsurları 75 Vegetativ (avtonom) sinir sisteminin G pozuntuları 90 G Hidrosefaliya 91 G Toksiki ensefalopatiya 92 Qiymətləndirmə 6.1. ümumi beynin mülayim pozuntuları ilə 4 1 il
1. baş beynin əzilməsi, kontuziyası 0-60 ümumi beynin təzahür edən 6.1. 6 2 il pozuntuları ilə baş beynin əzilməsi,
2. 5-80 kontuziyası 6.1. 3 1 il baş beynin əzilməsi, kontuziyası
3. 5 6.1. psixi təzahür edən pozuntularla baş 6 2 il
4. beynin əzilməsi, kontuziyası 5-80 6.1. vegeto-damar mülayim pozuntuları ilə 4 1 il
5. baş beynin əzilməsi, kontuziyası 0 vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, 6.1. 5 2 il kontuziyası tez-tez baş verən paroksizmal
6. 0-60 vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə 6.1. 8 müdd beyin maddəsində yad cismin olması
7. 0 ətsiz 6.1. 5 2 il ventrikuloperitoneal şuntlama
8. 0 6.1. anadangəlmə inkişaf qüsurlarının ağır 9 müdd
9. formalarında 0 ətsiz 6.1. müvazinətin və koordinasiyanın
10. pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) G Hentinqton xəstəliyi 10 G irsi ataksiya 11 sinir və sümük-əzələ sisteminə aid R olan simptomlar və nişanələr 25-R29 Qiymətləndirmə başgicəllənmə, koordinasiyanın və 6.1. tarazlığın, iradi motorikanın mülayim 3 1 il 10.1. pozuntusu, piramid çatışmazlıq əlamətləri, o 5-60 cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və 6.1. tarazlığın, iradi motorikanın əhəmiyyətli 6 2 il 10.2. pozuntusu, piramid çatışmazlıq əlamətləri, o 5-80 cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə müdd 6.1. 8 pozuntusu, piramid çatışmazlıq əlamətləri, o 10.3. 5-100 ətsiz cümlədən yürüşün və sərbəst durmanın itirilməsi 6.2. Mərkəzi sinir sisteminin G miеlinsizləşmə ilə gеdən xəstəlikləri 35-G37 6.2. dağınıq skleroz G 1.[96] 35 kəskin disseminə olunmuş G mielinsizləşmənin digər forması 36 mərkəzi sinir sisteminin digər G mielinsizləşmə xəstəlikləri: 37 Qiymətləndirmə 6.2. başgicəllənmə, koordinasiyanın və 3 müdd 1.1. tarazlığın, kiçik çanaq orqanlarının 5-60 ətsiz funksiyalarının, iradi motorikanın mülayim pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları, EDSS şkalası üzrə 3-4.5 bal 6.2. başgicəllənmə, koordinasiyanın və 6 müdd 1.2. tarazlığın, kiçik çanaq orqanlarının 5-80 ətsiz funksiyalarının, iradi motorikanın əhəmiyyətli pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları, EDSS şkalası üzrə 5-7 bal[97] 6.2. başgicəllənmə, koordinasiyanın və 8 müdd 1.3. tarazlığın, kiçik çanaq orqanlarının 5-100 ətsiz funksiyalarının, iradi motorikanın ağır dərəcədə pozuntusu, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi, EDSS şkalası üzrə 7,5-9,5 bal[98] 6.2. koqnitiv funksiyanın, eləcə də kortikal 2.[99] funksiyaların pozulması ilə müşahidə olunan R sinir sistemi xəstəlikləri (nitq və səs (afaziya, 47-R48 apraksiya, aqnoziya formasında) pozuntuları ilə) Qiymətləndirmə 6.2. mülayim pozuntular (mülayim afaziya, 3 1 il 2.1. mülayim kommunikativ pozuntularla) 5-60 6.2. təzahür edən pozuntular (təzahür 6 2 il 2.2. edən afaziya, təzahür edən kommunikativ 5-80 pozuntularla) 6.3. Əzələlərin və sinir-əzələ sinapsının xəstəlikləri 6.3. myasthenia gravis və sinir-əzələ G 1.[100] sinapsının digər pozuntuları 70 spinal əzələ atrofiyası və oxşar G sindromlar 12 əzələlərin ilkin zədələnməsi G 71 Qiymətləndirmə orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3-4 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında aktiv hərəkətlərin amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, mil-bilək oynağında 30-40 dərəcəyə, bud-çanaq oynağında 15-20 dərəcəyə, diz oynağında 6.3. 3 2 il [101] 16-20 dərəcəyə, aşıq-baldırda 14-18 1.1. 5-60 dərəcəyə qədər məhdudlaşması, xırda cisimlərin tutulmasının çətinləşməsi (böyük barmağın distal falanqasının 4-cü barmağın əsasına qədər çatması, barmaqların yumruğa yığılmasının məhdudlaşması – barmaqların distal falanqalarının ovuca 1-2 sm çatmaması) ilə), mülayim statodinamik pozuntular 6.3. təzahür edən əzələ zəifliyi (əzələ 6 müdd 1.2. gücünün 2-3 bala qədər azalması, yuxarı 5-80 ətsiz ətraflarda aktiv hərəkətlərin amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, barmaqların yumruğa yığılmasının təzahür edən dərəcədə məhdudlaşması (barmaqların distal falanqalarının ovuca 3-4 sm çatması), yuxarı ətrafın əsas funksiyasının pozulması (xırda cisimlərin tutulması, böyük cisimlərin isə uzunmüddətli və səlis tutulmasının qeyrimümkünlüyü) və ya aşağı ətrafların bütün oynaqlarında aktiv hərəkətlərin amplitudasının təzahür edən məhdudlaşması ilə (bud-çanaq oynağında 20 dərəcəyə, diz oynağında 10 dərəcəyə, aşıq-baldırda 6-7 dərəcəyə qədər), əhəmiyyətli təzahür edən statodinamik pozuntular[102] 6.3. əhəmiyyətli təzahür edən əzələ zəifliyi 8 müdd 1.3. (əzələ gücünün 1 bala qədər azalması, 5-100 ətsiz sərbəst hərəkətin qeyri-mümkünlüyü), statodinamik funksiyanın təzahür edən pozuntusu ilə nəticələnmə (hərəkət etmək, əlləri istifadə etmək qabiliyyətinin olmaması, yuxarı ətrafın əsas funksiyasının pozuntusu, kiçik və böyük cisimlərin tutulması və saxlanılmasının qeyri-mümkünlüyü, mahiyyətcə yataq xəstəsi) 6.4. Serebral iflic Göründüyü kimi, İddiaçı aşkar edilmiş “keçirilmiş kəllə beyin travması, ənsə və alında çapıq toxumaları, hər iki yarımkürədə alın təpə paylarında mikroağrı patik ocaqlar, herosulerotiv ensifilopatiya. Arxa kəllə çuxurunda araxnodial kista bərpa atrofiyası” xəstəliyi üzrə əlillik təyinatına əsas olan məlumat öz əksini tapmamışdır. Əlilliyinin təyin olunmasını tənzimləyən qüvvədə olan normativ hüquqi aktdan görünür ki, şəxsə əlillik yalnız o halda təyin ola bilər ki, onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 2-ci bölməsində “Qan dövranı sisteminin xəstəlikləri” barədə məlumatda göstərilən xəstəliklərin əhatə dairəsinə aid olsun. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin vaxtdan iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” müvafiq bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova