Məhkəmə qərarları › İş №2-1(120)-575/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-575/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-575/2021 09.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı “Ağsu Sutikinti” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Ağsu Sutikinti” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı Ərazi Vergilər idarəsinə qarşı “səyyar vergi yoxlanması aktının ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı “Ağsu Sutikinti” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı Ərazi Vergilər idarəsinə qarşı “səyyar vergi yoxlanması aktının ləğv olunması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı X5 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı X5 nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı “Ağsu Sutikinti” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 işin ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinə xahiş etdi. Məhkəmə iddianın ərazi aidiyyətini müəyyən edərək qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı X5 ünvanı Şamaxı şəhərinin dislokasiyasında yerləşdiyindən, hazırkı iddia ərazi aidiyyəti baxımından Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “Ağsu Sutikinti” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi xx xxxxxx 2021-ci il tarixli, 4 nömrəli ərizədə qeyd edilmişdir ki, İddiaçı “Ağsu Sutikinti” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı Ərazi Vergilər idarəsinə qarşı “səyyar vergi yoxlanması aktının ləğv olunması” tələbinə dair iddia ərizəsi səhvən Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Hansı ki, həmin iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə verilməli idi. Odur ki, inzibati işin aidiyyatı üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X5 məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********397000 nömrəli vəsatətindən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 575/2021 saylı inzibati iş üzrə iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62. maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi X1rşı işüzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" xx xxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsində tələbin yönəldiyi cavabdehi düzgün qeyd etsə də, iddia ərizəsini ərazi aidiyyəti üzrə düzgün verməmişdirlər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 2.2.3. maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1. maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 8.1.3. maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iş materiallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası «məcburetmə haqqında» iddia növünə aiddir. İddiaçı mülki şəxs olduqlarından, həmçinin onunla cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibətləri mövcud olmadığından (əvvəllər də belə münasibət mövcud olmamışdır) inzibati işin aiddiyəti İPMin 8.1.4. maddəsinə əsasən həll edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Şamaxı rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Odur ki, məhkəmə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı X5 hüquqi ünvanı Şamaxı şəhəri, Bakı-Qazax yolu 118-ci km olduğundan və Şamaxı şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 8.2. maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəməəsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 8, 23 və 85. maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “Ağsu Sutikinti” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı Ərazi Vergilər idarəsinə qarşı “səyyar vergi yoxlanması aktının ləğv olunması” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar