Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-577/2022 27.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-577/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-577/2022 nömrəli qərardadı ilə X4 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 18.0 ha torpaq sahəsi 99 il müddətinə verilmişdir. Hazırda torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi xx.xx.2021-ci il tarixli, **********19 nömrəli məktubla onun torpaq sahəsinin üzərində başqa şəxsə məxsus tikilinin olmasının müəyyən edilməsini əsas gətirərək, ərizəsinin icrasında imtina etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə iddiaçının, üçüncü şəxsin və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, İmişli şəhər sakini İddiaçı İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 18,0 (on səkkiz) hektar torpaq sahəsinin icarəçiyə 99 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan icarəyəverən İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsi ilə icarəçi İmişli şəhər sakini İddiaçı arasında bağlanmış 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən və torpaq sahəsinin planının təsdiq olunmuş surətindən görünür ki, icarəyəverən 18,0 (on səkkiz) hektar torpaq sahəsini icarəçiyə 99 il müddətinə icarəyə verir. Torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş və həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan İmişli rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin rəyinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətindən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 18,0 (on səkkiz) hektar torpaq sahəsi Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi göstərilən məqsəd üçün verilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2008-ci il tarixli, 230 nömrəli sərəncamın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı müraciətinin nəzərə alınması və ona Bəhrəmtəpə qəsəbəsi ərazisindəki bələdiyyə mülkiyyətindən icarəyə ayrılmış 18 ha torpaq sahəsinin 2.5 hektarında tikintinin layihəsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Baş Ekspertiza idarəsindən rəy alındıqdan sonra kənd təsərrüfatı məhsullarının istehsalı və emalı obyektlərinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan 24 sentyabr 2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********19 nömrəli məktubundan görünür ki, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə xx.xx.2021-ci il tarixli, ********** nömrəli müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2957 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və yerləşmə konfiqurasiyasının mülki iş materialına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhrəmtəpə bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxemə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi xx.xx.2007-ci ildə mülkiyyət növü bələdiyyə olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qərardadın üçüncü sualı üzrə - İmişi rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi təyinatına görə icarə hüququnun predmeti ola bilər. Belə ki, bu təyinatlı torpaq sahələri icarəyə verilir. Qərardadın dördüncü sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə olunur. Qərardadın beşinci sualı üzrə - İmişi rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin İmişli rayonu, Qaragüvəndikli kəndində gedən avtomobil yolunun və həmin ərazidən keçən dəmir yolunun mühafizə zolağına düşmür. Mühafizə zolaqları gözlənilməklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhramtəpə bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxem tərtib edilmişdir. Qərardadın altıncı sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsində sahəsi 120 kv.metr olan köhnə tikili mövcuddur. Həmin tikili faktiki olaraq X4 istifadəsindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə hər hansı bir hüquqmüəyyənedici sənəd mülki iş materialına əlavə edilməmişdir. Qərardadın yeddinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri üst-üstə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı 18 ha torpaq sahəsi icarəyə verilmişdir. Eyni zamanda iş materiallarında olan ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi ayrılarkən bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur və avtomobil yolunun və həmin ərazidən keçən dəmir yolunun mühafizə zolağına düşmür. Mühafizə zolaqları gözlənilməklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhramtəpə bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxem tərtib edilmişdir. İddiaçı sözügedən İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsini rəhbər tutaraq həmin torpaq sahələri üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan icarə hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsaəsn Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: ... dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi ilə. Həmin Məcəllənin 56-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, sözügedən 18 ha torpaq torpaq sahəsi İddiaçı Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verilmişdir. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur və avtomobil yolunun və həmin ərazidən keçən dəmir yolunun mühafizə zolağına düşmür. Mühafizə zolaqları gözlənilməklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhramtəpə bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxem tərtib edilmişdir. İddiaçı həmin sənədlər əsasında ona icarəyə verilmiş sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə öz adına icarə hüquqlarını qeydiyyata almaq və buna dair çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarə hüququnun predmeti ola bilər. Məhkəmə qanunçuluq, etimad və mötəbərlik prinsiplərinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olmuşdur. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ekspertiza xərcinin ona aid edilməsini xahiş etdiyindən, məhkəmə hesab edir ki, prosessual xərc məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-577/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-577/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver