Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-578/2023 19.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X2 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Şirvan- Salyan Regional filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 19 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Şirvan- Salyan Regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda aldığı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, mərhum X3 həyat yoldaşıdır. Həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X6 pensiyaçı olmuşdur. O, vəfat etdikdən sonra aldığı pensiya ailə başçısını itirdiyinə görə iddiaçının aldığı pensiya ilə əvəz edilərək ona verilməyə başladı. Mərhum həyat yoldaşı X6 1974-cü il tarixdən 2015-ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində işləmişdir. Həyat yoldaşı X6 ilə birlikdə işləyən başqa şəxslər hazırda onun aldığı 340 manat pensiya məbləğindən əhəmiyyətli dərəcədə artıq pensiya alırlar. X5 aid qeyd etdiyi əmək fəaliyyətini təsdiq edən sənədlərlə birlikdə o, pensiya məbləğinin yenidən hesablanması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelıyındə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialına müraciət etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrındə göstərılən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 çatdıqda, 20 il sığorta malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensıyası sənədlərının rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə-pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş stajını təsdiq edən sənəd (sosial sığorta) və s. sənədlər təqdim olunur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «b» bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər və həmin Qanunun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafiq olaraq yasa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandıgı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X2 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı 22 fevral 2022-ci il tarixli ərizəsi ilə cavabdeh orqana müraciət edərək ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşın müraciətinə ünvanlanmış məktuba müvafiq olaraq İddiaçı hazırda 356,99 manat ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. İddiaçı cavabdeh orqanın təqdim etdiyi cavab məktubu ilə razılaşmayaraq pensiyanın yenidən hesablanması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə rədd edilməlidir. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçı hüququnun yaranığı xx.xx.2009-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyaçı mərhum X3 həyat yoldaşıdır. X6 iddiaçının təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surətinə əsasən o, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli müraciəti əsasında mərhum əri X3 ölümü ilə əlaqədar Qanunun 34cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Sözügedən Qanunun 14-cü maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası hüququ oian ailə üzvləri sadalanır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. Belə ki, İddiaçı müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakı qaydada yenidən hesablanmışdır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə görə vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. İddiaçı mərhum əri V.Həmidovun vəfat etdiyi xx.xx.2019-cu il tarixə onun yaşa görə əmək pensiyasının məbləği 309,92 manat müəyyən edilmişdir. Qanunun 10.2ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). xx.xx.2017-ci il tarixədək qüvvədə olan «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. V.Həmidova məxsus hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə 30 il 10 ay 6 gün sığorta stajına əsasən həmin tarixədək fərdi hesabının sığorta kapitalı 5244,5 manat təşkil edir: (30+(10+6/30)/12)x170=5244,5. xx.xx.2006-cı il tarixinədək olan fərdi hesabının sığorta kapitalının yaşa görə əmək pensiyası təyin olunduğu xx.xx.2013-cü il tarixinə indeksləşdirilmiş məbləği 11642,4 manat təşkil edir: 5244,5+8l3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1 %=9400,32 Pensiyanın sığorta hissəsinin hesablanması: 9400,32:144=65,28 X1 Sisteminin Pensiya altsisteminə əsasən V.Həmidovun 01.01,2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabının sığorta hissənində qeyda alınan pensiya kapitalının 2013-cü il tarixinə indeksləşdirilmiş məbləği 3889,44 manat təşkil edir: 24660,21:1,8:1,067:1,028:1,026:1,03:1,057:1,124:1,04:1,014:1,024=9212,33;9212,33:144 =63,97; xx.xx.2013 - 65,28 (sığorta hissə)+63,97 (sığorta hissə 2006-2013-cü illər üzrə kapitala əsasən)+100 (baza hissə)=229,25; xx.xx.2014- 129,25+2,4%+100 (baza hissə)=232,35; xx.xx.2015-132,35+1,4%+100(baza hissə)=234,20; xx.xx.2013-cü il tarixindən V.Həmidovun işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2015-ci il tarixinədək 4097,27 manat pensiya kapitalının xx.xx.2015-ci il tarixinə indeksləşdirilmiş məbləği 1903,49 manat təşkil edir: 4097,27:1,8:1,067:1,028:1,026:1,03:1,057:1,124:1,04=1903,49 SH-1093,49:125(gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı işlədiyi ayların sayı qədər azaldılır (144-19=125))=15,22 xx.xx.2015-134,20+15,22+100 (baza hissə)=249,42 xx.xx.2016-149,42+4%+100 (baza hissə)=255,40 xx.xx.2016-155,40+110 (baza hissə)=265,40 xx.xx.2017-155,40+12,4%+110 (baza hissə)=284,67 xx.xx.2018- 284,67+5,7%=300,90 xx.xx.2019- 300,90+3%=309,92. Qanunun 18.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixində təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği mərhum V.Həmidovun vəfat etdiyi xx.xx.2019-cu il tarixinə hesablanmış yaşa görə əmək pensiyasının məbləğinə uyğun olaraq 309.92 manat müəyyən edilmişdir; xx.xx.2020-309,92; xx.xx.2021-309,92+11,4%=345,25; xx.xx.2022- 345,25+3,4%=356,99. Bildirirlər ki, İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği 356,99 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı hüququnun yaranığı xx.xx.2009-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının həyat yoldaşı olmuş pensiyaçı X6 ölüm haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında o, mərhum əri X3 ölümü ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixli ərizəsi ilə cavabdeh orqana müraciət edərək, ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşın müraciətinə cavab olaraq ünvanlanmış məktubda İddiaçı hazırda 356,99 manat ailə başçısını itirməyə görə əmək pensiyasının ödənildiyi bildirilmişdir. İddiaçı cavabdehin təqdim etdiyi cavab məktubu ilə razılaşmayaraq pensiyanın yenidən hesablanması tələbi ilə məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Sözügedən Qanunun 14-cü maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri sadalanır. Həmin Qanunun 14.1-ci və 14.2-ci maddələrinə əsasən “Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvləri - ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə görə vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Cavabdeh təşkilatın iddiaya qarşı etirazına əsasən İddiaçı mərhum əri V.Həmidovun vəfat etdiyi xx.xx.2019-cu il tarixə onun yaşa görə əmək pensiyasının məbləği 309,92 manat müəyyən edilmişdir Qanunun 18.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixində təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği mərhum V.Həmidovun vəfat etdiyi xx.xx.2019-cu il tarixə hesablanmış yaşa görə əmək pensiyasının məbləğinə uyğun olaraq 309.92 manat müəyyən edilmiş, xx.xx.2021-ci il tarixə 309,92+11,4%=345,25 manat, xx.xx.2022-ci il tarixə 345,25+3,4%=356,99 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X2 iddiaçıya ünvanladığı məktublarında bildirilir ki, ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının məbləği və növü düzgün təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. İddiaçı ailə başçısını itirməyə görə ona təyin olunmuş pensiyanın məbləği ilə razılaşmayaraq onun yenidən hesablanmasını tələb etsə də, tələbinin hüquqi əsaslarına istinad etməmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilən zaman cavabdeh tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Şirvan-Salyan Regional filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Şirvan- Salyan Regional filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-578/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-578/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver