Məhkəmə qərarları › İş №2-1(120)-5782/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5782/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5782/2025 15.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları X1 X2rşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi üçüncü şəxs qismində göstərilməklə “müvəqqəti nəzarətin götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X3 Olan Obyektlərin X2rşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi üçüncü şəxs qismində göstərilməklə “müvəqqəti nəzarətin götürülməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları X1 X2rşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi, müvəqqəti nəzarətin götürülməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə rəsmi məktub göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Salyan Rayon İcra Hakimiyyətinin qərarı ilə 15 illik icarə müqaviləsi əsasında Salyan rayonu Marışlı kəndi ərazisində yerləşən ehtiyat fondu torpaqlarını (örüş-otlaq sahələri) icarəyə götürmüşdür. Torpaq sahələrinin hər birinə dair çıxarış, plan-ölçü sənədləri mövcuddur və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. 2024-cü ildə sənədləşmə işlərini aparmaq istədikdə ASAN Xidmət tərəfindən bildirilmişdir ki, qeyd olunan torpaqların üzərinə müvəqqəti nəzarət qoyulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, bu nəzarət xx.xx.2018-ci il tarixli 11/15-820 nömrəli məktub əsasında Meliorasiya qurumunun layihəsi ilə əlaqədar tətbiq edilmişdir. Həmin layihə icra edilməmiş, baş tutmamışdır.Layihə baş tutmadığına görə torpaqlara qoyulmuş müvəqqəti nəzarətin avtomatik olaraq götürülməsi tələb olunurdu, lakin nəzarət bu gündək aradan qaldırılmamışdır. DƏDKR 13 saylı Şirvan Ərazi İdarəsi bildirmişdir ki, müvəqqəti nəzarətin götürülməsi üçün cavabdeh inzibati orqan tərəfindən rəsmi məktub göndərilməlidir. O, 2 (iki) ilə yaxındır ki, qeyd olunan quruma yazılı elektron və şəxsən müraciətlər etsə də, qurum prosesi ləngidir, müxtəlif bəhanələr gətirir və düzgün tərtib olunmuş məktub təqdim etmir. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilməklə, onlara iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş məktub onun nümayəndəsinin adına ünvanlandığı üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 tərəfindən qəbul olunmur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onlar tərəfindən iddiaçıya yəni onun nümayəndəsinə hazırkı tələbi ilə bağlı cavab məktubu verilmişdir. Ona görə də iddianın mümkün sayılmamasını xahiş etdi. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, ******* №-li, ******* №-li çıxarışların surətindən müəyyən olunur ki, Salyan rayonu, Marışlı kəndində yerləşən ehtiyat fondu torpaqlarından 13,18 ha (örüş),3,82 ha (örüş), 11,6 ha (örüş) torpaq sahələri Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 25-s saylı sərəncamı və icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı icarəsinə verilmişdir. X6 X8 Şəxsi tərəfindən X5 ünvanlanmış 3-53-5/2-026/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Salyan rayon Marışlı kəndi ərazisində “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsinin 2-ci mərhələsi çərçivəsində nasos stansiyasının tikintisi işlərinin aparılması nəzərdə tutulsa da, Kür çayında su səviyyəyinin aşağı düşməsi səbəbilə tikinti işləri təxirə salınmışdır.Onun ünvan 2n sənədləşdirilməsi işlərinə etiraz etmirlər. Salyan Rayon İcra Hakimiyyəti tərəfindən Salyan regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə ünvanlanmış 5-71/2-345/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, RİH başçısının 25-s saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə Marışlı dövlət fondu 9 saylı qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 127 hektar torpaq sahəsi üzərində icarə hüquqlarının onun tərəfindən digər şəxsə satılmasına etiraz etmirlər. X6 X8 Şəxsi tərəfindən İddiaçı ünvanlanmış 3-53-5/2-1523/2025 saylı, xx.xx.2025ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, həmin ərazidə “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsinin 2-ci mərhələsi çərçivəsində tikinti işləri aparılmalıdır. Buna əsasən "xxxx" ASC tərəfindən 11/15-820 nömrəli məktubla xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunsa da, tikinti altına düşən torpaqların kadastr planları və onlardan çıxarışlar hələ də tərtib olunmamışdır. Qeyd olunanlara əsasən və “X6 Müdriyyəti” PHŞ-nin 9 yanvar 20-25-ci il tarixli 3-53-5/2-026/2025 nömrəli məktubuna əlavə olaraq bildirirlir ki, yüklü torpaq sahəsinin satılmaması, bağışlanmaması şərti ilə sənədləşmə işlərinin aparılmasına etiraz etmirlər. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR X13 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-176/2026 saylı, xx.xx.2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Salyan rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı icarəsinə verilmiş Salyan Marışlı kəndində yerləşən 11,8 ha, 13,18 ha və 3,82 ha torpaq sahələri üzərində "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli 11/15-820 nömrəli məktubuna əsasən müvəqqəti nəzarət qoyulmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddiaçının müvəqqəti nəzarətin götürülməsi ilə bağlı müvafiq məktubun üçüncü şəxsə təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbi mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi müvafiq sənədin təqdim olunması ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "öhdəliyin icrası haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, X6 X8 Şəxsi tərəfindən X5 ünvanlanmış 3-53-5/2-026/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Salyan rayon Marışlı kəndi ərazisində “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsinin 2-ci mərhələsi çərçivəsində nasos stansiyasının tikintisi işlərinin aparılması nəzərdə tutulsa da, Kür çayında su səviyyəyinin aşağı düşməsi səbəbilə tikinti işləri təxirə salınmışdır.Onun ünvan 2n sənədləşdirilməsi işlərinə etiraz etmirlər. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina olunmamışdır. Əksinə iddiaçıya ( onun nümayəndəsinə) ünvanlanmış məktubda ünvan 2n sənədləşdirilməsi işlərinə etiraz etmədikləri bildirilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, cavabdeh inzxibati orqan tərəfindən iddiaçının müraciətinə imtina edildiyi halda hazırkı iddia tələbi ilə bağlı yarana biləcək mübahisəyə məhkəmədə baxılması mümkün ola bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iddia mümkün sayıla bilməz. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya yazılı qaydada hüquqi yardım göstərilmiş və eyni zamanda məhkəmə iclasında iddiaçıya iddianın mümkünlük halları izah olunmuşdur. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar