Məhkəmə qərarları › İş №2-1(120)-580/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-580/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-580/2023 05.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ata adının dəyişdirilməsi” barədə inzibati mübahisəyə dair işə Masallı şəhərində, Masallı Kompleks məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışiclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Cavabdehndə saxlanılan doğum haqqında akt qeydində “uşaq barəsində məlumat” hissəsində atasının adının “Serqey” dən “İslam”-a dəyişdirilməsi barədə öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o,xx xxxx 1987-ci ildə Cəlilabad rayonu Abışabad kəndində anadan olmuşdur, evlidir, nikah qeydiyyatı xx.xx.2021-ci il tarixdə Cavabdehndə qeyd edilmişdir. Bir azyaşlı uşağı vardır. X9 xx.xx.2011-ci ildə anadan olmuşdur. X2r. xx.xx.1960-cı ildə Rusiya Federasiyası Amur Vilayətində anadan olmuşdur. Atası xx.xx.2008-ci il tarixdə Cəlilabad rayonunda vəfat etmişdir. Yaşadığı ərazidə atası “İslam” kimi tanınmışdır. Hazırda da qəbirstanlıqda atasının adı qoyulmuş “daş abidəsində” adı İslam kimi qeyd olunub. X1r. xx.xx.1956-cı il tarixdə Cəlilabad rayonu Allar kəndində doğulub. Hazırda Cəlilabad rayonu Abşabad kəndində yaşayır. Atası X3 Federasiyasında doğulduğundan həmin dövrdə adı “Serqey” kimi rəsmiləşdirmişlər. Bir müddətdən sonra atasının valideynləri Rusiya Federasiyasından Azərbaycan Respublikası Cəlilabad rayonuna öz əvvəlki yaşadığı əraziyə gələrək orada yaşamışlar. Ondan başqa qardaş və bacılarının da ata adı “Serqey” kimi yazılmışdır. Atasının adının “Serqey” kimi yazılması Milli qururuna pis təsir edir. Şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə ata adının “Serqey”dən “İslam”-a dəyişmək üçün Cavabdehnə müraciət etdi. Müraciəti araşdırıldıqdan sonra əsassız imtina edilmişdir. Atasının adı yəni “Serqey” söz ifadəsi milli adlar sırasında göstərilmədiyindən, milli xüsusiyyətlərə malik olmadığından müəyyən ictimai münasibətlərdə çətinliklər və xoşa gəlməyən münasibətlər yaranır. Milliyəti azərbaycanlı olmasına baxmayaraq başqa millətlərlə heç bir hüquqi bağlılığı olmamasına baxmayaraq bir sıra sosial münasibətlərin həllində çətinliklər yaranır. Hesab edir ki, qanunvericiliyə uyğun olaraq onun doğum haqqında şəhadətnamədə özünə aid məlumatda dəyişilik olunmasını istəyir. Valideynlər qrafasında ata adı dəyişiliklər aparılmır. Belə olan halda o, valideynlərə qarşı münasibətdə dəyişilik etmir. Azərbaycan Respublikası Elmlər Akademiyası Rəyasət heyətinin adlarla bağlı sənədlərdə “Serqey”, “İvan” və s. bu kimi adların uşaqlar üçün Azərbaycan Respublikasında yazılması qəbul edilməz sayılır və belə hallarda dəyişdirilməsi tövsiyyə edilir. O, Azərbaycan Respublikası vətəndaşı kimi hüquqlarının qorunması, cəmiyyətin ictimai siyasi həyatında iştirak edilməsi və bir sıra sosial məsələlərin həllə edilməsi üçün doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqədə dəyişiklikləri etmək istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1987-ci il təvvəlüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Xİİ-JQ seriyalı, 353324 nömrəli dogum haqqında şəhadətnamənin surətindən və 28 nömrəli, xx.xx.1987-ci il tarixli doğum akt qeydinin surətindən görünür ki, İddiaçı X4, anası X7r. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 12-683 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarına əsasən adın, ata adının va dəyişdirilməsi Qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbələri tərəfindən dəyişdirilmə mümkün olmadıqda inzibati məhkəmələrə müraciət edilir. Tərəfindən aidiyyəti orqanlara sorğular edilmişdir. Müəyyən edilmişdir ki, Qaydalara əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Bu baxımdan ata adının dəyişdirilməsi Qeydiyyat şöbəsində mümkün olmadı. Məhkəmə araşdırılması zamanı inzibati orqanlara ünvanlanmış sorğulara cavab məktublarından görünür ki: - Cavabdeh xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ata adının dəyişdirilməsi ilə bağlı iddia tələbinə münasibəti müsbətdir. Heç bir etirazı yoxdur. - Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, xx.xx.1987-ci il təvvəlüdlü İddiaçı barəsində Cəlilabad Rayon Polis Şöbəsində hər hansı təqsirləndirici material yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 1-2/2-12552 saylı məktubuna əsasən, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. - Cəlilabad Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 39 xid-23 saylı məktubuna əsasən, İddiaçı barəsində istintaq aparılan cinayət işləri və araşdırması aparılan materiallar olmamışdır. İşin faktiki hallarından məlum olur ki, İddiaçı özünün istəyi ilə doğum haqqında akt qeydində “uşaq barəsində məlumat” hissəsində atasının adının “Serqey” dən “İslam”-a dəyişdirilməsi üçün Cavabdehnə müraciət etmiş, cavabdeh inzibati orqan isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsini əsas gətirərək imtina cavabı vermişdir. İddiaçı həmin imtinanı mübahisələndirir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsi və “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təşkil edir. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydanın 6.4-ci bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Həmin Qaydaların 6.5-ci bəndinə müvafiq olaraq ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydanın 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən normativ hüquqi aktda ata adının dəyişdirilməsi üçün müvəqqəti məhdudiyyətlər müəyyən edilmişdir, bunlar: ərizəçinin cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olmasıdır. Həmçinin, ata adının dəyişdirilməsi yalnız tərbiyə etmiş şəxsin razılığı olduğu halda mümkün hesab edilir. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq bildirir ki, iddiaçı xx.xx.1987-ci il təvəllüdlü İddiaçı beynəlxalq axtarışda olmaması, cinayət təqibinin, məhkumluğunun olmaması, onu ata adının dəyişməsinə səbəb ola bilməz. Məhkəmə belə nəticəyə gələrək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərində qeyd olunmuş hallar iddiaçıya münasibətdə müəyyən edilmədiyindən iddia tələbi əsaslı hesab oluna bilməz. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “ata adının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar