Məhkəmə qərarları › İş №2-1(120)-580/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-580/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-580/2025 08.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0004 saylı və xx.xx.2023-cü il tarixli xxxxxxx005 saylı qərarların ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh təşkilatın 24 avqust 2023-cü ildə əyani müayinə barədə qəbul etdiyi aktı etibarsız hesab edilməklə, ona 2-ci qrup əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərardadı ilə “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “inzibati orqanın xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 saylı qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% aralığında pozulmasına görə 2 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0004 saylı və xx.xx.2023-cü il tarixli xxxxxxx005 saylı qərarların ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1995-ci ildə hərbi xidmətə çağrılmaqla döyüş zonasında hərbi xidmət keçən zaman səhhətində problemlər yaranmış və 2006-cı ilin avqust ayının 1-dən 18-dək DİN DQ-nın hospitalında «xroniki qastritin kəskinləşməsi» diaqnozu ilə müalicə almışdır. Sonrakı vaxtlarda da müalicəni davam etmişdir. Hərbi Həkim Komissiyasının xx.xx.2013- cü il tarixli 3 saylı qərarı ilə səhhətində olan problemin hərbi xidmət dövründə alınmış xəstəlik olması qeyd edilmişdir. Bundan sonra ona Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 31 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən «12.B.B xora xəstəliyi tez-tez kəskinləşmə və qanaxma fəsadı, xroniki qastroduodenit qastroezofaqal retlüks. Həzmin pozulması xr bel-oma radikuliti L1-L2 fəqərəarası diskin sol tərəfli faraminal yırtığı L4-L5 fəqərəarası disklərin vrotruzivası» diaqnoza görə xx.xx.2016-cı il tarixdə 2-ci qrup əlillik təyin edilmişdir. Əlillik təyinindən əvvəl də sonra da mütəmadi olaraq müalicə olunmuşdur. Sonuncu dəfə cari ilin aprel ayının 20-də Masallı RMX-da müayinədən keçmiş. Diaqnoz əlilliyin təyini üçün əsas kimi qiymətləndirilərək sənədlər cavabdeh qruma göndərilmiş, dekabr ayının 2-də isə Bakı şəhərində yenidən komissiyadan keçirilmişdir. Dekabr ayının 17-də ona diaqnozun əlillik əlaməti təyin etməməsi əsasına görə əlilliyin təyinindən imtina edilməsi barədə mesaj gəlmişdir. Halbuki əlilliyin ilkin təyini zamanı eyni diaqnoza görə ona 2-ci qrup əlillik təyin edilmişdir. O mütəmadi olaraq, hər il müalicə alır. Ona əlilliyin təyinindən imtina edilməsi müalicəyə görə vəsaitdən məhrum edilməyidir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, 12 barmaq bağırsağın xorası, tez-tez kəskinləşmələrlə, qanaxma ilə. Dispepsiya.”;.Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Masallı rayon sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0286003AAV44 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaş 3-17-4/2-7-22578/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən tərəfindən xx.xx.2013-cü il tarixli 3 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki qastritin kəskinləşməsi." diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qusma, ürəkbulanma, mədə qanaxmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan Maaloks, Nolpaza qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyu 173 sm, çəkisi 70 kq, BKİ - 23.4 müəyyən edilmiş, xroniki həzm pozğunluğu, anemiya əlamətləri qeyd edilməmişdir. Ə.Cəbiyev adına Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 2613 nömrəli Epikrizində diaqnoz “72 barmaq bağırsağın xəra xəstəliyi. Tez-tez kəskinləşmə. Qanaxmalarla. Qatroezofaqial reflüks. Xroniki gastroduodenit+mədə çıxacağının stenozu. Defisitli anemiya. L1-L2 fəqərə arası diskin yırtığı 4mm. Hərəkətin pozulması." kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli 20 nömrəli Qanın ümumi analizinin nəticəsi “Hb-109a/L Levkosit-8.7x109 İ, EÇS-10 mrn/s" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə bilən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırıİmiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Cəlilabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0004 saylı və xx.xx.2023-cü il tarixli xxxxxxx005 saylı qərarlarının ləğv edilməsini xahiş edir ki, məhkəmə hesab edirt ki, qanunvericilik müddətlərlə bağlı tələbi iddiaçı tərəfindən pozulmamışdır. Belə ki, iş materiallarına əlavə edilən Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-252/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının hüquqi marağı üzrə əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdu ki, həmin hərəktlər nəticəsində inzibati orqan tərəfindən ikinci qərar, yəni iddiaçı üçün yenidən əlverişsiz inzibati akt kimi qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0004 saylı qərarı üzrə iddiaçının xx.xx.2021-ci il tarixdə məlumatlı olduğu (sms vasitəsilə) və qeyd edilən qərardan məhkəmə ərizə ilə xx.xx.2022-ci il tarixdə müraciət etdiyi müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının və xx.xx.2023-cü il tarixli xxxxxxx005 saylı qərarı isə xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş və iddiaçı xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının inzibati orqan tərəfindən onun üçün əlverişsiz olan ilk qəbul edilən xx.xx.2021-ci il tarixli qərarla razı olmamış və qanunvericiliyin müddətlə bağlı tələblərinə əməl edərək məhkəmədə iddia qaldırmışdır. Qeyd edilir ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-252/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati orqan tərəfindən yenidən araşdırma aparılması və tərəf üçün əlverişsiz inzibati aktın qəbul edilməsi, daha sonra iddiaçı tərəfindən yenidən məhkəməyə müraciət etməsi tərəfin məhkəməyə əlçatanlıq hüququnun pozulması ilə nəticələnməməli, əksinə davamlılıq kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 3 nömrəli Qərarından müəyyən olunur ki, Masallı rayon SHXÇ şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və DİN DQ hospitalında xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək müayinə və müalicədə olduğu xəstəlik diaqnoz: “Xroniki qastritin kəskinləşməsi” (DİN DQ Komandanının R/9087 №-li xx.xx.2012-ci il göndərişi, Masallı rayon Səfərbərlik və Hərbi-Xidmətə Çağırış Şöbəsindən xx.xx.2012-ci il tarixli 1265 №-li göndəriş və xx.xx.2012-ci il tarixli 606 №-li arayış, DİN DQhospitalından 921/06 nömrəli çıxarış epikrizi). Xəstəlikdir, hərbi xidmət dövründə almışdır. İş materiallarında olan İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 31 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0003 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 xx.xx.2023-cü il tarixli, 853 saylı rəyinin surətindən görünür ki, İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü “3. Həzm sistemi orqanlarının xəstəlikləri” bölməsinin 3.2-ci “Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri” yarımbölməsinin (3.2.4 ikibarmaq bağırsağın xorası və s.) əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-17557/2023 nömrəli qərarından görünür ki, Masallı rayon sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0286003AAV44 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaş 3-17-4/2-7- 22578/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən tərəfindən xx.xx.2013-cü il tarixli 3 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki qastritin kəskinləşməsi." diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir;’ Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qusma, ürəkbulanma, mədə qanaxmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan Maaloks, Nolpaza qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyu 173 sm, çəkisi 70 kq, BKİ-23.4 müəyyən edilmiş, xroniki həzm pozğunluğu, anemiya əlamətləri qeyd edilməmişdir. Ə.Cəbiyev adına Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-xx.xx.2021 -ci il tarixli 2613 nömrəli Epikrizində diaqnoz “12 barmaq bağırsağın xora xəstəliyi. Tez-tez kəskinləşmə. Qanaxmalarla. Qütroezofagial reflüks. Xroniki qastroduodenit+ mədə çıxacağının stenozu. Defisitli anemiya. L1-L2 fəqərə arası diskin yırtığı 4mm. Hərəkətin pozulması." kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli 20 nömrəli Qanın ümumi analizinin nəticəsi “Hb-109q/l, Leykosit-8.7x 1091, EÇS-10 mm/s” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə bilən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-29524/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbiiə bir ii müddətinə (xx.xx.2015-ci ilədək) üçüncü dərəcə ilkin əlillik təyinatı apanimışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2015-ci il tarixində aparılmış hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə vətəndaş əliliik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAV44 nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq xx.xx.2021 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli 2191 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1-7. SN-nin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından onun qeyd edilən xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnozun mətni: 12 barmaq bağırsağın xorası, 12 barmaq bağırsağın xorası tez-tez kəskinləşmələrlə, qanaxma ilə, dispepsiya” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı DTSERA-da əyani müayinədə olan zaman anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə bilən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nm 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 8-9. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Məhkəmənin 07 avqust 2025-ci il tarixli qərardadı ilə iddiaçıya canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 13657/2025 nömrəli məktubundan görünür ki, Masallı rayon sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2024-cü il tarixli, 2-1 (120)-1651/2024 nömrəli məktubunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Məhkəmə qərardadına əsasən İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon vasitəsilə (050- 513-44-83) əlaqə saxlanılmış və Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin vətəndaş əyani müayinəyə gəlməkdən imtina etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elim-Tədqiqat Travmatologiya və X3 Hüquqi Şəxsinin mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikası ”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X5 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 18-1-3/2-1339/2025 nömrəli məktubundan görünür ki, məktub müvafiq şöbələrə çatdırılmış, həkim komissiyasının sədri məhkəmənin qərarı və göndərilən tibbi sənədlərlə tanış olmuşdur. Respublika Klinik Xəstəxanasında gedən əsaslı təmir- tikinti işləri ilə əlaqədar terapevtik korpusda çalışan tibbi personal müvəqqəti olaraq Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Hacıağa Dadaşov 65 ünvanında yerləşən (keçmiş Bilgəh modul tipli xəstəxana ) binaya köçmüşdür. Bununla əlaqədar vətəndaş İddiaçı qastroenteroloq və nevropatoloq həkimlərinin müayinəsindən keçmək üçün əvvəlcə Bilgəh qəsəbəsində yerləşən korpusa gəlməli, ilkin həkim müayinələrindən keçdikdən sonra onların təyinatı əsasında diaqnozları dəqiqləşdirmək məqsədilə məktubda verilən sualları obyektiv cavablandırmaq üçün bir sıra kliniki, instrumental, laborator, radioloji müayinələrdən keçməlidir. Lakin endoskop aparatı, Kompyuter tomoqrafiya (KT) cihazı xəstəxananın A.M.Şərifzadə küçəsi 122 ünvanında yerləşən əsas korpusunda olduğuna görə bu müayinələrdən keçmək üçün vətəndaş sonra bu korpusa da gəlməlidir. Bunu yazmaqda məqsədimiz müayinələrin və onların nəticələrinin təhlilinin bir neçə gün vaxt aparacağını əvvəlcədən Sizə xəbər verməkdir. xx.xx.2025 ci il, saat 10:00 tarixində vətəndaş İddiaçı xəstəxananın Bilgəh qəsəbəsində yerləşən korpusunda qeydiyyat bölməsinə yaxınlaşa bilər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109, 111.0, 113-113.2, 120-125, 130- 131.9, 133). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra –TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının sonuncu müraciətinə əsasən Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0286003AAV44 nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, 12 barmaq bağırsağın xorası, tez-tez kəskinləşmələrlə, qanaxma” diaqnozu qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1651/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli 2191 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1-7. SN-nin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından onun qeyd edilən xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnozun mətni: 12 barmaq bağırsağın xorası, 12 barmaq bağırsağın xorası tez-tez kəskinləşmələrlə, qanaxma ilə, dispepsiya” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı DTSERA-da əyani müayinədə olan zaman anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə bilən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nm 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 8-9. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Ekspert rəyinin tam qənaətbəxş olmadığı nəzərə alınaraq məhkəmə digər sübutlarıda qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilən arayışlardan və digər sənədlərdən Emil Əliyevdə diaqnozda qeyd edilən xəstəliklərin olduğu müəyyən edilir. Eləcə də, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının ona aid rəyi ilə hərbi xidmət dövründə xəstələndiyinə görə hərbi xidmətlə əlaqədar olaraq 2-ci qrup əlillik verilmişdir. Azərbaycan Respublikası ”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X5 məhkəməyə ünvanladığı şəxslə bağlı müayinə sənədlərinə əsasən İddiaçı diaqnozda qeyd edilən xəstəliklərin olduğu bir daha sübuta yetirilmişdir. İş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 3 nömrəli Qərarından müəyyən olunur ki, Masallı rayon SHXÇ şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və DİN DQ hospitalında xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək müayinə və müalicədə olduğu xəstəlik diaqnoz: “Xroniki qastritin kəskinləşməsi” (DİN DQ Komandanının R/9087 №-li xx.xx.2012-ci il göndərişi, Masallı rayon Səfərbərlik və Hərbi-Xidmətə Çağırış Şöbəsindən xx.xx.2012-ci il tarixli 1265 №-li göndəriş və xx.xx.2012-ci il tarixli 606 №-li arayış, DİN DQhospitalından 921/06 nömrəli çıxarış epikrizi). Xəstəlikdir, hərbi xidmət dövründə almışdır. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “hərbi xidmət ilə əlaqədar” səbəbi kimi qeyd edilməlidir. Məhkəmə qeyd edilən sənədləri tədqiq edərək inzibati orqan tərəfindən verilən imtinanın formal xarakterli olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçı növbəti dəfə müvafiq əlilliyin müəyyən edilməsini tələb etməkdə haqlıdır. Əlilliyin təyinat tarixinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında göstərilmişir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə bağlı göndəriş verilmiş, xx.xx.2021-ci il tarixdən ona ikinci dərəcəli əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən hissədə də, yəni ona xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsini xahiş etmək hisəsində də haqlı olmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)- 1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0004 saylı və xx.xx.2023-cü il tarixli xxxxxxx005 saylı qərarların ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin (səbəbli əlaqəsi “hərbi xidmət ilə əlaqədar” səbəbi ilə) təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar