Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-581/2021 02.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçılar İddiaçı1 oğunun, İddiaçı2 və iddiaçıların nümayəndəsi və vəkili X11, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı Cavabdeh 07.08.2019-cu il tarixli, Ə 78 Ş/H-129-19 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı1 oğu və İddiaçı2 əvvəlki iş yerinə bərpa olunması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı Cavabdeh 07.08.2019-cu il tarixli, Ə 78 Ş/H-129-19 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı1 oğu və İddiaçı2 həmin vaxtdan əvvəlki iş yerlərinə bərpa olunmaları və əmək haqqlarının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2-1(120)-62/2020 saylı qərardadı ilə iddia tələbinə Cavabdeh 07.08.2019-cu il tarixli, Ə 78 Ş/H-129-19 nömrəli əmrinin ləğv olunması və İddiaçı1 oğu və İddiaçı2 əvvəlki iş yerinə bərpa olunması kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 21 yanvar 2020-ci il tarixli, 2- 1(120)-62/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının X14 xidmətdən xaric olunması haqqında Cavabdeh 07 avqust 2019-cu il tarixli Ə 78 ŞH-129-19 nömrəli əmri ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 əvvəlki işinə bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2020-ci il tarixli. 2- 1(106)-325/2020 nömrəli qərardadı ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2-1(120)-62/2020 saylı qərarı ləğv edilmiş, ilə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2020-ci il tarixli. 2-1(106)-325/2020 nömrəli qərardadından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 sentyabr 2-1(102)-1667/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2020-ci il tarixli. 2-1(106)-325/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan inzibati iş 08 yanvar 2021-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(120)-581/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07.08.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrinə əsasən İddiaçı1 Cavabdeh Post Patrul Xidməti Bölüyünün polis nəfəri (polis serjantı) vəzifəsindən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (X25 əməkdaşının adına ləkə gətirən hərəkət etdiyinə görə) X14 xidmətdən xaric olunmuşdur. Həmçinin Cavabdeh 07.08.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrinə əsasən İddiaçı2 Cavabdeh Post Patrul Xidməti Bölüyünün polis nəfəri (polis baş serjantı) vəzifəsindən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən (X25 əməkdaşının adına ləkə gətirən hərəkət etdiyinə görə) X14 xidmətdən xaric olunmuşdur. Cavabdeh İddiaçı1 və İddiaçı2 barəsində olan 07.08.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmri tam qanunsuz, əsassızdır, heç bir fakta, sübuta əsaslanmır və qərəzlidir. Belə ki, Əhmədli Elvin adlı hərbi qulluqçu (gizir) Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək 2019-cu ilin iyul ayının 17-dən 18-nə keçən gün gecə saatlarında Ağcabədi şəhəri ərazisində "Fiat" markalı polis avtomaşında xidmətdə olan 3 (üç) nəfər polis əməkdaşları tərəfindən saxlanılmasını və həmin polis əməkdaşlarının Əhmədli Elvini rayon polis şöbəsinə aparmamaları müqabilində ondan 500 (beş yüz) manat pul almalarını göstərmişdir. Əhmədli Elvinin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin Kamran adlı əməkdaşı Cavabdehnə gələrək araşdırma aparmışdır. 2019-cu ilin iyul ayının 17-dən 18-nə keçən gün geca saatlarında Ağcabədi şəhəri ərazisində "Fiat" markalı polis avtomaşınında İddiaçı1 və İddiaçı2 birlikdə xidmətdə olduqları üçün onların izahatları alınmışdır. Araşdırma zamanı İddiaçı2 və İddiaçı1 göstərilən tarixdə "Fiat" markalı polis avtomaşında ancaq ikisinin xidmətdə olmalarını, yanlarında başqa polis əməkdaşının olmadığını, Əhmədli Elvin adlı şəxsi tanımadıqlarını, ondan hər hansı məbləğdə pul almadıqlarını, hər hansı qanunsuz tələblərinin olmadığını, ümumiyyətlə həmin şəxsi görmədiklərini bildirmişlər, eyni zamanda Əhmədli Elvin adlı şəxs də İddiaçı2 və İddiaçı1 tanımadığını, ondan pulu "Fiat" markalı polis avtomaşında olan 3 (üç) nəfər polis əməkdaşının aldığını göstərmiş, həmçinin İddiaçı2 və İddiaçı1 heç bir şikayət və tələbinin olmadığını bildirmiş, bundan başqa X27 Zeynalov və İddiaçı1 barələrində şikayətinin olmaması haqqında DİN-ə teleqramla, Cavabdehnə ərizə ilə müraciət etmiş və DİN-nin 102 zəng xidmətinə eyni məzmunlu məlumat vermişdir. Lakin buna baxmayaraq Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsindən Kamran adlı əməkdaşı apardığı səthi araşdırma zamanı həmin hadisəni törətmiş 3(üç) nəfər polis əməkdaşlarının kimlər olmasını müəyyən etmədən, barələrində qanuni tədbir görülməsinə dair heç bir tədbir görmədən araşdırmasının nəticəsinə dair Cavabdehnə göndərilmiş məktubunda guya İddiaçı2 və İddiaçı1 “özlərini qeyri-səmimi aparmaları” göstərilmiş və barələrində tədbir görülməsi Cavabdeh rəisinə həvalə olunmuşdur. Bundan sonra isə Cavabdeh rəisi Ənvər Həsənovun yuxarıda göstərilən əmrinə əsasən tam əsasız, qanunsuz və qərəzli olaraq İddiaçı2 və İddiaçı1 X14 xidmətdən xaric olunmuşlar. İddiaçı1 X14, Cavabdeh Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət etdiyi müddətdə (təqvim xidmət ili: 07 il 04 ay 07 gün, imtiyazlı hesablama ilə 08 il 10 ay 12 gün) və İddiaçı2 X14, Cavabdeh Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət etdiyi müddətdə (təqvim xidmət ili: 15 il 05 ay 14 gün, imtiyazlı hesablama ilə 16 il 11 ay 29 gün) xidməti fəaliyyətlərində daim Azərbaycan Respublikasının Konstitusiyasını, Polis Haqqında qanun və digər normativ hüquqi aktlarının tələblərini rəhbər tutub, Polis Andına sadiq olaraq ictimai qaydanın qorunmasında, cinayətkarlığa qarşı dönmədən mübarizə aparmışlar, vətəndaşlara qarşı hər zaman nəzakətli, diqqətli olmuşlar, eyni zamanda xidmət etdikləri dövrdə X25 əməkdaşının adına ləkə gətirən heç bir hərəkət etməmişlər. Buna görə dəfələrlə müxtəlif vaxtlarda rayon polis şöbəsinin keçmiş rəhbərlikləri tərəfindən həvəsləndirici və digər mükafatlarla təltif olunmuşlar. Cavabdeh 07.08.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrinə əsasən İddiaçı2 və İddiaçı1 törətmədikləri əmələ görə, heç bir günahları olmadığı halda, həm də ən ağır şəkildə (X14 xidmətdən xaric olunma) heç bir fakta və sübuta əsaslanmadan tam əsassız, qanunsuz və qərəzli olaraq cəzalandırılmışlar. Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşı tərəfindən aparılmış araşdırma nəticəsində baş vermiş hadisə ilə bağlı əlaqələrinin olması və ya hər hansı günahlarının olması müəyyən olunsa idi, İddiaçı1 və İddiaçı2 Daxili Təhqiqatlar İdarəsinin əmrinə əsasən X14 xidmətdən xaric olunardılar. Göründüyü kimi Cavabdeh 07.08.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 Xb-li əmri tam əsassız, qanunsuz və qərəzlidir, həmin qanunsuz əmr nəticəsində İddiaçı1 və İddiaçı2, eyni zamanda onların ailə üzvlərinə maddi, mənəvi ziyan vurulub, onların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı1 evlidir, iki azyaşlı uşaqları var, həyat yoldaşı evdar qadındır, heç bir yerdə işləmir, ailəni dolandıran onun iş fəaliyyəti, qazancıdır, eyni zamanda anası ağır ankoloji xəstədir. Həmçinin İddiaçı2 evlidir, üç azyaşlı uşaqları var, həyat yoldaşı evdar qadındır, heç bir yerdə işləmir, ailəni dolandıran onun iş fəaliyyəti, qazancıdır, eyni zamanda himayəsində yaşlı valideynləri var. Qeyd olunanlardan da göründüyü kimi Cavabdeh 07.08.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmri tam əsassız, qanunsuz olduğundan, həmçinin həmin əmrin qüvvədə olması İddiaçı1 və İddiaçı2 hüquqlarını kobud formada pozduğuna görə ləğv olunmalıdır və işə bərpa olunmasına dair qərar qəbul edilməlidir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X22 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi X8 izahat verərək bildirdi ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olarkən ona yaxınlaşmış Ağcabədi RPŞ PPXB-nin 632 çağırışlı avtomobilində xidmət aparan adlarını bilmədiyi 3 nəfər polis əməkdaşı tərəfindən rayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğu bildirilib patrul avtomobilinə əyləşdirildikdən sonra RPŞ-yə aparılmaması müqabilində 500 manatının alınaraq sərbəst buraxılması barədə vətəndaş Elvin Əhmədlinin DİN-in "102" Xidməti- Zəng mərkəzi vasitəsi ilə daxil olmuş müraciəti əsasında cari ilin iyul ayında tərəflərindən xidməti təhqiqat aparılmışdır. Müəyyən edilmişdir ki, 18.07.2019-cu il tarixdə saat 01:00 radələrində 1 nömrəli marşrut üzrə "Fiat Doblo" markalı **-AP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Ağcabədi RPŞ PPXB-nin polis nəfərləri İddiaçı2 və İddiaçı1 Müdafiə Nazirliyinin Ağcabədi rayonundakı “N” saylı hərbi hissəsinin hərbçisi Elvin Əhmədlini heç bir əsas olmadan Mərkəzi rayon Xəstəxanasının yaxınlığında saxlamış, onu rayon ərazisində baş vermiş oğurluq hadisələrində təqsirləndirərək patrul avtomaşınına əyləşdirmiş, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqdan sonra həmin şəxsi saat 02:30 radələrində sərbəst buraxmışlar. Ağcabədi RPŞ-nin «Post-Patrul naryadlarının yerləşdirilməsi üzrə post cədvəli»nə əsasən PPXB-nin polis nəfərləri İddiaçı2 və İddiaçı1 17.07.2019-cu il tarixdə saat 21:00-dan 18.07.2019-cu il saat 09:00-dək 2 nömrəli marşrut üzrə rayonun H.Əliyev prosoekti ilə Rayon İcra Hakimiyyətinin yanındakı dairəyədək, eləcə də Həsən Əliyev küçəsində xidmətdə olduqları göstərilmişdir. Ağcabədi RPŞ-nin 29.04.2019-cu il tarixli Ə75-129-19 nömrəli əmri ilə bölüyün istifadəsində olan “Fiat-Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşın PPXB-nin polis nəfəri polis serjantı İddiaçı1 təhkim olunmuşdur. "xxxx" ASC-dən təqdim olunmuş 01.08.2019-cu il tarixli arayışda vətəndaş Elvin Əhmədlinin bankın Ağcabədi filialından 18.07.2019-cu il tarixdə saat 02:24-də A ******* nömrəli bankomatdan özünə məxsus **********834503 nömrəli kartdan 500 manat pul çıxarması qeyd olunmuşdur. “Polis haqqında” Qanunun 5, 13 və 29-cu, “DİO əməkdaşlarının etik zavranış kodeksi”nin 1, 2, 3, 4, 6, 17 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq 18.07.2019-cu il tarixdə hərbi qulluqçu E.Əhmədlini heç bir əsas olmadan saxlayıb gurluqda təqsirləndirərək patrul avtomaşınına əyləşdirdiklərinə, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqlarına, habelə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduqlarına, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduqlarına, bu hərəkətlərilə X25 əməkdaşı adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol erdiklərinə görə Ağcabədi RPŞ PPXB-nin polis nəfərləri polis baş serjantı İddiaçı2 və polis serjantı İddiaçı1 DİO-da xidmətdən xaric edilməsi RPŞ-nin rəisi polis polkovnik-leytenantı Ənvər Həsənova həvalə edilmiş, şöbənin 07.08.2019-cu il tarixli Ə78ş/h-129-19 nömrəli əmri ilə İddiaçı2 “Azərbaycan Respubklikası DİO-da xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu, İddiaçı1 isə 9-cu bəndinə əsasən X14 xidmətdən xaric edilmişlər. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş iddia növündən istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh inzibati orqan kimi təsnif olunmuşdur. «Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyalarının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Ağcabədi şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Başqa sözlə, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. İddia mümkün olsa da, lakin əsaslı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 08.08.2019-cu il tarixdən “DİO-da xidmətkeçmə haqqında əsasnamə” yə müvafiq olaraq 135-ci maddənin 9-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. İşdə olan 001554 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 08.08.2019-cu il tarixdən “DİO-da xidmətkeçmə haqqında əsasnamə” yə müvafiq olaraq 135-ci maddənin 9-cu və 10-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh 07.08.2019cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrindən çıxarışdan görünür ki, polis serjantı İddiaçı1 və polis baş serjantı İddiaçı2 07.08.2019-cu il tarixdən Azərbaycan Respublikası “DİO-da xidmət keçmə haqqında əsasnamə” yə müvafiq olaraq xidmətdən xaric edilmişdir. Həmin əmrin verilməsinə əsas olan sənəd Ağcəbədi RPŞ-nin 07.08.2019-cu il tarixli Ə249-129-19 nömrəli intizam əmri olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh 07.08.2019cu il tarixli Ə249-129-19 nömrəli əmrindən çıxarışda qeyd olunmuşdur ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olarkən ona yaxınlaşmış Ağcabədi RPŞ PPXB-nin 632 çağırışlı avtomobilində xidmət aparan adlarını bilmədiyi 3 nəfər polis əməkdaşı tərəfindən rayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğu bildirilib patrul avtomobilinə əyləşdirildikdən sonra RPŞ-yə aparılması müqabilində 500 manatın alınaraq sərbəst buraxılması barədə vətəndaş Elvin Əhmədlinin DİN-in “102” Xidməti-Zəng mərkəzi vasitəsilə daxil olmuş müraciəti əsasında DİN-in Daxili Təhqiqatlar İdarəsi tərəfindən xidməti təhqiqat aparılmışdır. Belə ki aparılmış xidməti təhqiqat zamanı müəyyən edilmişdir ki, 18.07.2019-cu il tarixdə saat 01:00 radələrində qeyd ediən patrul avtomobilində xidmət aparan Ağcabədi RPŞ-nin polis nəfərləri İddiaçı2 və İddiaçı1 MN-nin Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsinin hərbçisi Elvin Əhmədlinin heç bir əsas olmadan Mərkəzi rayon xəstəxanasının yaxınlığında saxlamış onu rayon ərazisində baş vermiş oğlurluq hadisələrində təqsirləndirərək patrul maşınına əyləşdiriİmiş, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqdan sonra saat 02:30 radələrində sərbəst buraxmışlar. Qeyd olunanları nəzərə alınaraq əmr edirəm: Polis haqqında qanunun 5,13 və 29-cu, "DİO X7 Kodeksi"nin, 1,2,3,4,6,17 və 20ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq 18.07.2019-cu il tarixdə hərbi qulluqçu E.Əhmədlinin heç bir əsas olmadan saxlayıb oğlurluqda təqsirləndirərək patrul avtomaşınına əyləşdirdiklərinə, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqalr apardıqlarına, habelə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduqlarına, rəislər və komandirlər tərəfindən mənfi xarakterizə olunduqlarına, bu hərəkətləri ilə X25 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiklərinə görə Ağcabədi RPŞ-nin PPXBniin polis nəfəri polis baş serjantı İddiaçı2 Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında “Əsasnamə” nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən və Ağcabədi RPŞ-nin PPXB- nün polis nəfəri polis serjantı İddiaçı1 Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında “Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (X10 xidmətdən xaric edilsin) 07.08.2019-cu il tarixdən xidmətdən xaric edilsinlər. PPXB-nin tağım komandiri polis mayoru X9 “İntizam Nizamnaməsi”nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq tabelikdəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiyinə, mövcud nöqsanların vaxtında aradan qaldırılmasını təmin etmədiyinə görə ciddi xəbərdar olunsun. Əmr şəxsi heyətə elan edilsin, surəti maliyyə hissəsinə verilsin. Həmin əmrin verilməsinə əsas olan sənəd Daxili Təhqiqatlar İdarəsinin 06.08.2019-cu il tarixli 023-2974-1219 nömrəli məktubu və arayışı olmuşdur. İş materiallarına əlavə olunmuş vətəndaş Elvin Əhmədlinin müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin 06.08.2019-cu il tarixli 023-2974-1219 nömrəli məktubu və arayışında qeyd olunmuşdur ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olarkən ona yaxınlaşmış Ağcabədi RPŞ PPXB-nin 632 çağırışlı avtomobilində xidmət aparan adlarını bilmədiyi 3 nəfər polis əməkdaş tərəfindən rayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğu bildirilib patrul avtomobilinə əyləşdirildikdən sonra RPŞ-yə aparılmaması müqabilində 500 manatının alınaraq sərbəst buraxılması barədə vətəndaş Elvin Əhmədlinin DİN-in "102" Xidməti-Zəng mərkəzi vasitəsi ilə daxil olmuş müraciəti əsasında aparılmış xidməti təhqiqatla müəyyən edildi: 18.07.2019-cu il tarixdə saat 01.00 radələrində 2 nömrəli marşrut üzrə "Fiat Doblo" markalı **-AP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Ağcabədi RPŞ PPXB-nin polis nəfərləri İddiaçı2 və İddiaçı1 MN-nin Ağcabədi rayonundakı «N» saylı hərbi hissəsinin hərbçisi Elvirı Əhmədimi heç bir əsas olmadan Mərkəzi rayon Xəstəxanasının yaxınlığında saxlamış, onu rayon ərazisində baş vermiş oğurluq hadisələrində təqsirləndirərək patrul avtomaşınına əyləşdirmiş, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqdan sonra həmin şəxsi saat 02.30 radələrində sərbəst buraxmışlar. Ağcabədi RPŞ-nin «Post-Patrul naryadlarının yerləşdirilməsi üzrə post cədvəli» nə əsasən PPXB-nin polis nəfərləri İddiaçı2 vo İddiaçı1 17.07.2019-cu il tarixdə saat 21.00-dan 18.07.2019-cu il saat 09.00-dək 2 nömrəli marşrut üzrə rayonun H.Əliyev prosoekti ilə rayon İcra Hakimiyyətinin yanındakı dairəyədək, eləcə də Həsən Əliyev küçəsində xidmətdə olduqları göstərilmişdir. PPXB-nin polis nəfərləri İddiaçı2 və İddiaçı1 «Xidməti kitabçaları»na baxış keçirilərkən PPXB-nin manqa komandiri Elbrus Hüseynov tərəfindən 18.07.2019-cu il tarixdə saat 04.16-da xidmətin yoxlanıldığı və nöqsan aşkar edilmədiyi barədə qeydiyyat apardığı müəyyən edilmişdir. Ağcabədi RPŞ-nin 29.04.2019cu il tarixli Ə75-129-19 nömrəli əmri ilə bölüyün istifadəsində olan “Fiat-Doblo” markalı **- AP-*** dövlət qeydiyyat nişanlı avtomaşın PPXB-nin polis nəfəri polis serjantı İddiaçı1 təhkim olunmuşdur. Kapital Bank” ASC-dən təqdim olunmuş 01 08 3019-cu il tarixli arayışda vət. Elvin Əhmədlinin bankın Ağcabədi filialından 18.07.2019-cu il tarixdə saat 02.24-də A ******* nömrəli bankomatdan özünə məxsus **********834503 nömrəli kartdan 500 manat pul çıxarması qeyd olunmuşdur. Xidməti təhqiqat zamanı vət. Elvin Əhmədli izahatında 2014-cü ilin yanvar ayından Ağcabədi rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinə məxsus «N» saylı hərbi hissədə gizir vəzifəsində xidmət etdiyini və həmin hərbi şəhərcikdə də yaşadığını, 17.07.2019-cu il tarixdə özünə lazım olan ləvazimatları almaq üçün saat 23.00 radələrində Ağcabədi rayonuna gəldiyini, özü üçün dərman almaq məqsədilə Mərkəzi Xəstəxananın yaxınlığında yerləşən aptekə girdiyini, lazım olan dərman aptekdə olmadığı üçün oradan çıxıb hərbi hissəyə qayıtmaq üçün taksi gözlədiyini, 18.07.2019-cu il tarixdə saat 01.00 radələrində avtopatrulun ona yaxınlaşdığım və iki nəfərin polis formasında avtopatruldan düşərək ona yaxınlaşdıqlarını, özlərini təqdim etmədən birbaşa onu sorğu-sual etdiklərini, həmin polis əməkdaşlarından birinin ona rayona oğurluq etməyə gəldiyini bildirdikdə «N» saylı hərbi hissədə gizir olaraq xidmət apardığı, sənədlərinin isə formasının cibində qaldığını ona bildirsə də inanmadığı, hətta ona Zaqatala rayonundan olduğunu dedikdə həmin rayonda Ceyhun adında dostu olduğunu da bildirdiyini, sonra isə avtopatrulda qabaqda əyləşən polis əməkdaşına müraciət edərək buraxılmasını xahiş etdiyini, lakin həmin əməkdaşını əvvəlcə ondan 900 manat pul istəməsinə baxmayaraq özünün 300 manat verə biləcəyini, sonda isə 500 manata razılaşdıqlarını, "xxxx"a məxsus **********834503 nömrəli kartı cibində olduğu üçün avtopatrula əyləşib “AL” marketin qarşına gəldiklərini və 18.07.2019-cu il tarixdə saat 02.00 radələrində marketin qarşısında yerləşən bankomatdan 500 manat pulu çıxardıb avtopatrulu idarə edən polis əməkdaşına verdiyini, onu şöbəyə aparmadıqlarını və heç kimə deməməsini deyərək sürüb çıxıb getdiklərini, arxadan avtopatrulun nömrəsini götürdüyünü və hərbi hissəyə qayıdan kimi “DİN-in “102” Xidməti-Zəng mərkəzinə bu barədə məlumat verdiyini, şöbədə onu saxlayan polis baş serjantı Elzad Zeynalov və polis serjantı İddiaçı1 tanıdığını, "500 manat pulu da sonuncuya verdiyini göstərmişdir. Ağcabədi RPŞ PPXB-nin polis nəfəri polis baş serjantı İddiaçı2 izahatında 17.07.2019-cu il tarixdə saat 21.00 təlimatdan sonra polis serjantı İddiaçı1lə “Fiat-Doblo” markalı **-AP- *** dövlət qeydiyyat nişanlı 5991 çağırışlı avtopatrulda dislokasiya üzrə xidmətə başladıqlarını, yanlarında üçüncü əməkdaşın olmadığı, xidmətdə olarkən rayon ərazisində baş vermiş oğurluqda şübhəli bilinən heç kimi saxlamadıqları və 500 manat almadıqlarını, vət. Elvin Əhmədlinin dediklərinin yalan olduğunu göstərmişdir. Polis serjantı İddiaçı1 də izahatında vət. Elvin Əhmədlinin izahatında qeyd etdiklərini təkzib etmiş, polis baş serjantı İddiaçı2 izahatında qeyd etdiklərini özünə aid olan hissədə təsdiqləmişdir. Ağcabədi RPŞ PPXB-nin komandiri polis mayoru Ərrahman Mehdiyev izahatında 17.07.2019-cu il tarixdə saat 21.00 təlimatdan sonra sözügedən əməkdaşların bir ekipajda xidmət apardıqlarını, onlar tərəfindən hər hansı bir vətəndaşın saxlanılaraq pul almalarından xəbərsiz olduqlarını, həmin əməkdaşlarında ona bu barədə məlumat vermədiklərini qeyd etmişdir. Ağcabədi RPŞ PPXB-nin manqa komandiri polis baş serjantı Elbrus Hüseynov izahatında polis nəfərləri İddiaçı2 və İddiaçı1 17.07.2019-cu il tarixdə saat 21.00-dan “Fiat-Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı 5991 çağırışlı avtopatrulda dislokasiya üzrə rayonun H.Əliyev prospektində xidmət apardıqlarını, 18.07.2019-cu il tarixdə saat 01.20də onların xidmətini yoxladığını, həmin vaxtı avtopatrulda üçüncü əməkdaşın olmadığını və bu barədə əməkdaşların xidməti kitabçasında da qeydiyyat apardığını, həmin polis nəfərləri tərəfindən rayon ərazisində baş vermiş oğurluq cinayətlərində şübhəli bilinən hər hansı bir vətəndaşın saxlanılması və ondan pul alınmasından məlumatı olmadığını, gündəlik təlimatlarda və xidməti dərslərdə tabelikdəki əməkdaşlardan tələb edildiyini və nəzarəti artıracağını göstərmişdir. Beləliklə, aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, 18.07.2019-cu il tarixdə saat 01.00 radələrində patrul avtomobilində xidmət aparan Ağcabədi RPŞ PPXB-nin polis nəfərləri İddiaçı2 və İddiaçı1 MN-nin Ağcabədi rayonundakı «N» saylı hərbi hissəsinin hərbçisi Elvin Əhmədimi heç bir əsas olmadan Mərkəzi rayon Xəstəxanasının yaxınlığında saxlamış, onu rayon ərazisində baş vermiş oğurluq hadisələrində təqsirləndirərək patrul avtomaşınına əyləşdirmiş, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqdan sonra həmin şəxsi saat 02.30 radələrində sərbəst buraxmışlar. Ağcabədi RPŞ PPXB-nin komandiri Ərrahman Mehdiyev tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətmiş, mövcud nöqsanların vaxtında aradan qaldırılmasını təmin etməmişdir. Göstərilənləri nəzərə alaraq, təklif edirik: 1. “Polis haqqında” Qanunun 5, 13 və 29-cu, “DİO X7 kodeksi”nin 1, 2, 3, 4, 6, 17 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsinin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq 18.07.2019-cu il tarixdə hərbi qulluqçu E.Əhmədlini heç bir əsas olmadan saxlayıb oğurluqda təqsirləndirərək patrul avtomaşınına əyləşdirdiklərinə, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqlarına, habelə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduqlarına, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduqlarına, bu hərəkətləri ilə X25 əməkdaşı adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiklərinə görə Ağcabədi RPŞ PPXB-nin polis nəfəri polis baş serjantı İddiaçı2 və polis serjantı İddiaçı1 DİO-da xidmətdən xaric edilməsi RPŞ-nin rəisi polis polkovnik leytehantı Ənvər Həsənova həvalə edilsin. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin məhkəməyə göndərdiyi 06 noyabr 2019-cu il tarixli, 023-4633-1219 saylı məktubunda qeyd olunmuşdur ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olarkən ona yaxınlaşmış Ağcabədi RPŞ PPXB-nin 632 çağırışlı avtomobilində xidmət aparan adlarını bilmədiyi 3 nəfər polis əməkdaşı tərəfindən rayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğu bildirilib patrul avtomobilinə əyləşdirildikdən sonra RPŞ-yə aparılmaması müqabilində 500 manatının alınaraq sərbəst buraxılması barədə vət. Elvin Əhmədlinin DİN-in "102" Xidməti-Zəng mərkəzi vasitəsi ilə daxil olmuş müraciəti əsasında cari ilin iyul ayında tərəfimizdən xidməti təhqiqat aparılmışdır. Müəyyən edilmişdir ki, 18.07.2019-cu il tarixdə saat 01.00 radələrində 2 nömrəli marşrut üzrə "Fiat Doblo" markalı **-AP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Ağcabədi RPŞ PPXB-nin polis nəfərləri İddiaçı2 və İddiaçı1 Müdafiə Nazirliyinin Ağcabədi rayonundakı «N» saylı hərbi hissəsinin hərbçisi Elvin Əhmədlini heç bir əsas olmadan Mərkəzi rayon Xəstəxanasının yaxınlığında saxlamış, onu rayon ərazisində baş vermiş oğurluq hadisələrində təqsirləndirərək patrul avtomaşınına əyləşdirmiş, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqdan sonra həmin şəxsi saat 02.30 radələrində sərbəst buraxmışlar. Ağcabədi RPŞ-nin «Post-Patrul naryadlarının yerləşdirilməsi üzrə post cədvəli»nə əsasən PPXB-nin polis nəfərləri İddiaçı2 və İddiaçı1 17.07.2019-cu il tarixdə saat 21.00-dan 18.07.2019-cu il saat 09.00-dək 2 nömrəli marşrut üzrə rayonun H.Əliyev prosoekti ilə rayon İcra Hakimiyyətinin yanındakı dairəyədək, eləcə də Həsən Əliyev küçəsində xidmətdə olduqları göstərilmişdir. Ağcabədi RPŞ-nin 29.04.2019-cu il tarixli Ə75-129-19 nömrəli əmri ilə bölüyün istifadəsində olan “Fiat-Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşın PPXB-nin polis nəfəri polis serjantı İddiaçı1 təhkim olunmuşdur. "xxxx" ASC-dən təqdim olunmuş 01.08.2019-cu il tarixli arayışda vət. Elvin Əhmədlinin bankın Ağcabədi filialından 18.07.2019-cu il tarixdə saat 02.24-də A ******* nömrəli bankomatdan özünə məxsus **********834503 nömrəli kartdan 500 manat pul çıxarması qeyd olunmuşdur. “Polis haqqında” Qanunun 5, 13 və 29-cu, “DİO X7 kodeksi”nin 1, 2, 3, 4, 6, 17 və 20-ci maddələrinin "İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq 18.07.2019-cu il tarixdə hərbi qulluqçu E.Əhmədlini heç bir əsas olmadan saxlayıb oğurluqda təqsirləndirərək patrul avtomaşınına əyləşdirdiklərinə, sərbəst buraxılması müqabilində şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar apardıqlarına, habelə xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduqlarına, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduqlarına, bu hərəkətlərilə X25 əməkdaşı adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiklərinə görə Ağcabədi RPŞ PPXB-nin polis nəfərləri polis baş serjantı İddiaçı2 və polis serjantı İddiaçı1 DİO-da xidmətdən xaric edilməsi RPŞ-nin rəisi polis polkovnik-leytenantı Ənvər Həsənova həvalə edilmiş, şöbənin 07.08.2019-cu il tarixli Ə78ş/h-129-19 nömrəli əmri ilə İddiaçı2 “Azərbaycan Respubklikası DİO-da xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu, İddiaçı1 isə 9-cu bəndinə əsasən X14 xidmətdən xaric edilmişlər. İşdə olan 19.07.2019-cu il tarixli raportda qeyd olunmuşdur ki, 18.07.2019-cu il tarixdə saat 03.05-də özünü hərbçi kimi təqdim edən, Zaqatala rayonu Qımır kəndində qeydiyyatda olan, Ağcabədi rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yaşayan X5 070 ***-**-** nömrəli telefonla “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olarkən ona yaxınlaşmış Ağcabədi RPŞ PPXT-nin 632 çağırışlı patrul avtomobilində xidmət aparan adlarını bilmədiyi 3 nəfər əməkdaş tərəfindən rayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğu bildirilib patrul avtomobilinə əyləşdirildikdən sonra RPŞ-yə aparılmaması müqabilində 500 manatının alınaraq sərbəst buraxılması barədə məlumat vermişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin məhkəməyə göndərdiyi 29 iyul 2021-ci il tarixli, 023-3146-1221 saylı məktubunda qeyd olunmuşdur ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin 07.07.2021-ci il tarixli 023-2831-1221 nömrəli məktubunda “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin nömrəsi texniki səhv olaraq ** AP *** kimi göstərilmişdir. Bu xüsusatın nəzərə alınması xahiş olunur. Məlumat üçün bildirilir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinə məruzə olunmuş 06.08.2019-cu il tarixii arayışda, eləcə də Ağcabədi RPŞ-nin «Post- Patrul naryadlarının yerləşdirilməsi üzrə post cədvəli» kitabında Post-patrul xidməti bölüyünün sabiq polis nəfərləri İddiaçı2 və İddiaçı1 17.07.2019-cu il tarixdə saat 21.00-dan 18.07.2019-cu il saat 09.00-dək 2 nömrəli marşrut üzrə Ağcabədi rayonu, Heydər Əliyev prospektində və Həsən Əliyev küçəsində “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət apardıqları göstərilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş Elvin Əhmədli 18.07.2019-cu il tarixdə saat 03.05-də Nazirliyin “102” Xidmətinə zəng edərkən Ağcabədi RPŞ-nin PPXB-nin 632 nömrəli patrul avtomobilində xidmət aparan əməkdaşlar tərəfindən rayon ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli bilinərək şöbəyə aparılmaması müqabilində ondan 500 manat pul alınıb sərbəst buraxıldığını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 07.08.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrinə əsasən İddiaçı1 Cavabdeh Post Patrul Xidməti Bölüyünün polis nəfəri (polis serjantı) vəzifəsindən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (X25 əməkdaşının adına ləkə gətirən hərəkət etdiyinə görə) X14 xidmətdən xaric olunmuşdur. Həmçinin Cavabdeh 07.08.2019-cu il tarixli Ə 78 Ş/H-129-19 nömrəli əmrinə əsasən İddiaçı2 Cavabdeh Post Patrul Xidməti Bölüyünün polis nəfəri (polis baş serjantı) vəzifəsindən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən (X25 əməkdaşının adına ləkə gətirən hərəkət etdiyinə görə) X14 xidmətdən xaric olunmuşdur. Eyni zamnda müəyyən edilmişdir ki, mübahisələndirilən əmrin verilməsinə əsas olan sənəd Ağcəbədi RPŞ-nin 07.08.2019cu il tarixli Ə249-129-19 nömrəli intizam əmri, Daxili Təhqiqatlar İdarəsinin 06.08.2019-cu il tarixli 023-2974-1219 nömrəli məktubu və arayışı olmuşdur. İş materiallarında olan X1 müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair arayışından müəyyən olunur ki, X6 xidməti təhqiqat zamanı izahatında “18.07.2019-cu il tarixdə saat 02.00 radələrində marketin qarşısında yerləşən bankomatdan 500 manat pulu çıxardıb avtopatrulu idarə edən polis əməkdaşına verdiyini, onu şöbəyə aparmadıqlarını və heç kimə deməməsini deyərək sürüb çıxıb getdiklərini, arxadan avtopatrulun nömrəsini götürdüyünü və hərbi hissəyə qayıdan kimi “DİN-in “102” Xidməti-Zəng mərkəzinə bu barədə məlumat verdiyini, şöbədə onu saxlayan polis baş serjantı Elzad Zeynalov və polis serjantı İddiaçı1 tanıdığını, "500 manat pulu da sonuncuya verdiyini göstərmişdir. 21.01.2020-ci tarixli məhkəmə iclasında isə tamam başqa məzmunlu ifadə verən X6 ifadəsində bildirmişdir ki, gecə saat 12 radələrində Ağcabədi rayonunda yerləşən aptekdən dərman almaq üçün yaşadığı hərbi şəhərciyi tərk etmişdir. Dərman alıb çıxdıqdan sonra taksi gözləmək üçün yolun kənarına gəlmişdir. Bu zaman post patrul xidmətinin maşını ona yaxınlaşmışdır. Həmin maşında adamların sayının 3 nəfər olduğunu qeyd etmişdir. İfadəsinin davamı olaraq bildirmişdir ki, onu maşına əyləşdirdilər, mülki geyimdə olduğu üçün onun hərbiçi olduğuna inanmadılar, bu saatda burada neylədiyini soruşmuşdurlar və onlar oğurluq etmisən deyib onu hədələmişdirlər. Sonra ondan 900 manat pul tələb etmişdirlər, lakin o qədər pulunun olmadığını onlara bildirmişdir. Daha sonra 500 manat verməyə razılaşmışdır. Sonra birlikdə “Almarketin yanında yerləşən bankomata getmiş və kartdan 500 manat çıxardıb onlara vermişdir. Sonra düşüb 30 dəqiqəyə yaxın piyada getdikdən sonra taksiyə minib hərbi hissəyə qayıtmışdır. Hərbi hissəyə qayıtdıqdan sonra 102-yə zəng edib həmin polis nəfərlərindən şikayət etmişdir. Hərbi hissəyə qayıdarkən Ağcabədi rayonunda yerləşən “Gənclik” kafesinin yanında 632 nömrəli postpatrul maşınını görmüş və yəqin etmişdir ki, ondan pulu alanlar bunlardır. Çünki fikirləşmişdir ki, şəhərdə 1 postpatrul maşını xidmətə çıxır və onlardır. Avqust ayının 1-də Polis şöbəsinə çağırılmış, orada Kamran adlı şəxs onu sorğu-suala tutmağa və izahat almağa başlamışdır. Sonra ondan pul almış polis əməkdaşlarını tanıyıbtanımadıqını soruşmuşdur. O isə həmin şəxsləri görsə tanıyacağını demişdir. Bundan sonra 8 nəfər polis əməkdaşını gətirmişlər və ondan pul alan şəxsi göstərməyini istəmişdirlər. O isə pul alan şəxslərin sıradakı polis əməkdaşlarından heç birinin olmadığını demişdir. Bundan sonra isə aşağı mərtəbədə “damaşnikli” polis mayorunun yanında gətirmişdirlər. Polis mayoru onun pulunu alanların sırada duran İddiaçı1 və İddiaçı2 Yunis oğlunun olduğunu dedi. O isə onları tanımadığını və onu saxlayan və pulunu alan şəxslərin İddiaçı1 və İddiaçı2 Yunis oğlunun olmadığını demişdir. Bundan sonra həmin polis mayoru onu işdən çıxartdıracağını və tutduracağını bildirərək ona hədəqorxu gəlmişdir. O yenə də onunla razılaşmayaraq pulunu onların almadığını bildirsə də, həmin polis mayoru narahat olmamasını və sadəcə olaraq həmin polis nəfərlərinə xəbərdarlıq veriləcəyini bildirmişdir. O isə atası xəstə olduğu və işdən çıxarılacağından qorxduğu üçün onun sözləri ilə razılaşıb, təkliflərini qəbul etmişdir. Polis şöbəsindəki izahatını onların diqtəsi ilə yazmışdır. Sonra uşaqları pis vəziyyətdə qoyduğu üçün narahat olub X24 adına 03 avqust 2019-cu il tarixdə məktub yazıb və poçtla yola salmışdır. İddiaçı1 və İddiaçı2 Yunis oğlunu heç vaxt görməmiş və tanımır, həmin şəxslər ondan pul almamışlar, onları yalnız polis şöbəsində tanınmada və məhkəmə prosesində iclas zalında görmüşdür və eyni zamanda polis şöbəsində verdiyi izahatlar onun iradəsinə uyğun olmamışdır, polis şöbəsində adını bilmədiyi polis mayorunun təhdidi və diktəsi ilə yazılmışdır. Məhkəmə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsini inandırıcı hesab etmir və həmin ifadəni mötəbər sübut kimi qiymətləndirmir. Məhkəmənin qənaətinə görə şahid X1 inzibati məhkəmə icraatı zamanı başqa məzmunda ifadə verməsi iddiaçılarla onun arasında sonradan barışığın əldə edilməsi və şahid X1 iddiaçıların xidmətdən xaric edilməsində özünü günahkar bilməsi ilə əlaqədardır. Bundan başqa, xidməti təhqiqat zamanı polis şöbəsində izahatı alınmış X6 ona hədə qorxu gəlindiyini, başqa formada təzyiqlər olunduğunu bildirsə də, məhkəmə araşdırması zamanı belə hal aşkar edilməmiş, eyni zamanda bu hala dair sübut təqdim edilməmişdir. Digər tərəfdən, polis şöbəsində X3 təzyiq olunması şərti olaraq qəbul edilsə belə, X1 polis əməkdaşının bu hərəkətindən müvafiq hüquq mühafizə orqanlarına şikayət etmə imkanı olmuşdur. Ancaq belə şikayətin olması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası X24 08.04.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş X25 X7 Kodeksinin 22-ci maddəsində də göstərilir ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X25 əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası X25nın intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası X14 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinə əsasən X25nın əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) X25 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək, eyni zamanada işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçıların hərəkətlərində polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətlərin yol verilməsi halı müəyyən edildiyindən, onların xidmətdən xaric edilməsinə dair qəbul edilmiş 26.12.2019-cu il tarixli, 0101əç nömrəli əmr qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Beləliklə, məhkəmə toplanmış, şifahi məhkəmə iclasında tədqiq edilmiş və proses iştirakçılarının öz mülahizələrini bildirdikləri sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının X14 xidmətdən xaric olunması haqqında Cavabdeh 07 avqust 2019-cu il tarixli Ə 78 ŞH- 129-19 nömrəli əmrinin ləğv edilməsi, iddiaçıların əvvəlki işinə bərpa olunması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İş materiallarından görünür ki, iş üzrə hər hansı prosessual xərc mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-581/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-581/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver