Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-581/2022 14.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında müvəqqəti yaşamaq icazəsi verilməsinin mümkünlüyü üçün olduğu yerdən qeydiyyata düşmək məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək, olduğu yerdən qeydiyyata düşdükdən sonra qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək öhdəliyinin Miqrasiya Xidmətinin üzərinə qoyulmasını, qanunla tələb olunan sənədləri ondan qəbul etdikdən sonra vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün ona icazəni verməyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məcbur olunması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında müvəqqəti yaşamaq icazəsi verilməsinin mümkünlüyü üçün olduğu yerdən qeydiyyata düşmək məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək, olduğu yerdən qeydiyyata düşdükdən sonra qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək öhdəliyinin Miqrasiya Xidmətinin üzərinə qoyulmasını, qanunla tələb olunan sənədləri ondan qəbul etdikdən sonra vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün ona icazəni verməyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məcbur olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında müvəqqəti yaşamaq icazəsi verilməsinin mümkünlüyü üçün olduğu yerdən qeydiyyata düşmək məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək, olduğu yerdən qeydiyyata düşdükdən sonra qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək öhdəliyinin Miqrasiya Xidmətinin üzərinə qoyulmasını, qanunla tələb olunan sənədləri ondan qəbul etdikdən sonra vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün ona icazəni verməyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məcbur olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2021-ci il 1 oktyabr tarixində qeydiyyatdan keçmiş B-3880 nömrəli məktubunuza Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli, 527-İQ nömrəli qanununun 15-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməyiniz üçün yenidən müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 08/h-488ŞZ nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı xx.xx.2018-ci il tarixli vəsatətinə (surəti əlavə olunur) əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1436 nömrəli Sərəncamı ilə onun Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı xx.xx.2020-ci il tarixli vəsatətinə (surəti əlavə olunur) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında baxılaraq rədd edilməsi qərara alınmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İddiaçı iddia ərizəsinə qarşı verilən etirazda qeyd edilir: İddiaçı məhkəməyə müraciət edərək onun vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsinin mümkünlüyü üçün olduğu yer üzrə qeydiyyata alınmaq məqsədi ilə qanunla tələb olunan sənədləri qəbul edilməsi öhdəliyinin Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsini xahiş etmişdir. Şəxs yuxarıda göstərilən tələblə bağlı (olduğu yer üzrə qeydiyyata alınmaq məqsədi ilə qanunla tələb olunan sənədləri qəbul edilməsi məsələsi istisna edilməklə) DMX-ya müraciət etmişdir (onun DMX-ya ünvanlanan ərizəsi etiraza əlavə olunur). Aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edirəm ki, onun heç bir hüquqi əsası yoxdur. Bildiririk ki, vətəndaşlığı olmayan şəxsin statusunun tanınması məsələsi Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid deyildir və bu status 1997-ci il 30 dekabr tarixli 421-İQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamədə vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına verilir. Müvəqqəti yaşamaq üçün icazənin verilməsi məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, hal-hazırki vəziyyətdə şəxsə qeyd olunan icazə verilə bilməz. Belə ki, qeyd olunan icazə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir (burada vətəndaşlığı olmayan şəxslər dedikdə həmin şəxslərə digər ölkə tərəfindən vətəndaşlığı olmayan şəxs statusunun verilməsi nəzərdə tutulur və bu statusu təsdiq edən sənədlə, sərhədkeçmə sənədi ilə həmin şəxslər DMX-ya müvəqqəti yaşamaq üçün icazənin əldə edilməsi ilə bağlı müraciət edə bilərlər). Hal-hazırki vəziyyət onu deməyə imkan verir ki (sözügedən şəxsin ölkə ərazisində statusu müəyyən olmadığından), şəxs olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciət edə bilməz. Şəxsin statusunun müəyyən edilməsi məsələsinə gəldikdə qeyd olunmalıdır ki, şəxsə Rusiya Federasiyasının vətəndaşlığının əldə edilməsi ilə bağlı həmin ölkənin müvafiq dövlət orqanından imtina barədə cavab məktubu verilmişdir. Lakin, şəxs Rusiya Federasiyasında anadan olma faktını əsas götürərək həmin cavab məktubunu RF-də məhkəmə qaydasında mübahisələndirməmişdir. Həmçinin, şəxs Rusiya Federasiyasının müvafiq dövlət orqanına vətəndaşlığı olmayan şəxs statusunun əldə edilməsi ilə bağlı da müraciət etməmişdir. Şəxsin hüquqi vəziyyətinin ölkə ərazisində leqallaşdırılması məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, şəxs əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olduğundan o, vətəndaşlığa bərpa ilə bağlı DMX-ya yenidən müraciət edə bilər (bu barədə DMX-nin 15 oktyabr 2021 -ci il tarixli cavab məktubu şəxsə təqdim edilmişdir, həmiçinin bunun üçün sözügedən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı ASAN Xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısını həmin Xidmətdən və ya migration.gov.az vebsaytından əldə edə bilər). Həmçinin o da qeyd olunmalıdır ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı xx.xx.2020-ci il tarixdə DMX-ya müraciət etmiş və bunun əsasında onun barəsində olan sənədlər baxılması üçün AR Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilmiş və Komissiyada vəsatətə baxılaraq onun təmin edilməsi məqsədəuyğun hesab olunmamışdır (İPM-nin 73.3-cü maddəsinin müddəalarını nəzərə alaraq iddiaçının tələbinə uyğun vəsatətin təmin edilməsi öhdəliyinin Komissiyaya həvalə edilməsi barədə iddiaya məhkəmə qaydasında baxıla bilməz). Qeyd olunmalıdır ki, tərəfimizdən şəxsə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda da yuxarıda göstərilən məsələ ilə əlaqədar məlumat qeyd edilmişdir (məktub və inzibati icraat materialları etiraza əlavə olunur). Bildiririk ki, vətəndaşlıq məsələlərinin həlli Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir (Dövlət Miqrasiya Xidməti vətəndaşlıq məsələlərinə dair vəsatətləri qəbul etmək, həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, vətəndaşlıq mənsubiyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müəyyənləşdirmək, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət etmək kimi vəzifələri yerinə yetirir). Yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın mümkün hesab edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə öhdəliyin icrası haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri iddiaçının iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməli və cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli olmasıdır. Lakin, iddiaçı hazırkı iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməmişdir. Yəni, iddiaçı cavabdehin iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ölkə ərazisində hüquqi vəziyyətini leqalaşdırmaq üçün hüquqi marağına uyğun Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı yenidən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Onu da qeyd etmək zəruridir ki, vətəndaşlıq məsələlərinin həlli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin deyil, Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir. Dövlət Miqrasiya Xidmətinin hazırki məsələlərlə bağlı vəzifəsi yalnız vətəndaşlıq məsələlərinə dair vəsatətləri qəbul etmək, həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, vətəndaşlıq mənsubiyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müəyyənləşdirmək, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət etməkdir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçının müraciət ərizəsini və ona əlavə olunmuş bütün sənədləri qəbul etmiş və baxılması üçün səlahiyyətli quruma təqdim etmişdir. Başqa sözlə cavabdeh inzibati orqan öz səlahiyyətləri daxilində iddiaçının müraciəti əsasında hərəkətsizlik etməmiş və iddiaçının hüquqlarını pozan hərəkətlərə yol verməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüququ pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı ““vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında müvəqqəti yaşamaq icazəsi verilməsinin mümkünlüyü üçün olduğu yerdən qeydiyyata düşmək məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək, olduğu yerdən qeydiyyata düşdükdən sonra qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək öhdəliyinin Miqrasiya Xidmətinin üzərinə qoyulmasını, qanunla tələb olunan sənədləri ondan qəbul etdikdən sonra vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün ona icazəni verməyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məcbur olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-581/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-581/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver