Məhkəmə qərarları › İş №2-1(120)-582/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-582/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-582/2021 27.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı (Lənkəran rayonu, Vilvan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), İddiaçı vəkili X4 (Lənkəran rayonu, Xarxatan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN-755 (kod ********) nömrəli şəhadətnamə (dövlət aktı) ilə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsinə, həmçinin, torpağa mülkiyyət hüququna dair JN-751 saylı (kod ********) nömrəli şəhadətnamə (dövlət aktı) ilə X11 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı torpağa mülkiyyət hüququna dair JN 755 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsinə həmçinin, torpağa mülkiyyət hüququna dair JN-751 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə X11 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27.05.2019-cu il tarixli, 2-1(086)-1481/2019 saylı qərardadı ilə, X5 və X25 cavabdehlər sırasından çıxarılaraq, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, həmçinin X11, X9, X12, X10, X1, X13, X14, X7 və X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2019-cu il tarixli, 2-1(086)-1481/2019 saylı qərardadı ilə İddiaçı tərəfindən iddianın dəyişdirilməsinin qəbul edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi cavabdeh sırasından çıxarılaraq üçüncü şəxs qismində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti isə üçüncü şəxslər sırasından çıxarlaraq, cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, mübahisəyə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı torpağa mülkiyyət hüququna dair JN 755 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsinə həmçinin, torpağa mülkiyyət hüququna dair JN-751 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə X15 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2-1(120)-35/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı torpağa mülkiyyət hüququna dair JN 755 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsinə həmçinin, torpağa mülkiyyət hüququna dair JN-751 saylı (kod ********) şəhadətnamə (dövlət aktı) ilə X11 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında (cizgisində) düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı Şirvan İnzibati Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2-1(120)-35/2020 nömrəli qərarından apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(106)-417/2020 nömrəli qərardadı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2-1(120)-35/2020 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin olduğu kimi saxlanılmasını, cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsi ilə əvəz edilməsini xahiş etmiş, Şirvan İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(120)-582/2021 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Vilvan kəndində yaşayır. ünvan 1issiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə altı nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Vilvan kəndi ərazisində 0,49 ha, həmçinin üçüncü şəxslərin ailə üzvlərinin mülkiyyətinə həmin tarixli qərarla Vilvan kəndi ərazisində 0,66 ha torpaq sahəsi verilmişdir. 0,49 ha torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN6755 saylı dövlət aktı, 0,66 ha torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətinə verilməsinə dair JN:751 saylı dövlət aktı tərtib olunaraq təqdim olunmuşdur. Torpaq islahatı aparılarkən onların istifadəsində 0,34 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Bundan 0,20 ha qanuni istifadədə olan torpaq sahəsi, 0,14 ha isə zəbt olunmuş həyətyanı torpaq sahəsi hesab edilmişdir. Torpaq islahatının aparılması qaydalarına müvafiq olaraq istifadələrində zəbt olunmuş 0,14 ha torpaq sahəsi olduğu üçün ailələrinə düşməli olan 0,66 ha pay torpaq sahəsindən 0,17 ha çıxılmış və 0,49 ha pay torpağının ailələrinin mülkiyyətinə verilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq o, iş üzrə əvvəlki cavabdeh inzibati orqana 25 avqust 2017-ci il tarixdə müraciət etmiş, lakin həmin idarədən verilmiş 16 sentyabr 2017-ci il tarixli cavab məktubunda ona bildirmişlər ki, təqdim olunan sənədlər üzrə aparılan müayinə ilə və ekspertizanın nəticəsi olaraq faktiki vəziyyətlə mövcud elektron baza məlumatları arasında uyğunsuzluq müəyyən edilmişdir. Torpağa mülkiyyət hüququna dair üçüncü şəxslərin adına yazılmış JN-751 saylı dövlət aktında göstərilən torpaq sahəsi onun yaşadığı evin yerləşdiyi həyətyanı torpaq sahəsinin yaxınlığındadır. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X16 iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsi, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsi, X5, X25, X26, X23, X27, X24, X6, X28, X29, X19 və X20 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Ərazi idarəsi iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Lənkəran rayonu Vilvan kəndi ərazisində yerləşən, ünvan 1issiyasının müvafiq qərarı əsasında JN-755 nömrəli “Dövlət Aktı” hazırki iş üzrə İddiaçı Talib oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş payıbəlli torpaq sahəsinin ölçüsünə və mülkiyyətçilərə münasibətdə dəyişiklik edilməsinə (JN-755 saylı “Dövlət Aktı” ilə JN-751 saylı “Dövlət Aktı” üzrə ayrılmış torpaq sahələrinin ölçüsünə və ümumilikdə mülkiyyətçilərin siyahısına dəyişiklik edilməsinə münasibətdə) dair iş üzrə iddiaçının və onun ailə üzvlərinin adlarının əlavə edilməsi məsələsi barədə iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəfimizdən sözü gedən daşınmaz əmlaka dair arxiv və baza məlumatları araşdırıldı. Araşdırılma nəticəsində məlum olmuşdur ki, sözü gedən ünvanda yerləşən payıbəlli torpaq sahələrinə dair ünvan 1issiyasının müvafiq qərarı ilə verilmiş JN-751 və JN-755 nömrəli “Dövlət Akt”ları barədə ləğv edilmiş DT və XK-si tərəfindən DƏDRX-nə təqdim olunmuş DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında müvafiq məlumatlar mövcuddur. Bu baxımdan, sərəncamda qeyd edilən həmin payıbəlli torpaq sahələrinin mülkiyyətə verilməsinə dair “Dövlət Aktlarının dəyişdirilməsinə münasibətdə bildiririk ki, hazırki iş üz iddia ərizəsində qeyd olunan məsələ (torpaq sahələrinin ölçüsünün və mülkiyyətçilərinin dəyişdirilməsi, yaxud ləğv edilməsi) Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. “Dövlət Akt”larının ləğv edilməsi, dəyişdirilməsi, yaxud iddiaçının və onun ailə üzvlərinin adlarının həmin hüquqmüəyyənedici sənədə əlavə edilməsinə münasibətdə isə bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki iş üzrə həmin dövlət aktlarına aidiyyəti hissədə dəyişiklik edilməsinə dair qanunamüvafiq qərar qəbul etməyinizi xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Məhkəmə- Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan JN 755, kod 80200038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından, torpaq sahəsinin qaiməsindən və plan çizgidən görünür ki, ünvan 1issiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə 0.49 ha torpaq sahəsi İddiaçı, X1, X13, X14, X7, X8 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İşdə olan 17.04.2018-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 may 2019-cu il tarixli, **********05 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2019cu il 03 aprel tarixli, 2-1(086)-1481/2019 saylı mülki iş üzrə sorğuda göstərilən JN-751 və JN-755 saylı “Dövlət Aktlarının və həmin hüquqmüəyyənedici sənədlərin verilməsinə əsas olmuş sənədlərin müvafiq qaydada təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə, tərəfimizdən həmin əmlaklara dair arxiv və baza məlumatları araşdırıldı. Araşdırma nəticəsində məlum oldu ki, hər iki “Dövlət Aktı” üzrə mövcud DBF siyahı) və DWG (xəritə) məlumatlarında (surəti əlavə olunur) aidiyyəti hissədə müvafiq oəydiyyat aparılmışdır. Lakin həmin “Dövlət Aktlarından yalnız biri (JN-751 nömrəli) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi ilə aramızda olan təhfil-təslim dövründə tərəfimizdən təhfil alınmışdır, JN-755 nömrəli “Dövlət Aktı”nın arxiv nüsxəsi isə həmin sənədlərin sırasında aşkarlanmamışdır. Həmin “Dövlət Aktları üzrə iddiaçı və cavabdehin, həmçinin onların ailə üzvlərinin mülkiyyətinə payıbəlli torpaq sahələrinin verilməsinə əsas olmuş sənədlərin təqdim olunmasına münasibətdə isə bildiririk ki, (ünvan 1issiyasının müvafiq qərarı X18 rayon şöbəsinə təhfil verilmişdir) qeyd olunan səbəbdən həmin qərarın və JN-755 nömrəli dövlət aktının təsdiqlənmiş surətinin tərəfimizdən təqdim olunması mümkün deyildir. İşdə olan ünvan 1issiyasının 15 aprel 1998-ci il tarixli iclasının 7 nömrəli protokolundan çıxarışdan və siyahıdan görünür ki, ünvan 1issiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə torpaq sahəsi İddiaçı, X1, X13, X14, X7, X8 mülkiyyətinə verilmişdir. İşdə olan JN 751, kod 80200038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından, torpaq sahəsinin qaiməsindən və plan çizgidən görünür ki, ünvan 1issiyasının 15 aprel 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə 0.66 ha torpaq sahəsi X11, X2, X9, X12, X17, X10 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin etirazında qeyd edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2019-cu il tarixli 2-1 (086)- 1481/2019 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iş üzrə cavabdeh qismində inzibati məhkəmə işinə cəlb edilməsi ilə bağlı bildiririk ki, qeyd olunan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin cavabdeh qismində seçilməsinə etiraz edirik. İddiaçı Talib oğlu iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi ilə torpağa mülkiyyət hüququna dair JN 755 saylı şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsinə, həmçinin torpağa mülkiyyət hüququna dair JN 751 saylı şəhadətnamə ilə X15 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin planında düzəliş edilərək, cizginin onun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,66 ha torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə” ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi, verilməsi və torpaq sahəsinin planında (cizgidə) düzəliş edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilməmişdir. Yuxarıda qeyd olunanları və iddiaçının iddia tələbi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin cavabdehlik daşımadığını nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edəsiniz. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 16-cı maddəsinə əsasən: 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və həmin Fərmanın 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli, 516 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsinin və verilməsinin təmin edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(106)-417/2020 saylı qərardadının əsaslandırma hissəsində qeyd olunmuşdur ki, “...DƏDRX-nin nümayəndəsi də iddiaçının torpaq sahəsi üzrə faktiki vəziyyətlə mövcud elektron baza məlumatları arasında uyğunsuzluq müəyyən edildiyini, onun aradan qaldırılmasının mümkün olduğunu bildirmişdir.” Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsi üzrə faktiki vəziyyətlə mövcud elektron baza məlumatları arasında uyğunsuzluğun cavabdeh tərəfindən aradan qaldırılması mümkün olduğu halda cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparmamış və əsaslandırılmamış, formal “imtina” vermişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Həmçinin, cavabdeh inzibati orqan inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün öz təşəbbüsü ilə ekspertizanın təyin olunması haqqında hər hansı qərar qəbul etməmişdir. Cavabdeh iddiaçıya onun müraciəti ilə əlaqədar tam, dəqiq, ətraflı məlumat verməmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun : 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. 41.2-ci maddəsinə əsasən inzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə bir daha qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparılmadığından işin faktiki və hüquqi halları tam müəyyən edilməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda iddiaçının həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının tərəfindən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar