Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-586/2020 28.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (İmişli rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X6 nümayəndəsi X5 (Masallı rayonu, Ərkivan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçıcavabdeh İmişli rayon Təhsil şöbəsinə qarşı xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə İmişli rayonu, Cəfərli kəndi 1 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin **********517 nömrəli fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh İmişli rayon Təhsil şöbəsinə qarşı İmişli rayonu, Cəfərli kənd 1 saylı tam orta məktəbində xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə əmək haqqıdan tutulan sosial sığorta haqları ilə bağlı ödənişlərin DSMF-nin hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə İmişli rayonu, Cəfərli kəndi 1 saylı tam orta məktəbində işlədiyi il üzrə məcburi sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumatlarda adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdeh İmişli rayon Təhsil şöbəsinin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2014-cü ilin dekabr ayının 24-də yaşa görə əmək pensiyasına çıxmışdır. Ona əmək pensiyası hesablanarkən 2010-cu ilin 01 yanvar ayından 31 dekabr ayına kimi İmişli rayon Təhsil şöbəsinin hesabladığı 6105 manat 80 qəpik əmək haqqından tutulan üç faiz sosial sığorta məbləği və işəgötürənin vəsaiti hesabına əmək haqqı fondundan 22 faiq məbləğində məcburi sosial sığorta məbləği onun Dövlət X11 İmişli rayon şöbəsində olan sosial sığorta hesabına köçürülməmişdir. Onun şəxsi uçot hesabında oturmamışdır. Ona görə də əmək pensiyası bir il az hesablanmış, 2010-cu ilin sosial sığorta stajı kimi 6105 manat 80 qəpikdən gələn faiz onun pensiyasının üstünə hesablanmamışdır. Dövlət X11 İmişli rayon şöbəsinə müraciət etmiş, ona cavab verilərək 2010-cu ildə aldığı əmək haqqı İmişli rayon Təhsil şöbəsi tərəfindən fonda onun hesabına köçürülməmişdir. İmişli rayon Təhsil şöbəsinə müraciət etmiş, 2010-cu ilin hər ay əmək haqqı cədvəllərini, hər ay təqaüdün fonduna tutulmasını, 2010-cu ilin ümumi əmək haqqının cədvəli verilmişdir. Ancaq həmin məbləğin hansı ünvana köçürdükləri haqqında ona məlumat verilməmişdir. Ona texniki səbəbdən X17ndakı hesabına köçürülməmişdir. İmişli rayon Təhsil şöbəsi hər ay onun əmək haqqından təqaüd fonduna üç faiz, məcburi sosial sığortaya 22 faiz vəsait tutulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X6 nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı cavabdeh İmişli rayon Təhsil şöbəsinə qarşı verilmiş iddia ərizəsində üçüncü şəxs 5 saylı X8 aid hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, üçüncü şəxslər Əmək və X7 Naziriliyi tabeliyində Dövlət X17 publik hüqiqi şəxsinin İmişli rayon filialının və Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı X9 Mərkəzinin nümayəndələri şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə İmişli rayonu, Cəfərli kəndi 1 saylı tam orta məktəbində işlədiyi il üzrə məcburi sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumatlarda adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 03643406 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə anadan olmuş, İmişli rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İmişli rayon Təhsil şöbəsinin xx.xx.2019-cu il tarixli, 90 nömrəli arayışından görünür ki, İmişli rayon Cəfərli kənd 1 saylı tam orta məktəbin sabiq müəllimi İddiaçı həqiqətən 2010-cu tədris ilində 6105 manat 80 qəpik əmək haqqı hesablanmışdır. İşdə olan Dövlət X11 İmişli rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, İmişli rayon Cəfərli kəndində yaşayan İddiaçı adına xx.xx.2010-xx.xx.2010-cu ildə qazanılmış sığorta və yığım hissələri X18 Sisteminin baza hissəsində pensiya kapitalı ödənilməmişdir. Odur ki, həmin illəri nəzərə alaraq pensiyanın yenidən hesablamaq mümkün deyildir. İşdə olan İmişli rayon Təhsil şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 93 nömrəli məktubundan görünür ki, 12 saylı X9 Mərkəzi fəaliyyətə başladıqdan sonra rayonun təhsil müəssisələri üzrə çalışanların əmək haqlarının hesablanması və digər bütün maliyyə sənədləşmə işləri həmin mərkəz tərəfindən həyata keçirilir. Bu səbəbdən də ərizədə göstərilən məsələlər maliyyə işləri olduğundan onların həlli ilə məşğul olmaq artıq Təhsil şöbəsinin səlahiyyətlərinə daxil deyildir. İşdə olan 12 saylı X9 Mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 78 nömrəli məktubundan görünür ki, X9 Mərkəzi 2016-cı ildən fəaliyyətə başlamışdır. xx xxxxxx 2016-cı ilədək təhsil müəssisəsi işçilərinə əmək və ona bərabər tutulan gəlirlərin, eləcə də məcburi sosial sığorta məbləğlərinin hesablanması və ödənilməsi rayon Təhsil şöbəsi tərəfindən həyata keçirilmişdir. Ödənilmiş sosial sığorta məbləğinin hər bir işçisinin fərdi uçot hesabına işlənilməsi ilə bilavasitə Dövlət X11 vəsifəsisir. Qeyd olunanlara baxmayaraq ona mümkün köməkliyin göstərilməsi üçün Dövlət X11 İmişli rayon şöbəsi ilə müvafiq araşdırma aparılması barədə mərkəzin İmişli rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığına göstəriş verilmişdir. İşdə olan İmişli rayon Təhsil şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 122 nömrəli məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 108 nömrəli arayışından görünür ki, İmişli rayon Cəfərli kənd 1 saylı tam orta məktəbin sabiq müəllimi İddiaçı həqiqətən 2010-cu tədris ilində 6105 manat 80 qəpik əmək haqqı almışdır. İşdə olan Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatından görünür ki, İddiaçı 2010-cu ildə əmək haqqı almışdır. İşdə olan İmişli rayon Təhsil şöbəsinin X13 İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 156 nömrəli məktubundan görünür ki, İmişli rayon Cəfərli kənd 1 saylı tam orta məktəbin sabiq müəllimi İddiaçı (SSN-i **********517) Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və nəticədə məlum olmuşdur ki, sosial sığorta hesabatı (B3 hesabatı) 2010-cu ildə səhvən X3 (SSN-i **********11) sosial sığorta hesabına işlənmişdir. Odur ki, həmin sosial sığorta haqqının yenidən İddiaçı (SSN-i **********517) sığorta hesabına köçürülməsinə köməklik edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X17 X13 və X16 İmişli rayon Təhsil şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İmişli rayon Təhsil şöbəsi tərəfindən 2010-cu il üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan, İddiaçı (SSN: **********517) məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin Sığorta AS (hesabat) alt sistemində düzəlişlər olunmasına münasibət bildirilməsi üçün Dövlət X14 müraciət olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X17 X13 və X16 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İmişli rayon Təhsil şöbəsi (VÖEN **********) tərəfindən 2010-cu il üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan, İddiaçı (SSN: **********517) məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin Sığorta AS (hesabat) alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. İşdə olan **********517 nömrəli dövlət sosial sığorta şəhadətnaməsinin surətindən görünür ki, həmin şəhadətdamə xx.xx.1951-ci il təvəllüdlü İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X6 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********550500 nömrəli məktubundan görünür ki, İmişli rayonunda yerləşən məktəblərünvan 1 ünvanında yerləşən 12 saylı X9 Mərkəzinə tabedirlər. Sabirabad rayonu da 5 saylı X6 yurisdiksiyasına aiddir və 12 saylı X9 Mərkəzi vergi hesabatlarını 5 saylı X8 təqdim edir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun : 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2010-cu il üzrə İddiaçı sosial sığorta hesabatı (B3 hesabatı) səhvən X3 (SSN-i **********11) sosial sığorta hesabına işlənmişdir. Belə ki, iddiaçının sosial sığorta nömrəsi (SSN) **********517 olduğu halda, 2010cu ilə dair “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) İddiaçı sosial sığorta nömrəsi (SSN **********511) yanlış qeyd olunmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən İddiaçı xx.xx.2010-xx.xx.2010cu il tarixlərdə İmişli rayonu, Cəfərli kəndi 1 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adını sığorta olunan kimi qeyd etməməsi, eyni zamanda əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin **********517 nömrəli fərdi hesabına işlənməsini təmin etməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə İmişli rayonu, Cəfərli kəndi 1 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin **********517 nömrəli fərdi hesabına işlənməsi öhdəliyi cavabdeh İmişli rayon Təhsil şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə İmişli rayonu, Cəfərli kəndi 1 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin **********517 nömrəli fərdi hesabına işlənməsi öhdəliyi cavabdeh İmişli rayon Təhsil şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-586/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-586/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver