Məhkəmə qərarları › İş №2-1(120)-586/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-586/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-586/2022 30.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “X7, X8 və X2 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7, X8, X10 və X2 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(120)-2012/2021 nömrəli qərardadı ilə “üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə X13, X14, X16 və X9 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(120)-2012/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə isə “X7, X8 və X2 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs X9 məhkəmə iclasında fərqli yaşayış evlərində yaşasalar da, iddiaçıya və onlara eyni ünvan verildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxslər X13, X14 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh və üçüncü şəxslər X13, X8 iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Şirvan şəhəri, İsmət Qayıbov küçəsi, dalan 5, 6 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən, tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzilin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Cavabdehnə müraciət etmiş, ona xx.xx.2021-ci il tarixli, 305-31427A-3221 nömrəli məktubla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Əli-Bayramlı (ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 7 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 305-31427A-3221 nömrəli məktubunda qeyd edilmişdir ki, X7, X8, X10 və X2 Şirvan şəhəri, İsmət Qayıbov küçəsi, dalan 5, 6 nömrəli evdən qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: -İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli 104 nömrəli məktubu ilə ünvanlanmış sənədlərdən görünür ki, İddiaçı adının "Elektron notariat" informasiya sistemində araşdırılarkən ünvan 4 ünvanda yerləşən evlə bağlı ünvan 5rəsəlik, bağışlama) aşkar edilmədi. Adı gedən notariat işləri (alqı-satqı,vərəsəlik,bağışlama) ilə bağlı ətraflı məlumat edilməsi üçün Qeydiyyat və Notariat Baş idarəsinə müraciət edilməsi məqsədə uyğundur. - İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 191 nömrəli məktubundan görünür ki, İ.Qayibov küçəsi, dalan 5, ev 6 ünvanı küçənin iki yerində mövcuddur.X1 ünvanı İ.Qayibov küçəsi, dalan 5,ev 7a ünvanıdır. X9 və X12 ailə təsərrüfat qeydiyyatçıları barəsində arayış və sənədləri ayri-ayrılıqda məhkəməyə göndərilmişdir. -İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 46-2 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İsmət Qayıbov küçəsində yerləşən 1(bir) mərtəbəli ümumi sahəsi 182,1 kv m yaşayış sahəsi 95,78 kv m. 3/üç/ otaqdan ibarət dalan 5, 6 saylı fərdi yaşayış evi X9, X11, X13 və X8 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. -İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 1116 invertar nömrəli 02-46 qeyd nömrəli texniki pasportundan görünür ki, İ.Qayıbov küçəsi, dalan 5, 6 saylı fərdi yaşayış evi X9, X11, X13 və X8 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. -İşdə olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli, 305-1118- 1222 nömrəli məktubundan görünür ki, məktubda adı göstərilən şəxsin qeydiyyata alınmasına səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxslər ünvan 6 ünvanında 2004-cü il tarixdən qeydiyyatdadırlar. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********61 nömrəli məktubundan görünür ki, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunur. Əlavə olaraq sözügedən daşınmaz əmlaka dair istifadə hüququ barədə məlumatlar Ərazi İdarəsində aşkar edilməmişdir. 02.02.010-cu il tarixli bəxşiş müqaviləsinin surətinə əsasən, Abbasov lşən Kamil oğlu iddiaçı X15 Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 5, 6 saylı, 0.06 ha xüsusi mülkiyyətdəki torpaq sahəsində olan 3 otaqlı, ümumi sahəsi 169.32 kv.m olan fərdi yaşayış evini və əlavə tikililəri bağışlamışdır. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdehnə qarşı “X7, X8, X10 və X2 iddiaçıya məxsus ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə göstərilən ünvanda eyni ev və yaxud eyni ünvanlı fərdi yaşayış evlərinin olub-olmaması, həmçinin həmin evlərin yeni qaydalarla ünvanlarının təqdim olunması barədə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır.Bununla bağlı bildiririk ki, məsələ ilə bağlı 13 saylı Şirvan Ərazi İdarəsindən mütəxəssis ayrılmış, lakin göstərilən ünvanda yerləşən eyni ünvanlı fərdi yaşayış evlərinə baxış keçirilməsinə və zəruri koordinatların götürülməsinə şərait yaradılmamışdır. Bu şəbədən tərəfimizdən müraciətin cavablandırılması mümkün olmamışdır. Məsələ ilə bağlı zərurət yaranacağı təqdirdə və Ərazi idarəsinin mütəxəssisinə sözügedən fərdi yaşayış evlərinə baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə müraciətin cavablandırılması tərəfindən təmin ediləcəkdir. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********78 nömrəli məktubundan görünür ki, sənədlərin təsdiq olunmuş surətinin verilməsi və istifadə hüququ barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunur. Əlavə olaraq qeyd edirik ki, sözügedən daşınmaz əmlaka dair istifadə hüququ barədə məlumatlar Ərazi İdarəsində aşkar edilməmişdir. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********84 nömrəli məktubundan görünür ki, ünvanlara dair məlumatın verilməsi barədə məktubunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1116 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport əsasında X9, X13, X14 və X4 mülkiyyətinə verilmiş İ.Qayıbov küçəsi, dalan 6, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi aşkar edilmişdir. Lakin həmin fərdi yaşayış evinə dair sənədlər hüquqların dövlət qeydiyyatında rəsmiləşmədiyi üçün ünvan barəsində (yeni qaydalarla göstərməklə) məlumatın verilməsi mümkün deyil. Məlumat üçün nəzərə çatdırılır ki, X12 adına İ.Qayıbov küçəsi, dalan 5, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla təmin edilmişdir. Məktubda qeyd olunan hər iki ünvanda yerləşən fərdi yaşayış evinə dair sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. - İş üzrə təqdim edilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən, Əli Bayramlı şəhəri, İ.Qayıbov küçəsi, ev 5/6 ünvanında yerləşən 1364 kv.m torpaq sahəsi olan 1 mərtəbəli, 3 otaqlı mişar daşından tikilmiş ümumi sahəsi 182.08 kv.m olan fərdi yaşayış evi mərhum X5 nəvələri X7, X8 və gəlni X6 miras verilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhər Qeydiyyat şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli 05/13-1 nömrəli məktubundan görünür ki, İddiaçı ilə X7, X8, X10 və X2 qohumluq əlaqələri aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 7 İddiaçı mülkiyyətindədir. İddiaçı Cavabdehnə müraciət edərək, ünvan 7 ünvanında qeydiyyatda olan üçüncü şəxslər X7, X8 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1116 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport əsasında X9, X13, X14 və X4 mülkiyyətinə verilmiş İ.Qayıbov küçəsi, dalan 6, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi aşkar edilmişdir. Lakin həmin fərdi yaşayış evinə dair sənədlər hüquqların dövlət qeydiyyatında rəsmiləşmədiyi üçün ünvan barəsində (yeni qaydalarla göstərməklə) məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla iddiaçıya məxsus yaşayış evinin ünvanı isə ünvan 9 iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti başçısının Şirvan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 191 nömrəli arayışından və iddiaçının verdiyi izahat ilə müəyyən olunur ki, X13, X14 və X9 İddiaçı məxsus ünvan 7 ünvanında yaşamırlar. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X7, X8 və X2 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Üçüncü şəxslər X7, X8 və X2 ünvan 7 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar