Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-587/2020 10.09.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “mənzil ilə təmin edilməyi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydasına uyğun tərtib edilmiş adlı siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “mənzil ilə təmin edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2020-ci il tаriхli, 2-1(120)-587/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “mənzil ilə təmin edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Laçın rayon İcra Hakimiyyəti saxlanılması, iddia tələbinə isə “mənzil ilə təmin edilməyi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydasına uyğun tərtib edilmiş adlı siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Laçın rayon İcra Hakimiyyəti və və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, cavabdeh Laçın rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1992-ci il tarixdən Laçın rayonundan köçkün düşərək Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda atası X3 öz vəsaiti hesabına tikdirdiyi evdə yaşayırlar. Həmin mənzildə həyat yoldaşı X11 və iki azyaşlı övladı, qardaşı, qardaşının həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayırlar. Özünün və ailə üzvlərinin yaşayış sahəsi olmadığından, dövlət tərəfindən evlə təmin olunması üçün Laçın rayon İcra Hakimiyyətinə və Zoğaltı kəndinin icra nümayəndəliyinə dəfələrlə müraciət etmiş və problemləri hələ də öz həllini tapmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/716 nömrəli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Bildiririk ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür, dövlət tərəfindən evlə təmin olunmayıb. Komitənin Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin status sektorunun xx.xx.2010-cu il tarixli protokoluna əsasən ona AA№217207 seriyalı məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Komitə tərəfindən İddiaçı məcburi köçkün statusuna malik olduğunu təsdiq edən vəsiqənin verilməsinə əsas olmuş sənədlərin surətini sizə təqdim edirik. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/716 nömrəli məktubuna əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında X6 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/716 nömrəli məktubuna əlavə olunmuş seriya AZE 07282044 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1957-ci il tarixdə Laçın rayonu, Qorçu kəndində anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/716 nömrəli məktubuna əlavə olunmuş seriya AZE 01737728 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçızad oğlu xx.xx.1987-ci il tarixdə Laçın rayonu, Zağaltı kəndində anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/716 nömrəli məktubuna əlavə olunmuş 002967 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X7 məcburi köçkün kimi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 iyun 2020-ci il tarixli, **********80 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Bakı şəhəri Xəzər rayonu üzrə sektoru tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, 116/7 nömrəli arayışında onun və ailə üzvləri X4, X1 və X5 məcburi köçkün kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozunda müvəqqəti məskunlaşdığı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/901 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür, dövlət tərəfindən evlə təmin olunmayıb. Komitənin Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin status sektorunun xx.xx.2010-cu il tarixli protokoluna əsasən ona AA№217207 seriyalı məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/1227 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəri yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı torpaq sahəsinin verilməsi ilə bağı adının əks olunduğu hər hansı bir adlı siyahı göndərilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Laçın rayonundan məcburi köçkün düşmüş və hazırkı vaxta kimi, dövlət tərəfindən ev və torpaq sahəsi ilə təmin olunmamışdır. Onun adına qeydiyyata alınmış daşınmaz əmlak da aşkar edilməmişdir. O, ailə üzvləri X11, X2 və X12 ilə birlikdə məcburi köçkün kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda müvəqqəti məskunlaşmışdır. İddiaçı dövlət hesabına mənzillə təmin olunması üçün cavabdehə müraciət etmiş lakin cavabdeh onun müraciətindən imtina edərək, adını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş qaydaya uyğun tərtib edilmiş adlı siyahıya daxil etməmişdir. Hazırda iddiaçı mənzil ilə təmin edilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydasına uyğun tərtib edilmiş adlı siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Məhkəmə, müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsiqaydasının 1.2-ci bəndinə əsasən bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. Həmin Qaydanın 2.1-ci maddəsinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Həmin Qaydanın 2.2-ci maddəsinə əsasən yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. Həmin Qaydanın 2.3-cü maddəsinə əsasən rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. Həmin Qaydanın 2.4-cü maddəsinə əsasən müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə (Qaydanın 2.4.1-ci bəndi); yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə (Qaydanın 2.4.2-ci bəndi). Göründüyü kimi məcburi köçkün statusu olan şəxsin məcburi köçkün düşdükdən sonra yaşayış sahəsi (mənzil) ilə təmin olunmaq hüququ vardır. Bu hüququn gerçəkləşdirilməsi isə rayon (şəhər) icra hakimiyyətlərinin yuxarıda qeyd edilən Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar əsasında mümkün olur. Yuxarıda qeyd edilən hüquq normalarının hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mənzillə təmin edilməsi üçün adının adlı siyahıya daxil edilməsini tələb etməsi qanuni və əsaslı, cavabdehin iddiaçının bu müraciətindən imtina etməsi və yaxud hərəkətsizlik etməsi isə əsassız olmuşdur. Məhkəmə, həmçinin, qeyd edir ki, cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Göründüyü kimi, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış və ümumiyyətlə iddiaçının yazılı və şifahi müraciətlərinə rəsmi cavab verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. AzərbaycanRespublikasınınİnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “mənzil ilə təmin edilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydasına uyğun tərtib edilmiş adlı siyahıya daxil edilməsi öhdəliyi cavabdeh Laçın rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı oğlunun iddia tələbi təmin edilsin. İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “mənzil ilə təmin edilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydasına uyğun tərtib edilmiş adlı siyahıya daxil edilməsi öhdəliyi cavabdeh Laçın rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-587/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-587/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver