Məhkəmə qərarları › İş №2-1(120)-5885/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5885/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5885/2025 18.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsinin hakimi Nəcəfov Hilal Nəcəfalı oğlu İddiaçı Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixli, 523 q nömrəli sərəncamı ilə Müstəqil “Ulduz” kiçik müəssisəsinin balansına keçirilmiş və müəssisədən asılı olmayan obyektiv səbəblərdən istifadə mümkünsüz qalmış Mehmandarov küçəsindəki (indiki İ.Qayıbov parkı) birmərtəbəli, 3 otaqlı, ümumi sahəsi 407 kv.m olan binanın torpaqaltı sahəsindən parkın profilinə uyğun olaraq “Ulduz” kiçik müəssisəsinin istifadə etməsi üçün cavabdehin yaşıllaşdırma idarəsi ilə icarə müqaviləsinə dair inzibati aktın qəbul edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixli, 523 q nömrəli sərəncamı ilə Müstəqil “Ulduz” kiçik müəssisəsinin balansına keçirilmiş və müəssisədən asılı olmayan obyektiv səbəblərdən istifadə mümkünsüz qalmış Mehmandarov küçəsindəki (indiki İ.Qayıbov parkı) birmərtəbəli, 3 otaqlı, ümumi sahəsi 407 kv.m olan binanın torpaqaltı sahəsindən parkın profilinə uyğun olaraq “Ulduz” kiçik müəssisəsinin istifadə etməsi üçün cavabdehin yaşıllaşdırma idarəsi ilə icarə müqaviləsinə dair inzibati aktın qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (keçmiş Əli Bayramlı) xx.xx.1992-ci il tarixli, 506A nömrəli sərəncamı ilə əmisi X1 ərizəsi nəzərə alınmaqla təsisçisi və direktoru olduğu “Ulduz” kiçik müəssisəsinin Nizamnaməsində qeydə alınmışdır. Bundan sonra şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci mil tarixli, 523 q nömrəli sərəncamı ilə “Ulduz” kiçik müəssisəsinin xx.xx.1992-ci il tarixli məktubu nəzərə alınmaqla şəhərin Mehmandarov küçəsindəki indiki İ.Qayıbov parkı ərazisində yerləşən birmərtəbəli, 3 otaqlı bina “Ulduz” kiçik müəssisəsinin balansına keçirilmiş, binanın balansında olduğu şəhər Mənzil Təsərrüfat təmir istismar istehsalat müəssisəsinin rəhbərliyinə balansa keçirilmə əməliyyatını təmin edilməsi tapşırılmışdır. Müəssisə ilə “Ulduz” kiçik müəssisəsi arasında imzalanmış xx.xx.1992-ci il tarixliaktla həmin göstəriş icra olunmuşdur. Lakin bundan bir neçə gün sonra Zəngilan rayonundan məcburi köçkün ailəsinin həmin binada məskunlaşması səbəbindən şəhər İcra Hakimiyyətinin sərəncamı və onun əsasında yazılmış akt 30 ildən yuxarı icrasız qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktı ilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hazırkı inzibati məhkəmə icraatında İddiaçı xx.xx.1992-ci il tarixli, 523 q nömrəli sərəncamı ilə Müstəqil “Ulduz” kiçik müəssisəsinin balansına keçirilmiş və müəssisədən asılı olmayan obyektiv səbəblərdən istifadə mümkünsüz qalmış Mehmandarov küçəsindəki (indiki İ.Qayıbov parkı) birmərtəbəli, 3 otaqlı, ümumi sahəsi 407 kv.m olan binanın torpaqaltı sahəsindən parkın profilinə uyğun olaraq “Ulduz” kiçik müəssisəsinin istifadə etməsi üçün cavabdehin yaşıllaşdırma idarəsi ilə icarə müqaviləsinə dair inzibati aktın qəbul edilməsini mübahisələndirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. İddiaçı məhkəməyə müraciət etsə də, hansı hüquqlarının qeydə alınmasını istədiyi müəyyən edilmir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin normalarına əsasən, iddiaçı ilk öncə müvafiq tələblə inzibati orqana müraciət etməlidir. Həmin orqan onun müraciətinin təmin edilməsindən imtina etdiyi və ya hərəkətsizlik etdiyi halda o, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Düzgün inzibati orqan tərəfindən iddiaçının tələbindən imtina olunması barədə sübut aşkar edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Eləcə də, hazırki iddia tələbi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir, iddiaçıların adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçı məhkəmə prosesində qeyd edilənlərə əsasən ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etməli olduğu izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Qeyd edilənlər üzrə yekun nəticənin dəyişilməyəcəyini və iş üzrə tərəfin hüquqi marağı nəzərə alınaraq müəyyən hərəkətlər etməsinin tezləşdirilməsini nəzərə alaraq məhkəmə iddiaçıya ayrıca hüquqi yardım göstərilməsi və iclas təyin edərək dinlənilmə hüququnun təmin edilməsinə zərurətin olmadığı qənaətinə gəlir. Belə ki, yuxarıda qeyd edilə qanunvericiliyin tələbləri və araşdırma materialları üzrə qeyd edilir ki, torpaq sahəsinin dövlət mülkiyyəti olduğu nəzərə alınaraq icarə müqaviləsi bağlanılması məsələsi üzrə müvafiq icra hakimiyyətinə deyil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə elektron qaydada müraciət edilməlidir. İnzibati orqan tərəfindən imtina ediləcəyi təqdirdə isə hüquqlarını müvafiq məhkəmədə müdafiə etmək hüququ yaranacaqdır. Eləcə də, tələb üzrə məhkəmə aiddiyatı məsələsinə baxılan zaman iddiaçı hüquqi marağının hər hansısa inzibait aktla əlaqəli olub-olmamasını, icarə hüquqlarının isə müqavilədən doğan öhdəlik olmasını, fəaliyyətinin sahibkarlıq sahəsi ilə əlaqədar olub-olmamasını nəzərə almalıdır. Həmçinin icarə müqaviləsi bağlaması üzrə iddiaçı tərəf qismində çıxış etmədiyi halda yalnız həmin halların həyata keçirilməsi barədə müvafiq qurumlara müraciət etmək hüququ vardır. Həmin hissədə hər hansı öhdəliyin qoyulması inzibati orqanın diskression səlahiyyətinə müdaxilə kimi qiymətləndirilə bilər. Belə ki, İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia həmin hissədə də mümkün sayılmamalıdır. Digər hissə də isə iddiaçının hüquqi marağının onun icarəsinə verilən sahədən müəyyən şəxslərin çıxarılması ilə bağlıdır ki, həmin hissə üzrə tələbinin mülki xarakaterli olduğu, inzibati məhkəməyə aid olmadığı tərəfin nəzərinə çatdırılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixli, 523 q nömrəli sərəncamı ilə Müstəqil “Ulduz” kiçik müəssisəsinin balansına keçirilmiş və müəssisədən asılı olmayan obyektiv səbəblərdən istifadə mümkünsüz qalmış Mehmandarov küçəsindəki (indiki İ.Qayıbov parkı) birmərtəbəli, 3 otaqlı, ümumi sahəsi 407 kv.m olan binanın torpaqaltı sahəsindən parkın profilinə uyğun olaraq “Ulduz” kiçik müəssisəsinin istifadə etməsi üçün cavabdehin yaşıllaşdırma idarəsi ilə icarə müqaviləsinə dair inzibati aktın qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar