Məhkəmə qərarları › İş №2-1(120)-590/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-590/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-590/2022 29.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X4 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X5na qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 29 iyun 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X28in Lənkəran şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1972-xx.xx.1974-cü illərdə Lənkəran rayonu, Girdəni kənd “Pravda” sovxozunda işlədiyi dövrləri, xx.xx.1983-cü il noyabr 1985-ci illərdə Lənkəran çay fabrikində işlədiyi dövrü, xx.xx.1985-xx.xx.1990-cı ildə 5 ay, 1988-ci ildə 1 ay əmək haqlarının olmaması, xx.xx.1990-xx.xx.1994-cü və xx.xx.1995, xx.xx.2007-ci illərdə “Qələbə” kooperativində işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X28in Lənkəran şəhər filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X28in Lənkəran şəhər filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X5 ilə əvəz olunmasını, eləcə də iddianın dəyişdirilərək “işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X4 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X28in Lənkəran şəhər filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X5 ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “təhsil aldığı müddət, hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X4 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Lənkəran rayonunun Havzava kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə ailəsi ilə birlikdə yaşayır. 05.1974-cü il tarixdən 05.1976-cı il tarixə kimi hərbi xidmətdə olmuşdur. O, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1982-ci ildə həmin İnstitutu bitirmişdir. O, xx.xx.1982-ci ildə Yavanskiy (Tacikistan) elektrokimya zavodunda mühəndis vəzifəsinə qəbul olmuş, xx.xx.1982-ci ildə həmin zavoddan işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə Lənkəran 3 saylı Çay fabrikində sex ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.1983-cü ildə həmin işdən azad olmuşdur. xx.xx.1983-cü ildə Lənkəran 2 saylı Çay fabrikinə baş mühəndis təyin olunmuşdur. xx.xx.1985-ci ildə işdən azad olub kosmik tədqiqatlar institutunda işləmişdir. xx.xx.1985-ci ildə Lənkəran “Kaspiy” zavodunda mühəndis - texnoloq vəzifəsinə qəbul olunmuş, ərizəsi ilə xx.xx.1987-ci ildə işdən azad olunmuşdur. xx.xx.1987-ci ildə Lənkəran Kondensator zavodunda mühəndis - kontrukor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1987-ci ildə həmin işdən azad olunmuşdur. Sonradan xx.xx.1987-ci ildə Lənkəran “Kaspiy” zavoduna mühəndis işinə qəbul olunmuş, xx.xx.1990-cı ildə həmin işdən azad olunmuşdur. xx.xx.1995-ci ildən “Qələbə” koperativinin sədri vəzifəsinə təyin olunmuş, xx.xx.2007-ci ildə həmin vəzifədən azad olunmuşdur. “Qələbə” koperativinə yeni sədr təyin olunmuşdur. O, qısa müddət işlədikdən sonra dünyasını dəyişmiş - vəfat etmiş, sonra kooperativin sənədləri və arxivi dağılmış və Dövlət arxivinə təhvil verilməmişdir. Həm də 3 saylı Lənkəran çay fabrikinin arxiv sənədləri Dövlət arxivinə təhvil verilməmişdir. Hazırda onunla işləyən şəxslər bu işə şahidlik edə bilərlər. Sonradan xx.xx.2007-ci ildən “Ziya-Oğul” kəndli fermer təsərrüfatının sədri vəzifəsinə təyin olunmuşdur. Hazırda həmin - fermer təsərrüfatının fəaliyyəti dayandırılmışdır. İşlədiyi dövrlərdə onun adına bir sıra sənədlər, əmək kitabçası, əmək haqqı cədvəlləri yazılmışdır. İşlədiyi dövrdə nümunəvi işçi kimi seçilmişdir. Onun yuxarıda qeyd etdiyi yerlərdə işləməyini əmək kitabçasında qeyd olunanlar təsdiq edir. Beləliklə, işlədiyi bütün illər onun əmək kitabçaısnda qeyd edilmişdir. Hazırda o, pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayıb, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF X28 Lənkəran şəhər filialına təqdim etmişdir. Lakin Lənkəran şəhər DSMF-nun filialından ona bildirdilər ki, (əmək kitabçanın surəti, hərbi biletin surəti) xx.xx.2006-cı ilədək sizin cəmi 31 il 3 ay 22 gün ümumi sığorta stajınız olduğu halda xx.xx.1972, xx.xx.1974-cü illərdə Girdəni kənd “Pravda” sovxozunda işlədiyi dövrlər əmək kitabçasına qeyd olunmamışdır. Ancaq həmin illərdə o, “Pravda” sovxozunda işlədiyi üçün əmək haqqı cədvəli X16 alınmışdır. xx.xx.1985-xx.xx.1990-cı illərdə Milli Aerokosmik Agentliyində işlədiyi dövlərin əmək haqqı cədvəli Arxivdən alınmış və ərizəyə əlavə edilmişdir. 1994-1995-ci illərdə “Kirov” adına çay sovxozunda işlədiyi illərin əmək haqqı cədvəlinin Arxiv arayışını ərizəyə əlavə edir. 1983-1985-ci illərdə Lənkəran 3№-li çay fabrikində işlədiyi dövrlərdə əmək haqqı cədvəli və əmrlər Dövlət arxivinə təhvil verilməmişdir. (Arxiv arayışı ərizəyə əlavə olunur) Ancaq onunla işləyən şəxslər halhazırda salamatdırlar. Onlar şahid qismində məhkəmədə ifadə verə bilərlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X4 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı iddia etdiyi xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Lənkəran rayonu Girdəni kənd “Pravda” sovxozunda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı və əmək haqqlarını yoxlamaq mümkün olmadığı üçün, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işləmiş olduğu Lənkəran çay fabrikində işlədiyi dövrü yoxlamaq mümkün olmadığı üçün, xx.xx.1985-xx.xx.1990-cı illərdə Milli Aerokosmik Agentliyinin Xüsusi konstruktur texnoloji bürosunda işlədiyi dövrdə 1985-ci ildə 2 ay, 1986cı ildə 3 ay, 1987-ci ildə 5 ay, 1988-ci ildə 1 ay əmək haqqı almadığı üçün, xx.xx.1990xx.xx.1994 və xx.xx.1995-xx.xx.2007-ci illərdə “Qələbə” kooperativində işlədiyi dövrün əmrlərinin və əmək haqqlarının yoxlanılması mümkün olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Yəni iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İş materiallarından aydın olur ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Lənkəran rayonu Girdəni kənd “Pravda” sovxozunda işlədiyi müddət əmək kitabçasında qeyd edilməmişdir və əmək haqqlarını yoxlamaq mümkün olmamış, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işləmiş olduğu Lənkəran çay fabrikində işlədiyi dövrü yoxlamaq mümkün olmamış, xx.xx.1990-xx.xx.1994 və xx.xx.1995xx.xx.2007-ci illərdə “Qələbə” kooperativində işlədiyi dövrün əmrlərinin və əmək haqqlarının yoxlanılması mümkün olmamışdır. Bu isə iddiaçının həmin müəssisələrdə işləməsi ilə bağlı olan sübutların qeyri-mötəbər olduğunu təsdiq edir. Həmçinin, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1985-xx.xx.1990-cı illərdə Milli Aerokosmik Agentliyinin Xüsusi konstruktur texnoloji bürosunda işlədiyi dövrdə 1985-ci ildə 2 ay, 1986cı ildə 3 ay, 1987-ci ildə 5 ay, 1988-ci ildə 1 ay əmək haqqı almamışdır. Həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də hesab edirlər ki, həmin dövrlər (xx.xx.1972-xx.xx.1974, xx.xx.1983-xx.xx.1985, 1985-ci ildə 2 ay, 1986-cı ildə 3 ay, 1987-ci ildə 5 ay, 1988-ci ildə 1 ay əmək haqları almadığı müddət, xx.xx.1990-xx.xx.1994 və xx.xx.1995-xx.xx.2007) sosial sığorta stajına daxil edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ОТ-İ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, 1976-1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış (Diplom İV № 029104), xx.xx.1982-ci ildə xx.xx.1982-ci il tarixli, 941-k nömrəli əmrlə Yavanskiy (Tacikistan) elektrokimya zavodunda mühəndis vəzifəsinə qəbul olmuş, xx.xx.1982-ci il tarixdə xx.xx.1982-ci il tarixli, 1127-k nömrəli əmrlə işdən azad olunmuş, xx.xx.1983-cü il tarixli, 16 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdə Lənkəran 3 nömrəli Cay fabrikinə sex ustası vəzifəsinə təyin edilməsi ilə 5-ci dərəcəli qurucu işinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 60 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 117 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdə Lənkəran 2 nömrəli Cay fabrikinə baş mühəndis kimyaçı vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixli, 160 nömrəli əmrlə xx.xx.1985-ci il tarixdə tutduğu vəzifədən azad edilərək, X6 köçürmə yolu ilə (Şəhər İcraiyyə Komitəsinin məktubuna əsasən) təyin edilmiş, xx.xx.1985-ci il tarixli, 15 nömrəli əmrlə xx.xx.1985-ci il tarixdə Lənkəran “Kaspiy” təcrübə zavodunun montaj-quraşdırma sexinə mühəndistexnoloq vəzifəsinə müvəqqəti olaraq təyin edilmiş, xx.xx.1985-ci il tarixli, 33 nömrəli əmrlə xx.xx.1986-cı il tarixdə “Kaspiy” zavodunun montaj-quraşdırma sexinə mühəndis-texnoloq vəzifəsinə daimi olaraq köçürülmüş, xx.xx.1986-cı il tarixli, 3 nömrəli əmrlə xx.xx.1986-cı il tarixdə “Kaspiy” zavodunun Texniki-Nəzarət Şöbsəinin qrupuna TNŞ-si üzrə baş usta vəzifəsinə köçürülmüş, xx.xx.1986-cı il tarixli, 51-k nömrəli əmrlə xx.xx.1986-cı il tarixdə zavoda baş mühəndis vəzifəsinə köçürülmüş, xx.xx.1986-cı il tarixli, 74-k nömrəli əmrlə xx.xx.1986-cı ildə 7 nömrəli sexin TNŞ-nə usta vəzifəsinə köçürülmüş, xx.xx.1987-ci il tarixli, 97 nömrəli əmrlə xx.xx.1987-ci il tarixdə tutduğu vəzifədən azad olunmuş, xx.xx.1987-ci il tarixli, 139-k nömrəli əmrlə xx.xx.1987-ci il tarixdə Lənkəran Kondensator zavoduna texniki nəzarət mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 213-k nömrəli əmrlə xx.xx.1987-ci ildə öz xahiş ilə texniki nəzarət mühəndisi vəzifəsindən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 223-k nömrəli əmrlə xx.xx.1987-ci il tarixdə Lənkəran “Kaspiy” təcrübə zavoduna mühəndəs vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixli, 32-k nömrəli əmrlə “Qələbə” kooperativinə sədr seçilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixli, 12 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdə X26 Kombinatının 06 sentyabr 1994-cü il tarixli, 92/k nömrəli əmrinə əsasən xx.xx.1994-cü il tarixindən sovxozun direktoru vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq “Qələbə” kooperativinin sədrliyi vəzifəsindən azad edilmiş, xx.xx.1995-ci il tarixli, 28 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdə “Qələbə” kooperativinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixli, 03 nömrəli əmrlə xx.xx.2007-ci il tarixdə “Qələbə” kooperativinin sədri vəzifəsindən azad edilmişdir. İş materiallarında olan “Kaspiy” təcrübi zavodunun xx.xx.1987-ci il tarixli, 41 nömrəli arayışından görünür ki, İddiaçı “Kaspiy” təcrübi zavodunda işlədiyi müddətdə, onun tez-tez yerdəyişmələri, ondan izah olunur ki, ştat cədvəlində olan dəyişikliklərlə əlaqədardır. Qəbul olunmuşdur: 01.11.85. 7 №-li sexə mühəndis-texnoloq vəzifəsinə; Köçürülmüşdür: 08.01.86. Texnik-Nəzarət Şöbəsinə baş usta vəzifəsinə; Köçürülmüşdür: 17.03.86. Nəzarət ustası vəzifəsinə; Köçürülmüşdür: 01.04.86. Baş mühəndis vəzifəsinə; Köçürülmüşdür: 01.09.86. 7 №-li sexə Texnik-Nəzarət Şöbəsinə usta vəzifəsinə; Azad edilmişdir: xx.xx.1987-ci il. Əmr № 97-k, 16.07.87-ci il. İş materiallarında olan Azərbaycan Respublikası X19 filialının xx.xx.2021-ci il tarixli, A/109 nömrəli arayışından görünür ki, Mirzəyev X13 rayon Girdəni kənd “Pravda” adına sovxozun 28 avqust 1972-ci il tarixli 166 №-li əmri § 1 sovxoza daimi fəhlə qəbul edilmişdir. X1 rayon Girdəni kənd “Pravda” adına sovxozun 09 yanvar 1973-cü il tarixli 7 №-li əmrilə Girdəni kənd “Pravda” adına sovxozdan Havzava kəndində yaradılmış yeni sovxoza köçürülmüşdür. Lənkəran rayon Havzava kənd “Şirəli Axundov” adına sovxozun 12 fevral 1973-cü il tarixli 10 №-li əmri § 8 02 yanvar 1973-cü il tarixdən “Pravda” adına sovxozdan “Havzava” çayçılıq sovxozuna köçürülmüşdür. Lənkəran rayon “Havzava” çayçılıq sovxozunun 26 aprel 1974-cü il tarixli 54 №-li əmri § 1 Sovet ordu sıralarına çağrıldığına görə işdən azad edilmişdir. Lənkəran rayon “Kirov” adına çay sovxozunun 07 sentyabr 1994-cü il tarixli 38 №-li əmri § 2 06 sentvabr 1994-cü il tarixdən sovxozun direktoru vəzifəsinə təyin edilmişdir. Lənkəran rayon “Kirov” adına çay sovxozunun 18 iyul 1995-ci il tarixli 36 № li əmri § 1 18 iyul 1995-ci il tarixdən sovxozun direktoru vəzifəsindən azad edilmişdir. Lənkəran rayon “Kirov” adına çay sovxozunda 1994-cü ilin sentyabrdekabr, 1995-ci ilin yanvar-iyul aylarında əmək haqqı almışdır. Qeyd: Lənkəran rayon Girdəni kənd “Pravda” adına sovxozda Havzava kəndi üzrə əmək haqq kitabları X19 filialına təhvil verilmədiyindən O. Mirzəvevin 1972-1974-ci illərə aid əmək haqqlarını yazmaq mümkün olmadı. İş materiallarında olan Milli Aerokosmik Agentliyi Xüsusi Konstruktor Texnoloji Bürosunun xx.xx.2021-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Milli Aerokosmik Agentliyinin Xüsusi Konstruktor Texnoloji Bürosuna, 15 k saylı əmrə əsasən mühəndis texnoloq vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1990-cı il tarixli, 32 k saylı əmrə əsasən tutduğu vəzifədən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası X19 filialının xx.xx.2021-ci il tarixli, A/749 nömrəli arayışından görünür ki, X2 2 №-li Çay fabrikinin 23 iyun 1983-cü il tarixli, 117 №-li əmrilə böyük kimya mühəndisi qəbul edilmişdir. Lənkəran 2 №-li Çay fabrikinin 30 oktyabr 1985-ci il tarixli 158 №-li əmrilə § 2. işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X19 filialının xx.xx.2021-ci il tarixli, A/749-1 nömrəli arayışından görünür ki, X2 rayon Girdəni kənd “Pravda” adına sovxozun 14 may 1971-ci il tarixli 104 №-li əmrilə sovxoza müvəqqəti fəhlə qəbul edilmişdir. 1972-ci ilin sentyabr ayına qədər əmək haqqı almışdır. Lakin işdən azad olması barədə əmri müəyyən olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası X19 filialının xx.xx.2021-ci il tarixli, A/749-2 nömrəli arayışından görünür ki, Lənkəran 3 №-li Çay fabrikinin, Lənkəran “Kaspiy” zavodunun və Lənkəran Kondensator zavodunun sənədləri (əmr, əmək haqqı kitabları) X24 filialına təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.1982-ci il tarixli, ИВ № 029104 nömərli diplomun surətindən görünür ki, X14 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1982-ci ildə “Elektrokimyəvi istehsalın texnologiyası” ixtisası üzrə tam kursu bitirmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 877 nömrəli arayışından görünür ki, 1956-cı il təvəllüdlü X14 05.1974-cü il tarixindən 05.1976-cı il tarixə kimi keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir (Əsas: 1956-cı il təvəllüdlü yaşı ötmüş vətəndaşların qeydiyyat kartalarının ləğv olunması barədə adlı siyahı: səh.13, sıra763). İş materiallarında olan Lənkəran Şəhər Statistika İdarəsinin 22 dekabr 2021-ci il tarixli, 117 nömrəli məktubundan görünür ki, 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və onun tabeliyində olan təşkilatların, saxlanma müddəti göstərilməklə, sənədlərin siyahısı” üzrə idarə, təşkilat, müəssisə, kənd təsərrüfatı müəssisələri tərəfindən tərtib edilən yarımillik, rüblük və aylıq hesabatların saxlanma müddəti müvafiq olaraq 5 il, 3 il və 1 il (Maddə 763c), statistik vahidlərin dövlət reyestri və aktuallaşdırma materialları, müəssisələrin təqdim etdikləri siyahılar və arayışların saxlanma müddəti isə 5 il (Maddə 790) müəyyən edilmişdir. Bu səbəbdən saxlanma müddəti keçmiş sənədlər Lənkəran Şəhər Statistika İdarəsinin ekspert komissiyaları tərəfindən tərib edilmiş müvafiq aktlar əsasında məhv edildiyinə görə, Şəhər Statistika İdarəsi “Lənkəran Çay fabriki”nin xx.xx.1983-xx.xx.1985-ci illərdə, “Qəbələ” kooperativinin xx.xx.1990-xx.xx.1994 və xx.xx.1995-xx.xx.2007-ci illərdə fəaliyyəti olub-olmaması barədə məlumata malik deyil. Hal hazırda X7 reyestrində bu müəssisələr haqqında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********989100 nömrəli məlumatın təqdim edilməsi haqqında arayışından görünür ki, xx.xx.2021-ci il tarixə baza və arxiv məlumatlarına əsasən bildirirk ki, Lənkəran Çay fabriki və “Qəbələ” kooperativi adlı hüquqi şəxslərin dövlət qeydiyyatı və fəaliyyət göstərməsi ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsində məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası X19 filialının xx.xx.2021-ci il tarixli, B/388 nömrəli arayışından görünür ki, Lənkəran 3 №-li Çay fabrikinin, Lənkəran “Kaspiy” zavodunun və Lənkəran Kondensator zavodunun sənədləri (əmr, əmək haqqı kitabları) X24 filialına təhvil verilməmişdir. Qeyd: xx.xx.2021-ci il tarixli, 109 nömrəli arxiv arayışının qeyd yerində yazılmış Lənkəran rayon Havzava kəndi üzrə əmək haqqı kitabları 1973- 1974-cü illər əvəzinə səhvən 1972-1974-cü illər yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X19 filialının xx.xx.2021-ci il tarixli, B/388-1 nömrəli Aktından görünür ki, X24 filialının direktoru X20, Filialın arxivçisi X18, Filialın böyük fond mühafizəçisi X3 iştirakı ilə akt tərtib edilmişdir. X24 filialı tərəfindən İddiaçı verilmiş Lənkəran rayonu Girdəni kənd “Pravda” adına sovxozda 1971-1972-ci illərdə əmr və əmək haqqı, Lənkəran ravon Havzava kənd “Ş.Axundov” adına sovxozda 1973-1974-eü illərdə əmrlər, Lənkəran rayon “Kirov” adma çayçılıq sovxozunda 1994- 1995-ci illərdə əmr və əmək haqqı, Lənkəran ravon 2 №-li çay fabrikində 1983-1985-ci illərdə əmr və əmək haqları ilkin sənədlər əsasında verində voxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, X24 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A/109, xx.xx.2021-ci il tarixli A/749, A/749-1. A/749-2 №-li arxiv arayışlarında (hal-hazırki xx.xx.2021-ci il tarixli B/388-2, B/388-3, B/388-4, B/388-5) qevd olunan bütün əmr və əmək haqları düzgün yazılmışdr. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X4 X9 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 saylı məktubunda bildirilmişdir ki, “Qəbələ” kooperativinin mövcud qeydiyyat kitabına əsasən xx.xx.1992-ci ildə 275 nömrəli qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. Filialın arxivində olan hüquqi şəxslər aid hesabat qovluqlarında təqdim etdiyiniz məlumatlara əsasən “Qəbələ” kooperativinin fəaliyyəti (ödənişləri) aşağıdakı kimi olmuşdur: 1992-ci il-İ-İİ rüblər; 1993-cü il-İ rüb; 1994-cü il-İ rüb. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən (əmək kitabçasının surəti, hərbi biletin surəti) xx.xx.2006-cı ilədək Sizin cəmi 31 il 3 ay 22 gün ümumi sosial sığorta stajınız olduğu halda xx.xx.1972-xx.xx.1974-cü illərdə Lənkəran rayon Girdəni kənd “Pravda” adına sovxozunda işlədiyiniz dövrlərin əmək kitabçasında qeyd olunmadığından və əmək haqqlarını yoxlamaq mümkün olmadığından (X19 filialının arayışına əsasən), xx.xx.1983-xx.xx.1985-ci illərdə Lənkəran Çay fabrikində işlədiyiniz dövrü yoxlamaq mümkün olmadığından, xx.xx.1985-xx.xx.1990-cı illərdə Milli Aerokosmik Agentliyi Xüsusi Konstruktor Texnoloji Bürosunda işlədiyiniz dövrün 1985-ci ildə 2 ay, 1986-cı ildə 3 ay, 1987-ci ildə 5 ay, 1988-ci ildə 1 ay əmək haqqlarının olmamasından, xx.xx.1990-xx.xx.1994-cü və xx.xx.1995-xx.xx.2007-ci illərdə “Qələbə” kooperativinin əmrlərini və əmək haqqlarını yoxlamaq mümkün olmadığından Sizə yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxıl edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı ildə Lənkəran rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmətdə olmuş (2 il); 1976-1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, xx.xx.1982-ci ildə xx.xx.1982-ci il tarixli, 941-k nömrəli əmrlə Yavanskiy (Tacikistan) elektrokimya zavodunda mühəndis vəzifəsinə qəbul olmuş, xx.xx.1982-ci il tarixdə xx.xx.1982-ci il tarixli, 1127-k nömrəli əmrlər işdən azad olunmuş, xx.xx.1983-cü il tarixli, 16 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdə Lənkəran 3 nömrəli Cay fabrikinə sex ustası vəzifəsinə təyin edilməsi ilə 5-ci dərəcəli qurucu işinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 60 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 117 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdə Lənkəran 2 nömrəli Cay fabrikinə baş mühəndis kimyaçı vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixli, 160 nömrəli əmrlə xx.xx.1985-ci il tarixdə tutduğu vəzifədən azad edilərək, X6 köçürmə yolu ilə (Şəhər İcraiyyə Komitəsinin məktubuna əsasən) təyin edilmiş, xx.xx.1985-ci il tarixli, 15 nömrəli əmrlə xx.xx.1985-ci il tarixdə Lənkəran “Kaspiy” təcrübə zavodunun montaj-quraşdırma sexinə mühəndis-texnoloq vəzifəsinə müvəqqəti olaraq təyin edilmiş, xx.xx.1985-ci il tarixli, 33 nömrəli əmrlə xx.xx.1986-cı il tarixdə “Kaspiy” zavodunun montaj-quraşdırma sexinə mühəndis-texnoloq vəzifəsinə daimi olaraq köçürülmüş, xx.xx.1986-cı il tarixli, 3 nömrəli əmrlə xx.xx.1986-cı il tarixdə “Kaspiy” zavodunun Texniki-Nəzarət Şöbsəinin qrupuna TNŞ-si üzrə baş usta vəzifəsinə köçürülmüş, xx.xx.1986-cı il tarixli, 51-k nömrəli əmrlə xx.xx.1986-cı il tarixdə zavoda baş mühəndis vəzifəsinə köçürülmüş, xx.xx.1986-cı il tarixli, 74-k nömrəli əmrlə xx.xx.1986-cı ildə 7 nömrəli sexin TNŞ-nə usta vəzifəsinə köçürülmüş, xx.xx.1987-ci il tarixli, 97 nömrəli əmrlə xx.xx.1987-ci il tarixdə tutduğu vəzifədən azad olunmuş, xx.xx.1987-ci il tarixli, 139k nömrəli əmrlə xx.xx.1987-ci il tarixdə Lənkəran Kondensator zavoduna texniki nəzarət mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 213-k nömrəli əmrlə xx.xx.1987ci ildə öz xahiş ilə texniki nəzarət mühəndisi vəzifəsindən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 223-k nömrəli əmrlə xx.xx.1987-ci il tarixdə Lənkəran “Kaspiy” təcrübə zavoduna mühəndəs vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixli, 32-k nömrəli əmrlə “Qələbə” kooperativinə sədr seçilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixli, 12 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdə X26 Kombinatının 06 sentyabr 1994-cü il tarixli, 92/k nömrəli əmrinə əsasən xx.xx.1994-cü il tarixindən sovxozun direktoru vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq “Qələbə” kooperativinin sədrliyi vəzifəsindən azad edilmiş, xx.xx.1995-ci il tarixli, 28 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdə “Qələbə” kooperativinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixli, 03 nömrəli əmrlə xx.xx.2007-ci il tarixdə “Qələbə” kooperativinin sədri vəzifəsindən azad edilmişdir. Cavabdeh iddiaçının xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmət dövrü 2 il, xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilədək təhsil aldığı müddət - 4 il 9 ay 11 gün, xx.xx.1983cü ildən xx.xx.1985-ci ilədək Lənkəran Çay fabrikində işlədiyi dövrdə 1983-cü ildə 6 ay 8 gün, 1985-ci ildə 10 ay əmək haqqı aldığı müddət-1 il 4 ay 8 gün, xx.xx.1985-xx.xx.1990-cı illərdə Milli Aerokosmik Agentliyi Xüsusi Konstruktor Texnoloji Bürosunda işlədiyi dövrdə 1986-cı ildə 9 ay (aprel-dekabr), 1987-ci ildə 7 ay (yanvar-iyul), 1988-ci ildə 11 ay (yanvarmay, iyul-dekabr), 1989-cu ildə 12 ay, 1990-cı ildə 1 ay 21 gün əmək haqqı aldığı müddət- 3 il 4 ay 21 günü mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının xx.xx.1972-xx.xx.1974-ci illərdə Lənkəran rayon Girdəni kənd “Pravda”adına sovxozunda işlədiyi 1 il 7 ay 28 gün (dövrlər əmək kitabçasında qeyd olunmadığı və əmək haqqlarını yoxlamaq mümkün olmadığından), xx.xx.1983-xx.xx.1983-cü illərdə Lənkəran çay fabrikində işlədiyi 2 ay 16 gün (dövrün əmr və əmək haqqlarını yoxlamaq mümkün olmadığından), xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək Lənkəran çay fabrikində işlədiyi 1 il (1984-cü ildə 12 ay əmək haqqı almadığı müddət), xx.xx.1985-xx.xx.1990-cı illərdə Milli Aerokosmik Agentliyinin Xüsusi konstruktor texnoloji bürosundə işlədiyi dövrün 11 ayı (1985-ci ildə 2 ay (noyabr-dekabr), 1986-cı ildə 3 ay (yanvar-mart), 1987-ci ildə 5 ay (avrust-dekabr), 1988-ci ildə 1 ay (iyun) əmək haqqları almadığı müddət), xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Lənkəran “Kirov” adına çay sovxozunda işlədiyi 10 ay 12 gün (müddətdə işdən azad edilmə əmri əmək kitabçasında qeyd olmadığı üçün), xx.xx.1995-ci ildən xx.xx.2007-ci ilədək “Qələbə” kooperativində işlədiyi 10 il 4 ay 6 gün (dövrün əmr, əmək haqqı kitabları olmadığı üçün), Cəmi-15 il 2 gün. İddiaçının xx.xx.1972-xx.xx.1974-ci illərdə Lənkəran rayon Girdəni kənd “Pravda” adına sovxozunda işlədiyi 1 il 7 ay 28 gün (dövrlər əmək kitabçasında qeyd olunmadığı və əmək haqqlarını yoxlamaq mümkün olmadığından), xx.xx.1983-xx.xx.1983-cü illərdə Lənkəran çay fabrikində işlədiyi 2 ay 16 gün (dövrün əmr və əmək haqqlarını yoxlamaq mümkün olmadığından), xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək Lənkəran çay fabrikində işlədiyi 1 il (1984-cü ildə 12 ay əmək haqqı almadığı müddət), xx.xx.1985-xx.xx.1990-cı illərdə Milli Aerokosmik Agentliyinin Xüsusi konstruktor texnoloji bürosundə işlədiyi dövrün 11 ayı (1985-ci ildə 2 ay (noyabr-dekabr), 1986-cı ildə 3 ay (yanvar-mart), 1987-ci ildə 5 ay (avrust-dekabr), 1988-ci ildə 1 ay (iyun) əmək haqqları almadığı müddət) üzrə əmək haqqı almadığı həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olması barədə cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Eyni zamanda iddiaçının qeyd edilən illərdə müəyyən aylar üzrə əmək haqqı almadığının öz əksini tapmaması da o demək deyildir ki, iddiaçı həmin aylarda işləməmiş və əmək haqqı almamışdır. İddiaçı iddia edir ki, həmin aylarda da sözügedən sovxoz və digər təşkilatlarda işləməklə hər ay üçün əmək haqqı almışdır. Məhkəmə iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Lənkəran “Kirov” adına çay sovxozunda işlədiyi 10 ay 12 günün işdən azad edilmə əmri əmək kitabçasında qeyd olmadığı üçün həmin dövrün də onun sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin imtina dəlilinə münasibətdə isə qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2007-ci ilədək “Qələbə” kooperativində işlədiyi 10 il 4 ay 6 günün həmin dövrün əmr, əmək haqqı kitabları olmadığı üçün onun sosial sığorta stajına daxil edilməsməsi ilə bağlı cavabdehin imtina dəlilinə münasibətdə isə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının təhsil aldığı müddət, hərbi xidmət illəri və işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırkı məhkəmə icraatı zamanı iddiaçının işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı təhsil aldığı müddət, hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X4 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təhsil aldığı müddət, hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X4 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar