Məhkəmə qərarları › İş №2-1(120)-591/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-591/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-591/2023 22.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli şəhər XDS İK-nin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolunun qərarının ləğv edlməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 22 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********99 nömrəli imtina məktubunu əsassız hesab edərək, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin”dən RX ******* saylı Çıxarışın ləğv edilməsi və İmişli şəhəri, Mil küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində xx.xx.2015-ci il tarixdə, **********68 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X6 adına mülkiyyət hüququna dair qeydiyyat yazısının pozulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 01 sentyabr 2022-ci il tarixli qərardadı ilə X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin İmişli Rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “İmişli şəhər XDS İK-nin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolunun qərarının ləğv edlməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi İmişli Rayon İcra Hakimiyyəti ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli şəhəri Mil küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində 2005-ci ildən 2 mərtəbəli fərdi yaşayış evi inşa edərək 17 ildir ki, ailəsilə birlikdə orada yaşayır. Həmin müddət ərzində heç bir kəs həmin torpaq sahəsinə iddia irəli sürməmişdir. Bu yaxınlarda İmişli rayon sakini, Bakı şəhərində yaşayan X14 həmin torpaq sahəsinin İmişli şəhər X5 xx.xx.1991-ci il tarixli, 11 nömrəli qərarı əsasında ona verildiyini və buna görə də qeyd edilən qərar əsasında İmişli şəhəri Mil küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin üzərində xx.xx.2015-ci il tarixdə **********68 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alındığını bildirmişdir. Bundan sonra sorğu ilə İmişli “ASAN” Xidmət vasitəsilə İmişli rayon Dövlət Arxivindən əldə etdiyi xx.xx.2022-ci il tarixli, 64 saylı məktubdan ona məluın olmuşdur ki, “İmişli rayon və şəhər ZDS və XDS İcraiyyə Komitələrinin protokol kitablarında (1958-1993-cü illəri əhatə edən) X6 adına hansısa bir torpaq ayrıma sənədləri aşkarlanmamışdır. İmişli rayon Dövlət Arxivindən əldə etdiyi xx.xx.2022-ci il tarixli, 64 saylı məktubda göstərilənləri əsas tutaraq İmişli şəhəri Mil küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair X6 adına verilmiş xx.xx.2015ci il tarixli, **********68 reyestr nömrəli çıxarışın ləğv edilməsi xahişi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona verilən xx.xx.2022-ci il tarixli, **********99 №-li cavab məktubunda göstərilir: məlumat üçün bildiririk ki, mülkiyyət hüququnun ləğvi mövcud qanunvericiliyin tələblərinə əsasən hüquq sahibinin ərizəsi və ya müvafıq məhkəmə qərarı əsasında aparılır. Qeyd olunanları nəzərə alaraq 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətinizdə göstərilən məsələyə hər hansı köməklik etmək səlahiyyətinə malik olmadığından,Azərbaycan Respublikası Miilki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafıq məhkəmə instansiyasına müraciət olunması tövsiyə olunur”. Cavabdehin məktubu poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə onun ünvanına çatıb. İmişli Rayon Dövlət Arxivindən əldə etdiyi xx.xx.2022-ci il tarixli, 64 saylı məktubda qeyd edilənlər də onu göstərir ki, İmişli şəhəri Mil küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin X10 verilməsinə dair İmişli şəhər X5 xx.xx.1991-ci il tarixli, 11 nömrəli qərarı mövcud olmamış və belə bir qərarın sonradan tərtib edilərək Çıxarışın verilməsi üçün Azərbaycan Respublikasmın İqtisadiyyat Nazirliyi yanında X12 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə təqdim edildiyinə və adıçəkilən idarə tərəfindən sözügedən şəxsə xx.xx.2015-ci il tarixli, **********68 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim etmişdir. Vəsatətdə bildirilmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş üzrə İddiaçı iddia etdiyi torpaq sahəsi vaxtı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2- 1(86)-306/2014 saylı işində iş üzrə iddiaçı X3 iddia tələbinə baxılmış və iddia tələbi rədd edilmişdir. Daha sonra həmin qərardan verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında xx.xx.2015-ci il tarixdə, 2-1(106)-16/2015 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2-1(86)-306/2014 saylı qərarının ləğv edilməsi, iddiaçı X3 cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının imişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı «İmişli şəhər XDS İK-nin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli protokol qərarının X10 İmişli şəhəri, Şərq küçəsinin başlanğıcından 0,05 ha torpaq sahəsi verilməsi hissəsində ləğv edilməsi» tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Hal-hazırda iş üzə 3-cü şəxs X2 şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 11 nömrəli protokol qərarına əsasən İmişli şəhər sakini X4 ərizəsi və vəziyyəti nəzərə alınaraq xx.xx.1989-cu il tarixli, 7 nömrəli protokol qərarı ilə Şərq küçəsinin başlanğıcından götürdüyü 0,05 hektar torpaq sahəsi ləğv edilmiş, həmin ləğv edilmiş 0,05 hektar torpaq sahəsi onun qohumu X10 verilmişdir. Həmin torpaq sahəsinə X14 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də xx.xx.2015-ci il tarixdə, ********** nömrəli çıxarış əsasında öz adına rəsmiləşdirərək mülkiyyətinə keçirmişdir. Həmin torpaq sahəsini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsindən xx.xx.2015-ci il tarixdə, A № 018568 nömrəli torpaq sahəsinin plan və ölçüsü ölçülərək X6 istifadəsinə verilmiş və həmin vaxt torpaq sahəsinin boş olması müvafiq sənətdən görünür. Yəni, həmin ərazidə hər hansı bir tikili mövcud olmamışdır. Daha sonra iddiaçı X1 Hüseyn Fərman oğluna qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və sair tələbinə dair iddia ərizəsinə İmişli Rayon Məhkəməsində baxılarkən iş üzrə cavabdeh İddiaçı bildirmişdir ki, həmin torpaq sahəsini X7 5000 manat ödəməklə əldə etmişdir. Bunu İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)86/2022 saylı, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1151/2022 saylı və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5390/2022 saylı qərarından açıq aşkar görmək olar. Qeyd edir ki, hazırkı iş üzrə İddiaçı İmişli rayon İHB-nın şəhər ərazi üzrə nümayəndəsinin 07 aprel 1992-ci il tarilxi, 02 saylı iclas protokolundan çıxarışa əsasən İmişli şəhəri, P.Həsənov küçəsi, ev 20-də yaşayan İddiaçı Şərq küçəsinin başlanğıcından Aredrom adlanan ərazidən 0.05 ha həyətyanı torpaq sahəsinin ona verilməsi və bu barədə müvafiq çıxarışı məhkəməyə təqdim etmişdir. Həmin qərar üzrə İmişli rayon Dövlət Arxivinə verdiyi vəkil sorğusuna cavabdan görünür ki, İmişli şəhər Ərazi üzrə İcra Nümayəndəliyinin İmişli rayon Dövlət Arxivində 54-cü fondunda mühafizə olunan və saxlanılan 1992-ci ilin protokol kitabında 07 aprel 1992-ci il tarixli, 02 saylı yox 05 saylı protokol mövcuddur. 1992-ci ilin 02 saylı protokolunda isə 28 yanvar 1992-ci il qeyd olunmuşdur. Hər iki protokolla yanaşı 1991-1993-cü illərin protokol kitablarında İddiaçı adına hər hansı bir torpaqayırma (Qərar, protokol və ya hüquqmuəyyənedici sənəd) aşkarlanmadı. (Bu barədə müvafiq sorğu və ona verilən cavabı elektron kabinetdən görmək olar) Əlavə olaraq bildirir ki, İmişli şəhər XDC-nin İK-nin 15 noyabr 1991-ci il tarilxi, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən İmişli şəhər sakini X4 ərizəsinə əsasən xx.xx.1989-cu il tarixdə, 7 nömrəli iclas protokolunun qərarı ilə şəhər küçəsinin başlanğıcından 0,05 ha torpaq sahəsi ləğv edilmiş, həmin ləğv edilmiş torpaq sahəsi X6 adına rəsmiləşdirilmişdir. Daha sonra 20 noyabr 1991-ci il tarixli akt əsasında həmin torpaq sahəsi X10 verilmişdir. Həmin qərar üzrə İmişli rayon Dövlət Arxivinə verdiyi vəkil sorğusuna cavabdan görünür ki, İmişli şəhər XDS İK-nin 28 iyul 1989-cu il tarixli, 07 nömrəli iclas protokolundan çıxarışa əsasən 7-ci məsələ vətəndaşlar şəhər ərazisindən həyətyanı torpaq sahəsi verilməsi haqqında (C.Qasımov) İmişli şəhər XDS İK-nin iclası qərara alır X8 Şərq küçəsinin başlanğıcından 0,05 ha həyətyanı torpaq sahəsi verilsin və sair. İşdən görünür ki, İddiaçı inzibatı aktın qəbul edilməsi (yaxud inzibati orqanın faktiki xarakterli hərəkəti) nəticəsində onun hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə təşkil etməsini və bunun nəticəsində sübyektiv hüquqlarının pozulmasını əsaslandıra bilməmiş, məhkəmə araşdırmaları zamanı belə hal müəyyən edilməmişdir. İnzibati orqanın müvafiq aktının (faktiki xarakterli hərəkətinin) qanuni olub-olmaması o zaman məhkəmə tərəfindən mahiyyəti uzrə yoxlanıla bilər ki, iddia qaldırmış şəxs müvafiq subyektiv hüquqlara malik olsun və bunun nəticəsində hüquqlarının pozulmasını əsaslandırsın. Əks halda iddia özü-özlüyündə mümkün sayılan iddia olmayacaqdır. Birinci instansiya məhkəməsi ilk növbədə iddianın mümkünlüyü barədə qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtləri diqqətlə yoxlamalı, yalnız mümkün sayılan iddia tələbləri barədə şifahi məhkəmə baxışında mahiyyəti üzrə yekun məhkəmə qərarı qəbul etməlidir. Əks halda, isə iddianın mümkün sayılmaması barədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aktı qəbul edilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iddianın mümkün sayılmaması haqqında vəsatətin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia üzrə iddia müddətini buraxdığından, eləcə də iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X14 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(106)-1151/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-5390/2022 nömrəli qərarı ilə təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(106)-1151/2022 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sözügedən məhkəmə aktlarından görünür ki, İmişli şəhər XDS İK-nin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolunun qərarına istinad olunmuşdur. Göründüyü kimi, iddiaçı hazırki mübahisə predmeti olan qərardan həmin mübahisə zamanı, yəni 2022-ci ilin yanvar ayından məlumatlı olmuşdur. Belə olan halda, həmin qərarın mübahisələndirilməsi üçün iddia müddətinin axımı 2022-ci ilin yanvar ayından başlamışdır. Lakin buna baxmayaraq iddiaçı 30 (otuz) gün müddətində məhkəmə müdafiəsi hüquqlarından istifadə etməmiş və qərardan məlumatlı olduğu 2022-ci ilin yanvar ayından 5 aydan artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı İmişli Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsini əldə etdiyi vaxt mübahisələndirilən qərarın onun pozulması ehtimal edilən mənafeyinə zidd olduğunu anlamalı və dərhal onun mübahisələnirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməli idi. Belə ki, işlərə məhkəmədə baxılması iddia müddətinin axımının dayandırılmasına səbəb olmur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına istinadən qeyd edir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbini irəli sürmək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfindən buraxılmışdır. Bundan başqa, iddiaçı iddia tələbinin əsası kimi ona 0.05 ha torpaq sahəsinin ayrılması barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının şəhər ərazisi üzrə nümayəndəsinin 07 aprel 1992-ci il tarixli, 02 saylı iclas protokolundan çıxarışın kserosurətinə istinad etsə də, məhkəmənin sorğusuna cavab olaraq İmişli rayon Dövlət Arxivindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-48-22RA/2-70/2023 saylı arayışdan görünür ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının şəhər ərazisi üzrə nümayəndəliyinin İmişli rayon Dövlət Arxivində, 54-cü fondda mühafizə olunan və saxlanılan 1992-ci ilə aid Sərancam kitabında 07 aprel 1992-ci il tarixli Sərancam mövcud olsa da Sərancamın nömrəsi 02 yox, 05-dir. 1992-ci ilin Sərancam kitabında İddiaçı adına hər hansı bir tarixdə torpaq sahəsinin ayrılması qeydi aşkarlanmadı. 1992-ci ilin İmişli şəhər ərazi üzrə nümayəndəsinin Sərancam kitabından əlavə İmişli rayon XDS İcraiyyə Komitəsinin də 1992-ci ilə aid bütün protokolları tərəflərindən araşdırıldı. İddiaçı adına torpaq sahəsi verilməsi aşkarlanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin, yəni İmişli Rayon İcra Hakimiyyəti başçısının şəhər ərazisi üzrə nümayəndəsinin 07 aprel 1992-ci il tarixli, 02 saylı iclas protokolundan çıxarışın əslini əldə etmək mümkün olmadığından iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Buraxılmış müddətin bərpasına gəldikdə isə, məhkəmə qeyd edir ki, məhkəmə İPM-in 13-cü maddəsi baxımından iddiaçıya “müddətin bərpası barədə” ərizə verilməsini tövsiyə etsə də, iddiaçı “müddətin bərpası barədə” ərizə verilməsini zəruri saymamışdır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, eləcə də iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli şəhər XDS İK-nin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolunun qərarının ləğv edlməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar