Məhkəmə qərarları › İş №2-1(120)-594/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-594/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-594/2022 04.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı işə Masallı şəhərində, Masallı Məhkəmə kompleksinin inzibati binаsındа аçıq məhkəmə iclаsında bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə hazırlıq iclası mərhələsində iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iddiа ərizəsində dəqiqləşmə аpаrıldığını, iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-594/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılması, iddia tələbinə “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1963-cü il tarixdə Astara rayonunun Tüləgüvan kəndində doğulmuşdur. Astara rayonu sabiq “V.İ.Lenin” adına subtropik sovxozunda 1980-ci ilin iyul ayında fəhlə kimi işə qəbul edilmişdir. Buna baxmayaraq yalnız 04 sentyabr 1980-ci il tarixdə, 162 saylı əmrlə əmək kitabçasında qeydiyyat aparılmışdır. Hərbi xidmətə çağırıldığı üçün sovxozun 09 aprel 1981-ci il tarixli, 09 saylı əmri ilə işdən azad edilmişdir. Hərbi xidməti başa vurduqdan sonra Astara rayonu sabiq “V.İ.Lenin” adına subtropik sovxozun 06 sentyabr 1983-cü il tarixli, 195 saylı əmri ilə sovxoza fəhlə qəbul edilmişdir. Başqa təşkilatda işini davam etdirmək üçün 14 noyabr 1986-cı il tarixli, 333 saylı əmr ilə işdən azad edilmişdir. O, işlədiyi dövr ərzində əmək haqqı almışdır. Təqaüd almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına iş stajı barədə Astara rayon Dövlət Arxivinin arayışı ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı qeyd edilən illəri onun əmək stajına daxil etməkdən imtina etmiş, əmək stajının müəyyən edilməsi üçün yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Bu səbəbdən də əmək stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının Mərkəzi filiala daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, ümumi iş stajı 25 ildən az olduğundan, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajının 25 ildən az (24 il 11 ay 7 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983cü il, xx.xx.1983-14.11,1986-cı il, xx.xx.1986-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının ilkin müraciəti - xx.xx.2020-ci və xx.xx.2020- ci il tarixlərində daxil olmuş ərizələri araşdırılan zaman əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46600,00 manat hesablandığı halda onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37578,42 manat təşkil etmişdir (30.11,2020-ci il tarixli **********3 nömrəli imtina məktubu). Qeyd olunanlar nəzərə alınmaqla ddıaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE № ******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Astara rayonu, Tüləgüvan kəndində anadan olmuşdur. İddiaçı Astara rayonu, Tüləgüvan kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 saylı imtina məktubunun məzmunundan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajı 25 ildən az (24 il 11 ay 9 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 44342,20 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39559,90 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixində Sovet ordu sıralarına qoşulmuş, xx.xx.1983-cü ildə hərbi xidmətini başa vurmuşdur. - İşdə olan iddiaçının nömrəli İT-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən və notarial təsdiq edilmiş tərcüməsindən görünür ki: - İddiaçı xx.xx.1980-xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-xx.xx.1986-cı il tarixədək arasındakı dövrlərdə Astara rayonu sabiq “V.İ.Lenin” adına subtropik sovxozunda fəhlə işləmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 3 nömrəli Lənkəran QXQ-da el.montyor vəzifəsində; xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Astara RTVM-də el.montyor vəzifəsində; xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Astara UQD RTS-da el.mexanik vəzifəsində; xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Astara UQD RTS-da el.mexanik vəzifəsində; Teleradio” İB Mərkəzi RTYF-də xx.xx.1988-ci il tarixindən xx.xx.1998-ci il tarixinə kimi Astara UQD RTS -də el.mexanik vəzifəsində, xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi Astara RTS-də el.mexanik vəzifəsində; xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinə kimi Astara RTS-də el.mexanik vəzifəsində; xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinə kimi Astara RTYS-də el.montyor vəzifəsində; xx.xx.2009-cu il tarixdən Mərkəzi RTYM-də MRTYF adlandırılması ilə əlaqədar Astara RTYS-da 6-cı dərəcəli el.montyoru vəzifəsində hesab edilməsi, xx.xx.2020-ci il tarixdə Astara RTYS-ə D2 kateqoriya üzrə el.montyoru vəzifəsinə keçirilməsi və hal-hazıra kimi işləməsi göstərilmişdir. - Astara Rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 05/1 saylı, xx.xx.2021-ci il tarixli, 117 saylı arxiv arayışlarına əsasən, Astara rayonu sabiq "V.İ.Lenin" adına subtropik sovxozun əmək haqqı kitablarına əsasən 1980-cı ilin İyul- Avqust ayında əmək haqqı almışdır. Əmirov X5 rayon sabiq "V.İ.Lenin" adına subtropik sovxozun əmr kitablarına əsasən 1980-cı ilin sentyabr ayının 04-də 162 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1981-ci ilin aprel ayının 09-də 62 saylı əmrlə ordu sıralarına getdiyi üçün işdən azad edilmişdir. Əmirov X5 rayon sabiq "V.İ.Lenin" adma subtropik sovxozun əmr kitablarına əsasən 1983-cü ilin sentyabr ayının 06-də 195 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1986-cı ilin noyabr ayının 14-də 333 saylı əmrlə başqa təşkilata getdiyi üçün işdən azad edilmişdir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan Astara Rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin xx.xx.2022ci il tarixli, 05 saylı məktubu ilə verilmiş arxiv arayışına əsasən, Əmirov X5 rayon sabiq "V.İ.Lenin" adına subtropik sovxozunda 1980-1981, 1983-1986-cı illərdə əmək haqqı alması qeyd edilmiş, arayışa əsasən 1980-ci ilin iyul ayından 1981-ci ilin aprel ayına kimi, 1983-cü ilin sentyabr ayından 1986-cı ilin noyabr ayına kimi əmək haqqı alması qeyd edilmişdir. - İşdə olan AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və X8 Birliyi Teleradio İ.B-nin xx.xx.2022-ci il tarixli, 109-1-7/199-22 saylı arayışına əsasən, İddiaçı həqiqətən 17.11,1986-cı il tarixdən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi“ İstehsalat Birliyində işləyir. Hal-hazırda ümumi ştat cədvəlinə uyğun olaraq X12 Astara radio televiziya yayımı stansiyasında elektrik montyoru vəzifəsini tutur. - İşdə olan X9 Yayım filialının xx.xx.2020-ci il tarixli arayışına əsasən, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 3 nömrəli Lənkəran QXQ-da el.montyor vəzifəsində; xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Astara RTVM-də el.montyor vəzifəsində; xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Astara UQD RTS-da el.mexanik vəzifəsində; xx.xx.1988-ci il tarixdən xx.xx.19998-ci il tarixədək Astara UQD RTS-da el.mexanik vəzifəsində; xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi Astara RTSdə el.mexanik vəzifəsində; (Cənub RTVM, 01,02.1998-ci il tarixli, KŞ/230 saylı əmr) xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinə kimi Astara RTS-də el.mexanik vəzifəsində; (Mərkəzi RTYM, xx.xx.2000-ci il tarixli, KŞ/13 saylı əmr), 01,05.2006-cı il tarixindən 01,02.2009-cu il tarixinə kimi Astara RTYS-də el.montyor vəzifəsində; (Mərkəzi RTYM, xx.xx.2006-ci tarixli, KŞ/16 saylı xx.xx.2009-cu il tarixindən hal-hazıra kimi Astara RTYS-də el.montyor vəzifəsində işləyir (Mərkəzi RTYF.30.01,2009-cu il tarixli, KŞ/04 saylı əmr) O, HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə məşğul olur. Ona görə də (səkkiz faiz) zərərliyə görə əlavə əmək haqqı alır məzuniyyətinə 6 gün əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının “Ümumi peşələr” bölməsinə əsasən güzəştli pensiyaya hüququ var. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı 57 yaşı tamam olduğu yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun ümumi iş stajının 25 ildən az olduğu üçün və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün güzəştli iş stajının tamamlanmadığı bildirilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Astara rayon sabiq "V.İ.Lenin" adına subtropik sovxozunda işlədiyi dövrlərdir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq Astara Rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinə sorğu göndərilmiş, Astara Rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 05/1 saylı arxiv arayışına əsasən, iddiaçı Astara rayon sabiq "V.İ.Lenin" adına subtropik sovxozunun əmək haqqı kitablarına əsasən 1980ci ilin iyul-avqust ayında əmək haqqı almışdır. İddiaçının işlədiyi Astara rayon sabiq "V.İ.Lenin" adına subtropik sovxozunda 1980-cı ilin sentyabr ayının 04-də 162 saylı əmrlə sovxoza fəhlə qəbul olunması, 1981-ci ilin aprel ayının 09-də 62 saylı əmrlə ordu sıralarına getdiyi üçün işdən azad edilməsi, Əmirov X5 rayon sabiq "V.İ.Lenin" adma subtropik sovxozun əmr kitablarına əsasən 1983-cü ilin sentyabr ayının 06-də 195 saylı əmrlə sovxoza fəhlə qəbul olunması, 1986-cı ilin noyabr ayının 14-də 333 saylı əmrlə başqa təşkilata getdiyi üçün işdən azad edilməsi göstərilmişdir. Cavabdehin digər dəlili iddiaçının pensiya kapitalının kifayət qədər olmamasıdır. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46600.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37578.42 manat təşkil edir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (xx.xx.2017-ci il tarixədək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Şərh olunan maddənin normasından görünür ki, qanunverici «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Qanunun qəbul edildiyi vaxta qədər mövcud olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən xx.xx.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu nəzərdə tutur. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının 57 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının 57 yaşı qanuna dəyişiklik edildikdən sonra tamam olduğundan, hazırda qüvvədə olan Qanunvericiliyin normasına əsasən iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün 46600.00 manat pensiya kapitalı tələb edildiyindən, tələb edilən pensiya kapitalı mövcud olmadığından, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə baxılarkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarına istinad olunmalıdır. Məhkəmə işdə olan əmək kitabçasına və iddiaçıya aylıq təyin olunmuş maaş ilə bağlı göstərilmiş arxiv arayışına əsasən məlum olmuşdur ki, iddiaçı xx.xx.1980-xx.xx.1981-ci il tarixədək; xx.xx.1983-xx.xx.1986-cı il tarixədək Astara rayonu sabiq “V.İ.Lenin” adına subtropik sovxozunda fəhlə; xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 3 nömrəli Lənkəran QXQ-da el.montyor vəzifəsində; xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Astara RTVM-də el.montyor vəzifəsində; xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Astara UQD RTS-da el.mexanik vəzifəsində; xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Astara UQD RTS-da el.mexanik vəzifəsində; xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi Astara RTS-də el.mexanik vəzifəsində; xx.xx.2000ci il tarixindən xx.xx.2006-cı il tarixinə kimi Astara RTS-də el.mexanik vəzifəsində çalışmışdır. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Beləliklə, Astara rayon sabiq "V.İ.Lenin" adına subtropik sovxozunda xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək işlədiyi dövrü nəzərə alınmaqla, iddiaçı 2006-cı il 1 yanvar tarixə 25 ildən artıq sığorta stajına malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, bunu təsdiq edən sənəd, yəni xx.xx.2021-ci il tarixli, 05/1 nömrəli arxiv arayış təqdim edilmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 117/1 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçının 1980-ci ilin iyul-avqust ayında əmək haqqı aldığı müddət onun onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışındakı iş illəri (minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə) nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Göründüyü kimi, hər iki hal-ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar