Məhkəmə qərarları › İş №2-1(120)-594/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-594/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-594/2024 19.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X18 məxsus xx.xx.2008-ci il tarixli, 48 nömrəli doğum akt qeydinə yazılmış doğum tarixinin xx.xx.2008-ci il tarixdən xx.xx.2003-cü il kimi düzəliş edilərək təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X18 məxsus xx.xx.2008-ci il tarixli, 48 nömrəli doğum akt qeydinə yazılmış doğum tarixinin xx.xx.2008-ci il tarixdən xx.xx.2003-cü il kimi düzəliş edilərək təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı X28 xx.xx.2003-cü ildə ev şəraitində anadan olmuşdur. Bundan sonra yəni 2008-ci ildə doğum haqqında şəhadətnamə lazım olduğu üçün Cavabdehnə müraciət etmişlər və övladı X18 doğum haqqında şəhadətnamə verilmişdir. Yaxın vaxtlarda onlara məlum olmuşdur ki, qeydiyyat şöbəsi övladı X15 doğum gününü xx.xx.2003-cü il əvəzinə xx.xx.2008-ci il kimi qeyd edilmişdir. Cavabdehnə sənəddə olan səhfə düzəliş edilməsindən ötrü müraciət etmişlər. Lakin cavabdeh orqan sənəddə olan səhfə düzəliş edilməsindən imtina etmiş və məsələ ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Hesab edir ki, Cavabdeh doğum aktı qeydinə düzəliş etməyərək övladı X15 qanunvericilikdə müəyyən olunmuş hüquqlarını məhdudlaşdırması ilə yanaşı qanunu kobud şəkildə pozmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Xəlifəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Akt-dan görünür ki, Hacalmuradlı kənd sakinləri İddiaçı, X2, X8, X20 və X13 öz imzaları ilə İddiaçı 2003-cü ilin fevral ayında ev şəraitində qız uşağı dünyaya gətirdiyini, lakin uşağın doğum haqqında şəhadətnaməsinin 2008-ci il tarixdə götürülməsini təsdiq etmişlər. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli rəydə göstərilmişdir ki, ərizəçinin xahişi əsassız və təmin edilməməlidir. Doğum qeydi xx.xx.2008-ci il tarixdə ərizəçinin müraciətinə və İmişli rayon Qaradonlu kənd xəstəxamasının xx.xx.2008-ci il tarixdə verilmiş ******* saylı tibbi şəhadətnaməyə əsasən tərtib edilmişdir. Akt qeydi tərtib edildikdən sonra vətəndaşa oxunmuş və akt qeydində göstərilən məlumatların doğruluğunu vətəndaş imzası ilə təsdiq etmişdir. İmişli rayon Xəlfəli kənd İN tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib olunmuş 48 №-li doğum haqqında qeydində uşağın doğulduğu tarixin “xx.xx.2008-ci il”-dən “xx.xx.2003-cü il”-ə düzəliş edilməsindən imtina edilməlidir. İşdə olan İmişli rayon Xəlfəli kənd tam orta məktəbin direktor əvəzi X9 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, X1 tam orta məktəbində şagird olmayıb və o, həmin məktəbdə təhsil almayıb. İşdə olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Xəlifəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 129 nömrəli məktubda göstərilmişdir ki, Hacalnuradlı kəndində qeydiyyatda olan 02.09. 2008-ci il tarixdən xx.xx.2003-cii il kimi düzəliş olunan təvəllüdlü X4 rayonu Hacalmuradlı kəndində doğulub və həmin ərazidə doğulduğu gündən hal-hazıra İmişli rayonunda yaşayır. O, X5 tanınmış və İmişli rayonu Hacalmuradlı kəndində orta təhsil almışdır.X15 və onun yaxın qohumları (ata,ana, bacı,qardaş) barədə məlumatı və onların şəxsiyyətini təsdiq edən vəsiqələrin və doğum haqqında Şəhadətnamələrin təsdiq olunmuş surətlərini sizə göndəririk. İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1976-cı ildə İmişli rayonunda anadan olmuşdur və İmişli rayonu, Xəlfəli kənd ünvanında qeydiyyatdadır. İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 17 sentyabr 1973-cü ildə İmişli rayonunda anadan olmuşdur və İmişli rayonu, Hacalmuradlı kənd ünvanında qeydiyyatdadır. İşdə olan AA3112599 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 31 dekabr 2001-cı ildə anadan olmuşdur. İşdə olan AA0976384 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 28 aprel 2009-cı ildə anadan olmuşdur. İşdə olan AA4774232 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 18 noyabr 2015-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Xəlfəli kənd Tibb məntəqəsinin məhkəməyə ünvanladığı məktubda göstərilmişdir ki, daxili araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı 2003 və 2008-ci il tarixlərdə Xəlfəli kənd Tibb məntəqəsində doğuş etməmişdir. İşdə olan AZ-İİ №137079 nömrəli, 11 noyabr 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2008-ci ildə İmişli rayonunda anadan olmuşdur. Ata qrafasında X21, ana qrafasında X17 qeyd edilmişdir. İşdə olan İV-ЖГ №351007 nömrəli, 20 may 1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1976-cı ildə İmişli rayonunda anadan olmuşdur. Ata qrafasında X30, ana qrafasında X22 qeyd edilmişdir. İşdə olan AZ-İİ №783856 nömrəli, 17 iyul 2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1973-cü ildə İmişli rayonunda anadan olmuşdur. Ata qrafasında X12, ana qrafasında X14 qeyd edilmişdir. İşdə olan AZ-İİ №223515 nömrəli, 11 iyun 2002-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.2001-ci ildə İmişli rayonunda anadan olmuşdur. Ata qrafasında X21, ana qrafasında X17 qeyd edilmişdir. İşdə olan AZ-İİ №345654 nömrəli, 07 dekabr 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2009-cu ildə İmişli rayonunda anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan AZ-İİİ №695760 nömrəli, 15 fevral 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci ildə İmişli rayonunda anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan “İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 18 sentyabr 2023-cü il tarixli 18-1-46/2-1029/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü Məhərrəmova llhamə Sevindik qızının 2003-cü ildə və 2008-ci ildə İmişli Rayon Mərkəzi Xəstəxanasında və yaxud imişli rayon Xəlfəli kənd tibb məntəqəsində doğuş etməsi barədə heç bir tibbi sənədlər aşkar olunmadı və bu barədə heç bir məlumat yoxdur İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 48 nömrəli, 11 noyabr 2008-ci il tarixli doğum akt qeydindən görünür ki, X28 xx.xx.2008-ci ildə İmişli rayonunda anadan olmuşdur. Ata qrafasında X21, ana qrafasında X17 qeyd edilmişdir İşdə olan Mil-Muğan Regional Təhsil İdarəsinin məhkəməyə ünvanladığı 09 oktyabr 2023-cü il tarixli, 3-29-41/2-1256/2023 nömrəli məktubunda göstərilmişdir ki, imişli rayonu Xəlfəli kənd tam orta məktəbinin direktor əvəzi Əlizadə Novruzov tərəfindən Regional Təhsil İdarəsinə təqdim olunmuş arayışa əsasən həmin məktəbdə xx.xx.2003-cü il tarixdə (və ya xx.xx.2008-ci il) İmişli rayonunda anadan olmuş X28 adlı şəxs təhsil almamışdır. - İşdə olan İmişli rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 83/260/23 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2003-cü il tarixdə (və ya xx.xx.2008) İmişli rayonunda anadan olmuş X18 şəxsiyyət vəsiqəsi verilməsi barədə məlumat yoxdur və İmişli RPŞ-nin QMQ-pu tərəfindən şəxsiyyət vəsqəsi verilməmişdir. - İşdə olan İmişli rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 83/2-10054 nömrəli məktubunda göstərilmişdir ki, X28 barəsində İmişli RPŞ-də hərhansı təqsirləndirici material yoxdur. Məhkəmənin 2-1(120)-594/2024 nömrəli işi üzrə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə “şəxsin fiziki yaşının müəyyən edilməsi” ekspertizası təyin edilməsi ilə bağlı qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X19” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 246 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, X15 müəyyən edilmiş sümük yaşının yuxarı həddi 20-21 ilə əhatə edir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, X15 doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.2003-cü il” tarixi əvəzinə “xx.xx.2008-ci il” tarixi qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi övladının doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının övladı X15 barəsində xx.xx.2008-ci il tarixdə tərtib edilmiş 48 nömrəli doğum haqqında akt qeydində barəsində təqdim edilmiş sənədlərdən onun doğum tarixinin “xx.xx.2003-cü il” tarixdə anadan olduğu aydın olur. Lakin iddiaçının övladı G.İmanova barəsində xx.xx.2008-ci il tarixdə tərtib edilmiş 48 nömrəli doğum haqqında akt qeydində “xx.xx.2008-ci il” göstərilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Göründüyü kimi, qanunverici hər bir 18 yaşına çatmış şəxsə müstəqil qaydada öz adını və soyadını və atasının adını dəyişdirmək hüququ vermişdir. Müvafiq qeydiyyat şöbələri (inzibati orqan) isə qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla, vətəndaşın həmin müraciətinin həyata keçirilməsini təmin etmək vəzifəsini daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarında adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilməyən hallar sadalanmışdır. Belə ki, Qaydaların 6.5-ci bəndinin tələbinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Şifahi məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı soyadının dəyişdirilməsi üçün cavabdehə müraciət edərkən və hal-hazırda onun barəsində Qaydaların 6.5-ci bəndində göstərilən, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər məhdudlaşdırıcı hallar yoxdur. Qeyd olunan Qaydaların tələbinə əsasən (6.15-6.18-ci bəndlər) ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir, rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır, qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizası nəticəsində iddiaçının qızı X15 müəyyən edilmiş sümük yaşının yuxarı həddi 20-21 ilə əhatə edildiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının övladı G.İmanovanın doğum haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının övladı G.İmanovanın doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının övladı G.İmanovanın doğum tarixi səhvən “xx.xx.2008-ci il” kimi qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının qızının doğum haqqında akt qeydində iddiaçının qızı G.İmanovanın doğum tarixinin səhv yazıldığı müəyyən olunduğundan və bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan, iddiaçının qızı G.İmanovanın doğum haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X15 barəsində xx.xx.2008-ci il tarixdə tərtib edilmiş 48 nömrəli doğum haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə doğum tarixi “xx.xx.2008-ci il” kimi göstərilmiş X15 doğum tarixi qrafasına düzəliş edilərək “xx.xx.2003-cü il” kimi qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar