Məhkəmə qərarları › İş №2-1(120)-595/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-595/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-595/2024 06.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1rşı “dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1rşı “dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-649/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1rşı “dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ilin yanvar ayından N saylı hərbi hissənin Yanğından mühafizə tağımının yanğından mühafizə manqasının komandiri vəzifəsində həqiqi hərbi xidmət keçmiş, 2013-cü ilin iyun ayında tərxis olunmuşdur. 2014cü ilin iyul ayından etibarən əvvəl 701 saylı, sonradan N saylı hərbi hisələrdə müdətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətdə olmuş, xidmət etdiyi dövrdə xx.xx.2015ci ildən xroniki nefritik (böyrək) xəstəliyinə tutulmuşdur. Həmin vaxtdan vaxtaşırı müalicə olunmuş, Hərbi Həkim Komissiyasının 23 may 2017-ci il tarixli rəyinə əsasən xəstəliyinin hərbi xidmət dövründə alınması müəyyən olunmuş və həmin vaxtdan hərbi xidmətdən tərxis olunmuşdur. Tərxis olunandan sonra əlilliyinin müəyyən edilməsi üçün müraciətlər etmiş və hər dəfə ona xəstəxanada müalicə almalı olduğu bildirilmişdir. Müalicə aldıqdan sonra yenidən müraciət etmiş, ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi ilə bağlı 2022-ci ilin sentyabr ayında cavabdehə müraciət etmişdir. Cavabdeh orqan 09 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırlmışdır ki, onun əlilliyinin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə edir. Cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, o, tərxis olunan vaxtdan müraciətlər etmiş, lakin hər dəfə müalicə olunması bildirilmişdir. Beləliklə də onun əlilliyinin müəyyən olunması üzürlü səbələrdən gecikmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiacı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1rşı dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç" bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Müraciətiniz araşdırılarkən məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmısınız və Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021ci il tarixində ikinci dərəcəli əlilliyiniz müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə etdiyindən sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sizə sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Nəzərə almağınızı xahiş edirik. İşdə olan xx.xx.2017-ci il tarixli, 1628 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki iddiaçı N nömrəli hərbi hissənin xx.xx.2017-ci il tarixli 632 nömrəli göndərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının hərbi-həkim komissyası tərəfindən şəhadətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 "Ağcabədi rayon Mərkəzi Xəstəxanası" X3 xx.xx.2023-cü il tarixli, 18-1-23/2-483/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2023-cü il tarixli, № 2-1(120)-2350/2023 saylı məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı əlilliklə bağlı sənədləri xx.xx.2021-ci il tarixdə №- 0220003AAYC5 saylı bildiriş TSEK-in sisteminə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı təcrid olunmuş sidik sindormu ilə müşayiət olunan birincili xroniki qlomerulonefrit, natamam remissiya mərhələsində. Xroniki nefritik sindorm, xroniki qlomerulonefritin kəskinləşməsi, xorniki böyrək xəstəliyi İİİ mərhələ. Hepatit “B” vuris daşıyıcı" diaqnozu ilə xx.xx.2023-cı il tarixə qədər İİ dərəcəli əlillik təyin edilmişdir. Qeyd: İddiaçı TQS №-88 forma, bildiriş və əlilliyin təsdiqinin sənədin surəti məktuba əlavə olunur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-4/2-34458/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon sakini İddiaçı əlillik vəziyyəti barədə 05 dekabr 2023-cü il tarixli 2-1(120)-2350/2023 nömrəli məktubunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra-Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətlərinin dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Nəzərinizə çatdırmaq istəyirik ki, göndərişlərin (Forma-088) tərtibi, rəsmiləşdirilməsi, “Əlillik” altsisteminə daxil edilməsi TƏBİB və ya Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrinin səiahiyyətinə aiddir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə tənzimlənir. Bildiririk ki, İddiaçı əliliik vəziyyəti ilkin olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0220003AAYC5 nömrəli göndərişi əsasında Agentlikdə keçirilən əyani müayinə yolu ilə qiymətləndirilmiş və Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən xx.xx.2021-ci il tarixindən 5 il müddətinə (xx.xx.2026-cı ilədək) ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Nəzərə almağınızı xahiş edirik. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-73A6/2023 nömrəli etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1993-cü il təvəllüdlü İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra-Fond) qarşı “dövlət icbari şəxsi sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ilin yanvar ayından etibarən N saylı hərbi hissənin Yanğından mühafizə tağımının yanğından mühafizə manqasının komandiri vəzifəsində həqiqi hərbi xidmət keçmiş, daha sonra 2013cü ilin iyul ayında ordu sıralarından tərxis olunaraq 2014-cü ilin iyul ayından etibarən 701 saylı, daha sonra isə N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətdə olmuşdur. Xidmət etdiyi dövrdə xx.xx.2015-ci il tarixdən etibarən xroniki nefritik (böyrək) xəstəliyinə tutulmuş, həmin tarixdən etibarən mütəmadi olaraq müayinə və müalicə olunmuşdur. Hərbi Həkim Komissyasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən xəstəliyinin hərbi xidmət dövründə alınması müəyyən olunmuş və həmin tarixdən hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı hərbi xidmətdən tərxis olunduqdan sonra əlilliyin müəyyən edilməsi məqsədilə dəfərlərlə müraciət etdiyini, müraciətlərinə cavab olaraq ixtisaslaşmış müalicəyə ehtiyacının olduğu bildirilmişdir. Müalicə və müayinə bitdikdən sonra İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən 5 il müddətinə 2-ci dərəcə əlillik (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz) təyin edilmişdir. İddiaçı əlillik təyin edildikdən sonra dövlət icbari şəxsi sığortasının ödənilməsi məqsədilə Fonda müraciət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Nəzərinizə çatdırırq ki, İddiaçı müraciəti araşdırılarkən məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə etdiyindən sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçıya sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Daha sonra iddiaçı yuxarıda qeyd olunan imtina cavabını əsassız hesab edərək icbari dövlət şəxsi sığortasının ödənilməsi öhdəliyinin Fondun üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, iddaçıya verilmiş imtina qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilməməlidir.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”nın 1.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Həmin qaydaların 1.7-ci bəndinə şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İş üzrə icraat materiallarında olan xx.xx.2017-ci il tarixli xəstəlik haqqında şəhadətnamənin surtəindən müəyyən olunur ki iddiaçı N nömrəli hərbi hissənin xx.xx.2017-ci il tarixli 632 nömrəli göndərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının hərbi-həkim komissyası tərəfindən şəhadətləndirilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsasən, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasında xx.xx.2021-ci il tarixində İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar olaraq 2-ci qrup əlillik təyin edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi-xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanm əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz. Bildiririk ki, iddiaçıya hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra, yəni 4,5 il keçdikdən sonra əlillik təyin edilmişdir. Qanunvericilikdə isə sığorta ödənişinin verilməsi hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı gündən xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi ilə şərtləndirmişdir. Qeyd olunan normaların təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər -1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlilliyi müəyyən olunmuş şəxs sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıbyaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatınızda olan 2-1(120)-2350/2023 nömrəli inzibati iş üzrə İddiaçı dövlət icbari şəxsi sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini Sizdən xahiş edirəm. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmçinin AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “ AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərarına əsasən Əlilliyin müəyyən olunması meyarları göstərilmiş və həmin müddəallarda qeyd edilən meyarların əlilliyin qiymətləndirilməsi üçün əsas göstərici olduğu, məqsədlərinin funksionallığın təkmilləşdirilməsi, fərdin asılılığının aradan qaldırılmasa, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılması və ya qarşısının alınması kimi qeyd edilmişdir. Qanunun 3-cü hissəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi-xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz. Məhkəmə qeyd edir ki, iddiaçıya hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra, yəni 4,5 il keçdikdən sonra əlillik təyin edilmişdir. Qanunvericilikdə isə sığorta ödənişinin verilməsi hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı gündən xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi ilə şərtləndirmişdir. Qeyd olunan normaların təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. İddiaçı iddia ərizəsində dəfələrlə əlilliyinin müəyyən edilməsi üçün müraciətlər etməsini bildirsədə həmin hallar sübuta yetirilməmiş, İddiaçı əlilliklə bağlı sənədləri xx.xx.2021-ci il tarixdə №-0220003AAYC5 saylı bildiriş TSEK-in sisteminə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə ona xx.xx.2023-cı il tarixə qədər İİ dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixədək iddiaçının əllik dərəcəsinin müəyyən olunması üçün TSEK-ya müraciət etməsi sübuta yetirilməmişdir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsin dövlət icbari şəxsi sığorta ödənişinin verilməsindən imtinası qanuna zidd sayıla bilməz. Məhkəmə, cavabdehin hərəkətinin qanuna əsaslanmasını və inzibati aktı hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1rşı “dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1rşı “dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar