Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-597/2020 22.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı (Masallı rayonu, Yelağac kəndində yaşayış yeri üzrə qeydiyyatda olan iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X10 Naziriliyi tabeliyində Dövlət X16 publik hüquqi şəxsinin Masallı rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuş, Masallı rayonu, Yelağac kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X13 Masallı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2019-cu il tarixli, **********9 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il tarixdən 2001-ci il dekabr ayının sonunadək X18 Birliyində sürücü işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X18 Birliyində sürücü işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X10 Naziriliyi tabeliyində Dövlət X16 publik hüquqi şəxsinin Masallı rayon filialının üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1954-cü ildə Masallı rayonunun Yelağac kəndində anadan olmuş, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixli, 101/3 nömrəli əmrlə sabiq “X7”nə sürücü qəbul edilmiş, xx.xx.1977-ci il tarixli, 119/2 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1978-ci il tarixli, 87/L nömrəli əmrlə “X12 Texniki dəstəsi”nə sürücü işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli, 16/ş h nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X18 Birliyi”ndə sürücü işləmişdir. Ona pensiya təyin olunmasından ötrü cavabdeh təşkilata müraciət etdiyi zaman 1997-2001-ci illərə dair “X18 Birliyi”ndə sürücü işləməyi ilə bağlı arxiv məlumatları (əmr kitabları və əmək haqqı cədvəlləri) tapılmadığından və əmək kitabçası olmadığından işlədiyi həmin illərin onun əmək stajına hesablanmasından imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X13 Masallı rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilərə yaşa görə (xx.xx.2018-ci il tarixədək 63 yaş 6 ay) əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16742.88 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə 2019-cu il yanvarın 1-dən etibarən müəyyən edilmiş yaş həddinə çatmış (xx.xx.2019-cu il tarixədək 64 yaş) sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçı Fondun Masallı rayon şöbəsinə təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 99 nömrəli (12.1973-xx.xx.1975-ci il tarixə olan dövr hərbi xidmət), Masallı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 140 nömrəli (xx.xx.1976-xx.xx.1977-ci il tarixə olan dövr işdən azad olunma əmrində ata adı Ağabala qeyd edilmişdir) və “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli, 02/18 nömrəli (xx.xx.1978-xx.xx.1997-ci il tarixə olan dövr) arayışlarına əsasən 21 il 7 ay 20 gün iş stajı (“xxxxxxxxxxxxxxxxxxxxx” ASC Fondun Masallı rayon şöbəsində sosial sığorta ödəyicisi kimi qeydiyyatı barədə məlumat yoxdur) və bu stajına uyğun pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun yaşa görə əmək pensiyası hüququna imtina verilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X9 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur və xx.xx.2018-ci il tarixdə 63 yaş 6 ayı (x xxxx 2017-xx xxxx 2018-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 63 il 6 aydır) tamam olmuşdur. İddiaçının arxiv arayışlarındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 03132411 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuş, Masallı rayonu, Yelağac kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan “xxxxxxxxxxxxxxxxx” X19 Cəmiyyətinin xx.xx.2001-ci il tarixli, 1 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cəmiyyətin üzvü H.Bəhmənov yoldaşa göstərilən nəqliyyat vasitəsinin sürücüsü İddiaçı özəlləşdirilməsini təmin etməklə bərabər balansdan çıxarılması təmin edilmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 140 nömrəli arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı sabiq “X7”ndə işləmişdir. Belə ki, xx.xx.1976-cı il tarixli, 101/3 nömrəli əmrlə sürücü qəbul edilmiş, xx.xx.1977-ci il tarixli, 119/2 nömrəli əmrlə işdən azad edilmişdir. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2018-ci il tarixli, 220 nömrəli arayışından görünür ki, Yelağac kənd sakini İddiaçı soyadı sabiq “Sovxozstroy” adlı idarənin bəzi sənədlərində onun atasının adı Atabala kimi yazılmışdır. Bundan əlavə kənd arasında onun atası Atabala kimi də tanınır. Belə ki, İddiaçı (Atabala) oğlu kənddə eyni şəxs kimi tanınır. İşdə olan “Masallı Avtonəqliyyat” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 02/18 nömrəli arayışından görünür ki, Masallı rayonu, Yelağac kəndində qeydiyyatda olan İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixdə 87/L nömrəli əmrlə X12 Texniki dəstəsində (hazırki “xxxxxxxxxxxxxxxxxxxxx” ASC) sürücü işinə qəbul edilmişdir. İdarə etməsi üçün ona “Qaz 52” markalı, 10-90 dövlət qeydiyyat nişanlı avtomobil tərkim edilmişdir. Sürücü İddiaçı xx.xx.1997ci il tarixdə 16/ş h nömrəli əmrlə tutduğu işdən azad edilmişdir. İşdə olan Dövlət X13 Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilərə yaşa görə (xx.xx.2018ci il tarixədək 63 yaş 6 ay) əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16742.88 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə 2019-cu il yanvarın 1-dən etibarən müəyyən edilmiş yaş həddinə çatmış (xx.xx.2019-cu il tarixədək 64 yaş) sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. 21 il 7 ay 20 gün iş stajı və bu iş stajına uyğun pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün yaşa görə əmək pensiyası hüququndan imtina edilir. İşdə olan “xxxxxxxxxxxxxxxxx” X19 Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışından görünür ki, “xxxxxxxxxxxxxxxxx” ATSC tərəfindən Səhmdar Cəmiyyətin sabiq sürücüsü İddiaçı həqiqətən xx.xx.1997-ci il tarixdən 2001-ci ilin dekabr ayına kimi sürücü işləmişdir. “xxxxxxxxxxxxxxxxx” ATSC hal-hazırda mövcuddur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika idarəsinin xx.xx.2020-ci il tarixli, 25 nömrəli məktubunda qeyd edilmişdir ki, “xxxxxxxxxxxxxxxxx” ATSC xx.xx.1996-cı il tarixdən Masallı rayonu üzrə statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Dövlət X13 Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxx” ATSC Fondun Masallı rayon şöbəsində qeydiyyatda olmaqla müraciətində göstərilən dövrdə xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək məcburi dövlət sosial sığorta haqlarını tam məbləğdə ödəmişdir. xx.xx.1999-cu il tarixdən etibarən “xxxxxxxxxxxxxxxxx” ATSC-nin fəaliyyəti olmadığı üçün məcburi dövlət sığorta haqları ödəməmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika idarəsinin xx.xx.2020-ci il tarixli, 80 nömrəli məktubunda qeyd edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxx” ASC Masallı rayon Statistika İdarəsində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********702100 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin (VÖEN **********) qeydiyyat qovluğunda keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 229 nömrəli sərəncamına əsasən X2 bazasında “xxxxxxxxxxxxxxxxxxxxx” ATSC-nin yaradıldığı, xx.xx.1998-ci il tarixdə D234 nömrə ilə Ədliyyə Nazirliyində qeydiyyata alındığı və “xxxxxxxxxxxxxxxxxxxxx” ASC kimi Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində qeydiyyatdan keçdiyi barədə məlumat mövcuddur. Hazırda “xxxxxxxxxxxxxxxxxxxxx” ASC fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşdə olan Dövlət X13 Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilərə yaşa görə (xx.xx.2018-ci il tarixədək 63 yaş 6 ay) əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16742.88 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə 2019-cu il yanvarın 1-dən etibarən müəyyən edilmiş yaş həddinə çatmış (xx.xx.2019-cu il tarixədək 64 yaş) sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçı Fondun Masallı rayon şöbəsinə təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 99 nömrəli (12.1973-xx.xx.1975-ci il tarixə olan dövr hərbi xidmət), Masallı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 140 nömrəli (xx.xx.1976-xx.xx.1977-ci il tarixə olan dövr işdən azad olunma əmrində ata adı Ağabala qeyd edilmişdir) və “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli, 02/18 nömrəli (xx.xx.1978-xx.xx.1997-ci il tarixə olan dövr) arayışlarına əsasən 21 il 7 ay 20 gün iş stajı (“xxxxxxxxxxxxxxxxxxxxx” ASC Fondun Masallı rayon şöbəsində sosial sığorta ödəyicisi kimi qeydiyyatı barədə məlumat yoxdur) və bu stajına uyğun pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun yaşa görə əmək pensiyası hüququna imtina verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********65 nömrəli məktubundan görünür ki, Masallı şəhəri, M.Cavadbəy küçəsi, 229 ünvanında qeydiyyata alınmış “xxxxxxxxxxxxxxxxx” ASC Dövlət Əmlak Komitəsinin 652 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamı ilə yaradılmış və xx.xx.2007-ci il tarixdə cəmiyyətin səhmləri 100 (yüz) faiz özəlləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2458 nömrəli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Sərəncamına əsasən Ədliyyə Nazirliyindən təhvil alınmış “xxxxxxxxxxxxxxxxx” ATSC-nin (VÖEN **********) qeydiyyat qovluğu, habelə baş idarənin arxivində saxlanılan vergi iş qovluğundakı məlumatlara əsasən adı çəkilən hüquqi şəxsinrəhbəri X4r. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı ilə eyni kənddə yaşayır, “xxxxxxxxxxxxxxxxx” ATSC-də xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək sürücü işləmiş, İddiaçı da 1997-2001-ci illərdə həmin müəssisədə onunla birlikdə sürücü işləmişdir. “xxxxxxxxxxxxxxxxx” ATSC Masallı şəhərinin kənarında yerləşirdi. Əsas işləri idarə etdikləri maşınlarla yol vərəqəsi əsasında müxtəlif sahələrə gübrə daşımaq olmuşdur. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı ilə eyni kənddə yaşayır, 1996cı il tarixdən 2004-cü il tarixədək “xxxxxxxxxxxxxxxxx” ATSC-də işləmişdir. Əmək kitabçasında xx.xx.1996-cı il tarixdə “xxxxxxxxxxxxxxxxx” ATSC-də sürücü kimi işə qəbul edilməsi barədə qeydiyyat aparılsa da, ancaq həmin işə məsul olan şəxslərin səhlənkarlığı nəticəsində işdən azad edilməsi barədə əmək kitabçasında müvafiq qeydiyyat aparılmamışdır. İddiaçı da 1997- 2001-ci illərdə həmin müəssisədə onunla birlikdə sürücü işləmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Мəhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.2018-ci il tarixli, 140 nömrəli arxiv arayışını, xx.xx.2018-ci il tarixli, 02/18 nömrəli və xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışları) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Masallı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 140 nömrəli arxiv arayışını, xx.xx.2018-ci il tarixli, 02/18 nömrəli və xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının xx.xx.1976-xx.xx.1977, xx.xx.1978xx.xx.1997 və xx.xx.1997-xx.xx.2001-ci illərdə işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İş materiallarındaki sübutlarla müəyyən olunur ki, “xxxxxxxxxxxxxxxxxxxxx” ASC və “xxxxxxxxxxxxxxxxx” ATSC qeydiyyatda olmaqla yanaşı, həm də fəaliyyət göstərmişdir. Odur ki, sığorta stajının yoxlanılması üçün zəruri sənədlərin saxlanılması və ya onun aidiyyəti qurumlara təhvil verilməsi qanunvericilklə iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Bundan başqa, məhkəmə iddiaçının xx.xx.2001-ci illədək işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx.xx.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (xx.xx.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi xx.xx.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı xx.xx.2001-ci ilədək işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı arayışlardakı iş illəri və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X18 Birliyində sürücü işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X10 Naziriliyi tabeliyində Dövlət X16 publik hüquqi şəxsinin Masallı rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X18 Birliyində sürücü işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X10 Naziriliyi tabeliyində Dövlət X16 publik hüquqi şəxsinin Masallı rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-597/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-597/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver