Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-597/2024 03.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot X6rşı “2009-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin X2rşı “hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla, sosial sığorta haqqı kimi ödədiyi məbləğin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-597/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin X1rşı “hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla, sosial sığorta haqqı kimi ödədiyi məbləğin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh kimi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və X11 Mərkəzi Filialının qəbul edilməsi, Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin X9 Filialının cavabdeh sırasından çıxarılması, iddia tələbinə “2009-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx xxxx 1956-cı il tarixdə Cəlilabad rayonu, Gülməmmədli kəndində doğulmuşdur. Əmək fəaliyyətinə başladığı gündən müxtəlif yerlərdə işləmiş və buna dair əmək kitabçası vardır. 01 noyabr 1974-cü il tarixindən 16 aprel 1997-ci il tarixə kimi hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla əmək fəaliyyəti olmuşdur. Hazırda yaşa görə əmək pensiyasına çıxmaq hüququ yarandığı üçün Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon Şöbəsinə müraciət etmişdir. Lakin oradan ona 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixə kimi fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması bildirilərək pensiya hesablanmasından imtina edilmişdir. Halbuki, 29 iyun 2009-cu il tarixdə onun tərəfindən sosial sığorta haqqı kimi 20 manat pensiya kapitalına hesablanması üçün ödənilmişdir. O, bu barədə məlumat aldıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondundan pensiya kapiatlının qeydə alınmaması bəhanə gətirilərək pensiyanın hesablanmasından əsassız olaraq imtina edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Cavabdeh nümayəndəsi X5 şifahi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 2009-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Cəlilabad rayonu, Gülməmmədli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1982-ci il tarixli, NT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.1997-cı il tarixdə öz ərizəsi ilə işdən azad olunması barədə qeydlər vardır. İşdə olan məcburi dövlət sosial sığorta haqqı üçün xx.xx.2009-cu il tarixli, seriya CİP/1 № 266241 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 2009-cu il üzrə Dövlət Sosial Müdafiə Fondu Cəlilabad rayon şöbəsinə 20 (iyirmi) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X9 Filialının iddiaçıya ünvanladığı 11 oktyabr 2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə əsasən 2010cu iİ yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən ediimiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddətə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçasının və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğunuz illər nəzərə alınmaqla) 22 il 2 ay təşkil edir. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib, eyni zamanda adınızda aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyinizdən sizə yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X9 Filialının iddiaçıya ünvanladığı 13 aprel 2023-cü il tarixli, 3-17-1/2-79663/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X9 Filialına daxil olmuş xx.xx.2022-ci il tarixli 2-1(120)-2358/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı xx.xx.2021 -ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il 8 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, əmək kitabçasının surətinə və Cəlilabad rayon Dövlət Arxivinin 417 nömrəli arxiv arayışına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək olan 20 il 2 ay 15 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 22 il 2 ay 23 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin 22 il 2 ay 23 gün sığorta stajına uyğun olaraq 16941,11 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Eyni zamanda bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cəlilabad rayon Dövlət Arxivinin 417 nömrəli arxiv arayışına əsasən “M.Nuriyev adına kəndli fermer təsərrüfatının 1995-ci ildən sonrakı sənədləri arxivə təhvil verilmədiyindən xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, vətəndaşın təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı mübahisələndirilən dövrlər nəzərə alınsa da, 23 il 6 ay 8 gün olmaqla qanunla tələb olunan 25 il sığorta stajından azdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-89489/2023 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin X9 filialına (bundan sonra - filial) qarşı "hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla, sosial sığorta haqqı kimi ödədiyi məbləğin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-2358/2023 nömrəli inzibati iş vardır. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edirik və icraatınıza qəbul edib, hüquqi qiymət vermənizi xahiş edirik. İddiaçı iddia ərizəsində xx.xx.2009-cu il tarixdə iyirmi manat məcburi dövlət sosial sığorta haqqı ödədiyini iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı X4 iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Fondun Sosial ödənişlərin X9 filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina qərarında aşağıda qeyd edilən xüsusatlarda imtina edilmişdir: İddiaçı təqdim etdiyi əmək kitabçası və hərbi biletin surətinə əsasən ümumi sosial sığorta stajı 22 il 2 ay təşkil edir; İddiaçı xx.xx.2006 xx.xx.2018-ci illər əzində fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 22-1.1 -ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı olduqda təyin edilə bilər. İddiaçı onun barəsində bu halın mövcudluğundan çıxış etməklə ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı ilin 1 yanvar tarixdən başlayaraq aparılır. İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta”(Monitorinq) altsistemində “sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları, təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (Forma B2) və ona uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3), həmçinin ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Məlumat üçün bildirik ki, həmin dövrdə qüvvədə olan Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 3-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. “Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçıarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1-ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Həmin Qanunun 13.2-ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Həmin Qanunun 14.5.1-1.9-cu bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli İ və İİ dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında. Göründüyü kimi Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarında və “Sosial sığorta haqqında” Qanunda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi tələbi nəzərdə tutulub. Lakin İddiaçı torpaq mülkiyyərçisi kimi Fondun yerli orqanında uçota durmamışdır. Yuxarıda qeyd edilənləri, İPM 47.2, 48 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla, sosial sığorta haqqı kimi ödədiyi məbləğin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********361200 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi tərəfindən daxil olmuş məktubun icrası ilə əl ıqədar 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan İddiaçı (VÖEN **********) tərəfindən 2006-2018-ci illər üzrə məcburi dövlət sosial sığorta hac qlarının və vergilərin ödənilib-ödənilməməsi haqqında məlumatın və sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi haqqında məktuba 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının “Vergi Məcəlləsi”ndə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyşikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergi orqanlarına həvalə edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisi tərəfindən 2006-2018-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə olan məlumatların vergi orqanında istifadə olunan məlumat bazasında qeyd edilən illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqların məbləğlərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə müraciət edilməsi Sizə bildirilir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən 2006-2008-ci illər üzrə torpaq vergisi üzrə ümumilikdə 720,00 manat torpaq vergisi ödənilmişdir. Torpaq vergisi üzrə ödənilmiş vergi məbləğləri haqqında məlumatların təsdiq olnmuş surətləri Sizə təqdim edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 261590/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) daxil olmuş xx.xx.2023-cü il tarixdə 3-17/1-24707/2023 nömrə ilə qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli 2-1(120)-2358/2023 nömrəli sorğunuza Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Məlumat üçün bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı **********3 saylı SUN-la və ********** saylı VÖEN-lə xx.xx.2009-cu il tarixində sığortaedən kimi uçota alınmış və fəaliyyət statusu “Aktiv” olaraq qeyd olunmuşdur. Sorğunuzla əlaqədar bildiririk ki, MEİS-də 2006-2018ci illər üzrə İddiaçı dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Qeyd etmək istəyirik ki “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Əlavə olaraq qeyd etmək istəyirik ki, İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş vergilərin ödənilib-ödənilməməsi barədə məlumatın təqdim edilməsi Fondun səlahiyyətləri xaricindədir. Nəzərə almağınızı xahiş edirik. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********616400 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) (AZE 0*******) tərəfindən 2006-2018-ci illər üzrə ödənilmiş vergi və sosial ödənişlər barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Mövcud məlumat bazasına əsasən İddiaçı (VÖEN **********) tərəfindən 2006-2018-ci illər ərzində 720,0 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu 1 yanvar 2019-cu il tarixindən etibarən vergi orqanlarına həvalə edilmişdir. Bununla əlaqədar olaraq, vergi ödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesabatların 2018-ci ilin 4-cü rübündən başlayaraq vergi orqanlarına təqdim edilməsinə başlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X11 Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və X11 Mərkəzi Filialına daxil olmuş, xx.xx.2022ci il tarixində **********0 nömrə ilə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli müraciətinizlə bağlı Fond tərəfindən müvafiq araşdırılma aparılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölümündə Sizə aid “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları (sığortaedənin uçot nömrəsi və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) aşkar olunmamış, həmçinin tərəfinizdən 2009-cu il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”lara (bundan sonra - Forma B2) uyğun “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumalar (bundan sonra - Forma B3) təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə, məlumatlar fərdi şəxsi hesabınızda əks.olunmamışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək, həmçinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun : 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əmək haqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2009-cu ildə İddiaçı məcburi dövlət sosial sığorta haqqı ödəmiş, lakin həmin illər üzrə sosial sığorta hesabatı (B3 hesabatı) İddiaçı sosial sığorta hesabına işlənməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən İddiaçı 2009-cu ildə məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) ödədiyi məbləğin elektron informasiya sistemində fərdi şəxsi hesabına işlənməsini təmin etməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot X6rşı “2009-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və X11 Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot X6rşı “2009-cu il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və X11 Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-597/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-597/2024
03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver