Məhkəmə qərarları › İş №2-1(120)-598/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-598/2025

28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-598/2025 28.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı « Kürdəmir rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarışa əsasən, 19.4 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, Pirili kəndində yerləşən 20.0 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1763/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Kürdəmir rayonu Pirili Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəхs qismində inzibаti məhkəmə icrааtınа cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Kürdəmir rayonu Pirili Bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmiş, Kürdəmir rayon X4 üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 2-1(120)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Kürdəmir rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarış əsasında ayrılmış 20.0 ha torpaq sahəsindən 19.4 ha torpaq sahəsinə icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayon Pirili Bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli iclasının qərarına əsasən ona əkinçiliklə məşğul olmaq üçün Pirili Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 20 hektar torpaq sahəsi verilmiş və mənimlə Pirili Bələdiyyəsi arasında xx.xx.2007-ci il tarixdə həmin torpaq sahəsinə görə 20 il müddətinə 9 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır. Sonradan o, 2007-ci ilin noyabr ayında icarəsinə verilmiş torpaq sahəsinə JN-033 KOD 90600028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. O, həmin torpaq sahəsini icarəyə götürəndən sonra hal-hazıra kimi təyinatı üzrə istifadə elmişdir və icarə haqqını vaxtlı-vaxtında Pirili Bələdiyyəsinin hesabına ödəmişdir. İcarəsində olan torpaq sahəsindən istifadə ilə əlaqədar Pirili Bələdiyyəsi ilə onun arasında heç bir narazılıq olmamışdır. Hazırda da icarəsinə verilmiş həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və icarə haqqını da Pirili Bələdiyyəsinrin hesabına vaxtlı-vaxtında ödəyir. Torpaq sahəsindən başqa heç bir gəlir mənbəyi yoxdur və ailəsini həmin torpaq sahəsindən əldə etdiyi gəlir hesabına saxlayır. İcarəsində olan Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən 20,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydə alınması üçün 16 saylı Ucar Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etdi və müraciətə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona verilən “torpağın mülkiyyətə verilməsinə dair” JN-033 nömrəli Şəhadətnamənin surətini də əlavə etmişdi, 16 saylı Ucar Ərazi İdarəsi JN-033 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı elektron baza məlumatlarında heç bir məlumatın aşkarlanmadığını və torpaq sahəsi üzərində icarə hüququna dair torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin tərtib olunmalı olduğu halda torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin tərtib edilməsini bəhanə edərək həmin torpaq sahəsi üzərində icarə hüququnun dölət qeydiyyatınaalınmasından əsassız olaraq imtina elmişdir. O, icarəçi olmaqla hazırda icarəmdə olan torpaq sahəsini 2007-ci ildə qüvvədə olmuş Torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq götürmüşdür və onun adına tərtib edilmiş şəhadətnamə həmin dövrdə fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Sənədin bu cür tərtib edilməsində onun bu vətəndaş və bir icarəçi kimi onun heç bir günahı və təqsiri yoxdur. 16 saylı Ucar Ərazi İdarəsi onun qanuni tələbini icra etməməklə onun qanunla qorunan icarə hüquqlarımı kobud surətdə pozmaqla icarəmdə olan 20,0 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qevdtivvalına alınmasından əsassız olaraq imtina etməklə onun özünün va ailə üzvlərinin əsas gəlir mənbəyi olan torpaq sahəsindən istifadə etməsinə süni maneələr yaradır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar ərazi idarəsi tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda göstərilmişdir ki, Kərimov X3 rayonu PirHi kəndində yerləşən 20.0 ha kənd təsərrüfatı təyınatllı torpaq sahəsinin icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsində müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması ilə bağlı JN-033 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hüquqların qeydiyyatı üçün təqdim edilmişdir. Daxıl edilmiş sənədlərdə göstərilən məlumatların Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən yoxlanarkən JN-033 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə bağlı heç bır məlumat aşkar edilməmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən təhvil götürülmüş dövlət aktlarının qeydiyyat kitabında da JN-033 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. Torpaq sahəsi üzərində icarə hüququna dair Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə tərtib olunmalı halda Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Bu səbəbdən də. vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsim, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibatı Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən üçüncü şəxs Kürdəmir rayon Karrar Bələdiyyəsinin nümayəndəsi İddiaçı İmran oğlu iddia ərizəsini qəbul edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında onun nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Kürdəmir rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 3-12-3-36/2-K-0019- 35/202 nömrəli məktubda göstərilmişdir ki, sənədlərin ekspertizası zamanı torpaq şahəsi üzərində icarə hüququnun qeydiyyata alınması ilə bağlı JN-033 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hüquqların qeydiyyatı üçün təqdim edilmişdir. Daxil edilmiş sənədlərdə göstərilən məlumatların Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən yoxlanarkən JN-033 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən təhvil götürülmüş dövlət aktlarının qeydiyyatı kitabında da JN-033 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. Torpaq sahəsi üzərində icarə hüququna dair Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə tərtib olunmalı olduğu halda Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. - Kürdəmir rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarışa əsasən, İddiaçı 25 il müddətinə 20.0 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Kürdəmir rayonu Pirili Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli, 09 saylı “torpaq icarəsi” müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, X2 Niyazi Əhəd oğluna 25 il müddətinə 20.0 ha torpaq sahəsi istifadəyə verməyi, İddiaçı isə hər il icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - İşdə olan JN-033 seriyalı, KOD 90600028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsinə əsasən, Kürdəmir rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə 25 il müddətinə 20.0 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin istifadə üçün ayrılması İddiaçı adına qeydə alınmışdır. - Kürdəmir rayonu Pirili Bələdiyyəsinin torpaqlarının yerquruluşu planından çıxarış təqdim edilmişdir. - Kürdəmir rayonu Pirili Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli məktuba əsasən, İddiaçı 25 il müddətinə 20.0 ha torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Ayrılmış torpaq sahəsinin xəritəsinin çəkilməsini və qeydiyyata alınmasını xahiş etmişdir. İşdə olan Kürdəmir Rayon X4nin 19 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən, İddiaçı icarəsində olan 20 ha torpaq icarə haqqını tam ödəmişdir və bələdiyyəyə borcu yoxdur. - Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələrinin xx.xx.2024-cü il tarixli, N- 5-56-20/2-9/2024 saylı məktubuna əsasən, Pirili kənd sakini İddiaçı Piriii Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 09 saylı qərarı ilə icarəyə verilmiş 20 ha torpaq sahəsi halhazırda əkin əkməklə İddiaçı istifadəşindədir. İddiaçı verilmiş 20 ha torpaq sahəsi icarə müqaviləsini və həmin sahənin şəhadətnaməsinin notariat qaydada təsdiqini təqdim etməkdən imtina etdi. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1763/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan mütəxəssis rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/374/2025 nömrəli məktubu ilə xx.xx.2025-ci il tarixli, 10/374 saylı ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2025-ci il tarixli, 10/374 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: JN-033, KOD 90600028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə idarənin elektron baza məlumatlarında mövcud olmadığı üçün, həmçinin Kürdəmir rayon Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclasının qərarı ilə əkin məqsədilə icarəyə ayrılmış 20.0 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan yerquruluşu planı mövcud olmadığı üçün torpaq sahəsinin hansı döngə nöqtə koordinatlarda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, üç hissədən ibarət olan 21.76 ha (müvafiq olaraq 13 ha, 6.4 ha, 2.36 ha) torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. JN-033, KOD 90600028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə idarənin elektron baza məlumatlarında mövcud olmadığı üçün, həmçinin Kürdəmir rayon Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclasının qərarı ilə əkin məqəsdilə icarəyə ayrılmış 20.0 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan yerquruluşu planı mövcud olmadığı üçün torpaq sahəsinin hansı döngə nöqtə koordinatlarda yerləşməsini müəyyən etmək mümkün olmadığı üçün 2007-ci ildə və hazırda hüquqi statusu (dövlət və yabələdiyyə mülkiyyətində olması), hüquqi rejimi (kateqoriyası), uqodiyası, növü, təyinatı nədir və alqı-satqı və ya icarə predmeti olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 19.4 ha torpaq sahəsi 2003-cü ildə tərtib edilmiş "Kürdəmir rayonu Pirili kəndi Pirili birgə təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi"ndə (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyə mülkiyyətinə aid şoran (bataqlıq), 2.36 ha hissəsi isə Pirili kənd ərazi vahidi sərhədlərindən kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, dövlət mülkiyyətinə aid örüş (otlaq) torpaqlar olaraq göstərilmişdir. 19.4 ha torpaq sahəsi Kürdəmir rayonu Pirili kəndi Pirili birgə təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi" üzərində mövcud olan topoqrafik xəritədə isə örüş kimi göstərilmişdir. İdarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında 21.76 ha torpaq sahəsinin 19.4 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla, islahat uqodiyası bataqlıq, faktiki istifadə vəziyyəti əkin olduğu üçün uqodiyası əkin qeyd edilmişdir. Naturada göstərilən 19.4 ha torpaq sahəsinin elektron baza məlumatlarında bonitet balı İİİ qrup, keyfiyyət qrupu 54 bal olduğu üçün kənd təsərrüfatına yararlı torpaq sahəsidir və alqı-satqı predmeti ola bilməz. JN 033, KOD 90600028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə idarənin elektron baza məlumatlarında mövcud olmadığı üçün, həmçinin Kürdəmir rayon Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclasını Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Kürdəmir rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarışla İddiaçı 25 il müddətinə 20.0 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin ayrılmışdır. Kürdəmir rayonu Pirili Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli, 09 saylı “torpaq icarəsi” müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, X2 Niyazi Əhəd oğluna 25 il müddətinə 20.0 ha torpaq sahəsi istifadəyə verməyi, İddiaçı isə hər il icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra JN-033 seriyalı, KOD 90600028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsinə əsasən, Kürdəmir rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə 25 il müddətinə 20.0 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin ayrılması İddiaçı adına qeydə alınmışdır. Həmçinin iddiaçı tərəfindən Kürdəmir rayonu Pirili Bələdiyyəsinin torpaqlarının yerquruluşu planından çıxarış, Kürdəmir rayonu Pirili Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubu təqdim edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, mübahisəli torpaq sahəsinə icarə hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh orqan tərəfindən müraciətdən bir neçə dəfə imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilərək məktubda göstərilmişdir ki, sənədlərin ekspertizası zamanı torpaq şahəsi üzərində icarə hüququnun qeydiyyata alınması ilə bağlı JN-033 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hüquqların qeydiyyatı üçün təqdim edilmişdir. Daxil edilmiş sənədlərdə göstərilən məlumatların Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən yoxlanarkən JN-033 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən təhvil götürülmüş dövlət aktlarının qeydiyyatı kitabında da JN-033 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. Torpaq sahəsi üzərində icarə hüququna dair Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə tərtib olunmalı olduğu halda Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı məhkəməyə JN-033, KOD 90600028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əslini təqdim etmişdir və JN-033 seriyalı, KOD 90600028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsində Kürdəmir rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə 25 il müddətinə 20.0 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin istifadə üçün ayrılması İddiaçı adına qeydə alınmışdır. Bu halda məhkəmə hesab edir ki, JN-033, KOD 90600028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin dövlət aktlarının qeydiyyatı kitabında qeydə alınması cavabdeh orqanın səlahiyyətləri daxilində olduğu üçün, şəhadətnamənin “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” kimi deyil, Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə kimi tərtib edilməsi, həmçinin JN-033, KOD 90600028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı heç bir məlumatın, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən təhvil götürülmüş dövlət aktlarının qeydiyyatı kitabında da JN-033 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə bağlı heç bir məlumatın aşkarlanmaması iddiaçının təqsiri ucbatından baş verməmişdir, bu halda iddiaçının ziyanına şərh edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəməyə daxil olmuş ekspert rəyi üzrə qeyd edilmişdir ki, İdarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında 21.76 ha torpaq sahəsinin 19.4 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla, islahat uqodiyası bataqlıq, faktiki istifadə vəziyyəti əkin olduğu üçün uqodiyası əkin qeyd edilmişdir. Naturada göstərilən 19.4 ha torpaq sahəsinin elektron baza məlumatlarında bonitet balı İİİ qrup, keyfiyyət qrupu 54 bal olduğu üçün kənd təsərrüfatına yararlı torpaq sahəsidir və alqı-satqı predmeti ola bilməz. Kürdəmir Rayon X4nin 19 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən, İddiaçı icarəsində olan 20 ha torpaq icarə haqqını tam ödəmişdir və bələdiyyəyə borcu yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərlə (Kürdəmir rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarış, Kürdəmir rayonu Pirili Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli, 09 saylı “torpaq icarəsi” müqaviləsi, JN-033 seriyalı, KOD 90600028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi, Kürdəmir rayonu Pirili Bələdiyyəsinin torpaqlarının yerquruluşu planından çıxarış, Kürdəmir rayonu Pirili Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubu, Kürdəmir Rayon X4nin 19 saylı, xx.xx.2025-ci il tarixli arayışı) 19.4 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, Kürdəmir rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarış, Kürdəmir rayonu Pirili Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli, 09 saylı “torpaq icarəsi” müqaviləsi, JN-033 seriyalı, KOD 90600028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsi, Kürdəmir rayonu Pirili Bələdiyyəsinin torpaqlarının yerquruluşu planından çıxarış, Kürdəmir rayonu Pirili Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubu, Kürdəmir Rayon X4nin 19 saylı, xx.xx.2025-ci il tarixli arayışı mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və icarəçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X5 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş ərizəyə əsasən, prosessual xərc məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Kürdəmir rayonu Pirili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarışa əsasən, 25 il müddətinə ayrılmış 19.4 ha torpaq sahəsinin (yeni qaydalarda ünvan nəzərə alınmaqla) İddiaçı adına icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar