Məhkəmə qərarları › İş №2-1(120)-6/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-6/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-6/2024 31.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan X2rşı “iddiaçıya məxsus torpaq sahəsinin əlindən alınması ilə əlaqədar 800.000 manat, betonzavodun sökülməsi ilə əlaqədar 200.000 manat, cəmi 1.000.000 manat kompensasiya tutularaq ödənilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan X2rşı “iddiaçıya məxsus torpaq sahəsinin əlindən alınması ilə əlaqədar 800.000 manat, betonzavodun sökülməsi ilə əlaqədar 200.000 manat, cəmi 1.000.000 manat kompensasiya tutularaq ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-614/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddia tələbi üzrə Salyan rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-614/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə,iş üzrə məhkəmə tikinti-texniki və torpaqşunaslıq ekspertizası təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə,iş üzrə məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, ilkin iddia ərizəsi üzrə cavabdeh Azərbaycan Avtomobil X13 ilkin iddia ərizəsi üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərəncamın, plan və ölçünün ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan X2rşı iddiaçıya məxsus torpaq sahəsinin əlindən alınması ilə əlaqədar 800.000 manat, betonzavodun sökülməsi ilə əlaqədar 200.000 manat, cəmi 1.000.000 manat kompensasiya tutularaq ödənilməsi barədə iddia tələbinə dair iş üzrə icraat Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-1856/2021 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilərək qanuni minənədək dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti həmin işlə birlikdə baxılması üçün 12 yanvar 2022-ci il tarixli 2-1(120)-19/2022 nömrəli məktub ilə Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(106)75/2022 nömrəli qərardadı ilə, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-75/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Avtomobil X13nin nümayəndəsi Nümayəndə və vəkil X11 tərəfindən verilmiş kassasiya şikayəti inzibati işlə birlikdə baxılması üçün 28 mart 2022-ci il tarixli 2-1(106)-75/2022 nömrəli məktub ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-875/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(106)75/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra inzibati iş Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon icra hakimiyyəti başçısının 06 noyabr 2007-ci il tarixli 354-s nömrəli sərəncamı ilə ona Salyan rayon Kürsəngi dövlət fondu torpaqlarından beton məmulatları istehsal edən zavod tikintisi üçün 1,0 ha torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncam əsasında ona aid torpaq sahəsi barədə məlumatlar 12 noyabr 2008-ci il tarixdə Torpaq Kadastrına əlavə edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Torpaq sahəsi üzərində elə həmin il beton istehsaledən zavod tikilibmiş. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planının 4.1.26-cı bəndinə uyğun olaraq Ələt-Astara-lran islam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidənqurulması və tikintisi Azərbaycan Avtomobil X13nə tapşırılmışdır. Həmin tapşırığın icrası məqsədilə Agentlik tərəfindən ona məxsus zavod sökülmüş, torpaq sahəsinin üzərindən isə yol çəkilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmişdir ki, reyestrdən çıxarış alsın. Lakin qurum betonzavodun söküldüyünə və həmin ərazidən yol çəkildiyinə görə ona imtina etmişdir. Ona məxsus olan torpaq sahəsinin əlindən alınması ilə bağlı 800.000 manat, betonzavodun sökülməsi ilə əlaqədar 200.000 manat, cəmi 1.000.000 manat ona zərər dəymişdir. Kompensasiyanın ödənilinəsi məqsədilə Agentliyə müraciət etsə də ona imtina cavabı verilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. İnzibati orqanın imtinasını qanunsuz hesab edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Avtomobil X13 tərəfindən etiraz təqdim edilərək göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Avtomobil X13nə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan torpaq sahəsinin əlindən alınması ilə əlaqədar 800.000 manat, betonzavodun sökülməsi ilə əlaqədar 200.000 manat cəmi 1.000.000 manat məbləğində kompensasiyanın tutularaq ona veriilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-19/2022 nömrəli sərəncamı ilə cavabdehdən iddia tələbinə münasibətinin bildirilməsi tələb edilmişdir. İddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Höküməti ilə Dünya Bankı arasında imzalanmış Kredit sazişi çərçivəsində “M-3 Ələt- Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi həyata keçirilmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının 06 noyabr 2007-ci il tarixli 354 saylı Sərəncamı əsasında 1 ha dövlət fondu torpağından ünvan 1 ünvanda yaşayan İddiaçı beton məlumatları istehsal edən zavod tikintisi üçün icarəyə ayrılmışdır. Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarının Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 81-ci maddəsi ilə tənzimləndiyi və həmin Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda torpaq sahəsi üzərində istifadə hüququna xitam verildiyi qeyd edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən alına bilən torpaqlar: 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Həmin Qanununun 49-cu maddəsinə əsasən icarədə olan dövlət və ya bələdiyyə torpaqlarının müəyyən hissəsinin alınması: 49.1. İcarədə olan dövlət və ya bələdiyyə torpaqları (onun müəyyən hissəsi) dövlət ehtiyacları üçün satın alındıqda bu Qanunla müəyyən edilən satınalma qiymətinə icarəçinin bu torpaqla bağlı üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər də daxil edilir. 49.2. İcarədə olan dövlət və ya bələdiyyə torpaqlarının müəyyən hissəsi alındıqda icarəçi tərəfindən ödəniləcək icarə haqqına icarədə olan torpağın sahəsinin azalması və geri alınmanın digər nəticələri nəzərə alınmaqla yenidən baxılır və icarəçidə saxlanılan torpağın qanunvericiliyə uyğun olaraq yenidən mərzlənməsi və üzərində hüquqların dövlət qeydiyyatına alınması təşkil edilir. Qanunun tələbindən göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Avtomobil X13nə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməsi barədə mübahisə açdığı tələb hüququna malik deyil, onun yalnız dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları mövcüddur, bu da torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət ehtiyacları üçün geri alına bilər.Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin ediməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın əsaslılığı : İddia mümkündür, mahiyyəti üzrə əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə olunmuş və şifahi məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı AZE06713036 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olub, hazırda ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli sifarişli xəbərnamənin surətindən görünür ki, İddiaçı tərəfində göndərilmiş məktub xx.xx.2019-cu il tarixdə Azərbaycan Avtomobil X13 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********13 saylı məktubunda göstərilmişdir ki, Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən araşdırılmış və araşdırma zamanı aşağıdakı çatışmazlıqlar müəyyən edilmişdir.

1. Yerində keçirilən baxış zamanı müəyyən edilmişdir ki, sözügedən 10 ha torpaq sahəsinin bir hissəsi üzərində Salyan rayonu Yenikənd-Kürsəngi köməkçi avtomobil yolu inşa edilmişdir. Bu səbəbdən hal-hazırda Salyan rayonu icra hakimiyyəti başçısının 06.11,2007-ci ıl tarixli 354-s nömrəli sərəncamı ilə İddiaçı “beton məmulatları istehsal edən” zavodun tikintisi altına ayrılmış 1.0 ha torpaq sahəsi azalaraq 0 78278 ha təşkil edir Tərəfinizdən 0.212719 ha torpaq sahəsinin Salyan rayonu Yenikənd-Kürsəngi köməkçi avtomobil yolu inşa edilməsi üçün verilməsinə, habelə Salyan rayonu icra hakimiyyəti tərəfindən geri alınmasına və ya digər hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Hüququn dövlət qeydiyyatına alınması üçün ayrılmış torpaq sahəsinin azalmasına dair hüquqmüəyyənedici sənədin təqdim edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsim, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır;

2. Torpaq sahəsi üzərində mövcud olan qeyri yaşayış binasına və qurğulara dair tərəfinizdən tikintin aparılmasına dair Salyan rayonu icra hakimiyyəti başçısının sərəncamını;

3. Salyan rayonu İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş tikili və qurğuların yerləşmə sxemini;

4. əmlak kompleksinin eskiz layihəsini və;

5. Salyan rayonu İcra hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş əmlak kompleksinin istismarına icazə sənədini təqdim etməmilmişdir. Torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksinə yerində keçirilən baxış zamanı, tərəfinizdən təqdim edilmiş fotoşəkillərdən və qeyd etdiklərindən müəyyən edilmişdir ki, torpaq sahəsi üzərində digər tikililərində olmuş, lakin özbaşına digər şəxs tərəfindən sökülmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını aparan orqandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №069941 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının 06 noyabr 2007-ci il tarixli 354-s saylı sərəncamı ilə İddiaçı adına icarəyə ayrılan 1.0 ha torpaq sahəsi ilə bağlı verilmişdir. İş materiallarında olan X16 Filialının 319 nömrəli, xx.xx.2019-cu il tarixli arxiv arayışından göstərilmişdir ki, X16 filialında mühafizə olunan Salyan rayon İcra Hakimiyyətinin arxiv sənədlərində o cümlədən 06 noyabr 2007-ci il tarixli 354 saylı sərəncamın surəti arayışa əlavə olunur. 2008-2013-cü illər üzrə sərəncamların qeydiyyat kitabları araşdırıldı, lakin 06 noyabr 2007- ci il tarixli 354 s -saylı sərəncamın ləğv edilməsi aşkar olunmadı 2014-cü ildən hal-hazıra kimi olan işlər filiala təhvil verilməyib. İş materiallarında olan Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti başçısının 354-3 nömrəli 06 noyabr 2007-ci il tarixli sərəncamında göstərilmişdir ki, Salyan şəhər sakini İddiaçı Salyan rayon Kürsəngi dövlət fondu torpağından beton məmulatları istehsal edən zavod tikintisi altına, 1 ha torpaq sahəsinin ayrılması haqqında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən məhkəməyə ünvanlanmış 185 nömrəli, 27 fevral 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 354-s saylı sərəncamının və həmin sərəncamın qəbul edilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri göndərilir. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Aktdan görünür ki, RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri T.Hüseynov, DT və XK-nin Salyan rayon şöbəsinin müdiri O.Quliyev, DT və XK-nin Salyan rayon şöbəsinin baş məsləhətçisi Y.Dadaşov, GEM-nin baş həkimi M.Ağayev, Kürsəngi kənd ərazi nümayəndəsinin T.Qarayev, Paylayıcı Elektrik şəbəkəsinin direktoru S.Şeydayev, Qaz İstismar idarəsinin rəisi N.Nəcəfov və Salyan şəhər sakini İddiaçı imzası ilə, Salyan şəhər sakini İddiaçı Salyan rayon Kürsəngi kəndinə gedən yolun 1-ci km-də, yolun sol tərəfindən dövlət fondu torpağından kənd təsərrüfatına yararsız ərazidən beton məmulatları istehsal edən zavod tikintisi altına, 1,0 ha torpaq sahəsinin istifadəyə ayrılması məqsədə müvafiq hesab edilərək, seçilən sahənin hüdudları naturada müəyyən edilərək təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Avtomobil X13 tərəfindən İddiaçı ünvanlanmış 16 sentyabr 2019-cu il tarixli Ə-3/16-6916 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının qanununa əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə olunan hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadə mümkünlüyünü tikinti obyektinin istifadəsinə icazə ilə təsdiq edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qeyd olunan torpaq sahəsinə dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinə yalnız həmin torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqmüəyyənedici və qeyd etdiyi tikilinin tikintisinin başa çatdırıldıqdan sonra istismara icazə verilməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri Agentliyə təqdim edildikdən sonra baxıla bilər. İş materiallarında olan Salyan Rayon Maliyyə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 03/45 nömrəli etiraz məktubunda göstərilmişdir ki, iddiaçı X12 hazırkı iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidənqurulması və tikintisi ilə əlaqədar Avtomobil X13 tərəfindən sökülmüş, Salyan rayon Kürsəngi dövlət fondu torpaqlarında tikilmiş beton zavodunun və 1,0 ha torpaq sahəsinin kompensasiyası olaraq 1.000.000 manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığı təqdirdə həmin əraziyə görə müəyyən məbləğdə kompensasiyanın ona ödənilməsini tələb etməsi əsassızdır. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bununla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun 20.1.6.-cı maddəsinə əsasən alan orqan (bu halda X17 Agentliyi) alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Qeyd olunmalıdır ki, iddiaçıya məxsus olan torpağın dövlət ehtiyacları üçün alınması təsdiq olunsa, bu halda da müvafiq kompensasiyanın ödənilməsi Maliyyə Nazirliyinin üzərinə bir vəzifə kimi qoyula bilməz. Belə ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsində də göstərilir ki, kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Bu o deməkdir ki, layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan vəsait sifarişçi təşkilatın hesabına köçürülür. Sifarişçi təşkilat isə öz növbəsində dövlət büdcəsində həmin layihə üçün nəzərdə tutulmuş vəsait hesabına bütün tədbirləri, o cümlədən kompensasiyanın ödənilməsini həyata keçirilməlidir.İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göstərilənlərə əsasən İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsinə etirazı bildirir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********50 nömrəli etiraz məktubunda göstərilmişdir ki, sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Qeyd edilən torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətləri göndərilir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, Salyan rayon İcra Hakimiyyəti başçısının 06.11,2007-ci il tarixli, 354-S nömrəli sərəncamına və A 069941 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən İddiaçı Salyan rayon Kürsəngi kəndinə gedən yolun 1-ci km-də. yolun sol tərəfindən, dövlət fondu torpağından beton məmulatları istehsal edən zavod tikintisi altına ayrılmış 1.0 (bir) hektar torpaq sahəsindən. Astara-Bakı magistral avtomobil yolundan Salyan rayonu Xalac kəndinə gedən avtomobil yolu çəkilmişdir və yol çəkildikdən sonra iddiaçının istifadəsində 0.8575 ha torpaq sahəsi qalmışdır.(Yol sxemdə göstərilib)Elektron kadastr baza məlumatlarına əsasən (Salyan rayonu inzibatı ərazisində aparılmış torpaq islahatı ilə əlaqədar dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqların xəritəsi) iddiaçıya ayrılmış 1.0 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 19 №-li qış otlaq sahəsində olmaqla örüş sahəsidir. Salyan rayon İcra Hakimiyyəti başçısının 06.11 2007-ci il tarixli,354~S nömrəli sərəncamı ilə İddiaçı Salyan rayon Kürsəngi kəndinə gedən yolun 1-ci km-də, yolun sol tərəfindən, dövlət fondu torpağından ayrılmış 1.0 (bir) hektar torpaq sahəsinin üzərində beton məmulatları istehsal edən zavodun əvvəllər mövcud olub-olmamasını müəyyən etmək Şirvan LTl-nin mütəxəssisinin səlahiyyətlərinə aid deyildir (Hal -hazırda iddiaçıya aid 1 ha ərazidə kiçik köhnə tikili mövcuddur). İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli 10/1965 nömrəli ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 12 mart 2021-ci il tarixli 10/1965 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Şirvan LTİ-nin mütəsəssis rəyinə əsasən, Salyan rayon icra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 354-S nömrəli sərəncamına və A 069941 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı Salyan ravon Kürsangi kəndinə gedən yolun 1 -ci km-də, yolun sol tərəfindən, dövlət fondu torpağından beton məmulatları istehsal edən zavod tikintisi altına ayrılmış 1.0 (bir) hektar torpaq sahəsindən, Astara - Bakı magistral avtomobil yolundan Salyan rayonu Xalac kəndinə gedən avtomobil yolu çəkilmişdir və yol çəkildikdən sonra iddiaçının istifadəsində 0.8575 ha torpaq sahəsi qalmışdır.(Yol sxemdə göstərilib)Mütəsəssis rəyinə əsasən, elektron kadastr baza məlumatlarına əsasən (Salyan rayonu inzibati ərazisində aparılmış torpaq islahatı ilə əlaqədar dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqların xəritəsi) iddiaçıya ayrılmış 1.0 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 19 №- li qış otlaq sahəsində olmaqla örüş sahəsidir. Mütəsəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlarına əsasən, Salyan rayon İcra Hakimiyyəti başçısının 06.11 2007-cı il tarixli, 354-S nömrəli sərəncamı ilə İddiaçı Salyan rayon Kürsəngi kəndinə gedən yolun 1-ci km-də, yolun sol tərəfindən, dövlət fondu torpağından ayrılmış 1.0 (bir) hektar torpaq sahəsinin üzərində beton məmulatları istehsal edən zavodun baxış zamanı mövcud deyildir. Əvvəllər mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir. Hal-hazırda iddiaçıya aid 1 ha ərazidə kiçik köhnə tikili mövcuddur. İşdə olan Əmlak Qiymətləndirmə Mərkəzi MMC-nin xx.xx.2020-ci il tarixli QR 0333 nömrəli qiymətləndirmə rəyində göstərilmişdir ki, Səlyan rayonu Kürsəngi kəndində yerləşən qeyri yaşayış sahəsinin 1 sotu 2000 azn olmaqla lha ərazinin qiyməti 200000 azn, beton istehsal edən SEMİX-120 qurğusunun qiyməti 400000 azn civarındadır. Salyan rayonunun, ərazisindən keçən Bakı-Ələt-Astar a yolunun üstündə olan torpaq sahəsi yerindən asılı olaraq bir sotunun qiyməti 1500-2500 azn civarındadır. Qiymətləndirilən əmlakın dəyəri barədə mövcud qiymətləndirmə rəyi Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» xx.xx.1998-ci il tarixli 510-İQ saylı Qanuna, X1 (İVS), Azərbaycan Respublikasının Milli Qiymətləndirmə Standartlarına, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. İşdə olan Əmlak Ekspert Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021ci il tarixli ƏEM/İ 84-640/21 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Ekspert qarşısında qoyulmuş birinci suala uyğun olaraq Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 354-S nömrəli sərəncamma və A 069941 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı Salyan rayon Kürsəngi kəndinə gedən yolun 1-ci km-də, yolun sol tərəfindən dövlət fondu torpağından, kənd təsərrüfatına yararsız ərazidən beton məmulatları istehsal edən zavod tikintisi altına ayrılmış 1 hektar torpaq sahəsində çəkilən avtomobil yolunu çıxmaqla, onun istifadəsində qalan torpaq sahəsinin (0,1425 ha) real bazar qiyməti aşağıdakı kimi hesablanıb (1 ha, ümumi torpaq sahəsi - 0,8575 ha, iddiaçının istifadəsində qalan torpaq sahəsi = 0,1425 ha, avtomobil yolu keçən hissə): Torpaq sahəsi - 0,1425 ha x 2000,0 manat/0,01 ha = 28 500,0 (iyirmi səkkiz min beş yüz) manat təşkil edir. Yuxarıda qeyd edilən təhlillər və araşdırmalar zamanı müəyyən olunmuşdur ki, həmin ərazi üzrə, oxşar təyinatlı, kateqoriyalı, məqsədli torpaq sahələrinin bazar dəyəri: 0,01 ha = 2000,0 (iki min) manat təşkil edir.Barəsində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması məqsədilə Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, Maddə 12. Ekspertin hüquqları bəndinə istinad edilmişdir. Həmin maddəyə əsasən ekspertin qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək hüquqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən məhkəməyə ünvanlanmış 810 nömrəli, 19 oktyabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-46/2021 saylı xx.xx.2021-ci il tarixli məktubunda İddiaçı cavabdeh Azərbaycan X2rşı iddiaçıya məxsus torpaq sahəsinin əlindən alınması ilə əlaqədar 800.000 manat, beton zavodun sökülməsi ilə əlaqədar 200.000 manat, cəmi 1.000.000 manat kompensasiya tutularaq ödənilməsi barədə iddia tələbinə dair inzibati işlə əlaqədar Salyan rayon İcra Hakimiyyəti başçısının 354-s saylı, xx.xx.2007-cı il tarixli Sərəncamı ilə ayrılmış 1 ha torpaq sahəsinin İddiaçı istifadəsinə və ya icarəsinə ayrılmasını təsdiqləyən sənədlərin Məhkəməyə təqdim olunması xahiş olunur. Bundan əvvəl qeyd olunan inzibati işlə əlaqədar Salyan rayon İcra Hakimiyyəti başçısının 354-s saylı, xx.xx.2007-cı il tarixli Sərəncamı və həmin sərəncamın verilməsinə əsas olan sənədlər təsdiq olunaraq göndərilmişdir. Qeyd olunan sərəncamda İddiaçı kənd təsərrüfatına yararsız ərazidən beton məmulatları istehsal edən zavod tikintisi altına 1,0 ha. torpaq sahəsinin istifadəyə ayrılması məqsədə müvafiq hesab edilmişdir. X16 filialında mühafizə olunan Salyan rayon İcra Hakimiyyətinin arxiv sənədlərində, o cümlədən sərəncamlarda İddiaçı adma verilmiş 06 noyabr 2007-ci il tarixli 354-s saylı sərəncama əlavə olunmuş sənədlərdə sözü gedən 1 ha torpaq sahəsinin İddiaçı istifadəsinə və ya icarəsinə ayrılmasını təsdiqləyən digər sənədlər (icarə müqaviləsi və s.) aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Avtomobil X13nin məhkəməyə ünvanladığı 07 fevral 2023-cü il tarixli, 11-1/2-10xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, Salyan rayonunun inzibati ərazilərində '‘Ələt-Astara" avtomobil yolunun daimi (mövcud yolda) təhkim zolağına düşən maneələrin və torpaq sahələrinin ayrılmasının sənədləşdirilməsi Salyan rayon İcra Hakimiyyəti başçısının 22 iyun 2006-cı il tarixli 214-s nömrəli sərəncamı ilə yaradılmış komissiya tərəfindən həyata keçirilmişdir. Həmin sərəncamla komissiyaya rayonun ərazisində “Ələt-Astara" avtomobil yolunun daimi (mövcud yolda) təhkim zolağına, mühafizə zolağında düşən maneələrin və torpaq sahələrinin ayrılmasının qanunauyğun olaraq sənədləşdirilməsinin təmin edilməsi tapşırılmışdır. Bundan başqa. Azərbaycan Respublikasının ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün alan orqan əvvəllər fəaliyyət göstərən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi müəyyən edilmişdir. Nəqliyyat Nazirliyinin bu səhədəki fəaliyyəti həmin vaxt Nazirliyin tabeliyində olan "Azəryolservis” ASC tərəfindən həyata keçirilirdi və dövlət ehtiyacları üçün alınması prosesi barədə məlumatlar yuxarı orqan olan Nazirliyə təqdim edilirdi.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2017-ci il tarixli, 290 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisirdə nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün alan orqan “Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti”, 23 yanvar 2018-ci il tarixli, 23 nömrəli Qərarına əsasən isə Azərbaycan Avtomobil X13 müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri, həmçinin ötən müddət ərzindən aparılmış sturktur və ad dəyişiklikləri, hüquqi şəxsin yenidən təşkili və Azərbaycan Avtomobil X13nin yeni inzibati binaya köçməsi ilə əlaqədar arxivin sənədlərinin yenidən sistemləşdirildiyini nəzərə alaraq qeyd edilmişdir ki, sorğuda qeyd edilənlər barədə məlumatlar və sənədlər Agentlikdə mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə ünvanladığı 13 iyul 2023-cü il tarixli, 3-23/2-3810/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan X2rşı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidənqurulması və tikintisi məqsədilə iddiaçıya məxsus torpaq sahəsinin alınması və beton zavodun sökülməsi ilə əlaqədar 1.000.000 manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə tələbinə dair inzibati iş ilə bağlı sözügedən avtomobil yolunun yenidənqurulması və tikintisinin kim tərəfindən həyata keçirilməsi, alınmış torpaq sahələri ilə bağlı kompensasiyanın hansı mülkiyyətçilərə ödənilməsi və ödənilmiş kompensasiyanın məbləği barədə məlumatın və məlumatı təsdiqləyən sənədlərin təqdim edilməsinə dair sorğunuza Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baxılmışdır. Məktubda qaldırılan məsələlərə dair Nazirlikdə hər hansı məlumat olmadığını bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə ünvanladığı 24 oktyabr 2023-cü il tarixli, 3-23/2-6029/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində İddiaçı cavabdeh Azərbaycan X2rşı qaldırılan iddia ilə əlaqədar “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planının 4.1.26-cı bəndində göstərilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması və tikintisi ilə bağlı vəsaitin hansı təşkilata ayrılmasına dair məlumatın və həmin məlumatı təsdiq edən sənədlərin təqdim edilməsi barədə məktubuna aidiyyəti üzrə baxılmışdır. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad və Cəlilabad-Şorsulu hissələrinin tikintisi ilə əlaqədar bütün xərclərin o cümlədən, tikinti altına düşən maneələrə görə kompensasiya ödənişlərinin maliyyələşdirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (keçmiş Nəqliyyat Nazirliyi) və Azərbaycan Avtomobil X13nin (keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti) sifarişləri əsasında dövlət büdcəsindən bu qurumlara ayrılmışdır. Odur ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiyanın torpağın alınmasını zəruri edən layihənin hesabına ödənildiyini və müvafiq olaraq, layihələr üzrə maliyyələşmələrin dövlət büdcəsindən ümumi layihə xərcləri çərçivəsində aparıldığını nəzərə alaraq, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiya ödənişlərinə dair dəqiq məlumatların (sənədlərin) bilavasitə adları çəkilən sifarişçi qurumlardan əldə edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Avtomobil X13nin məhkəməyə ünvanladığı 02 noyabr 2023-cü il tarixli, 11-1/2-87xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Avtomobil X13nə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan torpaq sahəsinin əlindən alınması ilə əlaqədar 800.000 manat, beton zavodunun sökülməsi ilə əlaqədar 200.000 manat cəmi 1.000.000 manat məbləğində kompensasiyanın tutularaq ona veriilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Belə ki, İddiaçı iddiasında Salyan Rayon İcra Hakimiyyəti başçısının 06 noyabr 2007-ci il tarixli, 354s nömrəli sərəncamı ilə ona Salyan rayonu, Kürsəngi kəndində yerləşən dövlət fondu torpaqlarında beton məmulatları istehsal edən zavod tikintisi üçün 1,0 ha torpaq sahəsinin ayrıldığı, torpaq sahəsi barədə məlumatların 12 noyabr 2008-ci il tarixində Torpaq Kadastrına əlavə edildiyi və həmin il torpaq sahəsində beton istehsal edən zavod tikdiyini qeyd etmişdir.Bundan başqa, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.1.26-cı bəndinə uyğun olaraq Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidənqurulması və tikintisinin Azərbaycan Avtomobil X13nə tapşırıldığı, həmin tapşırığın icrası məqsədilə Agentlik tərəfindən ona məxsus zavodun söküldüyü və torpaq sahəsinin üzərindən yol çəkildiyini vurğulamışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığı təqdirdə həmin əraziyə görə müəyyən məbləğdə kompensasiyanın ona ödənilməsini tələb etməsi əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 06 noyabr 2007-ci il tarixli, 354s nömrəli sərəncamı ilə Salyan rayonu, Kürsəngi dövlət fondu torpaqlarından 1 ha torpaq sahəsi təyinatı İddiaçı icarəsinə verilmiş və torpaq sahəsinin təyinatında beton məmulatları istehsal edən zavod tikintisi nəzərdə tutulmuşdur. Ələt- Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidənqurulması və tikintisi layihə çərçivəsində tikinti altına düşən əmlaklar dövlət ehtiyacları üçün alınmış və bununla bağlı alınmanın təsirinə məruz qalmış şəxslərə kompensasiya ödənilmişdir. Lakin, istər alınmanın təsirinə məruz qalan şəxslərin müəyyən edilməsi məqsədilə siyahının tərtib olunduğu, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti təşkilatı tərəfindən layihənin kordinatlarına uyğun olaraq layihə üzərində olan maneələrin müəyyən edildiyi vaxt vətəndaş İddiaçı məxsus hər hansı bir əmlak müəyyən edilmədiyindən vətəndaşa kompensasiya ödənişi həyata keçirilməmişdir. Yuxarıda qeyd edilən proseslərin davam etdiyi müddətdə İddiaçı kompensasiya ilə bağlı Agentliyə müraciət etməmiş və yalnız 2020-ci ildə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır.Həmin qanunun 49-cu maddəsinə əsasən icarədə olan dövlət və ya bələdiyyə torpaqları (onun müəyyən hissəsi) dövlət ehtiyacları üçün satın alındıqda bu Qanunla müəyyən edilən satınalma qiymətinə icarəçinin bu torpaqla bağlı üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərərdə daxil edilir.Göründüyü kimi, dövlət mülkiyyətində olan və vətəndaşa icarəyə verilən torpaq sahəsinə görə (icarə müddətində çəkdiyi xərc və qurğular istisna olmaqla) kompensasiya ödənilməsi tələbi əsassızdır. İddiaçı iddia etdiyi beton zavodunun yol tikintisi ilə əlaqədar sökülməsi barədə isə Agentlikdə hər hansı təsdiqedici sənəd mövcud deyildir və hətta vətəndaş tərəfindən də həmin ərazidə beton zavodunun mövcudluğu və fəaliyyət göstərməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin X10 məhkəməyə ünvanladığı 01 fevral 2024-cü il tarixli, 3-18-36/2-122/2024 nömrəli məktubunda göstərilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin X10 səlahiyyəti xaricində olduğu üçün digər aidiyyəti qurumlara müraiciət etmək məqsədəuyğundur. İş materiallarında olan ünvan 8 nümayəndəliyinin məhkəməyə ünvanladığı 02 fevral 2024-cü il tarixli, 5-71-14/2-15/2024 nömrəli məktubunda bildirilmişdir ki, Salyan rayon Kürsəngi kəndinin ərazisində, X18 İddiaçı beton məmulatları istehsal edən zavodun, obyektinin yarımtikilisi mövcuddur. Hal-hazıra kimi heç bir sahə üzrə fəaliyyəti olmamışdır Həmin torpaq sahəsinin müəyyən hissəsindən Kürsəngı-Yenikənd-Salyan magistral avtomobil yolu keçir. Qalan torpaq sahəsinin bır hissəsi də hal-hazırda X3 istifadəsindədir. İş materiallarında olan Salyan rayon Kürsəngi Bələdiyyəsinin məhkəməyə ünvanladığı 13 may 2024-cü il tarixli 16 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı AYDA-ya qarşı iddiasında qeyd olunan ərazi Kürsəngi bələdiyyəsinə məxsus olmadığı üçün beton zavod barədə bələdiyyədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-1315/2024 saylı məktubunda göstərilmişdir ki, İddiaçı adına beton məlumatlar istehsal edən zavoduna dair sənədlər barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan ünvan 8 nümayəndəliyinin iddiaçının vəkili Vəkil ünvanladığı 30 avqust 2024-cü il tarixli, 5-71-14/2-81/2024 nömrəli məktubunda bildirilmişdir ki, icraatda olan işin aparılması ilə əlaqədar 06 noyabr 2007-ci il tarixli 354-s saylı Salyan rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsində beton istehsalı üçün zavodda o dövrdə müəyyən işlər görülmüşdür. Həmin işlərlə əlaqlədar kənd sakinləri ilə görüşlər keçirilmiş və müəyyən olundu ki, tikilən beton istehsalı üçün zavoda Kürsəngi kənd ərazisindən, eyni zamanda Kürsəngi kənd sakinləri mərhum X6 və X7 həyətyanı torpaq sahəsindən torpaq daşınmışdır.Quraşdırma işləri aparılan zaman isə Kürsəngi kənd sakinləri X8 və X9 həmin zavodda müəyyən müddət nəzarətçi işləmiş və maaş almışdırlar. Məhkəmə iş materiallarını araşdırarq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. ... 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. ... 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. ... 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən, alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; ... Maddə 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; ... 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 49.1. İcarədə olan dövlət və ya bələdiyyə torpaqları (onun müəyyən hissəsi) dövlət ehtiyacları üçün satın alındıqda bu Qanunla müəyyən edilən satınalma qiymətinə icarəçinin bu torpaqla bağlı üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər də daxil edilir. Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; Maddə 81. Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları. torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, dövlət mülkiyyətində olan və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı istifadəsinə Salyan rayon Kürsəngi dövlət fondu torpağından beton məmulatları istehsal edən zavod tikintisi altına, 1 ha torpaq sahəsi ayrılmışdır, iddiaçı 1 ha torpaq sahəsində betonzavod tikdiyini və Azərbaycan Avtomobil X13 tərəfindən ona məxsus zavodun söküldüyünü, torpaq sahəsinin üzərindən isə yol çəkdiyini bildirmişdir. Məhkəmə tərəfindən keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli 10/1965 nömrəli ekspert rəyi nəticəsində müəyyən edilmişdir ki, Salyan rayon icra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 354-S nömrəli sərəncamına və A 069941 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı Salyan ravon Kürsangi kandinə gedən yolun 1 -ci km-də, yolun sol tərəfindən, dövlət fondu torpağından beton məmulatları istehsal edən zavod tikintisi altına ayrılmış 1.0 (bir) hektar torpaq sahəsindən, Astara - Bakı magistral avtomobil yolundan Salyan rayonu Xalac kəndinə gedən avtomobil yolu çəkilmişdir və yol çəkildikdən sonra iddiaçının istifadəsində 0.8575 ha torpaq sahəsi qalmışdır. Mütəsəssis rəyinə əsasən, elektron kadastr baza məlumatlarına əsasən (Salyan rayonu inzibati ərazisində aparılmış torpaq islahatı ilə əlaqədar dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqların xəritəsi) iddiaçıya ayrılmış 1.0 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 19 №- li qış otlaq sahəsində olmaqla örüş sahəsidir. Eyni zamanda Salyan rayon İcra Hakimiyyəti başçısının 06.11 2007-cı il tarixli, 354-S nömrəli sərəncamı ilə İddiaçı Salyan rayon Kürsəngi kəndinə gedən yolun 1-ci km-də, yolun sol tərəfindən, dövlət fondu torpağından ayrılmış 1.0 (bir) hektar torpaq sahəsinin üzərində beton məmulatları istehsal edən zavodun baxış zamanı mövcud deyil və əvvəllər mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir. Halhazırda iddiaçıya aid 1 ha ərazidə kiçik köhnə tikili mövcud olması barədə məlumat daxil olmuşdur. İddiaçı Astara - Bakı magistral avtomobil yolundan Salyan rayonu Xalac kəndinə gedən avtomobil yolu çəkilməmişdən əvvəl mübahisəli torpaq sahəsində olan məxsus betonzavodun mövcud olduğunu, avtomobil yolu çəkilən zaman həmin betonzavod söküldüyü üçün cavabdeh orqandan 200.000 manat məgləğində kompensasiya tutulmasını xahiş etmişdir, lakin mübahsiəli ərazidə sökülmüş betonzavodun əvvəllər mövcudluğu, onun tikintisi, göstərdiyi faəliyyət, baş vermiş söküntüsü barədə hər hansı sübut və ya digər sənəd, məlumat təqdim etməmişdir, yalnız fotoşəkillər təqdim edilmişdir. Məhkəmə tərəfindən hər hansı bir zavod barədə təqdim edilmiş fotoşəkillərə baxış keçirilmiş, lakin fotoşəkillərdən zavodun məhz sökülüb-sökülməsi və ya avtomobil yolunda əvvəllər tikilmiş vəziyyətdə olması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Astara - Bakı magistral avtomobil yolundan Salyan rayonu Xalac kəndinə gedən avtomobil yolu çəkilməmişdən əvvəl həmin mübahisəli torpaq ərazisində hər hansı zavodun mövcud olub-olmaması barədə məhkəmə tərəfindən dövlət orqanlarına çoxlu sorğular göndərilmişdir. Mübahisəli torpaq ərazisində əvvəllər zavodun olması barədə hər hansı məlumat və ya sənəd təqdim edilməmişdir, müxtəlif orqanlardan beton zavod barədə heç bir məlumatın olmaması barədə məlumatlar verilmişdir. Təqdim edilmiş ünvan 8 nümayəndəliyinin məhkəməyə ünvanladığı 02 fevral 2024-cü il tarixli, 5-71-14/2-15/2024 nömrəli məktubunda bildirilmişdir ki, Salyan rayon Kürsəngi kəndinin ərazisində, X18 İddiaçı beton məmulatları istehsal edən zavodun, obyektinin yarımtikilisi mövcuddur. Halhazıra kimi heç bir sahə üzrə fəaliyyəti olmamışdır Həmin torpaq sahəsinin müəyyən hissəsindən Kürsəngı-Yenikənd-Salyan magistral avtomobil yolu keçir. Qalan torpaq sahəsinin bır hissəsi də hal-hazırda X3 istifadəsindədir. İddiaçının vəkili Vəkilya ünvanlanmış ünvan 8 nümayəndəliyinin 30 avqust 2024-cü il tarixli, 5-71-14/2-81/2024 nömrəli məktubunda bildirilmişdir ki, icraatda olan işin aparılması ilə əlaqədar 06 noyabr 2007-ci il tarixli 354-s saylı Salyan rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsində beton istehsalı üçün zavodda o dövrdə müəyyən işlər görülmüşdür. Həmin işlərlə əlaqədar kənd sakinləri ilə görüşlər keçirilmiş və müəyyən olundu ki, tikilən beton istehsalı üçün zavoda Kürsəngi kənd ərazisindən, eyni zamanda Kürsəngi kənd sakinləri mərhum X6 və X7 həyətyanı torpaq sahəsindən torpaq daşınmışdır. Quraşdırma işləri aparılan zaman isə Kürsəngi kənd sakinləri X8 və X9 həmin zavodda müəyyən müddət nəzarətçi işləmiş və maaş almışdırlar. Məhkəmə tərəfindən qeyd edilir ki, Astara - Bakı magistral avtomobil yolundan Salyan rayonu Xalac kəndinə gedən avtomobil yolu çəkilməmişdən əvvəl mübahisəli torpaq sahəsində olan məxsus betonzavodun mövcudluğu və onun 2019-cu ilədək fəaliyyəti barədə hər hansı rəsmi sənəd və məlumat olmadığı halda X8 və X9 məhz sökülmüş zavodda müəyyən müddət nəzarətçi işləməsi və maaş alması barədə məlumat məhkəməyə inandırıcı gəlməmişdir. Məhkəmə tərəfindən keçirilmiş tikinti-texiki ekspertizası nəticəsində elektron kadastr baza məlumatlarına əsasən (Salyan rayonu inzibati ərazisində aparılmış torpaq islahatı ilə əlaqədar dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqların xəritəsi) iddiaçıya ayrılmış 1.0 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 19 №- li qış otlaq sahəsində olmaqla örüş sahəsi olması müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının dəlillərindən və iş üzrə təqdim edilmiş sübutların məhkəmə tərəfindən araşdırılması nəticəsində müəyyən olunur ki, iddiaçı 2007-ci ildən iddia qaldırılan müddətədək (2020-ci ilədək) onun istifadəsinə verilmiş torpaq sahəsindən faktiki istifadə etməmiş, torpaq üzərində hər hansı yaxşılaşdırma və tikinti işləri aparmamışdır, hal-hazırda iddiaçının istifadəsində olmuş 0.8575 ha torpaq sahəsində kiçik köhnə tikili mövcud olması barədə məlumat vardır. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1 və 5.2-ci maddələrinə əsasən, dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alına bilər və Qanunun məqsədləri baxımından "alınma” dedikdə, həm də istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür. Qeyd edilən maddələrin tələbləri baxımından məhkəmə qeyd edir ki, dövlətə məxsus torpaqların istifadəçiləri həmin torpaq sahələri geri alındıqda torpaq üzərindəki hüquqlarına görə kompensasiya almaq hüququna malikdirlər. Bununla belə, dövlət torpaqları üzərində istifadə hüquqlarına xitam verilməsi ilə əlaqədar kompensasiya ödənilməsi üçün yuxarıda qeyd edilən normalarla yanaşı, Torpaq Məcəlləsinin 73 və 81-ci maddələrinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin əsaslarını müəyyən edir ki, onlardan biri də, dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyinin yaranmasıdır. Həmin Məcəllənin 81-ci maddəsi isə torpaqdan istifadəyə və icarəyə xitam verildikdə, torpaqda aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəçiyə və icarəçiyə ödəmək öhdəliyi müəyyən etmişdir. Qeyd edilən normaların birgə təhlili baxımından, məhkəmə kollegiyası qeyd edir ki, dövlət torpaqlarının istifadəçilərindən torpaqlar geri alınan zaman şəxslər (istifadəçilər) kompensasiya almaq hüququna malik olsalar da, bu kompensasiyanın ödənilməsi torpağa (onun sahəsinə, təyinatına və s.) görə deyil. Başqa sözlə, dövlət torpağı üzərində sadəcə istifadə hüquqlarının mövcudluğu kompensasiya ödənilməsinə əsas vermir, yalnız həmin torpaqdan faktiki istifadə nəticəsində yaranan iqtisadi maraq, mənfəət gözləntisi, torpaqda aparılmış yaxşılaşdırma işləri, torpaqların alınması nəticəsində əldən çıxmış fayda və ya digər şəxslər qarşısındakı öhdəliklərin icra edilə bilməməsinə görə yaranan zərər kompensasiya edilir. Lakin hazırkı iş üzrə İddiaçı ilə yaxın müddətdə onun istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etməmiş, həmin torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə üçün hər hansı təşəbbüs göstərməmiş, başqa sözlə, torpaqdan istifadə ilə bağlı hər hansı layihənin icrasına başlamamış, digər şəxslərlə müqavilə münasibətlərinə daxil olmaqla öhdəlik götürməmiş, torpaq üzərində hər hansı tikinti işi aparmamış, beləliklə də, torpaq üzərində iqtisadi marağının olduğunu və ya həmin iqtisadi maraqdan doğan mənfəət gözləntisinin mövcudluğunu, eyni zamanda, torpağın alınması nəticəsində ona hər hansı zərər dəydiyini sübuta yetirə bilməmişdir. İddiaçının kompensasiya edilməli marağı, əldən çıxmış faydası və ya düşdüyü zərəri olmadığından, kompensasiya ilə bağlı tələbi əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1130/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan X2rşı “iddiaçıya məxsus torpaq sahəsinin əlindən alınması ilə əlaqədar 800.000 manat, betonzavodun sökülməsi ilə əlaqədar 200.000 manat, cəmi 1.000.000 manat kompensasiya tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat xidmət haqqı "xxxx" MMC-nin hesabına və 100 (bir yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan X2rşı “iddiaçıya məxsus torpaq sahəsinin əlindən alınması ilə əlaqədar 800.000 manat, betonzavodun sökülməsi ilə əlaqədar 200.000 manat, cəmi 1.000.000 manat kompensasiya tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat xidmət haqqı "xxxx" MMCnin hesabına və 100 (bir yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına İddiaçı alınaraq köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar