Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-60/2022 04.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X22, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə payın müəyyən olunması, mülkiyyət hüququnun tanınması və müvafiq sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(120)-414/2022 saylı qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə isə “Şirvan şəhəri, Əzizbəyov küçəsi, 45 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması, X5, X6 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. X4, anası X20 olmuşdur. Atası 2006-ci, anası isə 2012-ci ildə vəfat etmişlər. Valideyinlərinin birgə nikahdan o, qardaşları Qəfərov Xudaşirin, Qəfərov Xudaverdi, Qəfərov Ağaverdi, Qəfərov Əliqismət, Qəfərov Əlibayram, bacıları Qəfərova Aynurə anadan olmuşlar. Bütün övladlar ailə qurduqdan sonra ünvan 3 ünvanda olan miras əmlakdan köçmüşlər. Sözü gedən ev və torpaq sahəsi atasının mülkiyyətində olmuşdur, o əmlaka sahiblik və ondan istifadə etmişdir. Sözü gedən əmlak Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 16 noyabr 1983-cü il tarixli iclasının 23 saylı qərarı ilə Əli- Bayramlı şəhəri, Əzizbəyov küçəsində 38 nömrəli sahədə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi ev və 600 kv.m torpaq sahəsi X4nun adına sənədləşdirilməsi qərara alınmışdır. Bu fakt həmçinin həmin evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportda da öz əksini tapır. Belə ki, həmin sənəddən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi atası X1 verilmişdir. O, həmin evdə böyümüş və ailə quranadək orada yaşamışdır. 1981-ci ildə X33 ilə ailə həyatı qurmuşdur. Bundan sonra mütamadi olaraq maneəsiz ata evinə gəlib getmişdir, evdən istifadə etmişdir. Bu hal atası vəfat etdikdən sonra da davam edib. X3 2012-ci ildə vəfat etdikdən sonra qardaşı Qəfərov Bayram ata evini kirayə vermiş, daha sonra digər qardaşı Qəfərov Qismət evi əmtəə anbarına çevirmişdir. Bu səbəbdən də onun ata evinə gedib-gəlməyinə maneə yaranmış və qardaşları buna icazə verməmişlər. Qardaşları həmişə ona bildirirdilər ki, miras əmlakda onunda payı müəyyən olunacaq və əmlak bütün övladların arasıda bölünəcək. Lakin soradan onlar fikirlərindən dönmüş və onun miras əmlakdan heç bir payının olmadığını bildirmişlər. Bundan sonra o, atasının birinci dərəcəli vərəsələri sırasına daxil olan şəxs kimi, öz vərəsəlik hüququnu reallaşdırmaq qərarına gəlmişdir. Bu haqda Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qardaşları Bayram və Əliqismət Qəfərovlar həmin idarənin əməkdaşlarına əmlakın ölçməmüayinə işlərinin aparılmasına icazə verməmişlər. Sözügedən qurumdan aldığı 09.04.2018-ci il tarixli, **********80 saylı məktubda əmlaka dair müayinə və çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmaması səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X34 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını və Şirvan şəhəri, Əzizbəyov küçəsi, 45 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin nümayəndəsi X21 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı ünvan 4 ünvanda yerləşən mərhum X4na məxsus olmuş 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası zamanı ərizəçi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyata alınmalı olan daşınmaz əmlakın ilkin inventarlaşdırılmasına şərait yaratmamışdır. İddiaçı ərizədə qeyd olunan daşınmaz əmlaka dair müayinə və çöl ölçmə işləri aparılmasına şərait yaradılmaması səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, iddia tələbinin təmin edilməsinə etiraz etdi və iddianın rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər X14, X15 və X16 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslər X5, X6 və X7 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Əli- Bayramlı şəhərində doğulmuş və Mingəçevir şəhəri, C.Əliyev küçəsi, ev 22, mənzil 47-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 16.11.1983-cü il tarixli, 307 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, Əli-Bayramlı şəhəri, Əzizbəyov küçəsi 38-də tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi evin və 600 kv.m torpaq sahəsinin X9 adına rəsmiləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş iyun 1969-cu il tarixli, 1971+1503 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, Əli-Bayramlı şəhəri, Əzizbəyov küçəsi, ev 45 ünvanda yerləşən fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan “evlər idarəsi üzrə texniki inventarizasiyanın 1971-ci il tarixli kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi X9 adına sənədləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 09.04.2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Şirvan şəhəri, Əzizbəyov küçəsi, 45 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması ilə bağlı ərizəsinə baxılmış, daşınmaz əmlaka dair müayinə və çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmadığı səbəbindən həmin ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhəri 1 saylı Notariat Ofisinin 26.02.2021-ci il tarixli, 276 saylı məktubunda qeyd edilmişdir ki, 06.04.2006-cı il tarixdə vəfat etmiş mərhum X17 vərəsəsi İddiaçı Şirvan şəhər 1 saylı notariat ofisinə ərizə ilə müraciət edərək atasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş və ərizədə əlavə olaraq sözü gedən mirasa dair heç bir hüquqmüəyyənedici sənədlərinin olmamasını bildirmişdir. Hüquqmüəyyənedici sənədlərin olmaması və qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbindən vətəndaşa imtina məktubu verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd: Şirvan şəhər 1 saylı notariat ofisində mərhumun adına vərəsəlik işi açılmamış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin 30.09.2021-ci il tarixli, Ç-086 nömrəli mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin 13.12.2021-ci il tarixli, 10/6407 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X2 adına sənədləşdirilmiş ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sxematik planda göstərilmişdir. Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 16 noyabr 1983-cu il tarixli iclasının 23 saylı qərarı ilə X2 adına sənədləşdirilmiş Şirvan şəhəri, Əzizbəyov küçəsi, 38 ünvanda yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi ilə "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventanzasiya və qiymətləndirilməsinə aid 1971+1503 inventar nömrəli Pasport və “evlər idarəsi üzrə texniki inventarizasiyanın 1971-ci il tarixli kartoçkasına əsasən X2 adına sənədləşdirilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi eyni əmlaklardır. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasıya və qiymətləndirilməsinə aid 1971 + 1503 inventar nömrəli Pasport" və “evlər idarəsi üzrə texniki inventanzasiyanın 1971-ci il tarixli kartoçkası”na əsasən mərhum X12 mülkiyyətinə verilmiş Şirvan şəhəri, Əzizbəyov küçəsi, 45 saylı ünvanında yenəşən 0,06 ha torpaq sahəsi torpaq islahatı haqqında qanunun 9-cu maddəsinə əsasən vətəndaşların əvəzsiz olaraq mülkiyyətinə verilən torpaq sahələrinə aid olmaqla, yaşayış məntəqləri torpaqları kateqoriyası daxilində olan həyətyanı təyinatlı torpaq sahəsidir. "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasıya və qiymətləndirilməsinə aid 1971+1503 inventar nömrəli Pasport və “evlər idarəsi üzrə texniki inventanzasiyanın 1971-ci il tarixli kartoçkası”na əsasən X2 mülkiyyətinə verilmiş Şırvan şəhəri, Əzizbəyov küçəsi, 45 saylı ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi digər şəxslərin qanuni istifadəsində olan torpaq sahələri və əmlakı ilə üst-üstə düşmür. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(032)- 1387/2019 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əlişirin qızının cavabdeh Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın qanunsuz hesab edilməsi və müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin həmin notariat kontorunun üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinin 2(032)-1387/2019 saylı 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)- 1387/2019 saylı 24 oktyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2(106)-539/2020 saylı qətnaməsi ilə təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-1387/2019 saylı 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2(106)-539/2020 saylı qətnaməsindən qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 16.11.1983-cü il tarixli, 307 nömrəli qərarı ilə X9 adına fərdi evin və 600 kv.m torpaq sahəsinin rəsmiləşdirilməsi qərara alınmış və Əli-Bayramlı şəhəri, Əzizbəyov küçəsi, 45 nömrəli evə dair X9 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” iyun 1969-cu il tarixli, 1971+1503 inventar nömrəli pasport verilmişdir. Eyni zamanda iş materiallarında olan mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 16 noyabr 1983-cu il tarixli iclasının 23 saylı qərarı ilə X2 adına sənədləşdirilmiş Şirvan şəhəri, Əzizbəyov küçəsi, 38 ünvanda yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi ilə "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventanzasiya və qiymətləndirilməsinə aid 1971+1503 inventar nömrəli Pasport və “evlər idarəsi üzrə texniki inventarizasiyanın 1971-ci il tarixli kartoçkasına əsasən X2 adına sənədləşdirilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi eyni əmlaklardır. İddiaçı sözügedən Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 16.11.1983-cü il tarixli, 307 nömrəli qərarı və "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventanzasiya və qiymətləndirilməsinə aid 1971+1503 inventar nömrəli Pasport və “evlər idarəsi üzrə texniki inventarizasiyanın 1971-ci il tarixli kartoçkasını rəhbər tutaraq həmin fərdi yaşayış evi üzərinə X9 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə X9 adına çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan qeyd olunan daşınmaz əmlaka dair müayinə və çöl ölçmə işləri aparılmasına şərait yaradılmamasını əsas gətirilərək, mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Hazırda iddiaçı Şirvan şəhəri, Əzizbəyov küçəsi, 45 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X2 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci maddəsində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, sözügedən Əli-Bayramlı (hazırda Şirvan) şəhəri, Əzizbəyov küçəsi, 45 nömrəli evə və torpaq sahəsinə dair X9 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” iyun 1969-cu il tarixli, 1971+1503 inventar nömrəli pasportu və Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 16.11.1983-cü il tarixli, 307 nömrəli qərarı vardır. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Ümumiyyətlə cavabdeh tərəfindən həmin sənədin mötəbərliyi mübahisələndirilməmişdir. Ona görə də, yuxarıda göstərilən səbəblərdən, məhkəmə hesab edir ki, Şirvan şəhəri, Əzizbəyov küçəsi, 45 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X9 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi ilə bağlı iddiaçının ilkin müraciətindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinin və ekspertiza xərcinin ona aid edilməsini xahiş etdiyindən və torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinə görə 311 manat könüllü olaraq iddiaçı tərəfindən ödənildiyindən mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş xərc iddiaçıya aid edilməlidir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ekspertiza xərcinin ona aid edilməsini xahiş etdiyindən, məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Şirvan şəhəri, Əzizbəyov küçəsi, 45 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X18, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-60/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-60/2022
04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver