Məhkəmə qərarları › İş №2-1(120)-60/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-60/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-60/2023 30.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 mart 2021-ci il tarixli, **********003800 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə iş materiallarına 30 avqust 2023-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin vəzifəli şəxsi - rəisi cənab Zaur Adilovun “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********003800 saylı, 11 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, vergi ödəyicisi kimi 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmişdir. 8 saylı Ərazi Vergilər İdarəsinin vəzifəli şəxsi - rəisi (sənədlərdə baş direktor kimi qeyd edilmişdir) cənab Zaur Adilov 27 fevral 2020-ci il tarixli, **********288500 saylı “Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlıımatların) tələb edilməsi barədə məktub”la dəqiqləşdirilmiş bəyannamə verilməsni tələb etmişdir. Hesab etmişdir ki, vəzifəli şəxs olaraq cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin vəzifəli şəxsi - rəisi (sənədlərdə baş direktor kimi qeyd edilmişdir) cənab Zaur Adilov 27 fevral 2020-ci il tarixli, **********288500 saylı “Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”u əsassızdır, qanuniliyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin normalarına istinad edilməklə əsaslandınlmayıbdır. Məktubun yalnız son abzasında zəruri sənədlərin təqdim edilmədiyi təqdirdə Vergilər Məcəlləsinin 37, 67 və 83 cü maddələrinə əsasən vergi orqanının vergi, nıəcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinin yenidən lıesablanması hüququ xatırladılmışdır. “Öhdəlilərin yenidən hesablanması” anlayışı ona məlum olmamışdır, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin qəbulunda olarkən bu ifadəyə aydınlıq gətirilməmişdir. Digər tərəfdən 27 fevral 2020-ci il tarixli, **********288500 saylı “Kameral vergi yoxlanması üçün zərııri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”un “Səbəblər” bölməsində göstərilən rəqəmlərlə bağlı ondan izahat tələb edilməmişdir. Bildirir ki, ondan yazılı izahat tələb edilmədən icrası məcburi olan 27 fevral 2020-ci il tarixli, **********288500 saylı “Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlıımatların) tələb edilnıəsi barədə məktub”un göndərilməsi, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən yenidən qanunsıız hesablama aparılmasına zəmin yaratmaqla mülkiyyət hüquqlarını pozmuşdur. Bununla bağlı iddiası Şirvan İnzibati Məhkəməsinin icraatındadır. İddia ilə məhkəməyə müraciətindən sonra cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********560109 nömrəli qərar qəbul edərək, qərarın “əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği” bəndində göstərilən 81816,51 manat vəsaitinin həmin qərarın “Bank ödənişi təfsilatı” bölməsi ilə tutulmasına sərəncam vermişdir. Həmin qərar qanunsuz və əsassızdır, cavabdehin qanunsuz tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə ondan qisas almaq cəhdidir, mülkiyyət hüquqlarını pozur, məhkəmə qaydasında qanunsuz hesab edilməlidir. 8 saylı Ərazi Vergilər İdarəsinin vəzifəli şəxsi - rəisi (sənədlərdə baş direktor kimi qeyd edilmişdir) cənab Zaur Adilov regional yanacaqdoldurma müəssisəsinə qanunsuz təsir edərək 2020-ci ilin mart-may aylarında faəliyyətinə imkan verməmiş, yanacq götürməyini yasaqlamışdır. Yalnız səlahiyyətli dövlət orqanlarına miiraciətindən sonra fəaliyyətinə qeyri-rəsmi qoyulmuş qadağalar götiirülmüşdür, lakin Zaur Adilov bunu belə qoymayacağını bildirərək qisas alacağını yaxın çevrəsində açıq bəyan etmişdir. Onun qanunsuz əməli yenə də təkrarlanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********003800 saylı, 11 mart 2021-ci il tarixli qərar qəbul edərək hesabına yenidən qanunsuz sanksiya qoymuş, bütün fəaliyyətini iflic etmişdir. O bu qanunsuz hərəkətləri qəsdən bayram ərəfəsində etməklə şikayətinin bayram günlərində araşdırılmayacağına əmindir. Bildirir ki, Zaur Adilovun qanunsuz hərəkətindən sonra qaldırdığı iddia əsasında Şirvan İnzibati Məhkəməsi ekspertiza təyin etmiş, 9/2161 saylı ekspert rəyi ilə təsdiqlənmişdir ki, vergi qanunvericiliyinin pozulmasına dair Zaur Adilovun hərəkətləri qanunsuzdur, vergilər məcəlləsinin heç bir tələbini pozmamışdır. Həmin qərar qanunsuz və əsassızdır, cavabdehin qanunsuz tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə məndən qisas almaq cəhdidir, miılkiyyət hüquqlarını pozur, məhkəmə qaydasında qanunsuz hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Belə ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlərvə mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Bildiririk ki, İddiaçı tərəfindən 2020-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsində ümumi gəlirlər 3114928,74 manat, cəmi xərciər 3095531,82 manat, gəlir məbləği 19396,92 manat, gəlir vergisi isə 3879,38 manat göstərilmişdir. Lakin, 8 saylı Ərazi Vergilər İdarəsində qeyd olunan bəyannamə üzrə araşdırılma aparılarkən müəyyən ediimişdir ki, İddiaçı (VÖEN **********) tərəfindən 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində uyğunsuzluq yaranmış və kameral vergi yoxlaması ilə satış dövriyyəsi 360258,37 manat (ƏDV-siz) artırılmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində satış dövriyyəsi 256858,57 manat (ƏDV-siz) bəyan edilsə də kameral vergi yoxlaması ilə satış dövriyyəsinin 617116,94 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir. Kameral yoxlama nəticəsində artırılmış dövriyyə nəzərə alınmaqla 2020-ci il üzrə ƏDV bəyannamələri üzrə cəmi dövriyyə 3435512,39 manat (ƏDV-siz) təşkil etmişdir. Təqdim edilmiş Gəlir vergisi bəyannaməsində uyğunsuzluqlar yaranmış və kənarlaşma barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********910600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Yaranmış uyğunsuzluğa əsasən 2020-ci il üzrə ƏDV bəyannamələri üzrə dövriyyə 3435512.39 manat (ƏDV-siz), Gəlir vergisi bəyannaməsinin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləğinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 27541.36 manat artımı nəzərə alınmaqla kassa metodu ilə təqdim edilmiş Gəlir vergisi bəyannaməsində ümumi gəlir məbləğinin 3407971,03 manat (3435512,39-27541,36) əvəzinə 3114928,74 manat məbləğində göstərilməsi ilə əlaqədar gəlir məbləğində 293042,29 manat kənarlaşma yaranmışdır. Eyni zamanda bəyannamədə 8233,72 manat məbləğində elektron qaimə fakturalarla təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə 2020-ci il üzrə Gəlir vergisi bəyannaməsində ümumi gəlirlər 293042,29 manat artırılaraq 3407971,03 manat müəyyən edilmişdir. Eyni zamanda kameral vergi yoxlaması ilə bəyannamədə cəmi xərclər 8233,72 manat azaldılaraq 3087298,1 manat müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən İddiaçı kameral vergi yoxlaması nəticəsində 2020-ci il üzrə 60255,21 manat (293042,29*20% + 8233,72*20%) əlavə gəlir vergisi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********003800 nömrəli Qərar qəbul olunmuşdur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən isə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********003800 nömrəli Qərarın qanunsuz hesab edilməsinə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarım və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfəri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********173665 saylı qərardan müəyyən olunur ki, həmin qərara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 mart 2021-ci il tarixli, **********003800 saylı qərarı ləğv edilmiş və həmin qərar əsasında iddiaçıya hesablanmış vergi borcu silinmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərar artıq ləğv olunmuş və mübahisə predmeti olan qərar artıq mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 mart 2021-ci il tarixli, **********003800 saylı qərarı mövcud olmadığından tərəflər arasında həmin qərarla bağlı yaranmış mübahisə aradan qalxmışdır. Tərəflər arasında olan mübahisə aradan qalxdığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 mart 2021-ci il tarixli, **********003800 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar