Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-60/2024 15.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü İddiaçı ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü İddiaçı ayrılmış 600kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli Qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü İddiaçı ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Lənkəran rayon Liman Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bundan sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Nümayəndə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1966-cı il tarixdə Lənkəran rayonu Port- İliç şəhərində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. O, özünə fərdi yaşayış evi tikmək üçün 1991-ci ildə Port-iliç şəhər XDS İcraiyyə Komitəsinə müraciət etmişdir. Bundan sonra Lənkəran rayon X10 İcraiyyə Komitəsinin 19 iyun 1991-ci il tarixli 6 nömrəli qərarı ilə ona, yəni Port-iliç şəhər sakini İddiaçı fərdi yaşayış evi tikməkdən ötrü 0.06 ha həyətyanı torpaq sahəsinin verilməsi haqqında Port-iliç şəhər XDS İcraiyyə Komitəsinin 30 may 1991-ci il tarixli 5 nömrəli qərarı nəzərə alınmış və ona İH-in memarlıq şöbəsinin layihəsi əsasında sahəsi 90 kv.m olan 4 otaqdan ibarət 2 mərtəbəli yaşayış evi tikməyə icazə verilmişdir. Bundan sonra o, 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmişdir. Həmin komitə tərəfindən ona məxsus torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X12 kitabında 25 dekabr 2014-cü il tarixdə 1290 nömrə ilə uçota alınmışdır. Həmin komitə tərəfindən onun torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin baş plandan çıxarışı və əsas döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. Həmin komitə tərəfindən ona verilmiş torpaq sahəsinin planı və ölçüsündə həmin torpaq sahəsinin ona fərdi yaşayış evi tikmək üçün satıldığı qeyd edilmişdir. Bu yaxınlarda o, torpaq sahəsinə dair sənədləri toplayıb, Lənkəran rayonu, Liman şəhəri ərazisində yerləşən Port-iliç şəhər XDS İcraiyyə Komitəsinin 30 may 1991-ci il tarixli 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu barədə ona bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, faktiki yerində keçirilən müayinə nəticəsində təqdim olunmuş plan və ölçü (kadastr planı) və baş plandan çıxarış üzrə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ilə naturada ölçü İşləri aparılan yer arasında uyğunsuzluğun olduğu məlum olmuşdur. Bununla əlaqədar onun ərizəsinə rədd cavabı verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi İdarəsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etdiyi üçün o, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Konstitutsiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitutsiyanın 60-cı maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü İddiaçı ayrılmış 600kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan X8 Filialının xx.xx.2012-ci il tarixli, a/1059 nömrəli və xx.xx.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 nömrəli qərarı ilə X2 fərdi yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsinin verilməsi haqqında Port-İliç şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarı nəzərə alınmış, ona RİK-in memarlıq şöbəsinin layihəsi əsasında sahəsi 90 kv.metr olan 4 otaqdan ibarət iki mərtəbəli yaşayış evi tikməyə icazə verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 nömrəli qərarı ilə X2 fərdi yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********06 nömrəli ərizənin cavablandırılması haqqında məktubda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 31 mart tarixli, ********** qeydiyyat nömrəli müraciətinə müvafiq olaraq bildirilir ki, ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Hazırki müraciət barəsində qeyd olunan Lənkəran rayonu, Liman şəhəri ərazisində yerləşən, Liman şəhər XDS İcraiyyə Komitəsinin 19 iyun 1991-ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü etibarlı nümayəndəsi olduğu şəxsə (X3) ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduruna münasibətdə, tərəflərindən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq məlum oldu ki, etibarlı nümayəndəsi olduğu şəxsə məxsus həmin 0.06 ha torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılmasından ötrü təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər 2020-ci il 02 noyabr tarixli, ********** qeydiyyat nömrəli ərizə əsasında icraata qəbul edilmişdir. Təqdim olunmuş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmış və nəticədə məlum olmuşdur ki, həmin ilkin hüquqmüəyyənədici sənədlərin əsli deyil, skanlaşdırılmış surəti təqdim edilmişdir. Həmçinin, faktiki yerində keçirilən müayinə nəticəsində təqdim olunmuş plan və ölçü (kadastr planı) və baş plandan çıxarış üzrə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ilə naturada ölçü işləri aparılan yer arasında uyğunsuzluğun olduğu məlum olunmuşdur. Torpaq sahəsinin təyinatına münasibətdə isə bildirmişlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsindən daxil olmuş 11 noyabr 2020-ci il tarixli məktubla sözü gedən torpaq sahəsinin balans sahibi məlum olmayan yarımçıq tikilinin istifadəsindəki dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu bildirilmişdir. Qeyd olunan səbəblərdən 2020-ci il 02 noyabr tarixli, ********** qeydiyyat nömrəli ərizənin icrası təmin olunmamış və bu barədə iddiaçının ünvanına 23 noyabr 2020-ci il tarixli "İmtina" bildirişi ünvanlanmışdır. Yuxarıda qeyd olunan səbəblərdən hazırki ərizənin icrasından təkrarən imtina edilmişdir. İş materiallarında olan Daşınmaz Ərnlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, iddia tələbinə münasibət barədə məktubundan görünür ki, hazırki iş üzrə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsə (İddiaçı) fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin üzərinə qoyulması ilə əlaqədar münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildirirlər ki, müvafiq sənədlər üzrə aidiyyəti hissədə qeydiyyatın aparılması Ərazi idarəsinin imkanları xaricindədir. İş üzrə iddia tələbinə münasibətdə tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran rayonu, Liman şəhəri ərazisində yerləşən, Liman şəhər XDS İcraiyyə Komitəsinin 19 iyun 1991-ci il tarixli, 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü hazırki iş üzrə iddiaçıya ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz amlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar taqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2020-ci il 02 noyabr tarixli ********** qeydiyyat nömrəli ərizəsi əsasında əvvəllər icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Belə ki, sözü gedən 0.06 ha torpaq sahəsinə dair hazırki iddia ərizəsində barəsində qeyd olunmuş texniki sənədlərdən sayılan 25 dekabr 2014-cü il tarixli AN№ 519170 nömrəli torpaq sahəsinin plan və ölçüsünün, (kadastr planı) həmçinin baş plandan çıxarışın əsli deyil, əksinə iddiaçı tərəfindən həmin sənədlərin skanlaşdırılmış surəti təqdim olunmuşdur. Bu baxımdan bildirilir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1.-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin, faktiki yerində keçirilən müayinənin nəticəsi olaraq təqdim olunmuş plan və ölçü (kadastr planı) və baş plandan çıxarış üzrə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ilə faktiki ölçü işləri aparılan yer arasında uyğunsuzluq aşkar edilmişdir. Eyni zamanda faktiki yerində aparılan müayinə zamanı tərəflər arasında mübahisənin olduğu da məlum olmuşdur. Xidmət orqanı olaraq bildirirlər ki, həmin 0.06 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 23 noyabr 2020ci il tarixli, **********85 qeydiyyat nömrəli "İmtina" bildirişi göndərilmişdir. Qeyd olunanlara əsasən hazırki iş üzrə iddia tələbinin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq həmin 0.06 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) qanunamüvafiq olaraq etiraz edilir. Xidmət orqanı olaraq bildirirlər ki, sözü gedən 0.06 ha həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması mümkün olmadığından, (ilkin hüquqmüəyyənedici sənədlərin əsli deyil, skanlaşdırılmış surətinin təqdim olunmasına və sənəd üzrə məlumatlarla faktiki yer arasında mövcud koordinatlar üzrə yaranmış uyğunsuzluqlara münasibətdə) hazırki iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirlər. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 2(049)-67/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Vətəndaşlara fərdi yaşayış evi tikməyə icazə verilməsi haqqında Lənkəran rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6 nömrəli qərarının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışından məlum olur ki, İddiaçı həqiqətən də ünvan 3 ünvanında yaşayır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/5879 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1921/2023 saylı mütəxəssis rəyinə əsasən, Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin naturada koordinatları müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında (sxemdə) qeyd edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1921/2023 saylı mütəxəssis rəyinə əsasən, Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş torpaq sahəsi olması müəyyən olunmuşdur. Eyni zamanda sözügedən torpaq sahəsinin yaxınlığında yarımçıq tikilinin mövcud olması müəyyən edilmiş və bununla əlaqədar torpaq sahəsinin hüquqi statusunun müəyyənləşdirilməsi zərurəti olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən sözügedən torpaq sahəsinin balans sahibi məlum olmayan dövlət mülkiyyətinə aid olması barədə sorğuya cavab verilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1921/2023 saylı mütəxəssis rəyinə əsasən, Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s.əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hyansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 600 kv.m torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək və faktiki vəziyyətlə sənəd üzrə vəziyyət arasında müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş **********1120 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları isə faktiki vəziyyətdə iddia edilən yerdən kənara, Nümayəndə xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1921/2023 saylı mütəxəssis rəyinə əsasən, Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin faktiki vəziyyətdə iddiaçının istifadəsində olması müşahidə edilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1921/2023 saylı mütəxəssis rəyinə əsasən, Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il Tarixli, 5 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayrş evinin tikintisi üçün ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsində hər hansı tikilinin mövcud olması müşahidə edilməmişdir. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1921/2023 saylı mütəxəssis rəyinə əsasən, Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşməsi müəyyən edilməmişdir. Tətbiq edilən normativ hüquqi aktlar: Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X9rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddənin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, eləcə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/5879 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir.Və həmin rəyə əsasən müəyyən edilir ki,torpaq sahəsinin baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunvericliyin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin qanunverici həmin torpaq sahələrinin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini də müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 nömrəli qərarı ilə X2 fərdi yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsinin verilməsi haqqında Port-İliç şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən hazırki mübahisənin predmetinin əsasını təşkil edən 0,06 hektar həyətyanı torpaq sahəsinin X1 istifadəsinə təhkim edilməsi, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələbləri, yəni həmin həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verilməsi nəzərə alınmadan digər mülkiyyətə aid torpaqlara daxil edilməsi və ya hüququnun qeydə alınmaması iddiaçının qeyd olunan torpaq sahəsi ilə bağlı qanuni əsaslarla əldə etdiyi hüquqlarına kobud şəkildə müdaxilə edilməsi ilə nəticələ bilər. Digər tərəfdən, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsinin verilməsi haqqında Port-İliç şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən, ona ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsi üzərində həmin daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 ildən çox müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Göründüyü kimi, iddiaçının daşınmaz əmlak, yəni 0,06 hektar həyətyanı torpaq sahəsinin ayrılmasına dair mövcud qərarı, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu 30 ildən artıq müddətdə həyata keçirməsi və bu müddət ərzində ona dövlət, yerli özünüidarə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən etiraz edilməməsi, bununla da qanunvericiliyin tələbinə əsasən həmin əmlakın mülkiyyətçisi kimi qeydə alınmasını tələb etmə hüququnu əldə etməsi, həmçinin, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə əsasən 0,06 hektar həyətyanı torpaq sahəsinin faktiki mülkiyyətçisinə çevrilməsi cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan iddiaçının hazırki iş üzrə tələbi haqqında müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın İddiaçı adına Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin İddiaçı aid edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-60/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-60/2024
15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver