Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-60/2025 22.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi bələdiyyəsinin 12 fevral 2010-cu il tarixli, 2 saylı iclas protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m (0,02 ha) torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Ağcabədi bələdiyyəsi tərəfindən alqı-zatqı qaydadında satılmış 0,02 ha həyətyanı torpaq sahəsinin üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə 2-1(120)- 1474/2022 saylı qərardadı ilə, Ağcabədi Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə 2-1(120)- 175/2024 saylı qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı Ağcabədi bələdiyyəsinin 12 fevral 2010-cu il tarixli, 2 saylı iclas protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m (0,02 ha) torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi Bələdiyyəsinin 12 fevral 2010-cu il tarixli 02 saylı icrasının qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.02 ha torpaq sahəsinin alqı-satqısı barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, bu torpaq sahəsinin alqı-satqıya görə Ağcabədi bələdiyyəsinin hesabına 25 yanvar 2010-cu il tarixdə 232 nömrəli qəbz ilə 300 (üç yüz) manat pul ödəmişdir. Bu torpaq sahəsinin Ağcabədi bələdiyyəsi tərəfindən ona satılması ilə əlaqədar Ağcabədi rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin 03 dekabr 2009-cu il tarixli №100 saylı rəyi və DT və XK-nin Ağcabədi rayon şöbəsinin 18 dekabr 2009-cu il tarixli 88 saylı rəyləri ilə Ağcabədi bələdiyyəsinə müraciət olunmuşdur. Eləcə də Ağcabədi bələdiyyəsi tərəfindən ona 0.02 ha həyatyani torpaq sahəsinin alqı-satqısına dair 01 iyul 2010-cu il tarixdə tərtib olunmuş akt əsasında, 77 nömrə ilə Ağcabədi rayon Torpaq şöbəsində qeydiyyatda alınmışdır. Eləcə də həmin alqı-satqı aktı Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov və o zaman rayon torpaq şöbəsinin müdiri Abbas Süleymanov tərəfindən möhürlə təsdiq edilmişdir. Bundan əlavə torpaq sahəsinin plan və ölçüsü barədə dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfindən xəritə hazırlanmış və həmin xəritə dövlət torpaq və kadastır kitabında 21 yanvar 2010- cu il tarixdə 115 nömrə ilə uçota alınmışdır. Həmin kadastr planının nömrəsi A №241492-dir. İddiaçıya satılmış 0.02 ha həyatyani torpaq sahəsinə çıxarış və torpaq sahəsinin plan ölçü sənədləri almaq üçün DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə DƏDRX- n i n 6 saylı Beyləqan Ərazi İdarəsi 25 fevral 2022-ci il tarixdə №**********61 saylı imtina məktubu vermişdir. Həmin məktubda göstərilir ki, qeyd olunan torpaq sahəsinə təqdim olunmuş Ağcabədi bələdiyyəsinin qərarı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Rspublikası qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququq daşınmaz əmlakın dövlət reysterindən qeydiyyatda alınmadan bir başa sizin mülkiyətinizə ayrılmışdır və digər bütün sənədlər sizin adınıza tərtib olunmuşdur. Bununla əlaqədar DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ona qərəzli olaraq əsassız imtina məktubu verilmişdir. O, həmin imtina məktubu ilə razılaşmır və məhkəmədən xahiş edir ki, Ağcabədi bələdiyyəsi 12 fevral 2010-cu i/ tarixli 02 saylı icrasının qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0.02 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması, çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədlərinin verilməsi öhdəliyini DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmasına köməklik edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı münasibət təqdim etmişdir. Münasibətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2-1 (120)-175/2024 saylı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin S saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi bələdiyyəsinin tərəfindən alqı-satqı qaydasında satılmış 0.02 ha həyətyanı torpaq sahəsinin üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-447/2023 saylı qərardadında mütəxəssis qarşısında qoyulmuş suallar əsasında mütəxəssis rəyi hazırlanarkən 2-ci sualın cavabında ziddiyyətlər olması barədə müraciətinə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Araşdırılmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 14 saylı qərarı ilə Ağcabədi bələdiyyəsi tərəfindən alqı-satqı qaydasında İddiaçı satılmış 200 kv.m həyətyanı torpaq sahəsi 27 oktyabr 2009-cu ildə yəni, torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxt bələdiyyə mülkiyyətinə aid olmaqla, perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid əkin sahəsi olmuşdur. Hazırda isə Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 14 saylı qərarı ilə Ağcabədi bələdiyyəsi tərəfindən alqı-satqı qaydasında İddiaçı satılmış 200 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış və Ağcabədi rayon şöbəsinin X7 kitabında 21 yanvar 2011-ci il tarixdə 115 nömrə ilə uçota alınmış A № 241492 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətdə olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir. Üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, Ağcabədi Bələdiyyəsi tərəfindən 2010-cu il tarixdə 200 kv.m torpaq sahəsini cavabdeh orqan tərəfindən imtina məktubunda qeyd edildiyi kimi birbaşa iddiaçıya satmışdır, həmin vaxtdan iddiaçı müvafiq torpaq sahəsindən istifadə etmişdir, mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı mübahisə və s. yoxdur, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Ağcabədi rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********61 saylı məktubunda göstərilmişdir ki, ümumi sahəsi 200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə 21 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. Cavab olaraq bildiririk ki, xx.xx.2009-cu il tarixli 14 saylı qərar əsasında ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa satılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 146.3 maddəsinin tələblərinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır”. Həmin qanunun 146.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir". “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətində göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaq ayrılması məqsədi ilə Ağcabədi bələdiyyəsinə müraciət etmək tövsiyə olunur. İddiaçının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuş, Ağcabədi şəhəri, Ş. Qurbanov küçəsi, ev 173-də qeydiyyatdadır. İşdə olan xx.xx.2010-cu il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı torpaq sahəsinin satışı məqsədilə 300 manat pul məbləğini Ağcabədi Bələbiyyəsinin hesabına köçürmüşdür. İşdə olan xx.xx.2010-cu il tarixli torpaqların alqı-satqısına dair akta əsasən, Ağcabədi Bələdiyyəsi tərəfindən İddiaçı 200 kv.m torpaq sahəsi satılmış, əvəzində İddiaçı tərəfindən 300 manat ödəniş edilmişdir. İşdə olan Ağcabədi Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 02 saylı iclas protokolundan çıxarışa əsasən görünür ki, Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsindən 200 (iki yüz) kv.metr torpaq sahəsi bələdiyyə tərəfindən ona satılması qərara alınmışdır. İşdə olan Ağcabədi Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İşləri şöbəsinin xx.xx.2009-cu il tarixli 100 nömrəli rəyində göstərilmişdir ki, Ağcabədi Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 14 saylı qərarı ilə Ağcabədi şəhər sakini İddiaçı Ağcabədi şəhər 114 saylı Peşə məktəbinin arxa tərəfində nəzərdə tutulan yeni yaşayış massivindən 0,02 ha həyətyanı torpaq sahəsinin ayrılması məqsədə müvafiqdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №241492 nömrəli plan və ölçü sənədindən görünür ki, Ağcabədi Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 14 saylı qəraraı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün 200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşdə olan Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci 24 nömrəli nömrəli məktubunda göstərilmişdir ki, Ağcabədi rayon Dövlət Arxivi bildirir ki,arxivdə mühafizə olunan sənədlərə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, Ağcabədi bələdiyyəsinin 2010-cu il dövrü əhatə edən sənədləri Ağcabədi rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilmədiyindən İddiaçı adına verilmiş torpaq sahəsi barədə heç bir məlumat verə bilmədi. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********84 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh ləğv edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi bələdiyyəsi tərəfindən satılmış 0.02 ha həyətyanı torpaq sahəsinin üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ilə əlaqədar zəruri sənədlərin təqdim olunması barədə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, inzibati iş ilə əlaqədar zəruri olan AN-241492 (kod **********0142) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və onun tərtib edilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********79 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. İşdə olan Ağcabədi Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 295 nömrəli məktubunda göstərilmişdir ki, işə baxılması ilə əlaqədar İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 200 m2 torpaq sahəsinin alqı-satqı qaydasında satılması barədə Ağcabədi bələdiyyəsinin xx.xx.2010-cıı il tarixli, 02 saylı qərarının və xx.xx.2010-cıı il tarixli 77 nömrəli torpaqların alqı- satqısına dair aktın surəti təsdiq edilərək göndərilmişdir. İşdə olan Ağcabədi Bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 03 nömrəli məktubunda göstərilmişdir ki, Ağcabədi şəhər şəhid Əmrah Abışov küçəsində yerləşən bələdiyyə mülkiyyətində olan fərdi yaşayış evinin tikintisi 0.02 ha həyətyani torpaq sahəsinin ayrılması nəzərdə tutuİmuşdur. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli qanunu ilə dəyişikliklər və əlavələr edilmiş, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274- İİ QD nömrəli qanunu ilə təsdiq edilmiş Bələdiyyə Torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında əsasnamənin 16-cı bəndinin tələblərinə uyğun olaraq bələdiyyə tərəfindən ayrılması nəzərdə tutulan 0.02 ha torpaq sahəsinin üzərində Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinin mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reystirində qeydiyata alınması və mülkiyyətin tanın ması üçün çıxarış verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən Ağcabədi Bələdiyyəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli, 88 nömrəli “Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılmasına razılıq verilmiş 600 kv.m. torpaq sahəsi haqqında” RƏYdə göstərilmişdir ki, Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid olan fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılmasına razılıq verilmiş 200 kv.m və ya 0,02 ha torpaq sahəsi ilə əlaqədar olaraq bildirilir ki, həmin torpaq sahəsi Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir və Ağcabədi şəhərinin 2-ci zonasında yerləşir. Həmin zonada torpağın 0,01 hektarının (100 kv.m) normativ qiyməti 30 manatdır.Ağcabədi şəhərində 29 may 2009-cu il tarixdə fərdi yaşayış evinin tikintisi məqsədilə keçirilmiş son torpaq müsabiqəsinin nəticəsinə görə həmin zonada torpağın 0,01 hektarının (100 kv.m.) qiyməti 141,67 manat olmuşdur. Bələdiyyə tərəfindən İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi, Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid olduğu, İddiaçı Ağcabədi şəhərində daimi yaşadığı və beş ildən artıq yaşayış yeri üzrə qeydiyatda olduğu nəzərə alınaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 16cı maddəsinə uyğun olaraq bələdiyyə tərəfindən 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə son torpaq müsabiqəsinin qiymətindən aşağı olmamaq şərti ilə alqı-satqı qaydasında ona satıla bilər. Ağcabədi RİHB aparatının Memarlıq və tikinti şöbəsinin “Ağcabədi bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 663 saylı məktubu ilə Ağcabədi bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0.02 ha ayrılması nəzərdə tutulan həyətyanı torpaq sahəsinə” dair 117 nömrəli xx.xx.2021-ci il tarixli RƏY-də göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin 3.11 -ci bölməsinin 3.11.1, 3.11.2, 3.11.3 bəndlərinə əsasən Ağcabədi bələdiyyəsi tərəfindən 0.02 ha ölçüdə torpaq sahəsinin həyətyanı məqsədilə ayrılması məqsədəmüvafiqdir. Ayrılmış torpaq sahəsi heç bir kommunikasiya xəttinə mane olmur və yerquruluşu planına uyğundur. İşdə olan Ağcabədi Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 33 nömrəli məktubunda göstərilmişdir ki, bələdiyyənin 27 oktyabr 2009-cu il tarixli 14 saylı iclasının qərarına əsasən, Ağcabədi şəhər sakini İddiaçı tərdi yaşayış evinin tikintisi üçün 200 m2 (iki yüz) ölçüdə həyətyanı torpaq sahəsinin satılmasına razılıq verilmişdir. Ağcabədi bələdiyyəsinin 12 fevral 2010- cu il tarixli 02 saylı iclasının qərarı ilə Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 200 m2 (iki yüz) ölçüdə həyətyani torpaq sahəsinin satılması barədə qərar da qəbul edilmişdir. İşdə olan Ağcabədi Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 1221 nömrəli məktubunda göstərilmişdir ki, Ağcabədi bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı iclasının qərarı ilə Ağcabədi şəhər sakini İddiaçı qızma fərdi yaşayış evinin tikintisi üçün 200 (iki yüz) m2 torpaq sahəsinin bilavasitə satılmasına razılıq verilmişdir. Keçmiş DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən plan-ölçü sənədləri hazırlandıqdan sonra yəni Ağcabədi bələdiyyəsinin 12 fevral 2010-cu il tarixli 02 saylı iclasının qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə dəyəri ödənilməklə 200 m2 torpaq sahəsi satılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7900 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli 10/7900 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahesinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, ləğv edilmiş Dövlat Torpaq va Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin X8 kitabında 21 yanvar 2011-ci il tarixdə 115 nömrə ilə uçota alınmış A № 241492 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş koordinatlar ilə Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 14 saylı qərarı ilə İddiaçı faktiki olaraq naturada ayrılmış 200 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlər vardır. Ona görə də hər iki torpaq sahəsinin yerləşdiyi ərazilərin hüdudlarının koordinatları tərtib olunmuş ölçü planında qeyd edilmişdir. Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi 27 oktyabr 2009-cu ildə yəni, torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxt bələdiyyə mülkiyyətinə aid olmaqla, perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid əkin sahəsi olmuşdur. Hazırda isə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir. Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi təyinatına görə alqı-satqının predmeti olmaqla özəlləşdirilə bilər. Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin X7 kitabında 21 yanvar 2011-ci il tarixdə 115 nömrə ilə uçota alınmış A No 241492 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatları qonşu ərazidə yerləşən bələdiyyə mülkiyyətinə aid boş sahəsi ilə üst-üstə düşsə də, Ağcabədi bələdiyyəsinə keçmiş N.Nərimanov adına kolxozun ərazisindən perspektiv inkişaf fondu üçün ayrılmış torpaq sahəsinə aid tərtib olunmuş yerquruluşu planında Ağcabədi bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin koordinatları digər şəxslərin mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağcabədi Bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı iclasının qərarına əsasən, Ağcabədi şəhər sakini İddiaçı tərdi yaşayış evinin tikintisi üçün 200 m2 (iki yüz) ölçüdə həyətyanı torpaq sahəsinin satılmasına razılıq verilmişdir. Ağcabədi bələdiyyəsinin 12 fevral 2010- cu il tarixli 02 saylı iclasının qərarı ilə Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 200 m2 (iki yüz) ölçüdə həyətyanı torpaq sahəsinin satılması barədə qərar da qəbul edilmişdir, torpaqların alqı-satqısına dair akt, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən Ağcabədi Bələdiyyəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli, 88 nömrəli “Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılmasına razılıq verilmiş 600 kv.m. torpaq sahəsi haqqında” rəy, Ağcabədi Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İşləri şöbəsinin xx.xx.2009-cu il tarixli 100 nömrəli rəyi, ödəniş qəbzi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №241492 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 0.02 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilərək bildirilmişdir ki, xx.xx.2009-cu il tarixli 14 saylı qərar əsasında ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa satılması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətində göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaq ayrılması məqsədi ilə Ağcabədi bələdiyyəsinə müraciət etmək tövsiyə olunur. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə (iddiaçının adına tərtib edilmiş Ağcabədi Bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı iclas protokolundan çıxarış, Ağcabədi bələdiyyəsinin 12 fevral 2010-cu il tarixli 02 saylı iclas protokolundan çıxarış, torpaqların alqı-satqısına dair akt, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən Ağcabədi Bələdiyyəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli, 88 nömrəli “Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılmasına razılıq verilmiş 200 kv.m. torpaq sahəsi haqqında” rəy, Ağcabədi Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İşləri şöbəsinin xx.xx.2009-cu il tarixli 100 nömrəli rəyi, ödəniş qəbzi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №241492 nömrəli plan və ölçü sənədi) Ağcabədi şəhərində yerləşən 0.02 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş iddiaçının adına tərtib edilmiş Ağcabədi Bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı iclas protokolundan çıxarış, Ağcabədi bələdiyyəsinin 12 fevral 2010-cu il tarixli 02 saylı iclas protokolundan çıxarış, torpaqların alqı-satqısına dair akt, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən Ağcabədi Bələdiyyəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli, 88 nömrəli “Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılmasına razılıq verilmiş 200 kv.m torpaq sahəsi haqqında” rəy, Ağcabədi Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İşləri şöbəsinin xx.xx.2009-cu il tarixli 100 nömrəli rəyi, ödəniş qəbzi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №241492 nömrəli plan və ölçü sənədi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, ləğv edilmiş Dövlat Torpaq va Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin X8 kitabında 21 yanvar 2011-ci il tarixdə 115 nömrə ilə uçota alınmış A № 241492 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş koordinatlar ilə Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 14 saylı qərarı ilə İddiaçı faktiki olaraq naturada ayrılmış 200 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlər vardır. Ona görə də hər iki torpaq sahəsinin yerləşdiyi ərazilərin hüdudlarının koordinatları tərtib olunmuş ölçü planında qeyd edilmişdir. Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi 27 oktyabr 2009-cu ildə yəni, torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxt bələdiyyə mülkiyyətinə aid olmaqla, perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid əkin sahəsi olmuşdur. Hazırda isə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir. Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi təyinatına görə alqı-satqının predmeti olmaqla özəlləşdirilə bilər. Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Ağcabədi bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin X7 kitabında 21 yanvar 2011-ci il tarixdə 115 nömrə ilə uçota alınmış A No 241492 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatları qonşu ərazidə yerləşən bələdiyyə mülkiyyətinə aid boş sahəsi ilə üst-üstə düşsə də, Ağcabədi bələdiyyəsinə keçmiş N.Nərimanov adına kolxozun ərazisindən perspektiv inkişaf fondu üçün ayrılmış torpaq sahəsinə aid tərtib olunmuş yerquruluşu planında Ağcabədi bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin koordinatları digər şəxslərin mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Ağcabədi Bələdiyyəsi mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına etiraz etməmişdir. İddiaçıya 2009-cu il tarixdə ayrılmış torpaq sahəsinin İddiaçı satılmış 200 kv.m torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin X7 kitabında 21 yanvar 2011-ci il tarixdə 115 nömrə ilə uçota alınmış A No 241492 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatları qonşu ərazidə yerləşən bələdiyyə mülkiyyətinə aid boş sahəsi ilə üst-üstə düşsə də, Ağcabədi bələdiyyəsinə keçmiş N.Nərimanov adına kolxozun ərazisindən perspektiv inkişaf fondu üçün ayrılmış torpaq sahəsinə aid tərtib olunmuş yerquruluşu planında Ağcabədi bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı qərarı ilə İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsinin koordinatları digər şəxslərin mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi, Ağcabədi Bələdiyyəsi tərəfindən məhkəməyə etiraz təqdim etməməsi və məhkəmə tərəfindən Ağcabədi Bələdiyyəsinin 27 oktyabr 2009cu il tarixli 14 saylı iclas protokolundan çıxarış, Ağcabədi bələdiyyəsinin 12 fevral 2010-cu il tarixli 02 saylı iclas protokolundan çıxarış, torpaqların alqı-satqısına dair akt, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən Ağcabədi Bələdiyyəsinə ünvanlanmış xx.xx.2009-cu il tarixli, 88 nömrəli “Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılmasına razılıq verilmiş 200 kv.m. torpaq sahəsi haqqında” rəy, Ağcabədi Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İşləri şöbəsinin xx.xx.2009-cu il tarixli 100 nömrəli rəyi, ödəniş qəbzi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №241492 nömrəli plan və ölçü sənədi ilə İddiaçı satılması və onun mülkiyyətinə verilməsi barədə sənədlər mötəbər sübut kimi qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X5 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki,hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından hazırkı mübahisəyə münasibətdə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi imkanlarına, eləcə də həmin prinsiplərin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Eyni zamanda, etimadın qorunması prinsipinin mahiyyətinə görə, inzibati orqanların inzibati praktikasına da fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərlə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). 56. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı). “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsinə əsasən, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Ağcabədi bələdiyyəsinin 12 fevral 2010-cu il tarixli, 2 saylı iclas protokoldan çıxarışa əsasən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m (0.02 ha) (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-60/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-60/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver