Məhkəmə qərarları › İş №2-1(120)-601/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-601/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-601/2020 14.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili x1 (hüquqşünas, Lənkəran rayon Vəkil Bürosunda vəkil, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olan) və Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi x2 (hüquqşünas, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsində baş hüquqşünas, 3-cü dərəcəli müfəttiş, ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 16 avqust 2019cu il tarixli **********6495 saylı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 16 avqust 2019cu il tarixli **********6495 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəmənin dəftərxanasına daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 16 avqust 2019-cu il tarixdə qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6495 nömrəli qərarla 17299,45 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərardan yuxarı instansiyaya, yəni Vergilər Nazirliyinə etdiyi şikayət təmin olunmadığından və həmin qərardan narazı qaldığından məhkəməyə müraciət etmişdir. Belə ki, mağazasındakı malların əksəriyyəti yararsız olduğundan, həmin malları kənara atmış və həmin malların satışı mümkün də deyildir. Lakin mağazasındakı vaxtı keçmiş, paslanmış və yararsız mallar həmin səbəblərə görə uzun illər ərzində satılmasa da, vergi əməkdaşları tərəfindən hətta həmin mallar da siyahıya alınmışdır. Bundan əlavə siyahıya alınmış malların qiyməti düzgün müəyyən olunmamışdır. O, kənd yerində fəaliyyət göstərir. Vergi orqanının qeyd etdiyi alış-satış qiymətləri ilə işləsə, mağazaya heç kim girməz, çünki kasıb əhali ilə işləyir və həmin əhali nəyin harada 5-10 qəpik ucuz satılmasını və ya baha satılmasını çox gözəl bilir. Onun xəbəri olmadan təyin olunmuş ekspert rəyi tamamilə absurddur, çünki eyni növdən, lakin müxtəlif ölkələrin (Çin, Rusiya, İran, Türkiyə istehsalı və yerli istehsal) istehsalı olan malların satış qiymətləri müxtəlif olsa da, xırda məbləğli mallar da baha qiymətə rəsmiləşdirilmişdir. Ona görə də həmin qiymətlərlə, yəni vergi orqanının göstərdiyi şişirdilmiş qiymətlərlə işləməsi mümkün deyil. Bəzən satdıqları malların üzərinə maya dəyərindən əlavə çox az məbləğlər əlavə edirlər ki, müştəri itirməsinlər. Xüsusilə onu da qeyd edir ki, bəzən malları satır və pulun bir hissəsini bir ildən sonra ala bilirlər, hətta ala bilmədikləri hallar da olur. Mağazaları kənd yerində yerləşdiyindən qaytarılmamış borcların çoxluğu heç də təsadüfi deyil, lakin bütün bunlara baxmayaraq yenə də çoxlu sayda cərimələr tətbiq olunur. O, heç vaxt vergidən yayınmamışdır. Ona münasibətdə qəbul olunmuş qərar həm də ona görə qanunsuzdur ki, barəsində qərar qəbul olunarkən o, ümumiyyətlə, Azərbaycan Respublikasında olmamış və heç bir məktub da almamışdır. Belə olan təqdirdə vergi ödəyicisi olaraq təqsirli deyildir. Ona vergi orqanının qərarı vaxtında təqdim olunmamışdır və vergi ödəyicisi olaraq vergi orqanının tələblərindən xəbərsiz olmuşdur. Səbəb onun Rusiya Federasiyasına mütəmadi gediş-gəlişi ilə bağlı olmuşdur. Şikayət instansiyasına da eyni məzmunlu şikayət göndərsə də, ona qeyri-obyektiv münasibət bildirilmişdir. Gələcəkdə məhkəmə iclaslarında zəruri sübutlarını təqdim edəcəkdir. Nümayəndəsi inzibati akt tərtib edilərkən bir sıra hallarda obyektdə olmaması təhrif olunmuş və protokollarda qeyd olunmuşdur ki, nümayəndə imza etməkdən imtina etdi. Hesab edir ki, araşdırılmamış məqamlar çoxdur. Məktubların ünvanına göndərilməməsi və ya düzgün çatdırılmaması kimi nöqsanlar da onun ziyanına şərh olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.4-cü maddəsində göstərilir ki, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsində qeyd olunur ki, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər (yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparır. Maddənin tələbləri aşağıdakı formada pozulmuşdur; 1) 12 iyun 2019-cu il tarixli Seriya VN-11 №011905 nömrəli Aktdan görünür ki, həmin aktın bir nüsxəsini x12 almışdır. Aktın surətindən də görünür ki, aktın surətini o, almamışdır. 2) Yuxardakı akta olunmuş əlavədən də görünür ki, o, əlavənin surətini əldə etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.3-cü maddəsində qeyd olunur ki, vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin məcəllənin 39.4-cü maddəsində göstərilir ki, vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 9 sentyabr 2013-cü il tarixli Plenumunun Qərarında qeyd olunur ki, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur. Bu prizmadan da görünür ki, vergi ödəyicisi dedikdə o başa düşülür. Qərarın nəticə hissəsində isə göstərilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirtdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab olunur. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz. Belə olan təqdirdə, Rusiya Federasiyasında olmaqla yanaşı həm də ölkədə vergi ödəyicisi olaraq öhdəliklərini vergi orqanının istədiyi vaxtda və qaydada təbii ki, yerinə yetirə bilməzdi və bu hal hesab edir ki, üzrlü hal kimi nəzərə alınmalı idi. Həmçinin qeyd edir ki, o, Rusiya Federasiyasına müalicə məqsədilə getmişdir. Lakin o, vergi ödəyicisi olaraq bütün bu yuxarıda sadaladığı hüquq və vəzifələrini həyata keçirə bilməmişdir, çünki vaxtında xəbərdar edilməmişdir. Sənədləri tərəfindən vergi orqanına vaxtında təqdim edilməməsi isə məhz onun xarici ölkədə olması ilə bağlı olmuşdur. Yəni, o, Vergi Məcəlləsinin 42-ci maddəsinin tələblərini pozmamışdır. Sənədləri obyektiv səbəblərə görə təqdim edə bilməməsi vergi orqanı tərəfindən sənədlərin olmaması kimi qiymətləndirilmişdir və o hazırda həmin səbəbə görə məsuliyyətə cəlb olunmuşdur. Odur ki, ekspertin gəldiyi nəticələrlə razı olmamaqla yanaşı və həm də ona qarşı qəbul edilmiş qərəzli və qanunsuz qərarın ləğv edilməsini xahiş edir. Həmçinin qeyd edir ki, kiçik müəssisənin sahibi olmasına baxmayaraq, kənd yerində fəaliyyət göstərir və borclarının həddindən artıq gecikdirilməsinə baxmayaraq, ona uzun müddət ərzində alınan mallara görə pulunun verilməməsinə baxmayaraq o, vergiləri vaxtlı-vaxtında və tam ödəyir. Heç vaxt vergidən yayınmamışdır, çünki bu onun konstitusion borcudur, lakin xüsusilə vurğulayır ki, o, hazırda devalvasiyadan əvvəlki dövrdə ABŞ dolları ilə götürdüyü kreditlərin girdabındadır, çünki həmin kreditlər devalvasiya nəticəsində iki dəfə artımışdır. Hesab edir ki, aparılmış yoxlamalar həm formal nəticələrinə görə, həm də məzmun etibarı ilə qanununun tələblərinin pozulması ilə müşayiət olunduğundan əsassız və qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu xxxxanın tələbləri üzrə gözləməli olduqları 30 gün müddətlə bağlı qeyd edir ki, 14 noyabr 2019-cu il tarixdə 6 saylı Ərazi Vergilər idarəsinin rəhbərliyinə, yəni şikayət instansiyasına müraciət etmiş, lakin həmin şikayətlə bağlı qəbul olunmuş qərar elektron poçtuna göndərildiyindən qanunda nəzərdə tutulan 30 gün müddəti gözləmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili x4 iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə daxil olmuş 2 mart 2020-ci il tarixli, **********364700 saylı iddia tələbinə etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, onun xəbəri olmadan təyin olunmuş ekspertizanın rəyi tamamilə absurddur və ona münasibətdə qəbul olunmuş qərar həm də ona görə qanunsuzdur ki, barəsində qərar qəbul olunarkən heç ümumiyyətlə, Azərbaycan Respublikasında olmamış və heç bir məktubu almamışdır. Belə olan təqdirdə o, vergi ödəyicisi olaraq təqsirli deyildir. İlkin olaraq qeyd edir ki, ona vergi orqanının qərarı vaxtında təqdim olunmamışdır və o, vergi ödəyicisi olaraq vergi orqanının tələblərindən xəbərsiz olmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, 6 saylı Ərazi Vergilər Baş idarəsinin 11.06.2019-cu il tarixli, **********6071 nömrəli qərarı və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 12.06.2019-cu il tarixli KY ********* nömrəli çıxarışı əsasında Lənkəran rayonu, Vilvan kəndində fəaliyyət göstərən fərdi sahibkar İddiaçı məxsus təsərrüfat obyektində malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması vəziyyətinə dair Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrinə əsasən Operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı əməkdaşlar tərəfindən yoxlamanın keçirilməsi haqqında xidməti vəsiqələr, 6 saylı Ərazi Vergilər Baş idarəsinin 11.06.2019-cu il tarixli,**********6071 nömrəli qərarı və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 12.06.2019-cu il tarixli, KY ********* nömrəli çıxarış vergi ödəyicisinə təqdim edildikdə fərdi sahibkar İddiaçı Rusiya Federasiyasında olması və sahibkarlıq fəaliyyətinin x14 tərəfindən həyata keçirildiyi bildirilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 11.06.2019-cu il tarixli, **********6073 nömrəli tələbnamə vergi ödəyicisinə poçt vasitəsilə göndərilmişdir. Yoxlama zamanı 172994,5 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə və ya elektron vergi hesab faktura əsasında, idxal mallara münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmaması aşkar edilərək 01.07.2019-cu il tarixdə VN seriyalı 010349 nömrəli akt tərtib olunaraq əlavələri ilə birlikdə bir nüsxəsi vergi ödəyicisinə poçt vasitəsi ilə təqdim olunmuşdur. Yoxlama aktının nəticəsinə aid 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.08.2019-cu il tarixli, **********6495 nömrəli qərar qəbul edilərək fərdi sahibkar İddiaçı 17299,45 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qəbul edilmiş qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi haqqında Tələbnamə qeydiyyata alınaraq qərarla birlikdə 19.08.2019-cu il tarixli, **********621700 nömrəli məktubla elektron poçt ünvanına və kağız daşıyıcısında poçt etməklə qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin vergi ödəyicisinin Vergilər Nazirliyinə təqdim etdiyi inzibati şikayət əsasında qəbul edilmiş “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarda da qeyd edilmişdir ki, 6 saylı x3 11.06.2019-cu il tarixli, **********6071 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən Lənkəran rayonu, Vilvan kəndində yerləşən mağazada həyata keçirilmiş operativ vergi nəzarəti zamanı malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi üzrə nöqsan aşkar edilərək, nəticəsinin 01.07.2019cu il tarixli VN-16 seriyalı, 010349 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin malların vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, fərdi sahibkarın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi x6 həmin aktı və malların siyahısını imzalamaqdan imtina etdiyi müəyyən edilmişdir (etibarnamənin surəti etiraza əlavə olunur). Aparılmış araşdırma zamanı İddiaçı 08.06.2019-cu il tarixdə dövlət sərhəddini tərk etdiyi, 15.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olduğu, beləliklə də, İddiaçı operativ vergi nəzarətinin nəticələri haqqında 01.07.2019-cu il tarixli VN-16 seriyalı, 010349 nömrəli akt tərtib edilərkən, bundan əlavə 16.08.2019-cu il tarixli **********6495 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunarkən Azərbaycan Respublikasının ərazisində olduğu müəyyən edilmişdir. Bundan əlavə, operativ vergi nəzarəti zamanı Departamentin 21.06.2019-cu il tarixli **********891500 nömrəli “ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən obyektdə olan malların bazar qiymətlərinin müəyyən edilməsi məqsədləri üçün ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 28.06.2019-cu il tarixli ekspert rəyinə əsasən mağazadakı malların alış qiymətlərinin 172994,5 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X.Hacıyev ekspertizanın keçirilməsi haqqında qərarla tanış olmaqdan imtina etmişdir. Eyni zamanda, operativ vergi nəzarətinin nəticələrinə dair aktın, malların siyahısının və ekspert rəyinin 03.07.2019-cu il tarixli **********935500 nömrəli bildiriş məktubu ilə SS591948379AZ saylı poçt göndərişi vasitəsilə Ş.Kamilovun vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş Lənkəran rayonu, Günəhir kəndinə göndərildiyi, Günəhir poçt şöbəsi tərəfindən həmin məktubun 12.07.2019-cu il tarixdə İddiaçı valideyni İsmayıl Kamalova təqdim edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən 16.08.2019-cu il tarixli **********6495 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 17299.45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə baş idarənin 19.08.2019-cu il tarixli **********621700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvanı kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamışdır. Aparılmış araşdırma zamanı İddiaçı tərəfindən rəsmi qaydada (elektron qaimə-faktura, vergi hesab-fakturası və ya yük gömrük bəyannamələri əsasında) malların alınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.1.12-ci və 50.1.13-cü maddələrinə əsasən vergi orqanları pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların bu Məcəllə ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.8-ci maddəsinə görə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda. Həmin Məcəllənin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi x7 iddia tələbinə dair verilmiş etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İş materialında olan fərdi sahibkar İddiaçı nümayəndəsi, faktiki idarəetməni həyata keçirən x14 6 saylı x5 yazdığı izahatında göstərmişdir ki, mən rayonun Vilvan kəndində yerləşən İddiaçı məxsus tikinti mağazasında sahibkarlıq fəaliyyətini həyata keçirirəm. Malların siyahısı mənim iştirakımla tərtib edilmiş, alış-satış qiymətləri mənim tərəfimdən deyilmişdir. Malların üzərinə 3-5% ticarət əlavəsi qoyaraq tərtib edirəm. Alış qiyməti ilə 195778,95 AZN və satış qiyməti ilə 205998,70 AZN dəyərində mal qalığı müəyyən edildi. Siyahıya alınmış malları müxtəlif şirkətlərdən, o cümlədən “xxxx” MMC, “xxxxxxx” MMC, “xxxxx” MMC, “xxxx” MMC, “xxxxx” MMC, “xxxxx” MMC və “xxxxx” MMC-dən aldığım üçün həmin şirkətlər tərəfindən mənə elektron qaimə faktura və ya elektron vergi hesab-faktura verilmədiyi üçün vergi orqanlarına təqdim edə bilmirəm. Xahiş edirəm, yuxarıda qeyd edilənləri nəzərə alasız, izahatı özüm yazdım, düzgünlüyünü imzamla təsdiq edirəm. İş materialında olan 6 saylı x3 11.06.2019-cu il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarından görünür ki, İddiaçı məxsus obyektdə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, 2. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə, faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə 12.06.2019-cu il tarixdən 10.07.2019-cu tarixi daxil olunmaqla operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı qəbul edilmişdir. İş materialında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 12.06.2019-cu il tarixli çıxarışa əsasən, İddiaçı məxsus obyektdə 12.06.2019-10.07.2019-cu il müddətdə yoxlamanın aparılması qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının «Azərekspertiza» Birliyinin 28.06.2019-cu il tarixli ekspert rəyinə əsasən, İddiaçı məxsus mağazadakı malların cəmi alış qiyməti 172994,5 manat, cəmi satış qiyməti 229288,1 manat olduğu müəyyən edilmişdir İş materialında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 avqust 2019-cu il tarixli **********6495 nömrəli qərarına əsasən, İddiaçı (VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 17299,45 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin «İnzibati şikayətin təmin edilməməsi haqqında» 24 dekabr 2019-cu il tarixli **********977700 nömrəli qərarından görünür ki, fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında Vergilər Nazirliyinə verdiyi 14.11.2019-cu il tarixli inzibati şikayəti təmin edilməmiş, 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qəbul edilmiş 16.08.2019-cu il tarixli, **********6495 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 21.01.2020-ci il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı otuz manat məbləğində dövlət rüsumu ödəmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mallar rəsmi qaydada (elektron qaimə-faktura, vergi hesab-fakturası və ya yük gömrük bəyannamələri əsasında) alınmamışdır. Ona görə də 6 saylı Ərazi Vergilər Baş İdarəsi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 avqust 2019-cu il tarixli **********6495 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 17299,45 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş edir. İddiaçı tələbinin əsaslarından biri kimi mağazasındakı vaxtı keçmiş, paslanmış və yararsız malların da həmin səbəblərə görə uzun illər ərzində satılmasa da, vergi əməkdaşları tərəfindən siyahıya alınmasını, bundan əlavə siyahıya alınmış malların qiymətinin düzgün müəyyən olunmamasını göstərmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi yoxlama zamanı yoxlayıcılara yararsız mallar barədə akt və ya bu faktı təsdiq edən hər hansı bir sənəd təqdim edilmədiyini bildirmiş, bundan əlavə mağazada faktiki idarəetməni həyata keçirən x10 iş materialındakı izahatında sonuncu siyahıya alınmış malların üzərinə 3-5% ticarət əlavəsi qoyaraq alış qiyməti ilə 195778,95 AZN, satış qiyməti ilə 205998,70 AZN dəyərində mal qalığı qaldığını və malları elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə almadığını göstərmişdir. Göründüyü kimi, mağazada faktiki idarəetməni həyata keçirən x14 izahatında yararsız malların olmasını göstərməmişdir. İddiaçı tələbinin digər əsası kimi barəsində qərar qəbul olunarkən Azərbaycan Respublikasında olmadığını və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.1, 39.4 və 50.4-cü maddələrinin tələblərinin pozulduğunu göstərmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.4-cü maddəsinə görə, vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Yenə həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İddiaçı məhkəməyə yoxlama dövründə (12.06-01.07.2019) Azərbaycan Respublikasında olmamasına dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı x8 etibarnamə vermiş və sonuncu yoxlama dövründə onu təmsil etsə də, müvafiq sənədləri imzalamaqdan imtina etmişdir. Ona görə də operativ vergi nəzarətinin nəticələrinə dair 01.07.2019-cu il tarixli 010349 nömrəli akt, malların siyahısı və ekspert rəyi 03.07.2019-cu il tarixli **********935500 nömrəli bildiriş məktubu ilə SS591948379AZ saylı poçt göndərişi vasitəsilə Ş.Kamilovun vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş Lənkəran rayonu, Günəhir kəndinə göndərilmiş və Günəhir poçt şöbəsi tərəfindən həmin məktubun 12.07.2019-cu il tarixdə İddiaçı valideyni İsmayıl Kamalova təqdim edildiyi göstərilmişdir. Sözügedən akt əsasında 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qəbul olunmuş 16.08.2019-cu il tarixli **********6495 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar cavabdehin 19.08.2019-cu il tarixli **********621700 nömrəli məktubu ilə vergi ödəyicisinin ünvanına göndərilmişdir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının göstərdiyi xxxxaların tələbləri pozulmamışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1-23.1.1-ci maddələrinə əsasən, vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə görə, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmin Məcəllənin 50.1 və 50.1.12-50.1.13-cü maddələrinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə vergi nəzarət formasıdır. Həmin Məcəllənin 58.8 və 58.8.2-ci maddələrinə görə, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) – yəni hazırki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia rədd edildiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 16 avqust 2019cu il tarixli **********6495 saylı qərarın ləğv edilməsi barədə iddiası rədd edilsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar