Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-6011/2025 25.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə “Cavabdehin müddətli həqiqi hərbi xidmətə yararlı olmağı barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli yekun tibbi müayinəyə dair qərarın ləğv edilməsi haqqında qərar çıxarılması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə “Cavabdehin müddətli həqiqi hərbi xidmətə yararlı olmağı barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli yekun tibbi müayinəyə dair qərarın ləğv edilməsi haqqında qərar çıxarılması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İşin hallarının araşdırılması məqsədilə iş üzrə xx.xx.2026-cı il tarixə məhkəmə iclası təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildiriş göndərilməklə iştirakının zəruri olduğu nəzərinə çatdırılmışdır, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması iddiaçıya bildirilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli telefonoqramına əsasən iddiaçının Qardaşına məxsus (070) ***-**-** mobil nömrəsi ilə xx.xx.2026-cı il tarixdə, saat 11:15-də məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğluna məxsus (055) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılan zaman telefonu iddiaçının qardaşı açaraq artıq qardaşı İddiaçı hərbi xidmətə getdiyi bildərək məhkəmə iclasına gələ bilmədiklərini, iddia üzrə hüquqi maraqlarının olmadığını qeyd etmiş, həmçinin mübahisənin olmadığı və sənədlərin geri qaytarılmasına etirazlarının olmadığını bildirmişdir. Əlavə olaraq iddiaçının qardaşına telefon vasitəsilə bir daha hüquqları, eləcə də gələcəkdə yarana biləcək mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən İPM-in 23, 55, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə “Cavabdehin müddətli həqiqi hərbi xidmətə yararlı olmağı barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli yekun tibbi müayinəyə dair qərarın ləğv edilməsi haqqında qərar çıxarılması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-6011/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-6011/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver