Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-602/2023 24.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4698/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4698/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1536/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4698/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamışdır. Apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Apelyasiya şikayəti onu verən şəxsə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1887/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Kənd Təsərrüfatı Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1956-cı ildə Lerik rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1975- 1977- ci illərdə həqiqi hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə 05 noyabr 1979-cu ildən Biləsuvar rayon Suvarma İdarəsində maşinist vəzifəsində başlamışdır. Mirbəşir Qasımov adına X9 1978-1981-ci il tarixində qiyabi təhsil almışdır. Lerik rayon X6 İdarəsində xx.xx.1982-xx.xx.1989-cu il tarixlərində fəhlə işləmişdir. Bu faktın əmək kitabçasında qeyd edilmədiyindən Lerik rayon Məhkəməsinin xx.xx.2017- ci il tarixli 2(048)1198/2017 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Kənd Təsərrüfat Nazirliyinin Lerik rayon Aqrakimya Laboratoriyasında xx.xx.1983-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək “mütəxəssis” vəzifəsində işləmişdir. Cavadeh güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə xx.xx.2020-ci il tarixli **********4 saylı məktubla Kənd Təsərrüfatı Nazirliyindən Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli arayış tələb edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi xx.xx.2020- ci il tarixli 05/09-08-14-984 saylı məktubla Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında aqrokimya laboratoriyasının “mütəxəssis” vəzifəsi əksini tapmadığını bildirmişdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnziabati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(1 12)7867/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə cavabdehin qarşısında iddia qaldırmaqla Kənd Təsərrüfatı Nazirliyini 3- cü şəxs qismində cəlb olunmasını tövsiyə edilmişdir. Təqdim etdiyi hüquq təsdiqedici sənədlərə əsasən ümumi əmək stajı 29 il 11 ay 21 gün, əmək şəraiti zərərli iş stajı 16 il 01 ay 06 gün təşkil edir. Əmək stajı qeyd etdiyi kimi hesablanmalıdır: Hərbi xidmət 02 il 18 gün, xx.xx.1978-xx.xx.1981=03 il 01 ay 05 gün-maşinist, xx.xx.1982-xx.xx.1989=07 il 06 ay 07 gün fəhlə, xx.xx.1989-xx.xx.2005=16 il 01 ay 06 gün - mütəxəssis, xx.xx.2013-xx.xx.2014=01 il 02 ay 15 gün-texniki işçi, Cəm: 29 il 11 ay 21 gün. Qeyd olunanlara əsasən onun ümumi əmək stajının 29 il 11 ay 21 gün, əmək şəraiti zərərli 16 il 01 ay 06 gün təşkil etdiyini nəzərə alınmaqla xx.xx.2016- cı il yəni 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etiraz verərək etirazda qeyd etmişdir ki, hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı 06 avqust 2021-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 60 yaşdan, yəni 01 iyul 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən müraciətinin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial X2, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrvə sərəncamlarını, Fondun İdarə FHeyətinin qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ümumi is stajı 25 ildən az, güzəştli iş stajı isə olmadığından, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının Minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçının ümumi iş stajı 21 il 5 ay 15 gün təşkil edir. Həmin dövrlərə aiddir: xx.xx.1975xx.xx.1977=02 il 19 gün (Hərbi Xidmət) xx.xx.1979-xx.xx.1981=02 il 01 ay 05 gün (Biləsuvar Suvarma idarəsi) xx.xx.1989-xx.xx.2005=16 il 01 ay 06 gün (Aqrokimya Laborotoriya) xx.xx.2013-xx.xx.2014=01 il 02 ay 15 gün (orta məktəb) Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Qeyd edək ki, iddiaçının 01,08.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "Lerik rayon Aqrokimya Laboratoriyasında işlədiyini iddia etdiyi mütəxəssis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Belə ki, həmin siyahının kənd təsərrüfatında aqrokimya xidməti. Heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsi bölməsinin 31.1 bəndinin mütəxəssislər yarımbəndində qeyd olunan mütəxəssis vəzifəsi İddiaçı işlədiyini iddia etdiyi vəzifə ilə uyğunluq təşkil etmir. işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq qurumlara sorğular ünvanlanmışdır. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, “Lerik rayon Aqrokimya Laboratoriyasının sənədləri mühafizə olunması üçün Nazirliyin arxivinə təhvil verilmədiyindən məlumatların təqdim edilməsi imkan xaricindədir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən Siyahıda aqrokimya laboratoriyalarının mütəxəssisi vəzifəsi öz əksini tapmamışdır. Dövlət Vergi Xidməti tərəfindən sorğumuza cavab olaraq qeyd edilmişdir ki, dövlət reyestrin Lerik rayon Aqrokimya Laboratoriyasının xx.xx.1997-ci il tarixdə 21 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Əlavə olaraq bildiririk ki,“Əmək pensiyaları haqqında” Qanunun 22-1 -ci maddəsinə əsasən İddiaçı xx.xx.2006-ci il tarixdən 01,07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduğu üçün ona xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. odur ki ddiaçı İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edllməsl"nə dair iddia tələbinin təmin edilməməsi rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Lerik rayonu Əlivə kəndində anadan olmuş, Lerik rayonu Əlivə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan ВТ 042192 nömrəli, xx.xx.1981-ci il tarixli Diplomun surətindən görünür ki, İddiaçı “X11” daxil olmuş 1981-ci ildə üzümçülük üzrə ixtisaslaşmış meyvə tərəvəz fakultəsini bitirmişdir. İşdə olanLerik rayon Məhkəməsinin 2(048)-1198/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı 1982-ci ildən 1989-cu ilədək Lerik rayon X7 İdarəsində fəhlə işləməsi faktı müəyyən edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli imtina haqqında məktubundan görünür ki, “Əmək pensiyaları “aqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra nakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsim, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını. X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında Qanunun 1.0.8-cı maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosıa. sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 13 avqust 1988-ci il HT-İ ******* nömrəli əmək tabçanızda və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Lerik Rayon Aqrokimya Laboratoriyasının sizə dair 16 aprel 2020-ci il tarixli 05/09-08-14-984 nömrəli arayışında qeyd olunan xx.xx.1989xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz mütəxəssis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nda nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız yoxdur. Bundan başqa ümumi iş stajınız isə 25 ildən az (20 il 2 ay 20 gün) təşkil edir. Eyni zamanda sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına mkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 31200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16101,14 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya izah olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin iddiamıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdr ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında aqrokimya laboratoriyasının mütəxəssisi vəzifəsi öz əksini tapmamışdır. Eyni zamanda bildirlir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2004-cü il 25 mart tarixli 10-03/162/1919 nömrəli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2004-cü il 19 fevral tarixli 07/11-121 nömrəli birgə razılaşdırılmış məktubuna əsasən Kənd Təsərrüfatı nazirinin 2004cü il 2 aprel tarixli 65 nömrəli əmri ilə zərərli əmək şəraitinə görə aqrokimya laboratoriyalarında çalışan mütəxəssislərin tarif (vəzifə) maaşlarına 1.20 artım əmsalı tətbiq edilmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7867/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və xx.xx.2007-ci il tarixli Qərarının ona şamil edilməsi barədə arayışın verilməsinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7867/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. İşdə olan xx.xx.1975-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı may 1975-ci il tarixdən iyun 1977-ci il tarixədək hərbi xidmətdə iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan göünür ki, İddiaçı 1989-2005-ci illər ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində olan əmək fəaliyyəti ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi və aqrokimya laboratoriyalarında mütəxəssis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olub-olmaması barədə müraciətə baxılmışdır. Bildirilir ki, Lerik rayon Aqrokimya Laboratoriyasının sənədləri mühafizə olunması üçün Nazirliyin arxivinə təhvil verilmədiyindən tələb olunan məlumatların təqdim edilməsi imkan xaricindədir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, sözügedən siyahıda aqrokimya laboratoriyalarının mütəxəssisi vəzifəsi öz əksini tapmamışdır. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın kənd təsərrüfatı müəssisə, idarə və təşkilatlarının bu sahəyə aid edilən səciyyəvi qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər, texniki icraçılar) tarif-ixtisas xüsusiyyətləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2016-cı il 28 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı sahəsinə aid olan quüunçu vəzifələrinin Vahid X5” ilə tənzimlənir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 13 Avqust 23 1988-ci il MT-İ ******* nömrəli əmək kitabçasında və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Lerik Rayon Aqrokimya Laboratoriyası”nın ona dair 16 aprel 2020-ci il tarixli 05/09-08-14-984 nömrəli arayışında qeyd olunan xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi mütəxəssis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nda nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirlir ki, ölkə üzrə əmək pensiyaçılarının elektron məlumat sistemində onların vaxtilə işlədikləri müəssisələr üzrə təsnifatı aparılmadığından məktubda qeyd edilən digər məsələyə münasibət bildirilməsi mümkün deyil. İşdə olan iddiaçıya məxsus əmək kitabçalarının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(086)-153/2018 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə qarşı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə iddia tələbi xx.xx.2018-ci il tarixli, 2-1(086)-153/2018 nömrəli qərarı ilə təmin edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(106)- 237/2018 nömrəli qərarından görünür ki, cavabdeh DSMF-nin Lerik rayon şöbəsinin apelyasiya şikayəti təmin edilmiş, Şirvan inzibati-iqtisadi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2-1(086)- 153 /2017 saylı qərarı ləğv edilərək İddiaçı cavabdeh DSMF-nin Lerik rayon şöbəsinə qarşı, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-1306/2019 nömrəli qərarından görünür ki, İddiaçı kassasıya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 2-1(106)- 237/18 saylı 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı xx.xx.2016-cı il tarixdən, yəni 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür: - Ümumi iş stajının 25 ildən az olması; - İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması, bununla da onun güzəştli iş stajının olmamasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1956-cı ildir, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulması əsası ilə imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 06 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Bəhs edilən normaların hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) 25 il ümumi iş stajının mövcud olması; b) azı 12 il 06 ay güzəştli iş stajının mövcud olmasıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil müddəti, hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq sosial sığorta stajına da daxil edilməlidir. İlk öncə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmiş, imtina məktubunda və məhkəmə təqdim edilən etiraz məktubunda iddiaçının 13 avqust 1988-ci il HT-İ ******* nömrəli əmək tabçasında və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Lerik Rayon Aqrokimya Laboratoriyasının ona dair 16 aprel 2020-ci il tarixli 05/09-08-14-984 nömrəli arayışında qeyd olunan xx.xx.1989xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi mütəxəssis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfında nəzərdə tutulmamdığı və bu səbəbdən onun güzəştli iş stajının olmamadığını, bundan başqa ümumi iş stajının isə 25 ildən az (20 il 2 ay 20 gün) təşkil etdiyini, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini və hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 31200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16101,14 manat təşkil etdiyi bildirilmişdir. Cavabdeh inzibati orqanının imtinasının birinci halı iddiaçının ümumi iş stajının 25 ildən az, yəni 21 il 05 ay 15 gün olmasıdır ki, araşdırma nəticəsində cavabeh tərəfindən iddiaçı 1982ci ildən 1989-cu ilədək Lerik rayon X7 İdarəsində fəhlə işlədiyi nəzərə alınmamışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə, eləcə də Lerik rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı qeyd edilən idarədə fəhlə işləməsi öz təsdiqini tapmışdır. Lerik Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2(048)-1198/2017 saylı qətnaməsinə əsasən İddiaçı 1982-ci ildən 1989-cu ilədək Lerik rayon X7 İdarəsində fəhlə işləməsi faktı müəyyən edilmişdir. İmtinada qeyd edilən birinci halla bağlı məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əsasən iddiaçının ümumi iş stajının 25 ildən artıq olması sübutlara əsasən öz təsdiqini tapır. Bu hissə də cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanunizidd olmuşdur və məhkəmə cavabdeh tərəfin imtinasını həmin hissədə əsaslı saymır. Cavabdeh inzibati orqanının imtinasının ikinci halı İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması, bununla da onun güzəştli iş stajının olmamasıdır. Bu hissə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "Lerik rayon Aqrokimya Laboratoriyasında işlədiyini iddia etdiyi mütəxəssis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, həmin siyahının kənd təsərrüfatında aqrokimya xidməti. Heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsi bölməsinin 31.1 bəndinin mütəxəssislər yarımbəndində qeyd olunan mütəxəssis vəzifəsi İddiaçı işlədiyini iddia etdiyi vəzifə ilə uyğunluq təşkil etmir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, “Lerik rayon Aqrokimya Laboratoriyasının sənədləri mühafizə olunması üçün Nazirliyin arxivinə təhvil verilmədiyindən məlumatların təqdim edilməsi imkan xaricindədir. Əlavə olaraq məktubda sözügedən siyahıda aqrokimya laboratoriyalarının mütəxəssisi vəzifəsi öz əksini tapmamadığı qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən əvvəlki və sonrakı dövrdə qüvvədə olan tələbləri üzrə müvafiq olaraq 57 yaşdan və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Çünki mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajına malik kişilər müəyyən edilən yaş həddinə çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İddiaçı ümumi is stajı 25 ildən artıq olsa da, güzəştli iş stajı olmadığından, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "Lerik rayon Aqrokimya Laboratoriyasında işlədiyini iddia etdiyi mütəxəssis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə qarşı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə iddia tələbi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-153/2018 nömrəli qərarı ilə təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(106)-237/2018 nömrəli qərarına əsasən Şirvan inzibati-iqtisadi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2-1(086)- 153 /2017 saylı qərarı ləğv edilərək iddiaçının iddiası təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-1306/2019 nömrəli qərarına əsasən İddiaçı kassasıya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 2-1(106)- 237/18 saylı 13 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Həmin qərarlarda iddiaçı 60 yaşdan yox, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin yekun məhkəmə qərarında güzşətli iş stajının olmadığı bir daha qeyd edilmişdir. Hal-hazırki iddia tələbi ilə iddiaçı 60 yaşdan zəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etsə də, güzəştli iş stajının olması ilə bağlı iddiaçı məhkəməyə sübutları və güzəştli arayışı təqdim edə bilmir, bunun əksinə olaraq işlədiyi peşə üzrə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ünvanlanmış cavab məktubunda sözügedən siyahıda aqrokimya laboratoriyalarının mütəxəssisi vəzifəsi öz əksini tapmamadığı və iddiaçının güzəştli iş stajının olmadığı bildirilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin “imtina”sı güzəştli şərtlərlə bağlı hissə də qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkürəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-602/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-602/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver