Məhkəmə qərarları › İş №2-1(120)-602/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-602/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-602/2024 21.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “xx.xx.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət alır, ona yaşa görə əmək pensiyası almaq üçün qanunda nəzərdə tutulmuş 25 ildən artıq əmək stajı vardır. Onun əmək kitabçasında olan iş illəri, hərbi biletində xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olduğu dövr 24 il 8 ay 4 gün təşkil edir. Bundan başqa Salyan rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında göstərilən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Salyan rayon Qaraçala qəsəbə “Qaraçala” kolxozunda işlədiyi və xx.xx.2023-cü il tarixli arxiv arayışında göstərilən xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixədək Salyan rayon Qaraçala 1 nömrəli Pambıqçılıq sovxozunda işlədiyi illər yuxarıda göstərilən əmək stajına əlavə edildikdə onun qanunla tələb edilən 25 ildən çox əmək stajının olduğunu təsdiq edilir və yaşa görə əmək pensiyasını almağına tam hüquq verir. Yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, Ona Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən imtina məktubu verilərək qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən ediimiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə almaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ii, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçanın və hərbi biletinin surətlərinə əsasən (xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) sığorta stajı 24 il 8 ay 4 gün təşkil edir. 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu bildirilmişdir. Onun yaşa görə əmək pensiyası almağı üçün əmək stajım var. Həmin iş stajını təsdiq edən bütün sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Onun əmək stajını və hərbi xidmətdə olduğu illəri nəzərə alınaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, Mərkəzi Filiala təqdim edilmiş Azərbaycan Respublikası X10 filialının 97 nömrəli xx.xx.2023-cü il tarixli arxiv çıxarışında qeyd edilən dövrlər əmək kitabçasında qeyd edilən dövrlə üst üstə düşdüyündən həmin dövrlərdən biri - əmək kitabçasında qeyd edilən dövr əmək pensiyası hüququ araşdırılarkən nəzərə alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası X10 filialının 82 nömrəli xx.xx.2023-cü il tarixli arxiv çıxarışında vətəndaşın pambıq yığımına təhkim olunma müddəti dəqiq göstərilmədiyindən həmin dövrlər sığorta stajına daxil ediməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 22-1.1 -ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin^maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə (64.5 yaşda) yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyinin müddəti bitdiyi üçün ödəniş xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı təqdim etdiyi hərbi xidmət haqqında arayışın surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-ci il tarixədək, xx.xx.1984- cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək 22 il 9 ay 4 gün iş stajı müəyyən edilmişdir. Həmçinin bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı ərizəsində qeyd etdiyi xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövr onun sığorta stajına daxil edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası X10 filialının verdiyi xx.xx.2023-cü il tarixli arxiv çıxarışında xx.xx.1969-cu il tarixdə müvəqqəti olmaqla, eləcə də xx.xx.1970-ci il və xx.xx.1972-ci il tarixlərində pambıq yığımına təhkim olunması qeyd edilsə də, onun təhkim edilmə müddətinin nə qədər müddət təşkil etdiyi dəqiq göstərilmədiyindən həmin dövrlər sığorta stajına daxil ediməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının işlədiyi illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Salyan rayonunun Şatrovka kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1973-cü il tarixli, HЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası X10 filialının xx.xx.2023-cü il tarixli, 82 nömrəli arxiv çıxarışından İddiaçı 161 nömrəli əmrlə xx.xx.1969-cu il tarixdə müvəqqəti pambıq yığımına təhkim olunmuş, 120§2 nömrəli əmrlə xx.xx.1970-ci il tarixdə həmin tarixdən pambıq yığımına təhkim olunmuş, 50§6 nömrəli əmrlə xx.xx.1972-ci il tarixdən Yardımlı rayonunun Nizami kolxozundan gələnlər xx.xx.1972-ci ildən 6 nömrəli şöbəyə köməyə təhkim olunmuşdurlar. İşdə olan Azərbaycan Respublikası X10 filialının xx.xx.2023-cü il tarixli, 82 nömrəli arxiv çıxarışından İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi növbəti məzuniyyətə buraxılmış, məzuniyyət müddəti xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi 18 iş günü hesablanmış, İddiaçı xahişi nəzərə alaınaraq həmin tarixdən işindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 64 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcbıri dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən ediimiş yaş həddinə çatmış sığortaoiunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə almaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2096-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ii, 2023-cü üdən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən (xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) sığorta stajı 24 il 8 ay 4 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajının qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-58201/2023 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixinə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala təkrar müraciəti daxil olmuşdur. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi xidmət haqqında arayışın surətinə əsasən xx.xx.1973-cü il tarixindən 21.11 1975-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1984-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 22 il 9 ay 4 gün iş stajı müəyyən edilmişdir. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Azərbaycan Respublikası X10 filialının 97 nömrəli, xx.xx.2023-cü il tarixli arxiv çıxarışında qeyd edilən dövrlər əmək kitabçasında qeyd edilən dövrlə üst üstə düşdüyündən həmin dövrlərdən biri - əmək kitabçasında qeyd edilən dövr əmək pensiyası hüququ araşdırılarkən nəzərə alınmışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası X10 filialının 82 nömrəli, xx.xx.2023-cü il tarixli arxiv çıxarışında vətəndaşın pambıq yığımına təhkim olunma müddəti dəqiq göstərilmədiyindən həmin dövrlər sığorta stajına daxil ediməmişdir. Həmin dövrlər sığorta stajına daxil edilsə belə vətəndaşın ümumi stajı qanunla tələb olunan sığorta stajından (25 il) az olduğundan əmək pensiyası hüququ yaranmır. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən vətəndaşın xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hisəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, vətəndaş əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı 25 ilə tamamlanarsa onun pensiya təminatı hüququna yenidən baxıla bilər. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Şirvan-Salyan regional ərazi filialının pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X1, 2 saylı Şirvan-Salyan regional ərazi filialının pensiya təminatı şöbəsinin baş mütəxəssisi X5, X10 filialının arxivçisi X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-49302/2023 nömrəli məktubun icrası ilə bağlı vətətndaş İddiaçı adına verilmiş 15 mart 2023-cü il tarixli, 145 nömrəli arxiv arayışını X10 filialında mühafizə olunan Salyan rayon Qaraçala qəsəbə 1 nömrəli Pambıqçılıq sovxozunun 1969-1972-ci illərə aid əmr kitabları və “Qaraçala” kolxozunun 1991-1994-cü illərə aid protokol kitablarına və əmək haqqı cədvəllərinə əsasən araşdırılmış, araşdırma zamanı İddiaçı (ata adı qeyd edilməyib) xx.xx.1969-cu il tarixdə müvəqqəti pambıq yığımına təhkim olunmuş, Yardımlı rayonun Nizami kolxozundan gələnlər xx.xx.1972-ci ildən 6 nömrəl şöbəyə təhkim olunmuşlar, Qaraçala qəsəbə “Qaraçala” kolxozunda xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi növbəti məzuniyyətə buraxılmış, məzuniyyət müddəti xx.xx.1993-cü ildən xx.xx.1993cü ilə kimi 18 iş günü hesablanmış, İddiaçı xahişini nəzərə alaraq həmin tarixdən işdən azad edilməsi aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-166552/2023 nömrəli etiraza əlavəsindən görünür ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Fondun 2 saylı Sirvan-Salvan regional filialına göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 58395/2023 nömrəli xidməti məktubda iddiaçının adına verilmiş X10 ravon filialının xx.xx.2023-cü il tarixli, 82 nömrəli arayışına əsasən onun Qaraçala qəsəbə 1 nömrəli Pambıqçılıq sovxozunda isləməsi ilə əlaqədar Salyan rayon Dövlət Arxivində qarşılıqlı yoxlamanın keçirilməsi zərurətinin yarandığı bildirilmişdir. Fondun 2 saylı Şirvan-Salyan regional filialının 10 iyul 2023-cü il tarixli 3-17-1/3-1- 64138/2023 nömrəli qarşılıqlı yoxlama aktına əsasən İddiaçı Qaraçala qəsəbə 1 nömrəli Pambıqçılıq sovxozunun arxiv sənədlərində İddiaçı 1969-1971-ci illərdə əmək haqqı faktının aşkar olunmadığı müəyyən edilmişdir. 1972-ci ilin əmək haqqı cədvəllərində isə onun ancaq sentyabr ayı üzrə əmək haqqı aldığı müəyyən edilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-67379/2023 xidməti məktubuna əsasən İddiaçı təqdim etdiyi hərbi xidmət haqqında arayışın surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət dövrü, Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən Qaraçala sovxozunda 1972-ci il üzrə əmək haqqı aldığı 1 ay daxil olmaqla, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək 24 il 9 ay 4 gün is stajı müəyyən edilmişdir. Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən İddiaçı Qaraçala qəsəbə 1№li Pambıqçılıq sovxozunda 1969-1971-ci illər üzrə adına əmək haqqı aşkar olunmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək 24 il 9 ay 4 gün sığorta stajına uyqun olaraq 18355,49 manat pensiya kapitalı pensiya yasına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır, eləcə də İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün (24 il 9 ay 4 gün) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Sənaye Korporasiyasının xx.xx.2024-cü il tarixli, 13-5/2-0017/2024 nömrəli məktubundan görünür ki, “X11 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində bir qayda olaraq pambıq yığımı iqlim şəraitindən asılı olaraq sentyabr ayının birinci ongünlüyündən başlayaraq dekabr ayının sonlarına qədər davam edir. Pambıq yığımında iştirak edən işçilərin stajının hesablanması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə uyğun olaraq əmək kitabçası əsasında hesablanır. İşdə olan Azərbaycan Respublikası X10 filialının xx.xx.2024-cü il tarixli, 3-48 DA/9F-2- 09/2024 nömrəli arxiv surətində X10 filialında mühafizə olunan Salyan rayon Qaraçala qəsəbə 1 nömrəli Pambıqçılıq sovxozunun 1969-1972, “Qaraçala” kolxozunun 1991-1994-cü illərə aid protokollarında və əmək haqqı cədvəllərində İddiaçı iş fəaliyyətinin surətləri məktuba əlavə olunmuşdur. İşdə olan P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 001/49 nömrəli məktubundan görünür ki, pambıq yığımı mövsümü hava şəraitindən asılı olaraq sentyabr ayından başlayaraq dekabr ayınadək davam edə bilər. Pambıq yığımı mövsümü xarakterli olduğundan işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Mövsüm (müddət) bitdikdən sonra həmin şəxslərlə müddətli əmək müqaviləsinə xitam verilir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan, yazılı etirazın və etiraza əlavədə iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək 24 il 9 ay 4 gün is stajı müəyyən edilmişdir. İddiaçı Qaraçala qəsəbə 1№li Pambıqçılıq sovxozunda 1969-1971-ci illər üzrə adına əmək haqqı aşkar olunmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək 24 il 9 ay 4 gün sığorta stajına uyğun olaraq 18355,49 manat pensiya kapitalı pensiya yasına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır, eləcə də İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür:

1. İddiaçı xx.xx.1969-cu il tarixdə müvəqqəti olmaqla, eləcə də xx.xx.1970-ci il və xx.xx.1972-ci il tarixlərində pambıq yığımına təhkim olunması qeyd edilsə də, onun təhkim edilmə müddətinin nə qədər müddət təşkil etdiyi dəqiq göstərilmədiyindən həmin dövrlər sığorta stajına daxil edimədiyindən həmin dövrlərin mübahisəli olması,

2. İddiaçının 25 il ümumi iş stajının toplamaması.

3. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək kişilərin pensiya yaşı 64,5 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (64,5 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ xx.xx.2020-ci il tarixdə yarasa da, iddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi əlilliyə görə əmək pensiyası aldığı nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-ci il tarixdə doğulması, xx.xx.2020-ci il tarixində, yəni 64,5 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun sovxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən sovxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X4 haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. X8 Salyan filialı tərəfindən təqdim olunmuş arxiv çıxarışı və qarşılıqlı yoxlama aktı əsasında müəyyən olunur ki, iddiaçı xx.xx.1969-cu il, xx.xx.1970-ci il və xx.xx.1972-ci il tarixlərdə Salyan rayon Qaraçala 1 nömrəli Pambıqçılıq sovxozunda pambıq yığımına təhkim edilmişdir. Lakin inzibati orqan tərəfindən mübahisə əmək haqqı faktının aşkar olunmaması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki,vətəndaşın sovxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «X4 haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X4 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd etmək istəyir ki, vətəndaşın işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir: xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək 24 il 9 ay 4 gün is stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. İddiaçı Qaraçala qəsəbə 1№li Pambıqçılıq sovxozunda 1969-1971-ci illər üzrə adına əmək haqqı aşkar olunmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək 24 il 9 ay 4 gün sığorta stajına uyqun olaraq 18355,49 manat pensiya kapitalı pensiya yasına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır, eləcə də İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, qeyd edilən hallar yalnız iddiaçıda deyil sovxozda işləyən digər ümumi işçilərində sənədlərində müşahidə edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hal iddiaçının təqsiri səbəbilə olmamışdır. İş materiallarına əlavə edilən sənədlərə əsasə iddiaçının sovxozda işlədiyi müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Həmçinin bunu məhkəmə iddiaçının ziyanına şərh etmir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən qəbul edilməyən mübahisəli dövr iddiaçının işlədiyi mövsümi işlərlə (pambıq yığımı) bağlı olmuşdur. Əmək Məcəlləsinin 47ci maddəsinə əsasən təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 257-ci maddəsinə əsasən Kənd təsərrüfatı və aqrar sənaye müəssisələrində istehsal və digər iqtisadi münasibətlərin xüsusiyyətləri nəzərə alınaraq iş vaxtı bu Məcəllədə nəzərdə tutulmuş normalar və qaydalar çərçivəsində nizamnamələri (əsasnamələri) ilə müəyyən edilir. Bu müəssisələrdə iş vaxtının cəmlənmiş və ya mövsümi işlərin yerinə yetirilməsi üçün ayrı-ayrı dövrlərə bölünmüş uçotu aparıla bilər. Məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində təqdim edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, pambıq yığımı mövsümü hava şəraitindən asılı olaraq sentyabr ayından başlayaraq dekabr ayınadək davam edə bilər. Pambıq yığımı mövsümü xarakterli olduğundan işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Mövsüm (müddət) bitdikdən sonra həmin şəxslərlə müddətli əmək müqaviləsinə xitam verilir (P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 001/49 nömrəli məktubu). “X11 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində bir qayda olaraq pambıq yığımı iqlim şəraitindən asılı olaraq sentyabr ayının birinci on günlüyündən başlayaraq dekabr ayının sonlarına qədər davam edir. Pambıq yığımında iştirak edən işçilərin stajının hesablanması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə uyğun olaraq əmək kitabçası əsasında hesablanır (Azərbaycan Sənaye Korporasiyasının xx.xx.2024cü il tarixli, 13-5/2-0017/2024 nömrəli məktubu). İddiaçının xx.xx.1969-cu il, xx.xx.1970-ci il və xx.xx.1972-ci il tarixlərdə Salyan rayon Qaraçala 1 nömrəli Pambıqçılıq sovxozunda pambıq yığımına təhkim edilməsi ilə bağlı arxiv arayışı məhkəməyə təqdim edilmişdir ki, məhkəmə həmin sənədi şübhə altına almır və mötəbər sübut kimi iş materiallarına əlavə edir. Belə olan halda mövsüm üzrə iddiaçının pambıq yığımına təhkim edildiyi 1969-cu və 1970-ci illər üzrə ən az 3 ay dövr, 1972-ci il üzrə isə ən az 2 ay dövr (1 ay inzibati orqan tərəfindən mübahisəsiz dövr kimi qəbul edildiyindən) iddiaçının sığorta stajına əlavə edilməlidir ki, qeyd edilən dövrlə mübahisəsiz hesab edilən 24 il 9 ay 4 gün sığorta stajını cəmlədikdə iddiaçının 25 ildən çox sığorta stajının olduğu müəyyən edilir. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri X12 filialının arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən pozuntular iddiaçının işləmədiyi və səhvi nəticəsində yarandığı anlamına gəlməməlidir. Yəni başqa şəxsin (mühasibin və s) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Göründüyü kimi məhkəməyə arxivdən təqdim edilən sənədlərin əsillərinə baxış keçirilən zaman qeyd edilən hallar arxiv arayışında aşkar edilməmiş, arayış tərtib edildiyi zaman qanunvericiliyin qeyd edilən normaları pozulmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, arxiv arayışında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının işlədiyi müddət nəzərə alınmaqla ümumilikdə 25 ildən çox ümumi iş stajı mövcuddur. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 3-cü əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Beləliklə, iddiaçıya pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaransa da, həmin dövrdə əlillik üzrə pensiya aldığını nəzərə alaraq əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar