Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-602/2025 07.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9, Cavabdeh Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad rayonu Qaragüney Bələdiyyəsinə qarşı “qərarların ləğv edilməsi və icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına və iddiaçının nümayəndəsinin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə 07 may 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Sabirabad rayonu Qaragüney Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 12 saylı iclasında 1-ci və 2-ci məsələlər üzrə qəbul edilmiş 2 ədəd qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 12 saylı iclasında 1-ci məsələ üzrə qəbul edilmiş qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 12 saylı iclasında 1-ci məsələ üzrə qəbul edilmiş qərarın və 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında 2,0 ha torpaq sahəsinə dair X5 ilə Qaragüney Bələdiyyəsi arasında bağlanılmış 23 sentyabr 2004-cü il tarixli, 21-3 saylı icarə müqaviləsinə xitam verilməsi və ƏMDX Daşınmaz Əmalkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X4 verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 154 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etdi və iş üzrə iddianın dəyişdirilərək “Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı və 30 avqust 2023-cü il tarixli, 12 saylı iclasında 1-ci məsələ üzrə qəbul edilmiş qərarların ləğv edilməsi, həmin qərar əsasında 2,0 ha torpaq sahəsinə dair X5 ilə Qaragüney Bələdiyyəsi arasında bağlanılmış 23 sentyabr 2004-cü il tarixli, 21-3 saylı icarə müqaviləsinə xitam verilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu, Qaragüney bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 12 saylı iclas protokoluna inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, 1-ci məsələ üzrə İddiaçı xx.xx.2023-cü il tarixli, 236/R-493/2 saylı tövsiyə məktubu müzakirə olunaraq X2 icarə qaydasında istifadəsində olan 2.0 ha torpaq sahəsinin icarəçinin istifadəsində saxlanılması, növbəti əkin mövsümünə qədər yol verilmiş nöqsanların aradan qaldırılması və həmin torpaq sahəsindən təyinatı üzrə düzgün istifadə edilməsi, eləcə də 2-ci məsələ üzrə bələdiyyə üzvü X3 bələdiyyə üzvlüyündən azad edilməsi ilə bağlı qərarlar qəbul edilmişdir. Qeyd olunan qərarların qanunvericiliyin tələblərinin pozulmaqla qəbul edildiyi müəyyən olunmuşdur. Belə ki, Sabirabad rayonu, Qaragüney kəndində yaşayan Ramazan Rzayevin torpaq mübahisəsi barədə İddiaçınə daxil olmuş müraciətinə mahiyyəti üzrə baxılarkən müəyyən olunmuşdur ki, Qaragüney bələdiyyəsinin mülkiyyətinə aid 2,0 ha torpaq sahəsi kənd təsərrüfatı istehsalı məqsədilə bələdiyyənin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarı əsasında X4 icarəyə verilmiş və onunla 50 il müddətinə 23 sentyabr 2004-cü il tarixli, 21-3 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. İddiaçınə Sabirabad rayonu, Qaragüney bələdiyyəsi tərəfindən verilmiş məlumatda, torpaq sahəsinin hazırda vətəndaşın istifadəsində olmaqla 2022-ci il tarixədək olan icarə haqqının tam ödənildiyi, sahə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilsə də faktiki olaraq uzun müddətdir ki, istifadəsiz vəziyyətdə qaldığı bildirilmişdir. Müraciətə baxılmasının nəticəsi olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbləri bələdiyyənin diqqətinə çatdırılmaqla «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununa və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» təlimata uyğun olaraq idarə tərəfindən X2 icarə qaydasında istifadəsində olan Qaragüney bələdiyyəsinin mülkiyyətinə aid 2,0 ha torpaq sahəsinin istifadəsi üzrə yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülməsi ilə bağlı Qaragüney bələdiyyəsinə tövsiyə verilmişdir. İcraat zamanı Qaragüney bələdiyyəsi tərəfindən inzibati nəzarət qaydasında İddiaçınə təqdim edilmiş 30 avqust 2023-cü il tarixli, 12 saylı iclas protokoluna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, 236/R-493/2 saylı tövsiyə məktubu təfsilatı ilə iclas iştirakçılarının diqqətinə çatdırılmamış, bələdiyyə sədrinin və Ramazan Rzayevin verdiyi şifahi məlumata əsasən iclasda iştirak edən maraqlı şəxslər R.Rzayevin və Əlirza Həmzəyevin çıxışlarının məzmunu, eləcə də iclasda iştirak etməyən və dəvət olunan şəxslərə dair məlumatlar iclas protokolunda göstərilməmişdir. İnzibati nəzarət icraatının nəticəsi olaraq, İdarə tərəfindən Sabirabad rayonu, Qaragüney bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 12 saylı iclasında 1-ci və 2-ci məsələlər üzrə qəbul edilmiş 2 ədəd qərarın ləğv edilməsi ilə bağlı Qaragüney bələdiyyəsinə təklif verilmişdir. Lakin verilmiş təklifin bələdiyyə iclasında müzakirəsi ilə bağlı hazırki dövrədək idarəyə hər hansı məlumat daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X11 və cavabdehin nümayəndəsi X10 gəlmiş, üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu, Qaragüney kəndində yaşayan Ramazan Rzayevin xx.xx.2022-ci ildə İddiaçınə daxil olmuş müraciətinə mahiyyəti üzrə baxılmışdır. İdarə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Qaragüney bələdiyyəsinin mülkiyyətinə aid 2,0 ha torpaq sahəsi kənd təsərrüfatı istehsalı məqsədilə bələdiyyənin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarı əsasında X4 icarəyə verilmiş və onunla 50 il müddətinə 23 sentyabr 2004-cü il tarixli, 21-3 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Sabirabad rayonu Qaragüney bələdiyyəsi tərəfindən verilmiş məlumatda, torpaq sahəsinin hazırda vətəndaşın istifadəsində olmaqla 2022-ci il tarixədək olan icarə haqqının tam ödənildiyi, sahə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilsə də faktiki olaraq uzun müddətdir ki, istifadəsiz vəziyyətdə qaldığı bildirilmişdir. Müraciətə baxılmasının nəticəsi olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbləri bələdiyyənin diqqətinə çatdırılmaqla «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununa və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» təlimata uyğun olaraq idarə tərəfindən X2 icarə qaydasında istifadəsində olan Qaragüney bələdiyyəsinin mülkiyyətinə aid 2,0 ha torpaq sahəsinin istifadəsi üzrə yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülməsi ilə bağlı Qaragüney bələdiyyəsinə xx.xx.2023-cü il tarixli, 236/R-493/2 saylı tövsiyə məktubu göndərilmişdir. Sabirabad rayonu, Qaragüney bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 12 saylı iclas protokolu 30 avqust 2023-cü ildə İddiaçınə daxil olmuşdur. Porotokola inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, İddiaçı xx.xx.2023cü il tarixli, 236/R-493/2 saylı tövsiyə məktubu müzakirə olunaraq X2 icarə qaydasında istifadəsində olan 2.0 ha torpaq sahəsinin icarəçinin istifadəsində saxlanılması, növbəti əkin mövsümünə qədər yol verilmiş nöqsanların aradan qaldırılması və həmin torpaq sahəsindən təyinatı üzrə düzgün istifadə edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Qeyd olunan qərarın qanunvericiliyin tələblərinin pozulmaqla qəbul edildiyi müəyyən olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli, 236/R-493/2 saylı tövsiyə məktubu təfsilatı ilə iclas iştirakçılarının diqqətinə çatdırılmamış, bələdiyyə sədrinin və Ramazan Rzayevin verdiyi şifahi məlumata əsasən iclasda iştirak edən maraqlı şəxslər R.Rzayevin və Əlirza Həmizəyevin çıxışlarının məzmunu, eləcə də iclasda iştirak etməyən və dəvət olunan şəxslərə dair məlumatlar iclas protokolunda göstərilməmişdir. İnzibati nəzarət icraatının nəticəsi olaraq, Sabirabad rayonu, Qaragüney bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 12 saylı iclasında 1-ci və 2-ci məsələlər üzrə qəbul edilmiş 2 ədəd qərarın ləğv edilməsi ilə bağlı İdarə tərəfindən Qaragüney bələdiyyəsinə xx.xx.2023-cü il tarixli, 3-16-32/2-1348- 424-in Sab-2023 saylı təklif verilmişdir. Lakin verilmiş təklifin bələdiyyə iclasında müzakirəsi ilə bağlı idarəyə hər hansı məlumat daxil olmamışdır. Bu səbəbdən də idarə tərəfindən cavabdeh Qaragüney bələdiyyəsinə qarşı “qərarların ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bir daha qeyd olunur ki, 31 yanvar 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı məhkəmə tərəfindən edilmiş hüquqi yardıma əsasən tərəflərindən iddia tələbi artırılaraq “Sabirabad rayonu, Qaragüney bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı və 30 avqust 2023-cü il tarixli, 12 saylı iclasında 1-ci məsələ üzrə qəbul edilmiş qərarlarının ləğv edilməsi, həmin qərar əsasında 2,0 ha torpaq sahəsinə dair X5 ilə Qaragüney bələdiyyəsi arasında bağlanılmış 23 sentyabr 2004-cü il tarixli, 21-3 saylı torpaq icarə müqaviləsinə xitam verilməsi barədə” qərar qəbul edilməsi xahiş edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Odur ki, iddia müddətinin ötürülməsi üzürlü hesab edilib bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin həlli məsələsinin məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarını dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarı əsasında 2,0 ha torpaq sahəsinin X4 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, bununla əlaqədar Qaragüney Bələdiyyəsi ilə X5 arasında 23 sentyabr 2004-cü il tarixli, 21-3 saylı icarə müqaviləsi bağlanmış, ƏMDX Daşınmaz Əmalkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********00 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla X2 həmin torpaq sahəsi üzərində icarə hüququ rəsmiləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində 154 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış, X5 tərəfindən həmin torpaq sahəsi üzrə 2022-ci il də daxil olmaqla icarə haqqı və vergilər tam məbləğdə mütəmadi olaraq ödənilmiş, sahənin 0,70 hektarında yonca əkilmiş, 1,30 ha hissəsi asfalt örtüklə örtülü olduğu üçün həmin sahədən məhsulun sərilməsi və saxlanılması üçün istifadə olunmuş, İddiaçı xx.xx.2023-cü il tarixli, 236/R-493/2 saylı məktubla Sabirabad rayonu Qaragüney bələdiyyəsinə müraciət edərək, X4 icarəyə verilmiş 2,0 torpaq sahəsinin istifadəsi üzrə yol verilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsi tövsiyə olunmuş, Sabirabad rayonu Qaragüney bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 12 saylı iclas protokoluna əsasən İddiaçı xx.xx.2023-cü il tarixli, 236/R-493/2 saylı tövsiyə məktubu müzakirə olunmuş, X5 tərəfindən həmin torpaq sahəsi üzrə 2022-ci il də daxil olmaqla icarə haqqı və vergilərin tam məbləğdə mütəmadi olaraq ödənilməsi, sahənin 0,70 hektarında yonca əkilməsi, 1,30 ha hissəsi asfalt örtüklə örtülü olduğu üçün həmin sahədən məhsulun sərilməsi və saxlanılması üçün istifadə olunması təsdiq edilmiş və X2 icarə qaydasında istifadəsində olan 2.0 ha torpaq sahəsinin icarəçinin istifadəsində saxlanılması, növbəti əkin mövsümünə qədər yol verilmiş nöqsanların aradan qaldırılması və həmin torpaq sahəsindən təyinatı üzrə düzgün istifadə edilməsi qərara alınmışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı X5 tərəfindən icarəsində olan 2,0 ha torpaq sahəsi üzrə 2022-ci il də daxil olmaqla icarə haqqı və vergilərin tam məbləğdə mütəmadi olaraq ödənilməsi, sahənin 0,70 hektarında yonca əkilməsi, 1,30 ha hissəsi asfalt örtüklə örtülü olduğu üçün həmin sahədən məhsulun sərilməsi və saxlanılması üçün istifadə olunması təsdiq edilmişdir. Məhkəmə iş materiallarına istinad edərək Sabirabad rayonu Qaragüney bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarı əsasında X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilmiş 2,0 ha torpaq sahəsindən icarəçi tərəfindən zəruri ödəmələri həyata keçirməklə təyinatı üzə istifadə edildiyini və beləliklə, həmin torpaq sahəsindən istifadə ilə bağlı ciddi nöqsanlara yol verilmədiyini nəzərə alaraq hesab edir ki, Sabirabad rayonu Qaragüney bələdiyyəsi 30 avqust 2023-cü il tarixli, 12 saylı qərarında sözügedən torpaq sahəsinin icarəçinin istifadəsində saxlanılması barədə düzgün nəticəyə gəlmişdir. Lakin iddiaçının tələbi üç hissədən ibarət olmaqla iddianın birinci hissəsi Qaragüney bələdiyyəsinin mülkiyyətinə aid 2,0 ha torpaq sahəsinin kənd təsərrüfatı istehsalı məqsədilə X4 icarəyə verilməsinə dair bələdiyyənin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsindən, ikinci tələbi isə həmin qərarın ləğv edilməsi ilə bağlı İddiaçı təklifindən imtinaya dair bələdiyyənin 30 avqust 2023-cü il tarixli, 12 saylı iclasında 1-ci məsələ üzrə qəbul edilmiş qərarların ləğv edilməsindən və üçüncü tələbi isə Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarı əsasında 2,0 ha torpaq sahəsinə dair X5 ilə Qaragüney Bələdiyyəsi arasında bağlanılmış 23 sentyabr 2004-cü il tarixli, 21-3 saylı icarə müqaviləsinə xitam verilməsindən ibarətdir. İddiaçının tələbinin ikinci və üçüncü hissələri birinci tələbdən asılıdır. İddiaçının birinci tələbi inzibati akt hesab olunan inzibati orqanın 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsinə yönəldiyindən mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. İddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçının məhkəmə müdafiəsindən faydalanması üçün qanunvericiklə müəyyənləşdirilmiş müddətlərin (iddia müddəti) üzrsüz səbəblərdən çox uzun müddət ötürülmüş olması mübahisələndirilən qərarın qanuniliyi məsələsinin araşdırma predmetinə çevrilməsinə ciddi maneə törədir. Belə ki, iş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarın qəbul edilməsindən 20 ilə yaxın vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində Sabirabad rayonu Qaragüney bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarı əsasında X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilmiş 2,0 ha torpaq sahəsinin faktiki olaraq uzun müddət istifadəsiz vəziyyətdə qalması barədə heç bir dəlil və sübuta əsaslanmayan, hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğu əsaslandırılmayan Sabirabad rayonu, Qaragüney kəndində yaşayan Ramazan Rzayevin xx.xx.2022-ci ildə İddiaçınə daxil olmuş müraciətinə istinad etmişdir. Halbuki, Sabirabad rayonu Qaragüney bələdiyyəsinin mülkiyyətinə aid 2,0 ha torpaq sahəsinin kənd təsərrüfatı istehsalı məqsədilə X4 icarəyə verilməsinə dair 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarının qanunauyğunluğu 20 il müddətində heç bir fiziki və hüquqi şəxs tərəfindən, o cümlədən həmin qərardan 20 il ərzində məlumatlı olan və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan-hazırki mübahisə üzrə İddiaçı tərəfindən mübahisələndirilməmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun “İnzibati nəzarətin həyata keçirilməsinin şərtləri”nin təsbit olunduğu 4-cü maddəsinin 4.1-ci bəndinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda həyata keçirilir. Həmin Qanunun 4-cü maddəsinin 4.2-ci bəndinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. Həmin Qanunun “İnzibati nəzarət icraatının başlanması üçün əsaslar”ın təsbit olunduğu 5-ci maddəsinin 5.0-cı bəndində inzibati nəzarət icraatının başlanması üçün 2 əsas nəzərdə tutulmuşdur: Bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda (5.0.1.); Hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda (5.0.2.). Yuxarıda sadalanan hüquq normalarında nəzərdə tutulmuş əsas və səbəblərin mövcudluğunu təsdiq edən hər hansı dəlil-sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, İddiaçı Sabirabad rayonu Qaragüney bələdiyyəsinin mülkiyyətinə aid 2,0 ha torpaq sahəsinin kənd təsərrüfatı istehsalı məqsədilə X4 icarəyə verilməsinə dair 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarının mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Belə ki, qeyd olunduğu kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi, mövcud qanunvericilikdə iddiaçının irəli sürdüyü dəlillər iddia müddətlərinin axımının dayandırılmasına əsas kimi göstərilməmişdir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Beləliklə, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Bundan başqa, məhkəmə iddiaçının digər tələblərinə, yəni Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsi ilə bağlı İddiaçı təklifindən imtinaya dair bələdiyyənin 30 avqust 2023-cü il tarixli, 12 saylı iclasında 1-ci məsələ üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarı əsasında 2,0 ha torpaq sahəsinə dair X5 ilə Qaragüney Bələdiyyəsi arasında bağlanılmış 23 sentyabr 2004-cü il tarixli, 21-3 saylı icarə müqaviləsinə xitam verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddianın bu hissələri birinci tələbdən, yəni iddianın “Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı və 30 avqust 2023-cü il tarixli, 12 saylı iclasında 1-ci məsələ üzrə qəbul edilmiş qərarların ləğv edilməsi” hissəsindən asılıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisə predmeti olan Sabirabad rayonu Qaragüney Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 12 saylı qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, iddianın ikinci və üçüncü hissəsi isə həmin qərarın mübahisələndirilməsindən asılı olduğundan iddia tələbi hər üç hissədə mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Sabirabad rayonu Qaragüney Bələdiyyəsinə qarşı “qərarların ləğv edilməsi və icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Sabirabad rayonu Qaragüney Bələdiyyəsinə qarşı “qərarların ləğv edilməsi və icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-602/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-602/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver