Məhkəmə qərarları › İş №2-1(120)-604/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-604/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-604/2020 24.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi x3, Cavabdeh Dövlət x7 Kürdəmir rayon şöbəsinin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət x7 Kürdəmir rayon şöbəsinə qarşı «təyin olunmuş yaşa görə əmək pensiyasının 01.07.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət x7 Kürdəmir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşının əmək kitabçasındakı iş stajlarını və hərbi xidmət dövrünü nəzərə alaraq 01.07.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2-1(120)-604/2020 saylı qərardadı ilə iddia tələbinə “təyin olunmuş yaşa görə əmək pensiyasının 01.07.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı yaşa görə əmək pensiyası növündən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsi üçün cavabdeh Dövlət x7 Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh 10 yanvar 2019-cu il tarixli **********4 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, mərhum həyat yoldaşının əmək kitabçasındakı iş stajlarının sosial sığorta stajı kimi nəzərə alınaraq, təyin olunmuş yaşa görə əmək pensiyasının 01.07.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı, yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilməsini əsas gətirərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı nümayəndəsi x5 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi x4 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, ödəniş qəbzini, nikah haqqında çıxarışı, ölüm haqqında şəhadətnamənin surətini, mərhum həyat yoldaşının əmək kitabçasının və hərbi biletinin təsdiq edilmiş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı mərhum həyat yoldaşının əmək kitabçasındakı iş stajlarının sosial sığorta stajı kimi nəzərə alınaraq, təyin olunmuş yaşa görə əmək pensiyasının növünün dəyişdirilərək, 01.07.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməli və həmin tarixdən yaranmış fərq hesablanaraq ödənilməlidir. İş materiallarında olan Dövlət x7 Kürdəmir rayon şöbəsinin 23.06.2020-ci il tarixli **********8 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı həyat yoldaşı (əri) x6 əmək pensiyaçısı olmuşdur və o, 28.02.2009-cu il tarixində vəfat etmişdir. İddiaçı özü də yaşa görə əmək pensiyası alır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə vəfat etmis və ya həlak olmus ailə başçısının ohdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan ozlərinin yasayısı üçün daimi və əsas vəsait mənbəyi kimi komək alan) asağıdakı ailə üzvlərinin ailə basçısını itirməyə gorə əmək pensiyası hüququ vardır: - 14.1.2-ci maddələrinə görə ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. 01 iyul 2017-ci il tarixədəkqüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb olunun sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 01 iyul 2017-ci il tarixədəkqüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan səxşin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının 01.07.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsini və həmin tarixdən yaranmış fərq hesablanaraq ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının 01.07.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət x7 Kürdəmir rayon şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar