Məhkəmə qərarları › İş №2-1(120)-605/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-605/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-605/2023 19.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X22, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 nömrəli mənzilə qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 nömrəli mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X23 üçüncü şəxs qismində icraata cəlb edilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, X28 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı quraraq evlənmişlər. Ailə həyatı qurduqdan sonra o Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 57, mənzil 2 ünvana köçərək orada yaşamış və hal-hazırda da orada yaşayır. Həmin nikahdan xx.xx.2007-ci ildə X35 dünyaya gəlmişdir. Həyat yoldaşı X28 xx.xx.2022-ci ildə "ürək çatışmazlığından" ölmüşdür. Uzun illərdir ünvan 1 ünvana pasport qeydiyyatına düşə bilməmiş. Bununla əlaqədar Cavabdehnə rəsmi qaydada müraciət etsə də, imtina cavabı almışdır. Cavabdeh tərəfindən verilmiş imtina məktubunda məhkəmə qətnaməsi olmadan yaşayış yeri üzrə qeydiyyata alınmanın qanuna zidd olması bildirilmiş, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxs X23 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxs X9 iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 Nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 3446 nömrəli arayışından görünür ki, X1 ev 9, m 27 saylı ünvanda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 Nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 3444 nömrəli arayışından görünür ki, Əzizova X3 ev 9, m 27 saylı ünvanda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2022 ci il tarixli Azərbaycan Respublikası Mənzil Təsərrüfatı İdarəsinin 3 saylı sahənin sahə rəisi F.Allahverdiyev eləcə də qonşular X11, X17, X12 və X2 iştirakı ilə tərtib edilmiş aktında göstərilmişdir ki, İddiaçı qeydiyyatı Şirvan şəhəri, Xəqani küçəsi, ev 3, mənzil 27 olmağına baxmayaraq oğlu X36 ilə H.Z.Tağıyev küçəsi, ev 57, mənzil 2-də yaşayırlar. Mərhum həyat yoldaşı X18 ilə birgə nikahı olmuşdur. Həyat yoldaşı X18 H.Z.Tağıyev küçəsi, ev 57, mənzil 2-də qeydiyyatı olmuş və bu mənzildə birgə yaşamışlar.Səhlənkarlıqdan İddiaçı Abbasəli qızı yaşadığı H.Z.Tağıyev küçəsi, ev 57, mənzil 2-də qeydiyyata düşməmişdir. Onun hal-hazırda bu adresdə yaşamasının qonşuların şahidliyi ilə imzaları ilə təsdiq edilmişdir. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 305-17750Ə-3222 nömrəli məktubunda qeyd edilmişdir ki, Qeydiyyatda olduğu ünvan 5ünvanından qeydiyyatdan çıxaraq övladı X36 ilə birlikdə yaşadığı ünvan 6ünvanına qeydiyyata düşməsi ilə əlaqədar Cavabdehnə ünvanladığı ərizədə Qeydiyyat və X15 baxılmışdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, order, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi,vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır.Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanuna ziddir. Odur ki, məhkəmə orqanına müraciət etməsi tövsiyə olunur. İşdə olan AZ-İ № 305421 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə İddiaçı xx.xx.2007-ci il tarixdə nigaha daxil olmuşdurlar. İşdə olan AZ-İ № 889364 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Ata qrafasında X29, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan AZ-İİ № 257516 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə doğulmuşdur və Şirvan şəhəri, Xəqani küçəsi, ev 3, m 27-də qeydiyyatdadır. İşdə olan AZE12132983 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X36 xx.xx.2007-ci il tarixdə doğulmuşdur və Şirvan şəhəri, Xəqani küçəsi, ev 3, m 27-də qeydiyyatdadır. İşdə olan ünvan 8 ünvanında qeydiyyatda olan X9 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, X23, İddiaçı və X24 Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 57, mənzil 2 ünvanına qeydiyyata düşməklərinə və yaşamalarına etiraz etmir. İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 Nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 524 nömrəli məktubundan görünür ki, İddiaçı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 57, mənzil 2 ünvanında yaşayır. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********81 nömrəli məktubunda göstərilmişdir ki, irvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 57, mənzil 2 ünvanında yerləşən mənzilə dair məlumat aşkar edilməmişdir. İşdə olan Cavabdeh xx.xx.2022-ci il tarixli 305-23276-1222 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Şirvan şəhər PŞ-nə ərizə ilə müraciət edərək yaşadığı ünvan 9ünvanına qeydiyyatda düşmək istədiyini bildirmişdir.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, order, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır.Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanuna ziddir.Odur ki,bu barədə vət İddiaçı məktub vasitəsi ilə məhkəmə orqanına müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mənzil Təsərrüfatı İdarəsinin iddiaçıya ünvanladığı 22 iyun 2022-ci il tarixli 106 nömrəli məktubunda göstərilmişdir ki, hal-hazırda yaşadığı H.Z.Tağıyev küçəsi ev 57, mənzil 2 saylı ünvanla əlaqədar kirayə müqaviləsi məhkəmə qətnaməsi əsasında verilə bilər. İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 Nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 385 nömrəli məktubundan görünür ki, mərhum X29 vəfat etdiyi xx.xx.2022-ci il tarixə qədər Şivan şəhəri, H.Z.Tağıyev küçəsi ev 57, mənzil 2 ünvanında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə olan məlumata əsasən mərhumun ailə tərkibi aşağıdakı kimi olmuşdur. 1971-ci il təvəllüdlü Həyat yoldaşı İddiaçı, 2007-ci il təvəllüdlü oğlu X36, 2001-ci il təvəllüdlü oğlu X19, 2003-cü il təvəllüdlü qızı X20. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 21 dekabr 2022-ci il tarixli **********00 nömrəli məktubunda göstərilmişdir ki, X13 və X14 adına daşınmaz əmlakın olub-olmaması və Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi haqqında məlumatın, müsbət halda müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş sorğuya aidiyyəti üzrə baxılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən sorğuda qeyd olunan şəxslərin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar olunmamışdır. ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. - İşdə olan Azərbaycan Respublikası Dövlət X16 04 may 2022-ci il tarixli 214 nömrəli arxiv arayışından görünür ki, X34 Filialında mühafizə olunan Əli Bayramlı şəhər XDS İcariyyə Komitəsinin 1959-1974-cü illərə aid iclas protokollarında mərhum qaynatası X8 mənzil verilməsi barədə qərar aşkar olunmamışdır. - İşdə olan Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin 22 iyun 2022-ci il tarixli 106 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı bildirilmişdir ki, ünvan 10 ünvanla əlaqədar kirayə müqaviləsi məhkəmə qətnaməsi əsasında verilə bilər. - İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 Nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-8-1/2-61 nömrəli məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 Nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2013-cü il tarixdən fəaliyyət göstərmişdir. Nümayəndəlikdə olan məlumata əsasən mərhum X29 vəfat etdiyi xx.xx.2022-ci il tarixə qədər ünvan 11 ünvanda həyat yoldaşı İddiaçı və oğlu X36 qeydiyyatsız yaşamışlar. Bu ünvanda X10 başqa qeydiyyatda heç bir sakin yoxdur. -İşdə olan Azərbaycan Respublikası Dövlət X16 13 fevral 2023-cü il tarixli 63 nömrəli məktubunda göstərilmişdir ki, sorğuda yetərli məlumat olmadığı üçün araşdırmanın istiqamətini müəyyən etmək mümkün olmadı.Arxiv araşdırması elektron deyil, original kitablarda aparılır. Arxiv sənədlərində araşdırma adlara görə yox qərarın ilinə əsasən aparılır.Bu səbəbdən sorğuya yetərli cavab vermək mümkün olmadı. - İşdə olan Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-111/2-11703/2023 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatının yoxlanılması yalnız məlum vətəndaşın adı, soyadı və doğum tarixi sistemə daxil edildikdə müəyyən edilir.Bu səbəbdən Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 nömrəli mənzildə əvvəllər və hazırda qeydiyyatda olan şəxslər barədə məlumat əldə etmək mümkün olmamışdır. - İşdə olan üçüncü şəxs X23 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, qardaşı xx.xx.1970-ci il təvəllüdlü X4 şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 ünvanında anadan olub və bu ünvanda qeydiyyatda olub. 2006-cı ildə ailə qurub. X29 nigahda olan həyat yoldaşı İddiaçı və oğlu xx.xx.2007-ci il təvəllüdlü X36 ilə Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 ünvanında 17(on yeddi) il yaşamışlar. Mərhum qardaşı xx.xx.2022-ci ildə dünyasını dəyişib. Hal-hazırda rəhmətlik qardaşının evində nigahlı yoldaşı İddiaçı və oğlu X36 yaşayırlar. Onlardan başqa həmin ünvanda heç kim yaşamır. Rəhmətlik qardaşının həyat yoldaşı İddiaçı və oğlu X24 Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 ünvana düşməsini məhkəmədən xahiş etmişdir.Onların Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 ünvana qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. - İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin 27 mart 2023-cü il tarixli 5-8/2-374/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 57/2 nömrəli mənzilin X5 adına verilməsinə dair keçmiş 16 saylı MQİ-sinin orderi və orderin verilməsinə əsas olan sənədlər, həmin orderin hal-hazırki dövrdə hüquqi vəziyyəti, ləğv olunubolunmaması və mənzilin X5 mülkiyyətində olub-olmaması barədə məlumat Şirvan Şəhər İcra Hakimiyyətində aşkar olunmadı. - İşdə olan Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 57/2 nömrəli mənzilə dair forma JX-2 saylı şəxsi hesab vərəqəsindən görünür ki, X23, X29, Əhmədova Elmira, Əzizova Reyhan və Əzizov Elsevər qeydiyyatdadırlar. - İşdə olan orderin surətinə əsasən, Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 57/2 nömrəli mənzil X8 məxsusdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9- cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, İddiaçı 2007-ci il tarixdə X29 ilə nikaha daxil olmuş, Cavabdehnə qarşı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 nömrəli mənzilə gəlin gəlmiş, X36 adlı oğlu anadna olmuşdur. F.Əzizov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Halhazırda İddiaçı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 nömrəli mənzilə qeydiyyata düşmək istəmiş, lakin cavabdeh orqan tərəfindən imtina edilmişdir. Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 57/2 nömrəli mənzilin X8 məxsus olması barədə order müəyyən olunmuşdur. M.Əzizov vəfat etmişdir, M.Əzizovun hüquqi varisi üçüncü şəxs X23 hal-hazırda rəhmətlik qardaşının evində nigahlı yoldaşı İddiaçı və oğlu X36 yaşadığını bildirmiş və İddiaçı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 ünvana düşməsinə etiraz etmədiyini bildirmişdir. Bu halda iddiaçı qanunla yaşayış yeri hesab olunan ünvan üzrə qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçının həmin ünvana qeydiyyata alınması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin təqdim edə bilməməsi dəlilini hazırkı işin hallarına mübnasibətdə əsassız hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30- cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeyd edilməlidir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. X5 adına dair order mövcuddur. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana iddiaçının qohumları X23, X29, Əhmədova Elmira, Əzizova Reyhan və Əzizov Elsevəri həmin ünvana qeydiyyata almış, iddiaçının müraciətinə cavab olaraq isə evin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı iddiaçıya münasibətdə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş "bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 57/2 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar