Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-606/2025 19.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyolması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “902 saylı əmrlə ona təhkim olunan 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X20 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona atası X10 Astara rayonu Seləkəran kəndi ərazisində yerləşən istifadəsində olan 0.26 hektar torpaq sahəsindən fərdi yaşayış evi tikməkdən ötrü 0,08 hektar sahəsi ayırmışdır. Həmin torpaq sahəsi Astara rayonu Giləkəran sovxozunun 11 dekabr 1990- cı il tarixli, 902 nömrəli əmri ona verilmişdir. Hansı ki, ayrılmış torpaq sahəsində Astara rayon X24 İcariyyə Komitəsinin 22 aprel 1988-ci il tarixli 05 nömrəli Qərarı ilə fərdi yaşayış evinin tikintisinə icarə verilmişdir. Ayrılmış torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmişdir, 0.08 hektar torpaq sahəsi cənubdən və qərbdən atası X10 həyəti ilə və şərqdən isə Şöyüb Ağayevin həyəti ilə həmsərhəd olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin təhkim olunması barədə 11 dekabr 1990-ci il tarixdə Astara rayon Aqrokomsenatının baş yerquruluşu İsmayıl Salmanovun, Giləkəran Sovxozunun baş aqronomu Zakir Axundovun, yerli instruktor Həsən Əliyevin, Seləkəran kənd sakini X11 və onun iştirakı ilə akt tərtib edilmiş və imza edilmişdir. Bundan başqa Astara rayon X24 kommunal təsərrüfat şöbəsi ilə 04 aprel 1991-ci il Seləkəran kənd ərazisində fasadı 24 metr, arxa cəhəti 24 metr, sağ cəhəti 35 metr, sol cəhəti 35 metr ümumi sahəsi 800 kv.m metr olmaqla müddətsiz istifadəsinə verilmiş torpaq sahəsində 60 kv.metr ölçüdə 2 otaqdan ibarət fərdi yaşayış evinin təsdiq olunmuş lahiyəyə uyğun tikilməsinə dair Müqavilə imzalanmış və həmin müqavilə Astara rayon dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun icraata başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi iclasda iştirak etmirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X20 iddia tələbini qəbul etmədiyini bildirərək iddianın təmin edilməməsini xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu Seləkəran kəndi ərazisindən X8 və digərlərinin adına ümumi sahəsi 224.6 kv.m olan daşınmaz əmlak və 0.218455 ha torpaq sahəsi paylı şəkildə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu Seləkəran kəndi ərazisindən X10 adına ümumi sahəsi 224.6 kv.m olan daşınmaz əmlak və 0.218455 ha torpaq sahəsi qeydiyyata alınmışdır. X40 kitabında xx.xx.2009-cu il tarixdə, 47 nömrə ilə uçota alınmış A № 108914 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 18 nömrəli qərarı ilə X32 2184.55 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Astara rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 150 saylı sərəncamından çıxarışdan görünür ki, Seləkəran kənd sakini X32 istifadəsində olan 0,22 ha torpaq sahəsində yeni fərdi yaşayış evinn tikintisinə icazə verilmişdir. 18 fevral 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 16 dekabr 2014-cü il tarixdə vəfat etmişdir. Ər-Arvadın Ümumi Əmlakındakı paya Sağ Qalmış ərə (arvada) verilən xx.xx.2016cı il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X5 qalmış arvadı X16 onların birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsində mülkiyyət hüququ vardır. xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X10 vərəsələri-arvadı X26, oğlu X20 və qızı X21 miras əmlakdan bərabər hissələrdə irs almışlar. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Astara rayonu, Seləkəran kənrii ərazisində yerləşən (Astara rayon Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 11 dekabr 1990-cı il tarixli, 902 saylı əmrdən çıxarış əsasında) 11 yanvar 2023-cü il tarixli, 13 saylı “Arxiv arayış”ı üzrə fərdi yaşayış evinin tikintisi məqsədilə sizə ayrılmış 800 kv.m həyətyanı torpaq sahəsi üzərində yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılmasına münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, Qanunun 9-cu maddəsində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və 10-cu maddədə isə hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi təsbit edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydaları qanunvericiliklə müəyyən edilir. Həmçinin, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı mülkiyyətçi və ya onun etibarlı nümayəndəsi tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 2021-ci il 04 yanvar tarixli, 2 nömrəli Qərarında nəzərdə tutulmuş xidmət haqqının ödənilməsi təmin edilməlidir. Əlavə olaraq bildiririk ki, həmin 800 kv.m-dən ibarət həyətyanı torpaq sahəsinə dair tələb olunan sənədlər tam şəkildə tərəfinizdən təqdim olunmadığından, habelə faktiki yerində müayinə (çöl ölçmə işləri) aparılmasına şərait yaradılmadığı səbəbdən hazırki müraciətinizin icrasından qanunamüvafiq olaraq tərəfimizdən imtina edilir. Bu baxımdan bildiririk ki, gələcəkdə sizə məxsus Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən, barəsində qeyd olunan 800 kv.m-dən ibarət həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin (ilkin torpaqayırma sənədləri: 11 yanvar 2023-cü il tarixli, 13 saylı “Arxiv arayış”ı, 02 fevral 2022-ci il tarixli notarial təsdiqlənmiş təhkim “Akt”ı, bələdiyyə tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarış) əsli 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon şöbəsinə təqdim edildiyi təqdirdə, həmin sənədlərin hüquqların dövlət qeydiyyatı üçün yuxarıda qeyd edilən qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmaqla, həmçinin faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticələrinə uyğun olaraq yaranmış hüquqların qeydiyyata alınması proseduruna baxılacaqdır. Astara rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 398 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Astara rayon Azərbaycan SSR-nin 50 illiyi adına sovxozunun 11 dekabr 1990-cı il tarixli, 902 saylı əmrdən çıxarış, Astara rayon Seləkəran kənd sakini X27 istifadəsində olan 0.26 ha həyətyanı torpaq sahəsindən 0.08 ha həyətyanı torpaq sahəsi yeni ev tikmək məqsədi ilə oğlu İddiaçı Ayaz oğluna verilmişdir. Astara Rayon İcra Hakimiyyəti Başçısının Suparibağ Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 438 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 50 illik sovxozun xx.xx.1990-cı il tarixli, 902 nömrəli əmri ilə verilən torpaq aktında texniki səhv nəticəsində mülkiyyətçi, mərhum X4 Ayaz Dədə oğlu kimi, X3 İlyas Ayaz oğlu kimi qeyd edilmişdir. Xahiş edirik ki, mülkiyyətçilərin X2 adı və soyadı ölüm şəhadətnaməsində olduğu kimi, X25, İddiaçı isə şəxsiyyət vəsiqəsində olduğu kimi, yəni İddiaçı kimi qeyd edəsiniz. Qeyd: X2 təsərrüfatında Ayaz adını və Yusubov soyadını daşıyan mülkiyyətçi yoxdur və olmamışdır. Astara rayon İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli arayışından müəyyən olunur ki, Suparibağ kənd sakini İddiaçı Ayaz oğluna Komitəsnin 22 aprel 1988-ci il tarixli Qərarı ilə 43.30 kv.m, 0.8 ha torpaq sahəsində yeni ev tikintisindən ötrü icazə verilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh X12 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası Astara Rayon Məhkəməsinin 2(018)-1202/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən əsassız olduğundan rədd edilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)- 1202/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi 30 yanvar 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən X8 adına Astara rayonu, Seləkəran kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixli, 4Ə- 495 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 05 dekabr 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X21 və X6 rayonu Seləkəran kəndi ərazisində yerləşən fərdi yaşayış evini X12 bağışlamışdırlar. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu Seləkəran kəndi ərazisindən X8 adına ümumi sahəsi 224.6 kv.m olan daşınmaz əmlak və 0.218455 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Astara rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(018)-825/2016 nömrəli qətnaməsindən görünür ki, Astara rayon İcra Hakimiyyəti başçısının 03 dekabr 2010-cu il tarixli, 150 saylı sərəncamının, torpaq sahəsinin planı və ölçüsünün, həmçinin evə dair cizgi planının X27 adına qeydə alınmış sənədlərinin, yəni hüquq müəyyənedici sənədlərin X17 məxsus olması faktı müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Astara Rayon Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 267 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayon dövlət notariat ofisində xx.xx.2016-cıil tarixdə təsdiq edilmiş və reyestrdə 4Ə-495 nömrə ilə qeyd olunmuş daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi zamanı İddiaçı bağışlanılan əmlak üzrə mülkiyyətçi və ya qeydiyyatçı olmadığından onun barəsində hər hansı bir notariat hərəkəti aparılmamışdır. Vətəndaşların Xüsusi Mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 176-cı sırada X46, X28, X38, X33, X21, X34, X13, X29, X14 adları və qanuni istifadələrində olan torpaq sahəsi 0.34 ha, dövlət aktının nömrəsi 108 kimi qeyd olunmuş və 178-ci sırada İddiaçı Ayaz oğlunun adı qeyd olunaraq qanuni istifadəsində olan torpaq sahəsi 0.06 ha kimi göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə icraata qəbul edilmiş, lakin torpaq sahəsinin istifadəçiliyində mövcud mübahisə səbəbindən ərazidə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Bununla əlaqədar bildiririk ki, mövcud mübahisə səbəbindən ərazidə müvafiq ölçü işlərinin aparılması üçün şərait yaradılacağı təqdirdə və ya sözügedən inzibati iş üzlə məhkəmə ekspertizası təyin olunacağı təqdirdə mütəxəssislər tərəfindən iddiaçının və adıçəkilən üçüncü şəxsin iştirakı ilə müvafiq araşdırmalar aparıldıqdan sonra məsələyə müvafiq münasibətin bildirilməsi təmin ediləcəkdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 10/5431 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2864/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********01- 10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X8 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990cı il tarixli, 902 saylı əmri ilə İddiaçı atası X27 istifadəsində olan 0.26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu akta dair) inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması, xüsusilə də torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəblərindən həmin 0.08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2864/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********01- 10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tertib olunmuş) əsasən X8 mülkiyyətində olan Astara rayonu, Selakaran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin hal-hazırda hüquqi statusunun xüsusi mülkiyyətə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990-cı il tarixli, 902 saylı əmri ilə İddiaçı atası X27 istifadəsində olan 0,26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini va döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən 0,08 ha torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin (iddia olunan faktiki koordinatlarına uyğun) hal-hazırda 0,0755 ha hissəsinin hüquqi statusunun xüsusi mülkiyyətə (X8 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən), 0,0045 ha hissəsinin isə hüquqi statusunun bələdiyyə mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2864/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********01- 10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tertib olunmuş) esasən X8 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin faktiki olaraq X8 istifadəsində olması müəyyən olunmuşdur. Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990cı il tarixli, 902 saylı əmri ilə İddiaçı atası X27 istifadəsində olan 0.26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən 0.08 ha torpaq sahəsinin iddia olunan vəziyyətdə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin (iddia olunan faktiki koordinatlarına uyğun) faktiki olaraq X8 istifadəsində olması müəyyən olunmuşdur. Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990-cl tarixli, 902 saylı əmri ilə İddiaçı atası X30 istifadəsində olan 0.26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Qeyd olunan torpaq sahələrinin faktiki koordinatlarının başqa torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2864/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990-cı il tarixli, 902 saylı əmri ilə İddiaçı atası X27 istifadəsində olan 0.26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən 0.08 ha torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və 0.08 ha torpaq sahəsinin (iddia olunan faktiki koordinatlarına uyğun) 0,0755 ha hissəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********01-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X8 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0,218455 ha torpaq sahəsinin koordinatları ilə və 0.0045 ha hissəsinin isə X8 faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********01-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X8 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0,218455 ha torpaq sahəsinin və Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990-cı il tarixli, 902 saylı əmri ilə İddiaçı atası X27 İstifadəsində olan 0,26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinin (iddia olunan faktiki koordinatlarına uyğun) koordinatlarının mövcud baza məlumatlarına əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2864/2025 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki vəziyyətdə iddia etdiyi 0.08 ha torpaq sahəsinin 0.0755 ha hissəsinin koordinatlarının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa və **********01-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X9 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. İddia edilen 0.08 ha torpaq sahəsinin bütövlüklə X9 faktiki istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2864/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********01- 10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X9 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədləri ilə müəyyən olunmuş ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990-cı il tarixli, 902 saylı əmri ilə İddiaçı Ayazuila oğlunun atası X27 istifadəsində olan 0.26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümüknü olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********01-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X8 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evlərinin və qeyri-yaşayış tikilisinin mövcud olması müəyyən olunmuşdur. İddiaçı Ayazuila oğlunun faktiki vəziyyətdə iddia etdiyi 0.08 ha torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması, çoxillik meyvə ağaclarının mövcud olması müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Məhkəmə müəyyən edir ki, X40 kitabında xx.xx.2009-cu il tarixdə, 47 nömrə ilə uçota alınmış A № 108914 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 18 nömrəli qərarı ilə X32 2184.55 kv.m həyətyanı torpaq sahəsi ayrılmış və Astara rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 150 saylı sərəncamından çıxarışdan görünür ki, Seləkəran kənd sakini X32 istifadəsində olan 0,22 ha torpaq sahəsində yeni fərdi yaşayış evinn tikintisinə icazə verilmiş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Astara rayonu Seləkəran kəndi ərazisindən X10 adına ümumi sahəsi 224.6 kv.m olan daşınmaz əmlak və 0.218455 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Məhkəmə müəyyən edir ki, 18 fevral 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 16 dekabr 2014-cü il tarixdə vəfat etmişdir. Ər-Arvadın Ümumi Əmlakındakı paya Sağ Qalmış ərə (arvada) verilən xx.xx.2016cı il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X5 qalmış arvadı X16 onların birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsində mülkiyyət hüququ vardır. xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X10 vərəsələri-arvadı X26, oğlu X20 və qızı X21 miras əmlakdan bərabər hissələrdə irs almışlar. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Astara rayonu Seləkəran kəndi ərazisində X8 və digərlərinin adına ümumi sahəsi 224.6 kv.m olan daşınmaz əmlak və 0.218455 ha torpaq sahəsi paylı şəkildə qeydiyyata alınmışdır. 05 dekabr 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X21 və X6 rayonu Seləkəran kəndi ərazisində yerləşən fərdi yaşayış evini X12 bağışlamışdırlar və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Astara rayonu Seləkəran kəndi ərazisində X8 adına ümumi sahəsi 224.6 kv.m olan daşınmaz əmlak və 0.218455 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, Astara rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 398 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Astara rayon Azərbaycan SSR-nin 50 illiyi adına sovxozunun 11 dekabr 1990-cı il tarixli, 902 saylı əmrdən çıxarış, Astara rayon Seləkəran kənd sakini X27 istifadəsində olan 0.26 ha həyətyanı torpaq sahəsindən 0.08 ha həyətyanı torpaq sahəsi yeni ev tikmək məqsədi ilə oğlu İddiaçı Ayaz oğluna verilmişdir. İddiaçının hazırki halda hüquqi marağı 902 saylı əmrlə ona təhkim olunan 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Həmin tələblə o, cavabdeh inzibati orqana müraciət etmiş və tələbinin təmin edilməsindən imtina edilmişdir. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından eksperiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 10/5431 nömrəli ekspert rəyində bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2864/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********01- 10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X8 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990cı il tarixli, 902 saylı əmri ilə İddiaçı atası X27 istifadəsində olan 0.26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu akta dair) inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması, xüsusilə də torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəblərindən həmin 0.08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. X1 mülkiyyətində olan Astara rayonu, Selakaran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin hal-hazırda hüquqi statusunun xüsusi mülkiyyətə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990-cı il tarixli, 902 saylı əmri ilə İddiaçı atası X27 istifadəsində olan 0,26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini va döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən 0,08 ha torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin (iddia olunan faktiki koordinatlarına uyğun) hal-hazırda 0,0755 ha hissəsinin hüquqi statusunun xüsusi mülkiyyətə (X8 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən), 0,0045 ha hissəsinin isə hüquqi statusunun bələdiyyə mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. X8 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin faktiki olaraq X8 istifadəsində olması müəyyən olunmuşdur. Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990cı il tarixli, 902 saylı əmri ilə İddiaçı atası X27 istifadəsində olan 0.26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən 0.08 ha torpaq sahəsinin iddia olunan vəziyyətdə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin (iddia olunan faktiki koordinatlarına uyğun) faktiki olaraq X8 istifadəsində olması müəyyən olunmuşdur. Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990-cl tarixli, 902 saylı əmri ilə İddiaçı atası X27 istifadəsində olan 0.26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Qeyd olunan torpaq sahələrinin faktiki koordinatlarının başqa torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Sözügedən 0.08 ha torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və 0.08 ha torpaq sahəsinin (iddia olunan faktiki koordinatlarına uyğun) 0,0755 ha hissəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********01-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X8 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0,218455 ha torpaq sahəsinin koordinatları ilə və 0.0045 ha hissəsinin isə X8 faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********01-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X8 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0,218455 ha torpaq sahəsinin və Astara rayon Azərbaycan SSR-nin 50 illik adına sovxozunun 10 dekabr 1990-cı il tarixli, 902 saylı əmri ilə İddiaçı atası X27 İstifadəsində olan 0,26 ha həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinin (iddia olunan faktiki koordinatlarına uyğun) koordinatlarının mövcud baza məlumatlarına əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçı faktiki vəziyyətdə iddia etdiyi 0.08 ha torpaq sahəsinin 0.0755 ha hissəsinin koordinatlarının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa və **********01-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X9 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. İddia edilen 0.08 ha torpaq sahəsinin bütövlüklə X9 faktiki istifadəsində olması müəyyən olunmuşdur. X8 mülkiyyətində olan Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 0.218455 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evlərinin və qeyri-yaşayış tikilisinin mövcud olması müəyyən olunmuşdur. İddiaçı Ayazuila oğlunun faktiki vəziyyətdə iddia etdiyi 0.08 ha torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması, çoxillik meyvə ağaclarının mövcud olması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları mövcud olmadığından və naturada da yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə iddiaçının iddia etdiyi həmin torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən, 3-cü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyünə və faktiki olaraq da 3-cü şəxsin istifadəsində olduğuna görə iddia tələbinin təmin edilməsi mümkün hesab edilə bilməz. Belə olan halda iddiaçı ilk öncə mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün inzibati orqana müraciət etməlidir. Həmçinin iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahələrinə dair çıxarışın və ya çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədləri aidiyyəti üzrə məhkəmədə mübahisələndirə ilər. Əgər torpaq sahələrinin mülkiyyət hüququnu təsdiq edən sənədlərdə deyil, fiziki ölçülərdə üstüstə düşmə mövcuddursa, o halda plan-ölçü sənədini üst-üstə düşən hissədə mübahisələndirə bilər. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya müxtəlif tarixlərdə hüquqi yardım məktubları ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə işin faktiki və hüquqi əsaslarına istinadən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-606/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-606/2025
19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver