Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-607/2022 13.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 iyun 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edildiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “işlədiyi illərin və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Salyan rayonunun, Qaraçala kəndində anadan olmuşdur. Lakin hal-hazırda Şirvan şəhərində yaşayır. O, xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi işləməklə, ümumi 23 il 11 ay 03 gün əmək stajı vardır. xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə qulluq etmişdir. Belə olan halda onun xx.xx.2006-cı il tarixə kimi ümumi əmək sığorta stajı 26 il 19 gün təşkil edir. Həmin əmək stajının xx.xx.1982-xx.xx.2002-ci ilə kimi "xxxx" İB-nin İstehsalat Təmir Müəssisəsinin Əli Bayramlı sahəsinin “qazan-turbin avadanlığlarının təmiri sahəsində “çlingər” və “qazla kəsici” və xx.xx.2002-xx.xx.2006-cı il tarixə kimi “Əli Bayramlı DRES”-də “təmir quraşdırma sexi”ndə “qazan avadanlıqlarının təmiri üzrə çlingər” peşələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, hesab edir ki, ona xx.xx.2018ci il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. Onun xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının Xİİİ. ELEKTRİK STANSİYALARİ, ENERJİQATARLARİ, BUXAR GÜC TƏSƏRRÜFATİ: “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (2140000a—18455)” və XXXİİİ. ÜMUMİ PEŞƏLƏR: “qazla kəsicilər (23200000—11618)” koduna əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. O, cavabdeh ƏƏSMN-nin yanında DSMFnun XŞT üzrə MF-na xx.xx.2021-ci il tarixli ərizə və ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, hərbi biletin notarial təsdiq edilmiş sürətini və güzəştli arayışı əlavə etməklə müraciət edərək, xx.xx.2018-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial isə ona fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən pensiyanın təyin edilməsinin mümkünsüz olduğunu bildirməklə imtina verilmişdir. Lakin hesab edir ki, cavabdehin məktubunu imtina kimi qiymət vermək olar və “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafiq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Belə ki, Azərbaycan Respublikası DSMF tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. Göründüyü kimi onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2018-ci il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasına əsasən onun əmək stajının güzəştli iş stajı olması barədə heç bir münasibət bildirmədiyindən, hesab edir ki, o hallara dair hər hansı bir mübahisə yoxdur və hesab edir ki, cavabdeh onun güzəştli iş stajının olmasını qəbul edir. Lakin hesab edir ki, cavabdehin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmasına əsasən pensiya təminatına imkan vermədiyini bildirməsi əsassızdır. Çünki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsində cavabdehin qeyd etdiyi hallar öz əksin tapsa da, lakin həmin Qanununun 9.8-ci bəndində güzəştli pensiyanın təyin edilməsi üçün yalnız yaşa və staja əsasən müəyyən edildiyi görünür. Belə çıxır ki, Qanunun da bir maddəsində bir bənddəki müddəalar digər bənddəki müddəalarla güzəştli pensiya təminatının tətbiqi baxımından bir-birinə ziddiyət təşkil edir. Belə olan halda “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsi onun və onun kimi digər zərərli və ağır işlərdə çalışmış şəxslərin sosial təminat hüququnu məhdudlaşdırır. Bu da konstitusion baxımından onun pensiya təminatından istifadə etmək və ondan yararlanması baxımından hüququnu pozur və hesab edir ki, konstitusiya ali yüksək normativ akt olduğundan digər normativ aktlardan qanunvericiliyin vətəndaşların vəziyyətinin ağırlaşdırılmasma xidmət etməməli, əksinə hər bir halda vəziyyətinin yaxşılaşdırılmasına qulluq etməlidir. Ona görə də qeyd edilən dəyişikliklər ona münasibətdə tətbiq edilməməli və onun eyni zamanda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011 -ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarın tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləməklə ümumi 23 il 11 ay 03 gün əmək stajı olduğunu, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olduğunu, ümumilikdə xx.xx.2006-cı il tarixədək ümumi əmək stajının 26 il 19 gün təşkil etdiyini, xx.xx.1982-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" İB-nin İstehsalat Təmir Müəssisəsinin Əli Bayramlı sahəsinin “qazan-turbin avadanlıqlarının təmiri sahəsində “çilingər”, “qazla kəsici” və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Əli Bayramlı DRES”-də “təmir quraşdırma sexi”ndə “qazan avadanlıqlarının təmiri üzrə çilingər peşələrində işlədiyini, işlədiyi vəzifələr ağır olduğundan ona xx.xx.2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğunu göstərmişdir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 43200,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 19995,22 manat təşkil etdiyini, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş verindən asılı olmayaraq yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sıqortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin islərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin islərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən islərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır islərdə çalısan 57 yası tamam olmuş kişilərin güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ var. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. İddiaçı məxsus ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş l/İT-l № ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materillarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 01-7P/1060 nömrəli güzəştli arayışında İddiaçı xx.xx.1982ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azbaşenerji” X1 Təmir müəssisəsinin Əli-Bayramlı sahəsinin Qazan-Turbin Avadanlığının təmiri sahəsində çilingər, qaz ilə kəsici işlədiyi, daha sonra öz xahişi ilə isdən azad olunduğu və güzəştli pensiya üçün stajının 19 il 09 ay 05 gün təşkil etdiyi qeyd olunmuşdur. İs üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC “X5 Stansiyası” MMC-nin xx.xx.2018-ci il tarixli, 20/206/17/375 nömrəli arayışında İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X5 Stansiyası” MMC-də (Əli-Bayramlı DRES-də) Təmir quraşdırma sexində qazan avadanlıqlarının təmiri üzrə çilingər işlədiyi, xx.xx.2022-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “X5 Stansiyası” MMC-də (Əli-Bayramlı DRES-də) Qazan avadanlıqlarının təmiri sexində qazan avadanlıqlarının təmiri üzrə çilinqər işlədiyi həmin vəzifənin “Güzəştli şərtlərlə yasa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında 24. Elektrik stansiyaları, eneji qatarları, buxar və güc təsərrüfatı bölməsində 144-cü səhifənin 3-cü xanasında qeyd edildiyi kimi elektrik çilingərləri bəndinə uyğun gəldiyi qeyd olunmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə xx.xx.2018-ci il tarixdə çatmışdır. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin olunması üçün əsas şərtlərdən biri kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli olması geyd olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd olunmuşdur. Qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 43200,00 manat olmalıdır. Lakin, İddiaçı fərdi hesabının sığorta hissəsində geydə alınmış pensiya kapitalı 19995,22 manatdır. Yuxarıda istinad olunan ganunvericilik aktlarının qarşılıqlı təhlili və isin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı fərdi hesabının sığorta hissəsində geydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ganunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, İT № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, xx.xx.1982-ci il tarixli, 105-ok nömrəli əmrlə Əli-Bayramlı qazan-truba avadanlıqlarının sahəsinə qazan sexlərinin avadanlığının təmiri üzrə ikinci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 88-ok nömrəli əmrlə həmin sahədə qazan sexlərinin avadanlığının təmiri üzrə çilingərə üçüncü dərəcə verilmiş, xx.xx.1984-cü il tarixli, 35-ok nömrəli əmrlə həmin sahədə qazan sexlərinin avadanlığının təmiri üzrə çilingərə dördüncü dərəcə verilmiş, xx.xx.1986-cı il tarixli, 02-1 saylı əmrlə həmin sahədə qazan sexlərinin avadanlığının təmiri üzrə çilingərə beşinci dərəcə verilmiş, xx.xx.1988-ci il tarixli 507 nömrəli əmrlə "xxxx" İstehsalat-təmir Müəssisəsi ləğv edilərək "xxxx" İstehsalattəmir Müəssisəsinə çevrilmiş, xx.xx.1987-ci il tarxili, 33-1 saylı əmrlə ikinci peşə əldə edilib: ikinci dərəcəli qazla kəsən. xx.xx.1993-cü il tarixli, 29 nömrəli əmrlə "xxxx" İB İTM "xxxx" DŞ-nin əmri ilə xx.xx.1993-cü ildən "xxxx" DŞ İTM adlandırılıb. xx.xx.2002-ci il tarixli, 28-kş saylı əmrlə Azərbaycan Respublikasının Əmək Qanunu Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2020-ci il tarixli, 07n/23 nömrəli əmrlə Təmirquraşdırma sexinə Qazan avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixli, 799 nömrəli əmrlə "xxxx" ASC-nin Prezidentinin idarəetməni təkmilləşdirmək məqsədi ilə 10 dekabr 2002-ci il tarixdə Əli Bayramlı DRES-in yeni təşkilat strukturunun təsdiqi ilə əlaqədar 787 saylı xx.xx.2002-ci il tarixli Əmrlə TQŞ ləğv edildiyi üçün yeni yaradılmış Qazan Avadanlıqlarının təmiri sexinə qazan avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.2006-cı il tarixli, 39-y saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. İş materiallarında olan NZ-4251435 saylı hərbi biletdən görünür ki, İddiaçı 14 may 1980-ci il tarixdən 15 iyun 1982-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 01- ZP/1060 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci ildən (Əmr № 105-ok, xx.xx.1982-ci il) xx.xx.2002-ci ilədək (Əmr № 28-kş, xx.xx.2002-ci il) “Azbaşenerji” X1 Təmir müəssisəsinin Əli-Bayramlı sahəsinin Qazan-Turbin Avadanlığının təmiri sahəsində çilingər, qaz ilə kəsici işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) öz xahişi ilə işdən azad edilmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarının, 24-cü və 35-ci fəsillərinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Güzəştli sahə üçün staj: 19 il 09 ay, 05 gün təşkil edir. Məlumat üçün bildirirlər ki, “Azbaşenerji”in xx.xx.1975-ci il tarixli, 438 №li əmrinə əsasən “Azərenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən İstehsalat Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, AU 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli, AU 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 №-li əmrinə əsasən "xxxx" ASC adlandırılıb. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5 Stansiyası” MMC-nin xx.xx.2018-ci il tarixli, 20/206/17/375 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2002-ci ildən (əmr 07n/23, xx.xx.2002-ci il) “X5 Stansiyası” MMC-də (Əli-Bayramlı DRES-də) Təmir-quraşdırma sexində Qazan avadanlıqlarının təmiri üzrə çilingər işləmişdir. xx.xx.2002-ci ildən (əmr 799, xx.xx.2002-ci il) xx.xx.2006-cı ilə kimi “X5 Stansiyası” MMC-də (Əli-Bayramlı DRES-də) Qazan Avadanlıqlarının təmiri sexində qazan avadanlıqlarının təmiri üzrə çilingər işləmişdir. “Güzəştli şərtlərlə yasa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında 24. Elektrik stansiyaları, eneji qatarları, buxar və güc təsərrüfatı bölməsində 144-cü səhifənin 3-cü xanasında qeyd edildiyi kimi elektrik çilingərləri güzəştli şərtlərlə yasa görə pensiya hüququna malikdirlər. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5 Stansiyası” MMC-nin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 102/02-01-66 saylı məktubunda bildirilmişdir ki, “X5 Stansiyası” MMC-nin istismar müddəti başa çatmış, istehsal fəaliyyəti dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə birlikdə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşdırılmışdır. Bu səbəbdən “X5 Stansiyası” MMC-nin mühüm əhəmiyyət kəsb edən sənədləri Şirvan şəhər arxivinə təhvil verilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 saylı məktubunda aşağıdakılar bildirilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il 5 ay 18 gün, güzəştli iş stajının isə 24 il 6 ay 12 gün olduğu müəyyən edilmişdir. Eyni zamanda bildirirlər ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20683,69 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 685,57 manat olmaqla, cəmi pensiya kapitalı 21369,26 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərc hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olara hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsini hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 25 il 5 ay 8 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 20683,69 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 685,57 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 47760,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 fevral 2021-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərinizə aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19995,22 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1961-ci il tarixdə Salyan rayonu, Qaraçala kəndində doğulmuş, 14 may 1980-ci il tarixdən 15 iyun 1982-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, xx.xx.1982-ci ildən xx.xx.2002-ci ilədək “Azbaşenerji” X1 Təmir müəssisəsinin Əli-Bayramlı sahəsinin Qazan- Turbin Avadanlığının təmiri sahəsində çilingər, qaz ilə kəsici işləmiş və xx.xx.2002-ci il tarixli, 28-kş saylı əmrlə Azərbaycan Respublikasının Əmək Qanunu Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2002-ci ildən “X5 Stansiyası” MMC-də (Əli- Bayramlı DRES-də) Təmir-quraşdırma sexində Qazan avadanlıqlarının təmiri üzrə çilingər işləmiş, eləcə də xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilə kimi “X5 Stansiyası” MMC-də (Əli- Bayramlı DRES-də) Qazan Avadanlıqlarının təmiri sexində qazan avadanlıqlarının təmiri üzrə çilingər işləmiş, xx.xx.2006-cı il tarixli, 39-y saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 91.1-ci maddəsinə əsasən (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 57 yaşı tamam olmalı, xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Cavabdeh də iddiaçının ümumi və güzəştli iş stajının mövcudluğunu qəbul etməklə mübahisələndirmir. Cavabdehin yeganə mübahisələndirdiyi məsələ hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 43200,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19995,22 manat təşkil edir. xx.xx.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt - qanunla müəyyən edilmiş yaş həddinə çatması; ümumi və xüsusi iş stajının olması; fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi mövcud olmalıdır. İddiaçıya münasibətdə isə bu şərtlər tam ödənilmir. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşı tamam olan vaxt güzəştli pensiya hüququ yaranmışdır. Belə olan halda iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb oluna bilməz. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün belə şərt nəzərdə tutmurdu. Odur ki, iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə güzəştli şərtlərlə pensiya hüququnun yaranmadığı barədə cavabdehin imtinası əsaslı sayıla bilməz Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı iş illəri və hərbi xidmət illəri nəzərə almaqla, ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı iş illəri və hərbi xidmət illəri nəzərə almaqla, ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-607/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-607/2022
13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver