Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-607/2024 17.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə anadan olmuş, xx.xx.1975-ci ildən “Azkəndnəqliyyat” Əli Bayramlı kompektasiya bazasında fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1976-cı ildə hərbi xidmətə getməklə bağlı işdən azad edilmiş, xx.xx.1976-xx.xx.1978-ci illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1978-ci ildən yenidən “Azkəndnəqliyyat” Əli Bayramlı kompektasiya bazasında fəhlə vəzifəsinə işə qəbul edilərək əmək fəaliyyətini davam etdirmiş, xx.xx.1988-ci ildən köçürmə qaydasında Bakelektroavtomat zavoduna işə qəbul edilmiş və xx.xx.1988-ci ilə qədər qeyd edilən zavodda işləmişdir. xx.xx.1989xx.xx.1989-cu illərdə Ayna kooperativində sürücü vəzifəsində işləmiş, xx.xx.1989-cu ildən X25 zavodunda fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1994-cü ildən köçürmə qaydasında Əli Bayramlı avtokombinatına sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. xx.xx.2005-xx.xx.2007-ci illərdə X19 ATSC-də sürücü vəzifəsində işləmiş, işlədiyi bütün iş stajı əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktubda sığorta stajının az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan onun xx.xx.1992-xx.xx.1994-cü illərdə X25 zavodunda, xx.xx.1994-xx.xx.2001-ci illərdə Əli Bayramlı avtokombinatda, xx.xx.2005- xx.xx.2006-ci illərdə X19 ATSC-də işlədiyi illəri sığorta stajı kimi nəzərə almamışdır. Halbuki qeyd etdiyi kimi bütün əmək stajı əmək kitabçasında öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı O.M.Hacıyev Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatj,*həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödəniiən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqia) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə /aranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi döviət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin ediiərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta baqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı 19 il 01 ay 28 gündür: xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü, Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən əmək haqqı ödənilən 1992-ci ilin l-Xİİ ayları, 1993-cü ilin l-lll, X-Xİİ ayları, 1994-cü ilin l-lll, V-Vİ, X ayları, 1995-ci ilin lll-V, Vİİİ-İX ayları, 1996-cı ilin İİ, İV, Vİİ, Xİ ayları, 1997-ci ilin İİ, İV, Vl-X ayları, 1998-ci ilin İ ayı, 2001-ci ilin İX ayı, 2005-ci ilin İV-V, Vİİ-İX, Xİİ ayları. Mübahisəli sosial sığorta stajı 07 ildir: Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən Əli-Bayramlı “Araz zavodu”nda və “Nəqliyyat ATSC”də olan əmək fəaliyyəti dövrünə aid əməkhaqqı cədvəllərində 1993-cü il tarixdə 6 ay, 1994-cü il tarixdə 6 ay, 1995-ci il tarixdə 7 ay, 1996-cı il tarixdə 8 ay, 1997-ci il tarixdə 5 ay, 1998-ci il tarixdə 11 ay, 1999-cu il tarixdə 12 ay, 2000-ci il tarixdə 12 ay, 2001-ci il tarixdə 11 ay, 2005-ci il tarixdə 6 ay adına əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən həmin müəssisələrdə əmək haqqı ödənilməyən dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin bildiririk ki, X1 Sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində 2019-cu ilin noyabr ayında 44,98 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği) pensiya kapitalı qeydə alınmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 19 il 28 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 5837,79 manat təşkil edir: (19+28/30gün/12ay) x 306manat=5837,79 xx.xx.2006-cı il tarixədək olan fərdi hesabının sığorta kapitalının xx.xx.2022-ci il tarixə indeksləşdirilmiş məbləği 15512,54 manat, xx.xx.2023-cü il tarixə indeksləşdirilmiş məbləği 17668,78 manat təşkil edir. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı ümumilikdə 19 il 1 ay 28 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Həmçinin onun pensiya Kapitalının xx.xx.2022-ci il tarixə indeksləşdirilmiş məbləği 15552,03 manat, xx.xx.2023cü il tarixə indeksləşdirilmiş məbləği 17713,76 manat (01.01,2006-cı il tarixdən 19 il 28 gün sığorta stajına əsasən 17668,78 manat, 2019-cu il noyabr ayı üzrə 44,98 manat olmaqla) təşkil edir. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırki işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquai şəxs dcvlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Mülki Məcəllənin 48.1-ci maddəyə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Bundan əlavə, hüquqi şəxslərin dövlət qeydiyyatının və reyestrinin həyata keçirilməsi əsaslarını müəyyən edən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Sözügedən normaların dispoziyasından aydın olur ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. Beləliklə, iddiaçı O M.Haciyevin yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimupı məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. İddiaçı X12 “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1957-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1976-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, X18 xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X18 xx.xx.1975-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi X2 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2012-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyinin müddəti bitdiyi üçün ödənişi xx.xx.2021-ci il tarixində dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaoiunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxsiəı də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi əmək kitabçanın və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı ıl tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 19 il 1 ay 28 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 28 gün sığorta stajına uyğun 15506.38 manat, 2019-cu ilin noyabr ayında 39.49 manat olmaqla ümumilikdə 15545.87 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, təqdim etdiyi əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Əli Bayramiı “Araz” zavodunda, xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Şirvan “Nəqliyyat” ATSC-də əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Dövlət X8 xx.xx.2022-ci il tarixli müvafiq məktubuna əsasən Əli Bayramiı şəhər “Araz” zavodunda əmək fəaliyyəti dövründə cəmi 24 ay və Şirvan “Nəqliyyat” ATSC-də əmək fəaliyyəti dövründə cəmi 24 ay əmək haqqı aldığı aylar sığorta stajına daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğundan (VÖEN: **********) ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası “Şirvan-Nəqliyyat” Açıq Səhdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 01/42 nömrəli arayışından görünür ki, X18 həqiqətən xx.xx.1994cü ii tarixində 185 ş/h nömrəli əmrlə Əli-Bayramlı “Araz” zavodundan köçürmə qaydası ilə Əli-Bayramlı Avtokombinatına sürücü işinə qəbul olunmuş, xx.xx.2001-ci il tarixində 41 ş/h nömrəli əmrlə Azərbaycan Respublikasının ƏM-nin 69/1 maddəsinə uyğun olaraq işdən azad olunmuşdur. xx.xx.2005-ci il tarixində 08 ş/h nömrəli əmrlə “Əli-Bayramlı Nəqliyyat” X23 Cəmiyyətində sürücü işinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikasının ƏM-nin 69/1 maddəsinə uyğun olaraq 17 ş/h nömrəli əmrlə işdən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyi “X24” MMC-nin xx.xx.2023-cü il tarixli, 17/25 nömrəli arayışından görünür ki, X18 həqiqətən xx.xx.1989-cu il tarixində 89-k nömrəli əmrlə Əli Bayramlı “Araz” zavoduna sürücülük peşəsinə qəbul edilib, xx.xx.1994-ci il tarixində 65-k nömrəli əmrle köçürülmə yolu ilə işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Şirvan-Nəqliyyat” Açıq Səhdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 01/49 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı X18 xx.xx.1994-ci il tarixindən xx.xx.2001-ci il tarixinə kimi X7 sürücü vəzifəsində çalışmışdır. Sonradan, yenidən xx.xx.2005-ci il tarixində “X19” ATSC-yə sürücü işinə qəbul edilmiş, xx.xx.2007-ci ildə tarixində isə ƏM-nin 69/1 bəndinə uyğun olaraq işdən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-72847/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrü, Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən əmək haqqı ödənilən 1992-ci ilin l-Xİİ ayları, 1993-cü ilin l-lll, X-Xİİ ayları, 1994-cü ilin İ-İİİ, V-Vİ, X ayları, 1995-ci ilin lll-V, Vİİİ-İX ayları, 1996-cı ilin İİ, İV, Vİİ, Xİ ayları, 1997-ci ilin İİ, İV, Vl-X ayları, 1998-ci ilin İ ayı, 2001 -ci ilin İX ayı, 2005-ci ilin İV-V, Vİİ-İX, Xİİ ayları daxil olmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 19 il 28 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı Əli-Bayramlı Araz zavodunda və Nəqliyyat ATSC-də olan əmək fəaliyyəti dövrünə aid əməkhaqqı cədvəllərində 1993- cü il tarixində 6 ay, 1994-cü il tarixində 6 ay, 1995-ci il tarixində 7 ay, 1996-cı il tarixində 8 ay, 1997-ci il tarixində 5 ay, 1998-ci il tarixində 11 ay, 1999-cu il tarixində 12 ay, 2000- ci il tarixində 12 ay, 2001 -ci il tarixində 11 ay, 2005-ci il tarixində 6 ay adına əməkhaqqı hesablanmayıb. Bu səbəbdən həmin müəssisələrdə əmək haqqı ödənilməyən dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin bildiririk ki, X1 sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində 2019-cu ilin noyabr ayında 44,98 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği) pensiya kapitalı qeydə alınmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək 19 il 28 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 5837,79 manat təşkil edir: Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı ümumilikdə 19 il 1 ay 28 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Həmçinin onun pensiya kapitalının xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 15552,03 manat, xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği 17713,76 manat (xx.xx.2006-cı il tarixinədən 19 il 28 gün sığorta stajına əsasən 17668,78 manat, 2019-cu il noyabr ayı üzrə 44,98 manat olmaqla) təşkil edir. İşdə olan Azərbaycan Respublikası Dövlət X8 məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-48-DA-14F/2-244/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı (Şirvan) şəhər “Araz” zavodunun 1993-cü ilin aprel-sentyabr ayları filiala təhvil verilməmişdir. Bu səbəbdən X3 həmin aylar üzrə əmək fəaliyyəti barədə məlumat vermək mümkün olmamışdır. 1994-cü ilin aprel ayı üzrə əmək haqqı hesablama cədvəlində vətəndaşın adı aşkar olunan cədvəlin Filialda mühafizə olunan Əli Bayramlı rayon “Avtomobil Nəqliyyat idarəsi”nin 1995-1998-ci illərə aid “Əli Bayramlı-Nəqliyyat” ATSC-nin və 2001-ci və 2005ci illərə aid əmək haqqı hesablama cədvəllərində seçmə üsul ilə vətəndaşın adı aşkar olunan cədvəllərin müvafiq qaydada təsdiq olunmuş surətlərini təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyi “X24” MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 17/36 nömrəli məktubundan görünür ki, 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra “X24” MMC yenidən faliyyətə başlamışdır. X3 müraciətinə baxılan zaman məlum olmuşdurki Müdafiə Sənayesi Nazirliyi yaradılmasından öncəki sənədlərin arxivə verilib verilməməsi haqqında hec bir məlumat yoxdur. Faktiki olaraq arxiv şöbəsində X3 məlumatlarının mərkəzi arxivə təhvil verilməsi və yaxud hər hansı səbəbdən məhv olması haqqında arxiv məlumatları yoxdur. Sənədlərin arxiv fonduna verilməsi barədə hər hansı bir qeyd aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-72225/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 sisteminin (bundan sonra - MEİS) “Əlillik” altsistemində olan məlumata əsasən İddiaçı ilkin olaraq xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək 1 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Təkrar müayinə nəticəsində adıçəkilən şəxsə xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 1 il müddətinə, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək 1 il müddətinə, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-34/2-787/01-3/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “X24” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 20 may 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-12/2-23413/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “X24" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1998-ci il tarixli D-6 /291 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2005-ci il tarixdə isə ********** saylı VÖEN əsasında vergi uçotuna alınmış “X25 Zavodu”nun hüquqi varisidir. Dövlət reyestrində adıçəkilən hüquqi şəxsin təşkilati-hüquqi forması qeydiyyata alındığı tarixdən etibarən “Digər kommersiya təşkilatı” olaraq qeyd olunmuşdur. Dövlət reyestrində zavodun rəhbəri X4 qeyd olunmuşdur. Məlumat bazasında hüquqi şəxsin (050) 7431143, (055) ******* və (051) ******* telefon nömrələri qeyd edilmişdir. Adıçəkilən hüquqi şəxs hüquqi ünvan olaraq Şirvan şəhəri, ünvan 5ığı tarixdən bu günədək hüquqi şəxs tərəfindən sahibkarlıq fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması ilə bağlı vergi orqanına müraciət olunmamışdır. Vergi ödəyicisinin fəaliyyəti hazırda aktiv vəziyyətdədir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - müəyyən dövrlərdə əmək haqqı almaması; - xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - İddiaçının 25 il ümumi iş stajının toplamaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı təqdim etdiyi hərbi biletinə, əmək kitabçana və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 19 il 1 ay 28 gün təşkil edir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletinin surətindən görünür ki, xx.xx.1976cı ıl tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdən keçmişdir. İddiaçının 02 il 12 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu və əmək fəaliyyətində xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrü, Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən əmək haqqı ödənilən 1992-ci ilin l-Xİİ ayları, 1993-cü ilin l-lll, X-Xİİ ayları, 1994-cü ilin İ-İİİ, V-Vİ, X ayları, 1995-ci ilin lll-V, Vİİİ-İX ayları, 1996-cı ilin İİ, İV, Vİİ, Xİ ayları, 1997-ci ilin İİ, İV, Vl-X ayları, 1998-ci ilin İ ayı, 2001 -ci ilin İX ayı, 2005-ci ilin İV-V, Vİİ-İX, Xİİ ayları daxil olmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 19 il 28 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının yaşa görə əmək pensiya hüququnun ümumi iş stajı əsasında yaranması istisna olunur. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı əsasında yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən etmək zərurətinin yarandığını bildirir və bu hissədə qiymətləndirməni aşağıda göstərilən qanunvericiliyin və normativ hüquqi aktların tələbləri əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasənBu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 34.560 manat təşkil etməlidir. Məhkəmə mübahisənin xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 28 gün sığorta stajına uyğun olaraq 15506.38 manat, 2019-cu ilin noyabr ayında 39.49 manat olmaqla ümumilikdə 15545.87 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. -10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. -27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006- cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) xx.xx.2006-01.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 19 il 28 gün sığorta stajına uyğun olaraq 15506.38 manat, 2019-cu ilin noyabr ayında 39.49 manat olmaqla ümumilikdə 15545.87 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan şərtin ödənilməməsini göstərir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, təkzib olunmazdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin normalarının və formalaşmış məhkəmə təcrübəsinə əsasən əgər şəxsin 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanarsa, bu zaman şəxsin stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyası təyin etmək hüquq olur. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçı bu hüquqa da malik olmamışdır. Belə ki, məhkəmə sorğusuna cavab məktubundan görünür ki, X5 xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiqi istisna olunur. İddiaçının fərdi sahibkar kimi işlədiyi dövrün sığorta stajına daxil edilməsi və bu müddətin ona yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas veribverməməsi istiqamətində dəyərləndirmə aparılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi qanunvericilik hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətinin sığorta stajına daxil edilməsini istisna etmir. İddiaçının ümumi iş stajına gəldikdə isə nəzərə alınmalıdır ki, baxmayaraq 65 yaşı tamam olduğu, yəni xx.xx.2022-ci il tarixə iddiaçının yaşı ilə bağlı şərt ödənilsə də, həmin anda iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödənilməmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən şəxsin yaşa görə əmək pensiya hüququnun yaranması üçün o, qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı, bununla yanaşı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalı və ya pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmalıdır. Göründüyü kimi pensiya kapitalı və ümumi sığorta stajı ilə bağlı şərtlərin bir anda mövcudluğu zəruri deyildir, qanunvericilik bunu vətəndaşın pensiya hüququndan məhrum etməmək üçün seçim olaraq vermişdir. Göründüyü kimi hər iki şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Lakin, hal-hazırki iş üzrə iddiaçının tələb olunan 25 il ümumi iş stajıda tamam olmamışdır. Qeyd olunan şərtin, yəni pensiya yaşına çatma və ümumi iş stajı ilə bağlı şərtin eyni vaxtda ödənilməsi ilə bağlı isə qanunvericiliyinin tələbinin mövcudluğu konkret olmaqla birgə, həmçinin məntiqlidir. Hal-hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının 25 il ümumi stajının olmadığı müəyyən edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 72847/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrü, Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən əmək haqqı ödənilən 1992-ci ilin l- Xİİ ayları, 1993-cü ilin l-lll, X-Xİİ ayları, 1994-cü ilin İ-İİİ, V-Vİ, X ayları, 1995-ci ilin lll-V, Vİİİ-İX ayları, 1996-cı ilin İİ, İV, Vİİ, Xİ ayları, 1997-ci ilin İİ, İV, Vl-X ayları, 1998-ci ilin İ ayı, 2001 -ci ilin İX ayı, 2005-ci ilin İV-V, Vİİ-İX, Xİİ ayları daxil olmaqla xx.xx.2006-cı il tarixinədək ümumilikdə 19 il 28 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı Əli-Bayramlı Araz zavodunda və Nəqliyyat ATSC-də olan əmək fəaliyyəti dövrünə aid əməkhaqqı cədvəllərində 1993- cü il tarixində 6 ay, 1994-cü il tarixində 6 ay, 1995-ci il tarixində 7 ay, 1996-cı il tarixində 8 ay, 1997-ci il tarixində 5 ay, 1998-ci il tarixində 11 ay, 1999-cu il tarixində 12 ay, 2000- ci il tarixində 12 ay, 2001-ci il tarixində 11 ay, 2005-ci il tarixində 6 ay adına əməkhaqqı hesablanmayıb. Bu səbəbdən həmin müəssisələrdə əmək haqqı ödənilməyən dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin bildiririk ki, X1 sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində 2019-cu ilin noyabr ayında 44,98 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği) pensiya kapitalı qeydə alınmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək 19 il 28 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 5837,79 manat təşkil edir: Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı ümumilikdə 19 il 1 ay 28 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Həmçinin onun pensiya kapitalının xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 15552,03 manat, xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği 17713,76 manat (xx.xx.2006-cı il tarixinədən 19 il 28 gün sığorta stajına əsasən 17668,78 manat, 2019-cu il noyabr ayı üzrə 44,98 manat olmaqla) təşkil edir. Məhkəmə arxivdə saxlanılan sənədlərə baxış keçirilməsi məqsədilə məktub ünvanlamış və təqdim edilən sənədlərə baxış keçirilən zaman əmək haqqı almadığı dövrlər üzrə əmək haqqı kitablarının bir hissəsində iddiaçının adı olmadığı, digər hissəsində isə iddiaçının adı olsa da əmək haqqı hissəsi boş buraxıldığı müəyyən edilmişdir. Əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi halı olduğu təqdirdə məhkəmə həmin hal iddiaçının xeyrinə şərh edə bilərdi. İddiaçı qeyd edilən dövrdə işləməsini və əmək haqqı almasını təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Lakin hal-hazırda arxivdə əmək haqqı kitablarının saxlanılması və həmin dövrlər üzrə iddiaçının əmək haqqı almmaması halı üzrə məhkəmə hesab edir ki, inzibati orqanın imtinasısı əsassız hesab etmək olmaz və həmin halı iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilməməlidir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-607/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-607/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver