Məhkəmə qərarları › İş №2-1(120)-608/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-608/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-608/2024 28.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolu ilə “Vətəndaşların mənzil qeydiyyatına götürülməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin bölüşdürülməsi” üzrə Cavabdeh tərəfindən qəbul edilmiş qərarın ona aid olan hissədə mənzil qeydiyyatına götürüldüyü əsası “istefaya buraxılmış hərbi qulluqçu” olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2007-ci il tarixli “Vətəndaşların mənzil qeydiyyatına götürülməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin bölüşdürlməsi” üzrə Neftçala RİH tərəfindən qəbul edilmiş qərarda onun Qarabağ və Əfqanıstan veteranı olaraq mənzil qeydiyyatına götürülüldüyü əsası “yaşa görə ehtiyyata buraxılmış baş gizir” olaraq dəyişdirmə və həmin tarixdən etibarən ödənilməyən mənzil-kirayə haqlarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “Cavabdeh xx.xx.2007-ci il tarixli, 04 saylı iclas proyokolu ilə “Vətəndaşların mənzil qeydiyyatına götürülməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin bölüşdürülməsi” üzrə Cavabdeh tərəfindən qəbul edilmiş qərarın ona aid olan hissədə mənzil qeydiyyatına götürüldüyü əsası “istefaya buraxılmış hərbi qulluqçu” olaraq qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda istefada olan baş gizir rütbəli hərbi qulluqçu olaraq xx.xx.1981-xx.xx.1983-cü illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, xx.xx.1985-xx.xx.1986-cı illərdə müddətdən artıq həqiqi hərbi xidmət və xx.xx.1986-xx.xx.1992ci illərdə gizirlərin həqiqi hərbi xidməti və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.1992-xx.xx.2004-cü illərdə gizirlərin həqiqi hərbi xidmətində olmaqla həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2004-cü ildə baş gizir rütbəsində ehtiyata buraxılmış, Azərbaycan Respublikasının Müharibə Veteranı və Əfqanıstan veteranıdır. 2004-cü ildə ehtiyata buraxıldıqdan sonra xx.xx.2007-ci ildə Cavabdehnə müraciət edərək mənzil uçotuna götürülməyi xahiş etmiş, ona əməkdaşlar hər iki imtiyazla növbəyə götürülməyinin mümkünsüz olduğunu və Əfqanıstan və Qarabağ veteranı olaraq növbəyə götürülməyinin münasibliyini mümkünsüz vədlərlə ona təklif etmişlər və savadsızlığından, eyni zamanda gələcəkdə bu istiqamətdə qəbul ediləcək sərəncamın yaradacağı məhdudiyyətlərdən məlumatsız olduğundan bu şərti qəbul etmişdir. Hal-hazırda 16 (on altı) ilə yaxındır ki, mənzillə təmin olunmamış və bu müddət ərzində “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş mənzil-kirayə haqlarının ödənilməsi zərurəti yaranmışdır. Ancaq mənzil uçotuna alındığı əsas bu hüququnu həyata keçirməyə imkan vermədiyi üçün Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli, 087 №li sərəncamı ilə təsdiq edilmiş, onun Qarabağ müharibəsi və Əfqanıstan veteranı olaraq mənzil növbəsinə götürülməyi barədə aktın “yaşa görə ehtiyata buraxılmış baş gizir olaraq” dəyişdirilməsi və həmin tarixdən ona mənzil kirayə haqlarının hesablanması zəruridir. Belə bir faktiki və hüquqi əsasların mövcudluğunu bildiyi tarixdən, xx.xx.2023-cü il tarixdə sözügedən dəyişikliyin edilməsi ilə əlaqədar Cavabdehnə ərizə ilə müraciət etsə də, ərizəsi təmin olunmamış, inzibati orqan tərəfindən həmin dəyişikliyi etməkdən müvafiq səlahiyyətin inzibati orqanın səlahiyyətləri xaricində olması əsası ilə imtina edilmişdir. Həmin imtina cavabını xx.xx.2023-cü il tarixdə almışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədiklərini bildirərək, İddiaçı “xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolu ilə “Vətəndaşların mənzil qeydiyyatına götürülməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin bölüşdürülməsi” üzrə Cavabdeh tərəfindən qəbul edilmiş qərarın ona aid olan hissədə mənzil qeydiyyatına götürüldüyü əsası “istefaya buraxılmış hərbi qulluqçu” olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və iddia tələbi təmin edilməlidir. İş materiallarında olan seriya AZE 13555139 nömrəli, xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuş, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, M/V 018480 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Neftçala rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.2014-ci il tarixli, M/V 083148 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Neftçala rayon hərbi komissarlığının xx.xx.2007-ci il tarixli, 4/572 nömrəli arayışından görünür ki. 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə kimi Əfqanistan Respublikasında beynəlmiləlçi borcunu yerinə yetirmişdir. N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan vətəndaşların mənzil qeydiyyatına götürülməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin bölüşdürülməsi üzrə Rayon İcra Hakimiyyəti başçısı aparatı komissiyasının xx.xx.2007-ci il tarixli, 4 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən “İddiaçı-Kürkəndi kənd sakini, Qarabağ veteranı, işləmir, 5 nəfər ailə tərkibi, İ növbə” Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. İş materiallarında olan Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********61 nömrəli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X6 ilə İddiaçı arasında Neftçala rayonu, Kürkəndi ünvanında yerləşən, ümumi sahəsi 108.5 kv.m, yaşayış sahəsi 64.1 kv.m, yardımçı sahəsi 44.4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini ustafayev Şakir Qüdrət oğlu kirayə vermişdir. İş materiallarında olan Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş Neftçala rayonu Kürkəndi kəndində qeydiyyatda olan X2 xx.xx.2022-ci il tarixli, **********409 nömrəli ərizəsindən görünür ki, İddiaçı ona məxsus olan və Neftçala rayonu, Kürkənd kəndində yerləşən fərdi yaşayış evinə müvəqqəti qeydiyyata düşməsinə razılıq vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, SİİTPŞ-1380 nömrəli məktubundan görünür ki, müraciətində Qarabağ və Əfqanıstan qazisi olmağı ilə bağlı 2007-ci il tarixində Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qeydə alınmağını təsdiq edir. Hazırda şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların mənzil təminatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi tərəfindən növbəiik əsasında həyata keçirilir. İmtiyazlı şəxslərin mənzil uçot qeydiyyatı nəzərə alınmaqla növbəiik əsasında evlə təmin olunması məsələsinə, aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən baxılır. Qarabağ qaziləri üçün mənzil tikintisi və mənzil təminatı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmir. Sizin kateqoriyadan olan imtiyazlı şəxslərin mənzil təminatı gələcəkdə nəzərə alındıqda, müraciətinizə baxılacaqdır. Məlumat üçün bildiririk ki, həqiqi hərbi xidmətdən hərbi rütbəsi ilə ehtiyata buraxılan şəxslərə mənzil verilməsi və ev tikilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyəti daxilində deyildir. Həmin şəxslərin mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kirayə xərclərinin ödənilməsi ilə bağlı müraciətlərinə qanunamüvafiq olaraq baxılır. Müraciətində həmçinin mənzil növbəliliyinin Qarabağ və Əfqanıstan qazisi imtiyazının ehtiyata buraxılan baş gizir imtiyazı kimi dəyişdirilməsini təklif edən şəxsin onun hüquqlarının pozulmasına səbəb olacağını iddia edir. Ehtiyata buraxılan baş gizir kimi arayış təqdim etdiyini və imtiyazlı şəxs kimi mənzil növbəliliyinizin dəyişdirilməməsini bildirir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 172ci maddəsi ilə ehtiyatda olan hərbi vəzifəlilərin yaş dərəcələrinə əsasən gizir və miçmanların ehtiyatda olma son yaş həddi üçüncü dərəcə üzrə 50 yaş götürülür. Həmin Qanunun 173-cü maddəsinə əsasən ehtiyatda olmağın yaş həddini keçmiş hərbi qulluqçular hərbi qeydiyyatdan və hərbi uçotdan çıxarılır və istefaya keçirilirlər. Onun baş gizir kimi ehtiyatda olma yaş həddinin keçdiyi üçün həmin kateqoriya üzrə mənzil növbəliliyinin dəyişdirilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Neftçala rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 78 nömrəli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü istefada olan baş gizir İddiaçı həqiqətən də xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə kimi müddətdən artıq həqiqi hərbi xidmət və xx.xx.1986-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi gizirlərin həqiqi hərbi xidməti və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək gizirlərin həqiqi hərbi xidmətində olmuşdur və Azərbaycan Respublikası Müdafiə Nazirinin 038gm nömrəli xx.xx.2004cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “A” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq baş gizir hərbi rütbəsində ehtiyata buraxılmışdır. xx.xx.2004-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 1ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Həmin Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdən ona mənzil kirayə haqqının verilməsinin bərpa edilməsinə dair müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndinə və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən hesab etmişdir ki, qanunvericilik ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğini və ödənilməsi qaydasını müəyyən etmiş, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış şəxslərə kirayə üçün kompensasiya nəzərdə tutulsada, bu kompensasiya öz arzusu ilə həqiqi hərbi xidmətdən buraxılmış şəxslərə şamil edilməmişdir. Məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci hisəsinə əsasən, səhhətinə (xəstəliyinə) görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən hərbi qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardadında hazırki mübahisənin predmeti ilə eynilik təşkil edən mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Belə ki, qərardadda qeyd edilmişdir ki, tərəf Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun 5 ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında xidmət edibsə bu hüquqdan yararlana bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X3”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərardadından da göründüyü kimi hərbi qulluqçunun müvəqqəti mənzil kirayə pulundan yararlanması üçün üç amil olmalıdır: - Hərbi qulluqçunun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etməsi; - Hərbi qulluqçunun yuxarıda qeyd edilən birinci qrupda qeyd edilən subyektlərin dairəsinə aid edilməsi (xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar) - Hərbi qulluqçunun icra hakimiyyəti orqanında mənzil növbəsinə durması. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 15 ildən artıq həqiqi hərbi xidmət keçdiyi (Rayon İcra Hakimiyyəti başçısı aparatı komissiyasının xx.xx.2007-ci il tarixli, 4 saylı iclas protokolu ilə) müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqi marağının müvəqqəti mənzil kirayə pulundan yararlanması olduğu müəyyən edilir. Lakin bu hüquqdan yararlanmaq üçün əsas üç amil vardır ki, bunlardan birinci və ikinci hal iddiaçı tərəfindən ödənilmişdir və həmin amillər inzibati orqan tərəfindən mübahisələndirilmir. Üçüncü amil isə iddiaçının müvafiq icra hakimiyyət orqanında hərbi qulluqçu kimi mənzil növbəsinə durmasıdır ki, iş materiallarına baxılan zaman müəyyən edilir ki, iddiaçı 30 aprel 2007-ci il arixdə inzibati orqana müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmiş, inzibati orqan isə mənzil növbəsinə götürülmə barədə qərar qəbul etdiyi zaman iddiaçının hərbi qulluqçu kimi xidmətini deyil, Əfqanıstan veteranı olması halını nəzərə almışdır. Lakin qeyd olunan seçim edilən zaman iddiaçının hüquqi mövqeyi nəzərə alınmamış və məlumatlandırılmamışdır. İddiaçı yalnız müvəqqəti mənzil kirayə pulundan yararlanması üçün icra hakimiyyəti orqanına müraciət etdiyi zaman qeyd edilən hallar ona məlum olmuş və təxirə salınmadan tərəfindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, iddiaçının hərbi qulluqçu kimi icra hakimiyyəti orqanında mənzil növbəsinə durması üçün qanunvericilikdə göstərilən tələblər tam ödənilir. Ərizəsinə uyğun olaraq yanlış mənzil növbəsini salınma halı iddiaçının ziyanına şərh edilməməlidir. Qanunvericilikdə yalnız ehtiyata buraxılmış deyil, həmçinin istefaya buraxılmış bütün hərbi qulluqçularında bu hüquqdan yararlanması hallarıda qeyd edilmişdir. Eləcə də, iddiaçının istefaya buraxılmış hərbi qulluqçu kimi bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun istefaya buraxılmış hərbi qulluqçu kimi qeyd edilən hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə iddiaçının hüquqi marağına uyğun olaraq izah edir ki, məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan və Cavabdeh tərəfindən qəbul edilmiş qərarın ona aid olan hissədə mənzil qeydiyyatına götürüldüyü əsası “istefaya buraxılmış hərbi qulluqçu” olaraq qeyd edildikdən sonra müvəqqəti mənzil kirayə pulundan yararlanması üçün Cavabdehnə müraciət edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolu ilə “Vətəndaşların mənzil qeydiyyatına götürülməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin bölüşdürülməsi” üzrə Cavabdeh tərəfindən qəbul edilmiş qərarın ona aid olan hissədə mənzil qeydiyyatına götürüldüyü əsası “istefaya buraxılmış hərbi qulluqçu” olaraq qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolu ilə “Vətəndaşların mənzil qeydiyyatına götürülməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin bölüşdürülməsi” üzrə Cavabdeh tərəfindən qəbul edilmiş qərarın ona aid olan hissədə mənzil qeydiyyatına götürüldüyü əsası “istefaya buraxılmış hərbi qulluqçu” olaraq qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar