Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-608/2025 18.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 saylı qərarının ləğv edilməsi və İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması” tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10), inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılması barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəmənin 2-1(120)-2261/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli Qərarına əsasən İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərardan məlum olur ki, İddiaçı MMC barəsində sözügedən qərarın qəbul edilməsinə səbəb cəmiyyətin rəhbəri X3 riskli vergi ödəyicisi olan "xxxx" MMC-nin rəhbəri olmasıdır. Hesab edir ki, sözügedən qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyindən qeyd olunan qərar ləğv edilməli, eləcə də, sözügedən qərarın qəbul edilməsini şərtləndirən hal aradan qalxdığından İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısmdan çıxarılması barədə qərar qəbul edilməlidir. İlk növbədə bildidir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qərarın yerli vergi orqanı tərəfındən qəbul edilməsi və barəsində inzibati icraat aparılan şəxsə məlumat verilmədən, onun dinlənmə hüququ pozulmaqla inzibati aktın qəbul edilməsi qanunvericiliyin tələbinə ziddir. Eləcə də bildirir ki, xx.xx.2021 -ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsinə” əsasən İddiaçı MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitahndakı 1 payı tam olaraq X1. xx.xx.2022-ci il tarixdə isə İddiaçı MMC-nin ümumi yığıncağının qərarına əsasən X7 müəssisənin rəhbəri təyin edilmişdir. Bundan sonra müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. Beləliklə, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısma daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.7-ci maddəsinə əsasən bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Halhazırda müəssisənin təsisçisi və rəhbəri X6r, o isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi deyildir. Qeyd olunan səbəbdən İddiaçı MMCnin riskli vergi ödəyiciləri siyahısmdan çıxarılması barədə qərar qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən “Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi” ilə bağlı 28 mart 2016-cı il tarixli 089273 nömrəli lisenziya verilmişdir və bu lisenziyaya uyğun olaraq müəssisə tərəfindən bəzi dövlət layihələri çərçivəsində spesifık işlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi ilə İddiaçı MMC arasında bağlanmış S0CAR**********0370861X00044 nömrəli Xidmət müqaviləsinə əsasən müəssisə dövlət əhəmiyyətli layihələrdən olan ölkə ərazisində magistral qaz xətlərində və qaz paylayıcı stansiyalarında əsaslı yenidən qurma işləri cərcivəsində 5 rayonun (Bərdə QPS, Agcəbədi QPS, Tərtər QPS, Allahyarlı QPS, Balaxanı KS) magistiral Qaz xətləri üzərində yeni quraşdırılmış separatorların pasportlaşdırılması, texniki diaqnostikası, hidravlik sınagı, digər texniki yoxlamaların həyata kecirilməsi, Fövqaladə Hallar Nazirliyində qeydiyyatı və istismara yararlılıq haqqında rəylər ilə bağlı işlərin görülməsi öhdəliyini daşıyır. Bildirmək istəyirlər ki, müəssisələri riskli vergilər ödəyicilər siyahısında saxlanıldıgı üçün onlar SOCAR-ın Qaz İxrac İdarəsi qarşısında götürdükləri öhdəlikləri qaz paylayıcı avadanlıqların texniki yoxlamalarını (pasportlaşdırılması, texniki diaqnostikası, hidravlik sınağı, FHN-ə təhvil və digər texniki yoxlamalar) həyata keçirə bilmirlər və nəticədə layihənin təhvil verilməsində ciddi vaxt itkilərinə səbəb olurlar. Əgər magistiral qaz xətlərində yuxarda sadalanan yoxlamalar vaxtında baş tutmayacagı təqdirdə bunun nəticəsi olaraq 5 Qaz paylayıcı stansiyanın qaz təchizatında təbii qaz kəsintilərinə səbəb ola bilərlər. Yoxlanılacaq avadanlıqların son dərəcə təhlükəliliyini nəzərə alaraq bildirmək istəyirlər ki, sınaqların gecikməsi stansiyalarda bədbəxt hadisələrə (partlayış və s.) səbəb ola bilər. Xüsusi olaraq qeyd olunmalıdır ki, Qaz İxrac İdarəsi dəfələrlə onlara yazılı və şifahi şəkildə bildirmişdir ki, avadanlıqların yoxlama vaxtlarının müddəti ötürülür və müəssələrindən ciddi şəkildə tələb edilir ki, dövlət əhəmiyyətli layihənin icrasını başa çatdırsınlar. "İnzibati icraat haqqmda” Qanunun 21.1 -ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il 393 nömrəli Fərmanının 1.12-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1 -ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (üçüncü halda), 33.7- ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50-2.2ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1 -ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1 -ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. Yuxarıda sadalanan xüsusiyyətlərlə bağlı tərəflərindən 25.01.2o22-ci il tarixli, **********141500 nömrəli Qərarın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********426100 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət olunmuş, lakin sonuncunun xx.xx.2022- ci il tarixli, **********859600 nömrəli məktubuna əsasən qərarın ləğv olunmasından imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır. xx.xx.2021-ci il tarixli "Təsis payının alqı-satqısı müqaviləsinə” əsasən "Kran- Servis” MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitalındakı 1 payı tam olaraq X1. xx.xx.2022-ci il tarixdə isə "Kran-Servis” MMC-nin ümumi yığıncağının qərarına əsasən Salmanov Mübariz llham oğlu müəssisənin rəhbəri təyin edilmişdir. Bundan sonra müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. Beləliklə, "Kran-Servis” MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.7-ci maddəsinə əsasən bu "Meyarlar”ın 2.1.1-2.1.5- ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Hal-hazırda müəssisənin təsisçisi və rəhbəri Salmanov Mübariz llham oğludur, o isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi deyildir. Qeyd olunan səbəbdən "Kran-Servis” MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməlidir. Yuxarıda qeyd olunanlarla bağlı bildirirlər ki, Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq risk meyarları əsasında təhlil edilir. X3 rəhbəri və təsisçisi olduğu "İSO GROUP” MMC tərəfindən (VÖEN: **********) aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma halları və riskləri müəyyən edilmiş və yuxarıda qeyd olunan qərar ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1,3.1.1, 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli **********143900 nömrəli riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən X3 rəhbəri və təsisçisi olduğu digər müəssisə "xxxx" MMC (VÖEN: **********) barəsində də "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.7-ci yarımbəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərar çıxarılaraq elektron qutusuna göndərilmişdir. Eləcə də, araşdırma ilə əlaqədar cari ilin 14 mart və 20 aprel tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsində keçirilmiş görüşlərdə cəmiyyətin səlahiyyətli nümayəndəsi kimi əvvəlki rəhbər X3 iştirak etməsi vergi ödəyicisinin rəsmi benefisiarının Salmanov Mübariz llham oğlunun olmadığı ehtimalını yaradır. Həmin görüşlərdə nümayəndə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş və qəbul zamanı ətraflı izahatlar verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120) -799/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qərardan apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-799/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə qərarında göstərilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (hazırki iş üzrə cavabdehin) qərarı əsasında həyata keçirlir. Yəni normanın məzmununa görə vergi ödəyicisi yalnız inzibati orqanın qərarı əsasında riskli vergi ödəyicisi hesab oluna bilər ki, həmin qərar ləğv olunmayana qədər və ya riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə inzibati orqan tərəfindən qərar qəbul edilməyənə qədər vergi ödəyicisi (hazırda iddiaçı) riskli vergi ödəyicilərinin siyahısından çıxarıla bilməz. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********141500 nömrəli 25 yanvar 2022-ci il tarixli qərarından görünür ki, vergi ödəyicisi (iddiaçı) İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi iddiaçının riskli vergi idəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsasında həyata keçirilmişdir. Hazırda iddiaçı riskli vergi idəyicisi hesab edilməsi ilə bağlı cavabdehin qərarı ilə razılaşmır və özünün riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını tələb edir. Belə olduğu halda iddiaçı məqsədinə, hüquqi marağına uyğun həmin əlverişsiz inzibati aktın ləğv edilməsi ilə nail ola bilər. Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirici təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin "yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün yanlış iddia növünün münasibi ilə əvəz olunmasında yardım etməli və iddiaçı üçün açıqaşkar əlverişsiz inzibati akt hesab olunan və riskli vergi idəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilən qərarın ləğv edilməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı idi. Lakin, riskli vergi idəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi ilə bağlı qərarın mövcudluğu cavabdehin etirazında göstərilməsinə (iş vərəqi 33) və surəti iş materiallarında (iş vərəqi 30) olmasına, hətta bu barədə yekun məhkəmə aktında (iş vərəqi 70-71) qeyd edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, iddiaçıya hüquqi marağına uyğun həmin qərarın ləğv edilməsini təklif etməmişdir. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu baxımdan hazırkı iş üzrə isə iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yardım edilərək iddia tələbinin dəyişdirilməsi mahiyyət etibarı ilə mümkün deyildir. Həmçinin, iddianın növünün münasibi ilə əvəz olunması yeni iddia tələbinin meydana çıxması ilə nəticələnəcəkdir ki, həmin iddianın ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi məsələlərinə baxılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən apellyasiya icraatında deyil, birinci insatnsiya məhkəməsində yol veriləndir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1789/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-608/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın ləğv edilməsi və ləğv edilməsi və İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Şirvan İnzibati Məhkəmənin 2-1(120)-608/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə, buraxılmış prosessual müddət iddiaçıya münasibətdə bərpa edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, cavabdeh təşkilatın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********806200 nömrəli məktubuna və ona əlavə olunmuş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********141500 nömrəli qərarına, həmçinin cavabdehin iddiaya qarşı etirazına əsasən X3 rəhbəri və təsisçisi olduğu "İSO GROUP” MMC tərəfindən (VÖEN: **********) aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma halları və riskləri müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.1,3.1.1, 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********143900 nömrəli Qərar çıxarılmışdır. Bununla əlaqədar "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.7-ci yarımbəndinə uyğun olaraq X3 rəhbəri və təsisçisi olduğu "Kran-Servis” MMC-nin də (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərar çıxarılmışdır. İşdə olan “Vergi ödəyicisiııin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********141500 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən, 1. Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "Kran-Servis” MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. İş materiallarına əsasən "Kran-Servis” MMC-nə İqtisadiyyat Nazirliyi tərəfindən "Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi” ilə bağlı 28 mart 2016-cı il tarixli 089273 nömrəli lisenziya verilmişdir və bu lisenziyaya uyğun olaraq müəssisə tərəfindən bəzi dövlət layihələri çərçivəsində spesifık işlər həyata keçirilir. İş materiallarına əsasən, o cümlədən işdə olan Azerbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi ilə "Kran-Servis” MMC arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli S0CAR**********0370861X00044 nömrəli "Xidmət müqaviləsi”nə əsasən müəssisə dövlət əhəmiyyətli layihələrdən olan ölkə ərazisində magistral qaz xətlərində və qaz paylayıcı stansiyalarında əsaslı yenidən qurma işləri cərcivəsində 5 rayonun (Bərdə QPS, Agcəbədi QPS, Tərtər QPS, Allahyarlı QPS, Balaxanı KS) magistiral Qaz xətləri üzərində yeni quraşdırılmış separatorların pasportlaşdırılması, texniki diaqnostikası, hidravlik sınagı, digər texniki yoxlamaların həyata keçirilməsi, Fövqaladə Hallar Nazirliyində qeydiyyatı və istismara yararlılıq haqqında rəylər ilə bağlı işlərin görülməsi öhdəliyini daşıyır. Müəssisənin riskli vergi ödəyicilərinin siyahısında saxlanılması onun SOCAR-ın Qaz İxrac İdarəsi qarşısında götürdüyü öhdəliklərin icrasının vaxtında təmin etməsində çətinliklər yaratmaqla qarşı tərəfdə haqlı narazılıqların yaranmasına səbəb olmuşdur. İş materiallarına, o cümlədən işdə olan xx.xx.2021 -ci il tarixli "Təsis payının alqısatqısı müqaviləsinə” və 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, **********795200 nömrəli çıxarışa əsasən İddiaçı MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitahndakı 1 payı tam olaraq X2, xx.xx.2022-ci il tarixdə "Kran-Servis” MMC-nin ümumi yığıncağının qərarına əsasən X7 müəssisənin rəhbəri təyin edilmiş, bununla əlaqədar müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. İş materiallarına əsasən iddiaçı qeyd olunanların nəzərə alınaraq xx.xx.2022-ci il tarixli **********141500 nömrəli Qərarın ləğv edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, lakin vergi orqanının xx.xx.2022-ci il tarixli **********859600 nömrəli məktubuna əsasən qərarın ləğv olunmasından imtina edilmişdir. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022ci il tarixli, **********795200 nömrəli çıxarışa əsasən "Kran-Servis” MMC- nin (VÖEN: **********) hazırki qanuni təmsilçisi X6r. Cavabdeh təşkilatın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********806200 nömrəli məktubdan və ona əlavə olunmuş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarından görünür ki, "Kran- Servis” MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinə yeganə səbəb həmin vaxt cəmiyyətin rəhbəri olmuş X3 təsisçisi və rəhbəri olduğu, riskli vergi ödəyicisi olan digər müəssisənin, yəni "İSO GROUP” MMC-nin rəhbəri olması olmuşdur. "Kran-Servis” MMC tərəfindən aparılmış əməliyyatlar zamanı vergidən yayınma hallarının və risklərinin müəyyən edilməməsini, iddiaçının fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci və 3-cü bəndlərində təsbit olunmuş meyarların mövcud olmamasını, həmçinin "Kran-Servis” MMCnin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısma daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasın aradan qalxmasını, yəni hal- hazırda müəssisənin təsisçisinin və rəhbərinin X4 olduğunu, onun isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olmadığını nəzərə alaraq iddiaçının "Kran-Servis” MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə iddia tələbi məhkəmə tərəfindən əsaslı hesab edilir. Lakin iş materiallarına, o cümlədən xx.xx.2021 -ci il tarixli "Təsis payının alqı-satqısı müqaviləsinə”, "Kran-Servis” MMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına və 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********795200 nömrəli çıxarışa əsasən "Kran-Servis” MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın qəbul edilməsini şərtləndirən hal aradan qalxmışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Hazırkı iş üzrə cavabdeh vergi orqanı, yuxarıda qeyd edildiyi kimi, iddiaçı barəsində riskli vergi ödəyicisi hesab etmiş və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 saylı qərar qəbul etmişdir. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın ləğv edilməsini tələb edir, həmin qərarda göstərilənlərlə razılaşmadığını və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia edərək onu mübahisələndirir və bununlada şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olmak istəyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən, vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (AR-nın VM-nin 3.1; 3.8; 3.11-ci maddələri). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən, Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyicilər tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Göründüyü kimi, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin “Vergi ödəyisicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********663900 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 2.1.1, 2.1.6-ci bəndlərində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.1, 2.1.6-ci bəndlərinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul edə bilər:
1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə;
2. Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə. Maddə 103. Vergi ödəyiciləri. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il 393 nömrəli Fərmanının 1.12-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1 -ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (üçüncü halda), 33.7- ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1 -ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1 -ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təsdiq edilmiş hüquqi şəxs haqqında məlumat və digər sənədlərə əsasən, İddiaçı (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********141500 saylı qərarının qəbul edilməsini şərtləndirən hal aradan qalxmışdır. Məhkəmə İddiaçı tərəfindən aparılmış əməliyyatlar zamanı vergidən yayınma hallarının və risklərinin müəyyən edilməməsini, iddiaçının fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci və 3-cü bəndlərində təsbit olunmuş meyarların mövcud olmamasını, həmçinin İddiaçı riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısma daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasın aradan qalxmasını, yəni hal- hazırda müəssisənin təsisçisinin X4 olduğunu, onun isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olmadığını nəzərə alaraq, İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə iddia tələbini əsaslı hesab edir. Riskli vergi ödəyicisinin əməliyyatlarını riskli hesab edən zaman müəssisənin riskliliyini cavabdeh inzibati orqan müşahidə etməli, inzibati orqan tərəfindən hər hansı şübhəli hal müəyyən edildikdə operativ nəzarət qaydasında akt tərtib etməlidir. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatın həqiqətən həyata keçirildikdə buna dair əsaslı sübutlar təqdim edilməlidir, iddiaçı barəsində vergi orqan tərəfindən əvvəllər keçirilmiş verilən səyyar yoxlaması və digər aktlarda əmtəəsiz əməliyyatların həyata keçrilməsi barədə məlumatlar qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;[348] 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Cavabdeh inzibati orqan tərəfindən operativ nəzarət qaydasında yerində obyektlərə baxış keçirilməsi, istehsalat həcminin müəyyən edilməsi üzrə hüquqlarından qanuna müvafiq olaraq isifaə etməmiş və qanunun tələblərinə əsasən, inzibati orqanın üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Belə ki, cavabdeh inzibati orqan inzibati icraat qaydasında həmin risklilik əlamətləri üzrə irəli gələn halları araşdırmalı, hasilatla məşğul olan müəssisəyə aldığı mal ilə satdığı arasında miqdar fərqi qoymalı deyildir. Həmçinin vergi orqanı operativ nəzarət qaydasında müşahidə keçirərək qum-çınqıl hasilatı aparılan obyektlər üzrə müəssisələrin və obyektlərin gücünü, onların hasilatını müəyyən etmək imkanı olduğu halda heç birini həyata keçirməmiş, alış-satış üzrə fərqlərin mövcud olduğuna istinad etmişdir. Müəssisə faktiki olaraq vergi uçotuna almışdır və bu zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30-34-cü maddələrinin tələblərinə riayət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 544/2024 xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir: “Məhkəmə kollegiyası cavabdehin belə bir dəlili ilə razılaşır ki, “...vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olması barədə” qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir”. Bununla yanaşı, xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında əməliyyatın həqiqətən də əmtəəsiz baş verdiyi (bunun, vergi ödəyiciləri üçün əhəmiyyətli hüquqi nəticələr yaratması nəzərə alınmaqla) mötəbər sübutlarla təsdiqini tapmalıdır. Həm də nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir Ali Məhkəmənin oxşar mübahisə üzrə əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. 70. (Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında “Riskli vergi ödəyicisi” konsepsiyası və Riskli və (ya) əmtəəsiz əməliyyatların hüquqi nəticələr dəqiq və aydın izah edilmişdir VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hərkəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1 -ci maddəsi). Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərəəsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 saylı qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar (yoxlama aktı) qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. “İnzibati icraat” haqqında Qanunun 24.1-ci maddəsinə görə, İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 saylı qərarının ləğv edilməli və İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 saylı qərarı ləğv edilsin və İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim Amilya Hüseynova