Məhkəmə qərarları › İş №2-1(120)-609/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-609/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-609/2024 08.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü yaşa görə sosial müavinət alır. Ona yaşa görə əmək pensiyası almaq üçün qanunda nəzərdə tutulmuş 25 ildən artıq əmək stajım vardır. Onun əmək kitabçasında olan iş illəri, hərbi xidmətdə olduğu dövr və əyani təhsil aldığı illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası almam üçün qanunda nəzərdə tutulmuş 25 ildən çox əmək stajı vardır. Yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, ona Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən imtina məktubu verilərək bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçana, hərbi biletinə, diplomuna və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil dövrü və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 10 il 10 ay 18 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 8713,50 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 82,42 manat olmaqla, ümumilikdə 8795,92 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçanda qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. 2 saylı Şirvan-Salyan regional filialının müvafiq aktına və X10 Filialının müvafiq arxiv arayışına əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “X13 Emalı” ASC-nin 1978-ci ilə aid əmr kitabları Dövlət Arxivinə təhvil verilməmişdir. xx.xx.1978-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək əmək haqqı alıb-almamağını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməyib. Eyni zamanda əmək haqqı cədvəllərinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, 1991, 1992, 1993, 1995-ci illər üzrə bütün aylar, 1994-cü il üzrə 10 ay, 1996-cı il üzrə 1 ay, 1999-cu il üzrə 8 ay, 2000-ci il üzrə 11 ay, 2001-ci il üzrə 7 ay əmək haqqı ödənilmişdir. Bu səbəbdən yalnız əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və qanunla nəzərdə tutulan sığorta stajınız (25 il) olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajını qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Bildiririk ki, X1 Sisteminin Yoxlamalar altsistemi proqram təminatına əsasən xx.xx.2017-ci il tarixindən adına aktiv əmək müqaviləsi (işəgötürən: X9) olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Onun yaşa görə əmək pensiyası almağı üçün əmək stajı var. Qeyd etdiyi iş stajını təsdiq edən bütün sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının etdiyi imtina tam əsassız və qanunsuzdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 1.1ci maddəsinə əsasən bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması (Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə-pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş stajını təsdiq edən sənəd (sosial sığorta) və s. sənədlər təqdim olunur. Onun əmək stajını, hərbi xidmətdə olduğu və təhsil aldığı illər nəzərə alınaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2022ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletin, diplomun surətlərinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil dövrü və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 10 il 10 ay 18 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 8713,50 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 82,42 manat olmaqla, ümumilikdə 8795,92 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhələr olduğundan araşdırılması zərurəti yaranmışdır. 2 saylı Şirvan-Salyan regional filialının müvafiq aktına və X10 Filialının müvafiq arxiv arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X13 Emalı” ASC-nin 1978-ci ilə aid əmr kitabları Dövlət Arxivinə təhvil verilməmişdir. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək əməkhaqqı alıb-almamadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Eyni zamanda əməkhaqqı cədvəllərinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1991, 1992, 1993, 1995-ci illər üzrə bütün aylar 1994-cü il üzrə 10 ay, 1996-cı il üzrə 1 ay, 1999-cu il üzrə 8 ay, 2000-ci il üzrə 11 ay, 2001 -ci il üzrə 7 ay əməkhaqqı ödənilmişdir. Bu səbəbdən yalnız əməkhaqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qeyd olunan norma öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında da tapmışdır. Belə ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7- ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və isdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, Salyan şəhəri, Ə.Kürçaylı küçəsi, ev 44-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, 2738 nömrəli Attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil almışdır. İş materiallarında olan xx.xx.1976-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X14 Fondunun 2 saylı Şirvan-Salyan Regional filialının Pensiya təminatı şöbəsinin baş mütəxəssis X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X14 Fondunun 2 saylı Şirvan-Salyan Regional filialının Pensiya təminatı şöbəsinin aparıc mütəxəssisi X2 və X10 filialının arxivçisi X3 tərtib etdikləri xx.xx.2022-ci il tarixli, 42 nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialından daxil olmuş xx.xx.2022-ci il tarixli **********3 saylı məktubun icrası ilə əlaqədar vətənda İddiaçı 1991- 2001-ci il tarixləri arasındakı dövr ərzində “X13 Emalı” ASC-də iş stajı faktını X10 filialında saxlanılan zavodun şəxsi əmək haqqı kitablarına əsasən yoxlanılmış, yoxlama zamanı X10 filialında saxlanılan “X13 Emalı” ASC-ni 1991-2001-ci illərə aid şəxsi əmək haqqı kitablarına yoxlanılması zamanı İddiaçı Ələsgs oğlunun adına olan faktlar müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi əmək kitabçana, hərbi biletiniə, diplomunun surətlərinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil dövrünü və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) 10 il 10 ay 18 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 8713,50 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 82,42 manat olmaqla, ümumilikdə 8795,92 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. 2 saylı Şirvan-Salyan regional filialının müvafiq aktına və X10 Filialının müvafiq arxiv arayışına əsasən əmək kitabçanda qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “X13 Emalı” ASC-nin 1978-ci ilə aid əmr kitabları Dövlət Arxivinə təhvil verilməmişdir. xx.xx.1978-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək əmək haqqı alıb-almamağınızı müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər sığorta stajınıza daxil edilməyib. Eyni zamanda əmək haqqı cədvəllərinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, 1991, 1992, 1993, 1995-ci illər üzrə bütün aylar, 1994-cü il üzrə 10 ay, 1996-cı il üzrə 1 ay, 1999-cu il üzrə 8 ay, 2000-ci il üzrə 11 ay, 2001-ci il üzrə 7 ay əmək haqqı ödənilmişdir. Bu səbəbdən yalnız əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və qanunla nəzərdə tutulan sığorta stajınız (25 il) olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajının qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət aimaq hüququ vardır. Bildiririk ki, X1 Sisteminin Yoxlamalar altsistemi proqram təminatına əsasən xx.xx.2017-ci il tarixindən adına aktiv əmək müqaviləsi (işəgötürən: X9) olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası X13 Emalı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/54 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1978cu il tarixli 150 “K” saylı əmrə əsasən X13 X12 sexinə Presləyici vəzifəsinə işə götürülmüşdür. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli 33 saylı sərəncamına əsasən “X13 Emalı Zavodu” “X13 Emalı ASC”-nə çevrilmişdir. xx.xx.2002-ci il tarixli 14 “İST” saylı əmrə əsasən ƏM-nin 75-ci maddəsinin C) bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinə kimi ödənişsiz məzuniyyətdə olduğu üçün əmək haqqı hesablanmamışdır. İşdə olan Azərbaycan Respublikası X13 Emalı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 01/25 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixindən xx.xx.2002-ci il tarixinə kimi X13 Emalı Zavodunda müxtəlif sex və sahələrində işləmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Cövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli 33 saylı sərəncamına əsasən “X13 Emalı Zavodu” “X13 Emalı” ASC nə çevrildiyindən zavoda aid olan butun sənədlər X10 Filalma təhvil verilmişdir. xx.xx.2002- ci il tarixindən - xx.xx.2002ci il tarixinə kimi İddiaçı öz hesabina ödənişsiz məzuniyyətdə olduğundan ona əmək haqqı hesablanmamışdır. İşdə olan Azərbaycan Respublikası X10 filialının xx.xx.2023-cü il tarixli, 3-48 DA/9F- 2-280/2023 nömrəli arxiv surətindən görünür ki, X10 filialında mühafizə olunan “X13 Emalı” Açıq Səhmdar Cəmiyyətinin (Salyan rayon X17 zavodu) arxiv sənədlərində, o cümlədən 1991-2001-ci illərə aid şəxsi heyət üzrə əmək haqqı üzrə hesablaşmalarda İddiaçı 5 dərəcəli cilingər işləyib əmək haqqı üzrə hesablaşmaların surətləri məktuba əlavə olunur 11 (on bir) vərəqə. “X13 Emalı” Açıq Səhmdar Cəmiyyətinin 2002-ci ilə aid heç bir işi filiala təhvil verilməyib. İddiaçı iş fəaliyyəti müddətdə 1996-cı ilin fevral-dekabr, 1997-ci ilin yanvar-dekabr, 1998-ci ilin yanvar-dekabr aylarında əmək haqqı almadığına münasibət bidirmək mümkünsüzdür. “X13 Emalı” Açıq Səhmdar Cəmiyyətinin əmək haqqı üzrə şəxsi hesablaşmalardan əlavə heç bir iş filiala təhvil verilməyib. İşdə olan Azərbaycan Respublikası X13 Emalı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 01/40 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli 33 saylı sərəncamına əsasən “X13 Emalı Zavodu” “X13 Emaiı ASC”-nə çevrildiyindən zavoda aid olan butun sənədlər X10 Filalına təhvil verilmişdir. İddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinə kimi X13 Emalı ASC- də öz hesabna ödənişsiz məzuniyyətdə olduğundan ona əmək haqqı hesablanmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-177364/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim ediyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 492 saylı Arxiv arayışına əsasən əməkhaqqı ödənilən xx.xx.1991 -ci il tarixindən 01,09.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cü il tarixinədək, xx.xx.1999-cj il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrü və X1 sisteminin “Pensiya" altsisteminə əsasən 2022-ci il V-Vİ ayları daxil olmaqla ümumilikdə 10 il 10 ay 19 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Bildiririk ki, əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. 2 saylı Şirvan- Salyan regional filialının müvafiq aktına və X10 Filialının müvafiq arxiv arayışına əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “X13 Emalı" ASC-nin 1978-ci ilə aid əmr kitabları Dövlət Arxivinə təhvil verilməmişdir. xx.xx.1978-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməyib. Eyni zamanda əmək haqqı cədvəllərinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, vətəndaşa 1994-cü ilin İX-X ayları, 1996-cı ilin ll-Xİİ ayları, 1997-1998-ci illər, 1999-cu ilin İ, V-Vİİ ayları, 2000-ci ilin Vİ ayı, 2001-ci ilin Vİİİ-Xİİ ayları əmək haqqı ödənilməyib, həmçinin 2002-ci ilə aid əmək haqqı cədvəli təqdim edilməyib. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-211809/2023 nömrəli mülahizədə qeyd edilmişdir ki, iş üzrə İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi ilə bağlı şifahi məhkəmə sorğusuna əsasən zəruri məlumatlar aşağıdakı kimidir: mübahisəli dövr üzrə -“X13 Emalı” ASC-nin 1978-ci ilə aid əmr kitabları Dövlət Arxivinə təhvil verilməmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. (12 il 04 ay 17 gün) Eyni zamanda əməkhaqqı cədvəllərinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, vətəndaşa 1994-cü ilin İX-X ayları, 1996-cı ilin ll-Xİİ ayları, 1997-1998-ci illər, 1999-cu ilin İ, V-Vİİ ayları, 2000-ci ilin Vİ ayı, 2001-ci ilin Vİİİ-Xİİ ayları əmək haqqı ödənilməyib, həmçinin 2002-ci ilə aid əmək haqqı cədvəli təqdim edilməmişdir. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. (4 il 8 ay). Ümumilikdə mübahisələndirilən dövr 17 il 17 gün təşkil edir. Mübahisəsiz dövr üzrə - İddiaçı təqdim ediyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976- cı il tarixədək, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978- ci il tarixədək hərbi xidmət dövrü, Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 492 saylı arxiv arayışına əsasən əməkhaqqı ödənilən xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cü il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti dövrü və X1 sisteminin “Pensiya” altsisteminə əsasən 2022-ci il V-Vİ ayları daxil olmaqla ümumilikdə 10 il 10 ay 19 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - müəyyən dövrlərdə əmək haqqı almaması; - xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - İddiaçının 25 il ümumi iş stajının toplamaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı təqdim etdiyi əmək kitabçana, hərbi biletiniə, diplomunun surətlərinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı 10 il 10 ay 18 gün təşkil edir. Məhkəmə “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçının 10 il 10 ay 18 gün təşkil edən təhsil müddəti ümumi staja daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletinin surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdən keçmişdir. İddiaçının 02 il təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı 10 il 10 ay 18 gün təşkil edir. Göründüyü kimi iddiaçının yaşa görə əmək pensiya hüququnun ümumi iş stajı əsasında yaranması istisna olunur. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı əsasında yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən etmək zərurətinin yarandığını bildirir və bu hissədə qiymətləndirməni aşağıda göstərilən qanunvericiliyin və normativ hüquqi aktların tələbləri əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasənBu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 34.560 manat təşkil etməlidir. Məhkəmə mübahisənin xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 8713,50 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 82,42 manat olmaqla, ümumilikdə 8795,92 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. -10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. -27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006- cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) xx.xx.2006-01.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 10 il 8 ay 18 gün sığorta stajına uyğun olaraq 8713,50 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 82,42 manat olmaqla, ümumilikdə 8795,92 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan şərtin ödənilməməsini göstərir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, təkzib olunmazdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin normalarının və formalaşmış məhkəmə təcrübəsinə əsasən əgər şəxsin 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanarsa, bu zaman şəxsin stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyası təyin etmək hüquq olur. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçı bu hüquqa da malik olmamışdır. Belə ki, məhkəmə sorğusuna cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiqi istisna olunur. İddiaçının fərdi sahibkar kimi işlədiyi dövrün sığorta stajına daxil edilməsi və bu müddətin ona yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas veribverməməsi istiqamətində dəyərləndirmə aparılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi qanunvericilik hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətinin sığorta stajına daxil edilməsini istisna etmir. İddiaçının ümumi iş stajına gəldikdə isə nəzərə alınmalıdır ki, baxmayaraq 65 yaşı tamam olduğu, yəni xx.xx.2022-ci il tarixə iddiaçının yaşı ilə bağlı şərt ödənilsə də, həmin anda iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödənilməmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən şəxsin yaşa görə əmək pensiya hüququnun yaranması üçün o, qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı, bununla yanaşı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalı və ya pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmalıdır. Göründüyü kimi pensiya kapitalı və ümumi sığorta stajı ilə bağlı şərtlərin bir anda mövcudluğu zəruri deyildir, qanunvericilik bunu vətəndaşın pensiya hüququndan məhrum etməmək üçün seçim olaraq vermişdir. Göründüyü kimi hər iki şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Lakin, hal-hazırki iş üzrə iddiaçının tələb olunan 25 il ümumi iş stajıda tamam olmamışdır. Qeyd olunan şərtin, yəni pensiya yaşına çatma və ümumi iş stajı ilə bağlı şərtin eyni vaxtda ödənilməsi ilə bağlı isə qanunvericiliyinin tələbinin mövcudluğu konkret olmaqla birgə, həmçinin məntiqlidir. Hal-hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının 25 il ümumi stajının olmadığı müəyyən edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 177364/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 2 saylı Şirvan-Salyan regional filialının müvafiq aktına və X10 Filialının müvafiq arxiv arayışına əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “X13 Emalı" ASC-nin 1978-ci ilə aid əmr kitabları Dövlət Arxivinə təhvil verilməmişdir. xx.xx.1978-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməyib. Eyni zamanda əmək haqqı cədvəllərinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, vətəndaşa 1994-cü ilin İX-X ayları, 1996-cı ilin ll-Xİİ ayları, 1997-1998-ci illər, 1999-cu ilin İ, V-Vİİ ayları, 2000-ci ilin Vİ ayı, 2001-ci ilin Vİİİ-Xİİ ayları əmək haqqı ödənilməyib, həmçinin 2002-ci ilə aid əmək haqqı cədvəli təqdim edilməyib. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-211809/2023 nömrəli mülahizədə qeyd edilmişdir ki, iş üzrə İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi ilə bağlı şifahi məhkəmə sorğusuna əsasən zəruri məlumatlar aşağıdakı kimidir: mübahisəli dövr üzrə -“X13 Emalı” ASC-nin 1978-ci ilə aid əmr kitabları Dövlət Arxivinə təhvil verilməmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. (12 il 04 ay 17 gün) Eyni zamanda əməkhaqqı cədvəllərinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, vətəndaşa 1994-cü ilin İX-X ayları, 1996-cı ilin ll-Xİİ ayları, 1997-1998-ci illər, 1999-cu ilin İ, V-Vİİ ayları, 2000-ci ilin Vİ ayı, 2001-ci ilin Vİİİ-Xİİ ayları əmək haqqı ödənilməyib, həmçinin 2002-ci ilə aid əmək haqqı cədvəli təqdim edilməmişdir. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. (4 il 8 ay). Ümumilikdə mübahisələndirilən dövr 17 il 17 gün təşkil edir. Qeyd edilən dövrlərlə bağlı məhkəmə arxivdə saxlanılan sənədlərin əslinə baxış keçirmiş və xx.xx.1978-1987-ci illərdə, 1988-ci ilin 11 ayında (mat ayın çıxmaq şərtilə), 1989-cu ilin 10 ayında (fevral və sentyabr ayların çıxmaq şərtilə), 1990-cı ildə əmək haqqı aldığı müəyyən edilmiş, lakin digər dövrlərdə, yəni 1988-1993-cü illərdə, 1994-cü ilin İX-X ayları, 1996-cı ilin ll-Xİİ ayları, 1997-1998-ci illər, 1999-cu ilin İ, V-Vİİ ayları, 2000-ci ilin Vİ ayı, 2001-ci ilin Vİİİ-Xİİ aylarında əmək haqqı almadığı müəyyən edilmişdir. Mübahisəli dövr kimi hesab edilən 2002-ci il tarixlə bağlı isə xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi isə ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (o cümlədən, C.Osmanov Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1597/2023 nömrəli; M.Qafarova Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2 2-1(102)-1486/2023 nömrəli; Z.Rzayev Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 05.04.24-cü il tarixli 2-1(102)-933/2024 nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009- cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu səbəbdən iddiaçının ödənişsiz məzuniyyətdə olması dövrünün (6 ay istisna olmaqla) onun ümumi sığorta stajına daxil edilməsi qanunvericilin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddiaçının 2002-ci il üzrə ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 06 ayı ümumi iş stajına əlavə edilməlidir. Belə olan halda isə iddiaçının əmək haqqı aldığı dövrlər, yəni 11 il 02 ay və 2002-ci il üzrə 6 aylıq məzuniyyət dövrü, yəni 11 il 08 ay dövrü mübahisələndirilməyən 10 il 10 ay 18 gün ilə cəmlədikdə 25 ildən az, yəni 22 il 06 ay 18 gün etdiyi müəyyən edilir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar