Məhkəmə qərarları › İş №2-1(120)-61/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-61/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-61/2022 23.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinin nümayəndəsi X2, Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(120)-440/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və İmişli rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(120)-440/2021 nömrəli qərardadı ilə cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinin iddiaçıya müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsini, yük daşımalarının qarşısının alınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qum-çınqıl karxanasının giriş qapısına mədən vergi borcunun nağd ödənilməsi məqsədilə bələdiyyəyə xüsusi nəzarət edilməsini, bələdiyyəyə mədən vergi borcunun nağd ödənilməsinin yerində aparılmasını, məhkəmə prosesinin bitənədək qum-çınqıl daşınmalarının qarşısının alınması üçün karxanaya girişçıxışına qadağa qoyulması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyinə və İmişli rayon İcra Hakimiyyətinə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının və üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyinin və İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinin nümayəndəsi X4 izahatında iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 izahatında iddia tələbi üzrə qanuna müvafiq qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin 05 noyabr 2014-cü il tarixli, 239 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi nəzərə alınmış və cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və emalı üçün Bəcirəvan kəndi yaxınlığında Araz çayının yatağından 6.0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə icarəyə verilməsinə icazə verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İmişli rayon İcra Hakimiyyəti arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 05 noyabr 2014-cü il tarixli, 69 nömrəli müqavilədən görünür ki, İmişli rayon İcra Hakimiyyətinin 05 noyabr 2014-cü il tarixli sərəncamı əsasında 6,0 hektar torpaq sahəsi 30 il müddətinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 13 saylı qərarından görünür ki, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin 16 sentyabr 2020-ci il tarixli iclasında Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin təqdimatı əsasında vergi borcunu ödəməkdən yayınan İmişli rayon Bəcirəvan kəndi ərazisində fəaliyyət göstərən VÖEN № ********** olan AZE MMCnin mədən vergisi üzrə yaranmış ******* (üç milyon iki yüz otuz səkkiz min) manat borcun ödənilməsi barədə İmişli rayon İmişli rayon İcra və Probasiya şöbəsinə tədbir görülməsi üçün göndərilməsi, Bəcirəvan bələdiyyəsi ərazisində olan vergi ödəyicilərinin vergi ödəmələrindən yayınan şəxslər barədə akt tərtib olunması qərara alınmışdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, xx-xx/2022 nömrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının "xxxx" MMC-yə 3.238 manat məbləğində mədən vergisi üzrə borcun hesablanması hissəsində etibarsız hesab edilməsi və hesablanmış 3.238 manat məbləğində mədən vergisi üzrə borcun ləğv edilməsi” tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(121)-1335/2020 saylı qərardadının surəti, eləcə də iddia ərizəsinin surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, xx-xx/2022 nömrəli məktubuna əlavə olunmuş iddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının, yəni "xxxx" MMC-yə 3.238,000 manat məbləğində mədən vergisi üzrə borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə elektron qaydada müraciət etmiş, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə e-2-2(121)-1335/2020 iş nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e- 2-2(121)-1335/2020 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının, "xxxx" MMC-yə 3.238 manat məbləğində mədən vergisi üzrə borcun hesablanması hissəsində etibarsız hesab edilməsi və hesablanmış 3.238 manat məbləğində mədən vergisi üzrə borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsi qərara alınmış, iddiaçıya aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X8 Filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 61 nömrəli məktubunda qeyd edilmişdir ki, SS702829046AZ nömrəli qəbzlə qəbul olunan məktub xx.xx.2021-ci il tarixdə X6 qəbul olunaraq sistemə işlənilmiş və çatdırılması üçün ünvanı üzrə göndərilmişdir. Sistem üzrə məktubun ünvançıya təqdim olunması öz əksini tapsada qeydiyyat sənədlərinə əsasən təqdim olunması barədə məlumat verilməsi imkanımız xaricindədir. Belə ki, həmin vaxtdan uzun müddət keçdiyi üçün həmin dövrə aid qeydiyyat və çatdırma sənədlərini əldə etmək mümkün deyildir. Əlavə olaraq bildiririk ki, əraziyə xidmət göstərən Bəcrəvan kənd Poçt Şöbəsinin fəaliyyəti 2021-ci ilin dekabr ayından dayandırılmışdır. İş materiallarında olan İmişli rayon Bəcirəvan bələdiyyəsin xx.xx.2022-ci il tarixli, 16 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC İmişli rayon Bəcirəvan bələdiyyəsinə qarşı 16 sentyabr 2020 ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi tələbi ilə iddia qaldırmışdır. Həmin qərara əsasən, iddiaçının Bəcirəvan Bələdiyyəsinə 3.238.000 manat məbləğində mədən vergi borcu yaranmışdır. İddiaçı məhkəmədə, iddia tələbi sürmək müddətini belə ötürmüşdir. Məhkəmə İPM rəhbər tutaraq 16 sentyabr 2020-ci il tarixli, 13 saylı iclas qərarının (borclu) iddiacıya göndərilməsini təsdiq edən rəsmi poçt sənədini cavabdehdən tələb etmişdir. Azərpoçt vasitəsi ilə qərarın göndərilmə qəbzinə əsasən 2020-ci il tarixində "xxxx" MMC-yə göndərilən qərar Kamran Yəhyayevə və ya nümayəndəsinə verilmişdir. Qəbzdən subut olunduğu kimi iddiaçı iddia vermə müddətini itirmiş və vaxtında verməmişdir. Bundan başqa Şirvan inzibati məhkəməsinə deyil Şirvan Kommersiya məhkəməsində iddia irəli sürmüş və həmin məhkəməyə aidiyyatı olmadığından iddia geri qaytarılmışdır. İş materiallarında olan İmişli rayon Bəcirəvan bələdiyyəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli rayon İcra və Probasiya şöbəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərdiyi xx.xx.2020-ci il tarixli, 37 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Bəcirəvan bələdiyyəsinin ərazisində fəaliyyət göstərən VÖEN № ********** olan "xxxx" MMC-nin Bəcirəvan bələdiyyəsinə ******* (üç milyon iki yüz otuz səkkiz min) manat mədən vergisi üzrə borcunun məcburi qaydada ödənilməsi üçün 16 sentyabr 2020-ci il tarixli, 13 saylı iclasının qərarından çıxarış icra olunması üçün Sizə göndərilir. İş materiallarında olan İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci li tarixli, 166405 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Bəcrəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı icra sənədi (3238000 manat vergi borcunun ödənilməsi barədə) 14 oktyabr 2020-ci il tarixdə icraatımıza daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş digər sənədlər (tələbin könüllü ödənilməsi barədə bildiriş və Bəcrəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı qərarının kserekopiyası) icra edilməsi üçün borcu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Tərəfimizdən göndərilmiş məktub İcra və probasiya şöbəsinə geri qayıtmamışdır. "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Kamran Yəhyayev adlı şəxs müəssisəyə göndərilmiş məktubla birlikdə xx.xx.2020-ci il tarixdə İmişli rayon icra və probasiya şöbəsinə gəlmişdir. Ondan izahat alınmış və izahatında cəmiyyətin ünvanına göndərilmiş icraata başlamaq haqqında qərarı və əlavə olunmuş sənədləri aldığını etiraf etmişdir. Cəmiyyətin direktoru Bəcrəvan Bələdiyyəsinə müəssisənin borcu olmadığını və Bəcrəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı qərarı ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət olunacağını bildirdi. Borclu təşkilatın rəhbəri telefon (vatçap) vasitəsiilə məhkəməyə göndərilmiş ərizəsinin surətini işə əlavə olunması üçün göndərmişdir. Odur ki, məhkəmə mübahisələrinin yekun nəticəsinədək iş üzrə icraatın dayandırılması barədə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli rayon Bəcirəvan bələdiyyəsinə göndərdiyi 23 oktyabr 2020-ci il tarixli, 38 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Bəcirəvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı iclas protokolunun qərarı ilə "xxxx" MMC-nin mədən vergisi üzrə 3.238.000 manat (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borcun tutulması qərara alınmışdır. Biz həmin qərarla razı deyilik. Bizim heç bir borcumuz yoxdur. Yaranmış mədən vergisini vaxtı-vaxtında bələdiyyənin hesabına köçürümüşük. Yaranmış mübahisənin məhkəməyə qədər həll edilməsi üçün Sizə müraciət edirəm. Belə ki, Sizdən xahiş edirəm İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı qərarının, yəni "xxxx" MMC-yə 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borc hesablanmasına dair hissədə etibarsız hesab edilərək əsassız hesablanmış 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borcun ləvğ edilməsinə dair qərar qəbul etməyinizi xahiş edirəm. Əks halda qərarın etibarsız hesab edilməsi və əsassız hesablanmış mədən vergisi tələbi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya məhkəməsinə müraciət edəcəyəm. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli rayon Bəcirəvan bələdiyyəsinə göndərdiyi 30 oktyabr 2020-ci il tarixli, 39 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayonu Bəciravan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı qərarının, yəni "xxxx" MMC-yə 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borc hesablanmasına dair hissədə etibarsız hesab edilərək əsassız hesablanmış 3.238.000 (üç milyon iki yüz otuz səkkiz min) manat məbləğində mədən vergisi üzrə borcun ləvğ edilməsinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya məhkəməsinə müraciət etmişəm. Həmin iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətini məlumat üçün Sizə göndərirəm İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı iddia tələbi üzrə 2-1(120)-1843/2020 nömrəli inzibati işin içərisində olan iddia ərizəsindən görünür ki, iddiaçı, xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsini xahiş etmişdir və həmin iddia ərizəsi xx.xx.2020-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına (dəftərxanasına) daxil olmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, “İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarı ilə "xxxx" MMC-dən 3.238,000 manat məbləğində mədən vergisi üzrə borcun ödənilməsi qərara alınmış və həmin qərar icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında İmişli rayon İcra və Probasiya şöbəsi 14 oktyabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və icra edilməsi üçün borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. İddiaçı hazırda 3.238,000 manat məbləğində mədən vergisi üzrə borcun ondan tutulması ilə bağlı İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarı ilə razılaşmır və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarı cavabdeh inzibati orqan tərəfindən eyni tarixdə yəni xx.xx.2020-ci il tarixli, 37 nömrəli məktubla həm İmişli rayon İcra və Probasiya şöbəsinə həmçinin "xxxx" MMC-nə göndərilmiş və həmin mübahisəli qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Bundan sonra iddiaçı "xxxx" MMC həmin qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarla cavabdeh inzibati orqana müraciətlər etmişdir. Müraciətləri cavabdeh inzibati orqan tərəfindən təmin olunmadığına görə ilk öncə yəni xx.xx.2020-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə daha sonra isə yəni Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının Şirvan İnzibati Məhkəməsinə ünvanladığı hazırki iddia ərizəsi poçta xx.xx.2022-ci il tarixdə, məhkəmənin dəftərxanasına isə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarından xx.xx.2020-ci il tarixindən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.2020-ci il tarixdə poçta, xx.xx.2020-ci il tarixdə isə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarından məlumatlı olduğu vaxtdan 30 (otuz) gündən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi qərardan yəni İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarından 14 oktyabr 2020-ci il tarixindən məlumatlı olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı həmin qərardan məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Bəcirəvan Bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar