Məhkəmə qərarları › İş №2-1(120)-610/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-610/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-610/2023 27.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxx 1963-cü ildə Saatlı şəhərində anadan olmuş, ailəlidir və hal-hazırda Saatlı rayonunda yaşayır. 16 iyul 1980-ci ildən-16 avqust 1980ci ilə qədər Azərbaycan Dəmir Yolu İdarəsinin Saatlı Dəmir Yol Distansiyasında "1 dərəcəli yol mantyoru" işləmiş, 16 avqust 1980-ci ildən 24 mart 1981-ci ilə qədər "Dəmir yol İdarəsində tikinti üzrə 3-cü dərəcəli mexaniki usta" vəzifəsində işləmiş, 24 mart 1981-ci ildə ərizə verərək işdən azad edilmişdir. 18 may 1981-ci ildən-29 may 1983-cü ilə qədər qədər keçmiş SSRİ-nin ordu sıralarında müddətli hərbi xidmətdə olmuş, 02 avqust 1983-cü ildən-01 mart 1984-cü ilə qədər İmişli- Mürsəlli mənzilində "elektrik mantyoru" işində işləmişəm. 01 mart 1984-cü ildən- 11 noyabr 1984-cü ilə qədər İmişli-Mürsəlli mənzilində "2-ci dərəcəli elektrik mantyoru" işində işləmişdir. 11 noyabr 1984-cü ildən-18 iyun 1985-ci ilə qədər İmişli-Mürsəlli mənzilində "3-ci dərəcəli elektrik mantyoru" işində işləmiş, 18 iyun 1985-ci ildən-01 oktyabr 1985-ci ilə qədər İmişli-Mürsəlli mənzilində "4-cü dərəcəli elektrik mantyoru" işində işləmiş, 01 oktyabr 1985-ci ildə Bakı dəmir yolu texniki məktəbində 10 aylıq elektrik mexaniki kursuna göndərildiyi üçün işdən azad edilmişdir. 08 oktyabr 1985-ci ildən-30 iyul 1986-cı ilə qədər Bakı dəmir yolu texniki məktəbində "elektrik mexaniki kursunda" təhsil almış, 14 avqust 1986-cı ildən-28 oktyabr 1986-cı ilə qədər İmişli-Mürsəlli mənzilində "magistral kabel təsərrüfatı üzrə elektrik mexaniki" işində işləmiş, 28 oktyabr 1986-cı ildən-14 avqust 1997-ci ilə qədər Saatlı rayonunda yerləşən İmişli-Mürsəlli mənzili üzrə yerli magistral kabel təsərrüfatı sexində "xxxx" işində işləmiş, 14 avqust 1997-ci ildən şəxsi ərizəsinə əsasən Əli-Bayramlı EÇ-6-ya keçirilmiş, 14 avqust 1997-ci ildən EÇK-17-də Saatlı sahəsində "4-cü dərəcəli elektrik mantyoru" işində işləmiş, 24 sentyabr 1997-ci ildə ŞÇ-7 üzrə İmişli rayonu üzrə sərəncama keçirilmiş, 24 sentyabr 1997-ci ildən-25 fevral 2016-cı ilə qədər İmişli-Osmanlı mənzilinə Kabel təsərrüfatı sexində "xxxx" vəzifəsində işləmiş. 25 fevral 2016-cı ildən-09 avqust 2018-ci ilə qədər ADY QSC-də 7 nömrəli İşarəvermə və Rabitə sahəsində "xxxx" vəzifəsində işləmiş, 09 avqust 2018-ci ildən-hal-hazıra qədər ADY QSC-də 7 nömrəli İşarəvermə və Rabitə sahəsində "3 A dərəcəli elektrik mexaniki" vəzifəsində işləmişdir. Hal-hazırda pensiya yaşı çatmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, 25 may 2022-ci il tarixli, **********6 saylı məktubla ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona göndərilmiş 25 may 2022-ci il tarixli, **********6 saylı məktubda güzəştli iş stajı 02 avqust 1983-cü ildən-31 dekabr 2005-ci ilə qədər olan dövrü əhatə edir, sözügedən arayışda magistral dəmir yollarının əlaqəli şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Azərbaycan Dəmir Yolları QSC-də 42 (qırx iki) il fasiləsiz işləmişdir. Hal-hazırda da əmək fəaliyyətini davam edir. Ümumilikdə tam işlədiyi bütün illər ərzində ağır, zərərli və çətin iqlim şəraiti ilə əlaqədar olan işlərdə işləmişdir. Hüququnun yarandığı tarixdən əmək stajının hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi, İddiaçı iddia ərizəsində 25 il ümumi sosial sığorta stajının və 12 il 06 ay güzəştli sosial sığorta stajının olduğunu iddia edir və hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı X3 iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş 21 iyul 1980-ci il tarixli, MT- İ ******* nömrəli əmək kitabçası və H3 ******* nömrəli hərbi biletdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 2 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Ağasəf Əbülfəz oqlu X4 təqdim etdiyi "xxxx" QSC-nin ona dair 16 mart 2021-ci il tarixli, 144 nömrəli arayışında xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində İmişli İşarəvermə və Rabitə sahəsində elektrik montyoru və elektrik mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda adıçəkilən şəxsin işlədiyi sahənin yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş magistral dəmiryollarının əlaqə şəbəkəsinə aid olub- olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Göründüyü kimi qanunla tələb olunan sərtlər ödənilmir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ xx.xx.2023-cü il tarixdə (60 yas) yaranır. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı 2-1 (120)-1905/2022 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, ИТ-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 8 nömrəli X13 xx.xx.2021-ci il tarixli, 42 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Dəmir Yolunun Saatlı yol distansiyasında xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1980-cı il tarixdən (əmr № 197; xx.xx.1980 il) Saatlı məntəqəsinə 1-ci dərəcəli Yol montyoru işinə qəbul edilmişdir. xx.xx.1980-cı il tarixdən (əmr № 224; xx.xx.1980 il) Mexaniki Emalatxana sexinə Tikinti üzrə 3-cü dərəcəli məkəzəşmiş hərəkət mexaniki işinə keçirilmişdir. xx.xx.1981-ci il tarixdən (əmr № 114; xx.xx.1981) şəxsi ərizəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının "Güzəştli şərtlərlə yaşa görə Əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın XXVİİİ fəsil.Nəqliyyat, kod 23001000-19825 və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 21.4 -Dəmiryol nəqliyyatı bəndinə əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin yol montyorlarf^üSäilŞƏrtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 7 nömrəli İmişli İşarəvermə və Rabitə Sahəsinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli arayışından görünür ki, "xxxx" QSC İD 7 nömrəli imişli işarəvermə və Rabitə sahəsində elektrik mexaniki işləyən İddiaçı həqiqətən Azərbaycan Dəmir Yolunun imişli işarəvermə və Rabitə sahəsində xx.xx.1983-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1983-cü il tarixdən (əmr № 74; xx.xx.1983 il) İmişli-Mürsəlli mənzilinə elektrik mantyoru işinə qəbul edilmişdir; xx.xx.1984-cü il tarixdən (əmr № 19; xx.xx.1984 il) 2-ci dərəcəli elektrik mantyoru işinə keçirilmişdir. xx.xx.1984-cü il tarixdən (əmr № 84; xx.xx.1984) 3-cü dərəcəli elektrik mantyoru işinə keçirilmişdir. xx.xx.1985-ci il tarixdən (əmr № 73; xx.xx.1985) 4-cü dərəcəli elektrik mantyoru işinə keçirilmişdir. xx.xx.1985-ci il tarixdən (əmr № 134; xx.xx.1985) Bakı dəmir yolu texniki məktəbinə 10 aylıq elektrik mexaniki kursuna göndərildiyi üçün işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdən (əmr № 2/5; xx.xx.1985) Azərbaycan Dəmir Yolu Bakı texniki məktəbə elektrik mexanik kursuna qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdən (əmr № 78; xx.xx.1986) elektrik mexanik kursunu qurtarmışdır. xx.xx.1986-cı il tarixdən (əmr № 75; xx.xx.1986) İmişli- Mürsəlli mənzilinə magistral kabel təsərrüfatı üzrə elektrik mexaniki işinə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdən (əmr № 97; xx.xx.1986) Saatlıya İmişli-Mürsəlli mənzili üzrə yerli magistral kabel təsərrüfatı sexinə elektrik mexaniki işinə keçirilmişdir. xx.xx.1997-ci il tarixdən (əmr № 37; xx.xx.1997) şəxsi ərizəsinə əsasən Əli-Bayramlı EÇ-6 keçirilmişdir. xx.xx.1997-ci il tarixdən (əmr № 45; xx.xx.1997) EÇK-17 Saatlı sahəsinə 4-cü dərəcəli elektrik mantyoru işinə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdən (əmr № 48; xx.xx.1997) SÇ-7 İmişlinin sərəncamına keçirilmişdir. xx.xx.1997-ci il tarixdən (əmr № 47; xx.xx.1997) İmişli-Osmanlı mənzilinə kabel təsərrüfatı sexinə elektrik mexaniki işinə keçirilmişdir. xx.xx.2016-cı il tarixdən (əmr № 459; xx.xx.2016) şəxsi ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2016-cı il tarixdən (əmr № 108; xx.xx.2016) 7 nömrəli işarə vermə və rabitə sahəsinə elektrik mexaniki işinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdən (qeyd № 014/20; xx.xx.2018) ştat cədvəlində edilmiş dəyişikliyə əsasən elektrik mexaniki vəzifəsinin ödəniş kateqoriyası 3a dərəcə hesab edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə Əmək hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın XXVİİİ fəsil.Nəqliyyat, kod 23001000-19825 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 21.4 Dəmiryol nəqliyyatı bəndinə əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin elektrik mantyorları, elektrik mexanikləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsində (21) magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 16 mart 2021 - ci il tarixli 144 nömrəli arayışında xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində İmişli İşarəvermə və Rabitə sahəsində elektrik montyoru və elektrik mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyiniz sahənin yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş magistral dəmiryollarının əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə müvafiq məlumatları özündə əks etdirən iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş 3.2.2-ci bəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində (21) magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair 16 mart 2021-ci il tarixli, 144 nömrəli arayışında xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində İmişli İşarəvermə və Rabitə sahəsində elektrik montyoru və elektrik mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda adıçəkilən şəxsin işlədiyi sahənin yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş magistral dəmiryollarının əlaqə şəbəkəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Əlavə olaraq bildiririk ki, A.X4 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajının 25 ildən az (24 il 3 ay 2 gün (xx.xx.1980- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1986- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi stajının 25 ildən az (24 il 3 ay 2 gün) olduğu qeyd edilsə də ümumi stajı təşkil edən dövrlərdən birində, iddiaçının 7 nömrəli İmişli İşarəvermə və X6-Mürsəlli mənzilində işlədiyi dövrlər əmək kitabçasında xx.xx.1985-ci illər kimi qeyd olunsa da, etirazda həmin dövrlər texniki səhv əsasında xx.xx.1983-xx.xx.1985-ci illər kimi qeyd edilmişdir. Müvafiq etirazda iddiaçının ümumi stajına daxil edlən illərə nəzər yetirdikdə qeyd etmək lazımdır ki, xx.xx.1980-xx.xx.1981-ci il (8 ay 8 gün), xx.xx.1981-xx.xx.1983-cü il (2 il 8 gün), xx.xx.1983-xx.xx.1985-ci il (1 il 5 ay 8 gün), xx.xx.1986-xx.xx.2005-ci il (19 il 4 ay 17 gün) etirazda göstərilən tarixlərə əsaslanaraq ümumi staj hesablandığı halda iddiaçının ümumi stajı 23 il 6 ay 11 gün təşkil etsə də bu dövrlər etirazda düzgün hesablanaraq 24 il 3 ay 2 gün kimi qeyd edilmişdir. Belə ki, iddiaçının ümumi stajını əmək kitabçasındaki dövrlərə əsaslanaraq hesabladıqda qeyd etmək lazımdır ki, xx.xx.1980-xx.xx.1981-ci il (8 ay 8 gün), xx.xx.1981xx.xx.1983-cü il (2 il 8 gün), xx.xx.1983-xx.xx.1985-ci il (2 il 1 ay 29 gün), xx.xx.1986xx.xx.2005-ci il (19 il 4 ay 17 gün) ümumi staj 24 il 3 ay 2 gün təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən bi İdirik ki, iddiaçının ümumi sosial sığorta stajını təşkil edən dövrlər göstərilərkən əmək kitabçasında 7 nömrəli İmişli İşarəvermə və X7-Mürsəlli mənzilində işlədiyi dövlər xx.xx.1983-xx.xx.1985-ci illər kimi qeyd olunduğu halda, məhkəməyə ünvanlanmış etiraz məktubunda həmin dövrlər texniki səhv edildiyi üçün xx.xx.1983-xx.xx.1985-ci illər kimi qeyd olunmuşdur. Etirazda qeyd edilmiş illərə əsasən hesablandıqda iddiaçının ümumi stajı 23 il 6 ay 11 gün təşkil etməli olsa da əmək kitabçasındaki qeydlərə əsasən düzgün hesablanaraq 24 il 3 ay 2 gün kimi qeyd edilmişdir. Bu halda, əmək kitabçası və etirazda yazılan qeydlər arasında ziddiyət olsa da texniki səhv əsasında yaranmış ziddiyət İddiaçı ümumi stajının hesablanmasına hərhansı bir mənfi təsir göstərməmişdir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 8 nömrəli X13 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 123 nömrəli məktubunda qeyd edilmişdir ki, 8 nömrəli Saatlı yol sahəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli 42 nömrəli arayışda qeyd olunduğu kimi o xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Saatlı yol distansiyasında ( o illərdə müəssisənin adı belə idi)Yol montyoru və 3 cü dərəcəli hərəkət mexaniki işləmişdir və 42 nömrəli arayışın sonunda qeyd edildiyi kimi, magistral dəmir yolunun əlaqə şəbəkəsinin "yol montyoru"vəzifəsi güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının "Güzəştli çərtlərlə yaşa görə Əmək pensiyası hüququ verən istehsalatların , peşələrin, vəzifələrin və göstəricilərin siyahısı^nın XXVİİİ fəsil.Nəqliyyat, kod 23001000-19825 və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 21.4 -Dəmiryol nəqliyyatı bəndinə əsasən əsaslandırılmışdır. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-1/2-5687/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan dəmir yollarında elektrik montyoru vəzifəsində işləmiş İddiaçı xx.xx.1985-ci il tarixindən 10 aylıq müddətə Baranovski texniki məktəbinə elektrik mexaniki kurslarına göndərilmiş, lakin sözügedən müddət ərzində həmin şəxs əməkhaqqı almamışdır. S.A.Əbülfəz oğlu xx.xx.1983-xx.xx.1985, xx.xx.1986-xx.xx.1986-cı il tarixlərində magistral kabel xəttinə xidmət edən elektrik montyoru, xx.xx.1986-xx.xx.1997-ci il tarixlərində magistral kabel xəttinin elektrik mexaniki, xx.xx.1997xx.xx.1997-ci il tarixlərində elektrik montyoru, xx.xx.1997-xx.xx.2021 -ci il tarixləri ərzində isə elektrik mexaniki vəzifələrində çalışmışdır. Magistral kabel təsərrüfatında işləyən elektrik montyoru həmin təsərrüfatın elektrik mexanikinin köməkçisi olmaqla yaranan nasazlıqların aradan qaldırılmasında xidmət göstərir. Kabel təsərrüfatında işləyən elektrik mexaniki magistral kabelin calaqlarında yaranmış nasazlıqların hər iki istiqamətə yenilənməsi və normal vəziyyətdə işləməsi üçün məsuliyyət daşıyır və magistral kabeldə olan nasazlıqları bərpa edir. Qeyd edirik ki, həmin şəxsin çalışdığı yuxarda göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nda 21.4-cü bənddə sözügedən “magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” bölməsinə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür:

1. xx.xx.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması;

2. İddiaçının xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində İmişli İşarəvermə və Rabitə sahəsində elektrik montyoru və elektrik mexaniki vəzifəsində işlədiyi dövrlərin mübahisəli olması.

3. xx.xx.1985-xx.xx.1986-cı il tarixlərin sığorta stajına əlavə edilə bilməməsi. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş lakin onun işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşənin mübahisəli olması və ümumi iş stajının olmaması əsası ilə imtina olunmuşdur. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil illəri də sosial sığorta stajına da daxil edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məktubunda A.X4 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajının 25 ildən az (24 il 3 ay 2 gün (xx.xx.1980- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə olmadığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir (maddə 21.1). Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) daxil edilir (maddə 21.2). xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdeh tərəfindən mübahisəli hal kimi qəbul edilən iddiaçının əyani təhsil aldığı (xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə kimi olan təhsil müddəti) müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1985-ci ildə X15 X8 texniki məktəbinə “Rabitə elektromexanikləri hazırlıq qrupuna” tələbə kimi daxil olmuş və xx.xx.1986cı ildə həmin peşə məktəbini bitirmişdir və ona elektromexaniki rabitə ixtisası verilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təhsil aldığı dövr əmək kitabçasında öz təsdiqini tapmış və təhsil almasını təsdiq edən əsas sənədlər məhkəməyə təqdim edilmişdir. Eləcə də, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-1/2-5687/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan dəmir yollarında elektrik montyoru vəzifəsində işləmiş İddiaçı xx.xx.1985-ci il tarixindən 10 aylıq müddətə Baranovski texniki məktəbinə elektrik mexaniki kurslarına göndərilmişdir. İş materiallarına əsasən məhkəmə S.A.Əbülfəz oğlunun xx.xx.1983-xx.xx.1985, xx.xx.1986-xx.xx.1986-cı il tarixlərində magistral kabel xəttinə xidmət edən elektrik montyoru işlədiyi, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə kimi olan təhsil dövrünün isə ixtisasartırma olduğu qənaətinə gəlir. Belə olan halda, məhkəmə iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə kimi olan təhsil müddətini, yəni 9 ay 29 günü sığorta stajına nəzərə alır. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - xx.xx.1980-ci il tarixdə Azərbaycan dəmir yolları Saatlı distansiya yolu müəssisəsinə 1-ci dərəcəli yol ustası kimi işə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə Mexaniki atelye tikinti üzrə 3-cü dərəcəli işçi kimi qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə öz istəyi ilə 3-cü dərəcəli işçilikdən azad edilmiş, xx.xx.1983-cü il tarixdə İmişli-Masallı sahəsi üzrə kommunikasiyalarda material və kabel xətlərinə qulluq üzrə birinci kateqoriyalı elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə İİ dərəcəli elektrik ustası kimi təyin edilmiş, xx.xx.1984-cü il tarixdə üçüncü dərəcəli elektrik ustası kimi təyin edilmiş, xx.xx.1985-ci il tarixdə dördüncü dərəcəli elektrik ustası kimi təyin edilmiş, 01.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək Baranoviçi texniki məktəbində təhsil almış, xx.xx.1986-cı il tarixdə yerli rabitə Baranoviçi texniki məktəbində rabitə mexaniklərinin kursunu bitirməsi üzrə Magistral-kabel təsərrüfatı sahələrində 4-cü dərəcəli elektrik ustası kimi təyin edilmiş, xx.xx.1986-cı il tarixdə İmişli- Masallı sahəsi üzrə Magistral-kabel təsərrüfatına elektrik mexaniki kimi keçirilmiş, xx.xx.1997ci il tarixdə Saatlı sahəsinə 4-cü dərəcəli elektrik ustası kimi təyin edilmiş, xx.xx.1997-ci il tarixdəƏli-Bayramlı EÇ-dən köçürülərək 1 saylı İmişli-Osmanlı sahəsinə kabel təsərrüfatının elektrik mexaniki kimi təyin edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 57 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2020-ci il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı 24 il 03 ay 02 gün olmuşdur. Qeyd olunan iş stajı və təhsil müddəti cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il 01 ay 01 gün (24 il 03 ay 03 gün + 09 ay 29 gün) ümumi iş stajı mövcuddur. Məhkəmə cavabdehin etirazda göstərdiyi digər hala münasibət bildirir və aşağıdaki qeyd edir. Məhkəmə iddiaçının güzəştli iş stajının toplayıb-toplamaması istiqamətdə araşdırma aparmış, zəruri güzəştli arayışın tələb olunması məqsədi ilə aidiyyəti üzrə sorğu vermiş və İddiaçı xx.xx.2006-cı ilədək işlədiyi peşənin güzəştli iş stajına imkan verən peşələrə daxil edilməli olmasını müəyyən etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 8 nömrəli X13 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 123 nömrəli məktubunda qeyd edilmişdir ki, 8 nömrəli Saatlı yol sahəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli 42 nömrəli arayışda qeyd olunduğu kimi o xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Saatlı yol distansiyasında ( o illərdə müəssisənin adı belə idi)Yol montyoru və 3 cü dərəcəli hərəkət mexaniki işləmişdir və 42 nömrəli arayışın sonunda qeyd edildiyi kimi, magistral dəmir yolunun əlaqə şəbəkəsinin "yol montyoru" vəzifəsi güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının "Güzəştli çərtlərlə yaşa görə Əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı^nın XXVİİİ fəsil.Nəqliyyat, kod 23001000-19825 və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 21.4 -Dəmiryol nəqliyyatı bəndinə əsasən əsaslandırılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13- 1/2-5687/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan dəmir yollarında elektrik montyoru vəzifəsində işləmiş İddiaçı xx.xx.1985-ci il tarixindən 10 aylıq müddətə Baranovski texniki məktəbinə elektrik mexaniki kurslarına göndərilmiş, lakin sözügedən müddət ərzində həmin şəxs əməkhaqqı almamışdır. S.A.Əbülfəz oğlu xx.xx.1983-xx.xx.1985, xx.xx.1986xx.xx.1986-cı il tarixlərində magistral kabel xəttinə xidmət edən elektrik montyoru, xx.xx.1986xx.xx.1997-ci il tarixlərində magistral kabel xəttinin elektrik mexaniki, xx.xx.1997-xx.xx.1997-ci il tarixlərində elektrik montyoru, xx.xx.1997-xx.xx.2021 -ci il tarixləri ərzində isə elektrik mexaniki vəzifələrində çalışmışdır. Magistral kabel təsərrüfatında işləyən elektrik montyoru həmin təsərrüfatın elektrik mexanikinin köməkçisi olmaqla yaranan nasazlıqların aradan qaldırılmasında xidmət göstərir. Kabel təsərrüfatında işləyən elektrik mexaniki magistral kabelin calaqlarında yaranmış nasazlıqların hər iki istiqamətə yenilənməsi və normal vəziyyətdə işləməsi üçün məsuliyyət daşıyır və magistral kabeldə olan nasazlıqları bərpa edir. Qeyd edirik ki, həmin şəxsin çalışdığı yuxarda göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nda 21.4-cü bənddə sözügedən “magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” bölməsinə aiddir. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları” əsasında müəyyən edilməlidir. Belə ki, iddiaçının işlədiyi zərərli maddələrin tətbiq edilməsi işlərində məşğul olan vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə Əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXVİİİ fəsil.Nəqliyyat, kod 23001000-19825 və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 21.4 -Dəmiryol nəqliyyatı bəndi ilə öz əksini tapmışdır. Məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, yuxarıda da göstərildiyi kimi, oxşar mübahisələr ilə bağlı Ali Məhkəmənin bir çox qərarlarında “Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər” ifadələri göstərilmişdir. Məhkəmə araşdırması nəticəsində ünvanlanmış sorğulara verilən cavablar əsasında müəyyən etmişdir ki, Magistral kabel təsərrüfatında işləyən elektrik montyoru həmin təsərrüfatın elektrik mexanikinin köməkçisi olmaqla yaranan nasazlıqların aradan qaldırılmasında xidmət göstərir. Kabel təsərrüfatında işləyən elektrik mexaniki magistral kabelin calaqlarında yaranmış nasazlıqların hər iki istiqamətə yenilənməsi və normal vəziyyətdə işləməsi üçün məsuliyyət daşıyır və magistral kabeldə olan nasazlıqları bərpa edir. Belə olan məhkəmə qeyd dilən peşənin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olduğu müəyyən edilir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 06 ay güzəştli iş stajını) topladığından o, 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixindən, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar