Məhkəmə qərarları › İş №2-1(120)-610/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-610/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-610/2024 05.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsinin 1 saylı Şirvan-Salyan regional filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Dövlət Sosial X8 Hüquqi Şəxsinin 1 saylı Şirvan-Salyan regional filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. Yaşa görə pensiya alır. Ona pensiya təyin olan vaxt onun Əli Bayramlı meşə ustası vəzifəsində işlədiyi xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi illər nəzərə alınmamışdır və bu səbəbdən onun hazırda aldığı pensiya məbləği almalı olduğu məbləğdən azdır. Belə ki, onun işlədiyi bütün idarə və müəssisələr əmək kitabçasında öz əksini tapır, müəssisə və idarələrin möhrü ilə təsdiq edilmişdir. Pensiya məbləğinin yenidən hesablanması ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətini düzgün araşdırmayıb və ona araşdırma barədə düzgün məlumat verməmişdir. İş stajı əmək kitabçasında qeyd edilmiş və idarələrin möhrü ilə öz təsdiqini tapmışdır. Hesab edir ki, onun pensiyasının hesablanması cavabdehə həvalə edilməlidir. Onun yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 1 saylı Şirvan-Salyan regional Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 1 saylı Şirvan-Salyan regional(Şirvan, Hacıqabul) filialından daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. İşləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün pensiyanız yenidən hesablanaraq xx.xx.2023-ci il tarixindən 432.95 manat müəyyən edilmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-79657/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli 2-1(120)- 2404/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı 39 il 1 ay 6 gün sığorta stajına əsasən xx.xx.2002-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2011-ci tarixində vətəndaşın işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq xx.xx.2006-cı il tarixinədək 46 il 3 ay 22 gün sığorta stajı (təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1958-ci il tarixindən xx.xx.1962-ci il tarixinədək 3 il 10 ay 23 gün təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1962-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, 01,02.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 42 il 4 ay 29 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla) və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci tarixinədək fərdi hesabının sığorta hissənində qeydə alınan 953,33 manat (5 il 8 ay 8 gün sığorta stajına uyğun olaraq) pensiya məbləği nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Məlumat üçün bildiririk ki, iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində istifadə olunmayan pensiya kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq ən çoxu əvvəlki 3 il üçün olmaqla xx.xx.2020-ci il tarixindən yenidən hesablanmış və 313,23 manata çatdırılmışdır. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 348,94 manat, xx.xx.2022-ci il tarixindən 360,81 manat, xx.xx.2023-cü il tarixindən 432,95 manat müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, vətəndaşın təqdim etdiyi sənədlər üzrə mübahisələndirilən əmək fəaliyyəti dövrü mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-130660/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-ci il tarixli, 2-1(120)-2404/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, vətəndaş X1 əmək pensiyasının hesablanmasında Sabirabad rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindəki əmək fəaliyyəti dövrləri də daxil olmaqla əmək kitabçası üzrə ümumi iş stajı, təhsil və hərbi xidmət illəri, eləcə də xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı tam nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-141581/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli 2-1(120)-2404/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 3-17-1/3-1-58205/2023 nömrəli xx.xx.2023-cü il tarixli xidməti məktubunda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə X9 Təsərrüfatı Mərkəzi tərəfindən İddiaçı xeyrinə 2006-2011-ci illər üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların öz əksini tapdığı qeyd olunmuşdur (Sözügedən xidməti məktub qoşmaya əlavə edilir). Bildiririk ki, Fondun keçmiş Sabirabad rayon şöbəsi tərəfindən İddiaçı xeyrinə 2006-2011-ci illər üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları vətəndaşın işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2011-ci il tarixində yenidən hesablama zamanı nəzərə alınmışdır. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 3220,74 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə yenidən hesablama zamanı nəzərə alınmış və əmək pensiyasının məbləği 430,95 manatdan 432,95 manata çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/456 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçı X4 “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2002-ci il tarixindən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 26.3-1 -ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən təhsil aldığı müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı 46 il 4 ay 3 gün təşkil edir. Qeyd olunan maddəyə əsasən 2006-cı il tarixinədək 46 il 4 ay 3 gün sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi 89,83 manat təşkil edir. ((46+(3/30gün)+4)/12ay)x1,94= 89,83). Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçıya pensiya təyin olunduğu xx.xx.2006-cı il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2011-cİ il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 953,33 müəyyən edilmişdir: 953,33:76= 12,54 xx.xx.2011 - 89,83+12,54+85=187,37 Pensiyanın ümumi məbləği aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2018 102,37+102,37x7,9%+85(baza hissə)= 195,46 xx.xx.2019 110,46+110,46x1,1 %+85(baza hissə)= 196,68 xx.xx.2013 111,68+100 (baza hissə)= 211,68 xx.xx.2020 111,68+111,68x2,4%+100 (baza hissə)= 214,36 xx.xx.2021 114,36+114,36x1,4% +100 (baza hissə)= 215,96 xx.xx.2022 115,96+115,96x4%+100 (baza hissə)= 220,60 xx.xx.2017 120,60+110 (baza hissə)= 230,60 xx.xx.2023 120,60+120,60x12,4%+110 (baza hissə)= 245,55 xx.xx.2023 245,55+245,55x5,7%=259,55 xx.xx.2024 259,55+259,55x3%=267,34 xx.xx.2025 267,34+267,34x16,6%=311,71 xx.xx.2026 311,71 +311,71 x11,4%=347,25 xx.xx.2027 347,25+347,25x3,4%=359,06 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 375,72 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 430,95 manata çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-222806/2024 nömrəli məktubuna əlavə olunmuş cədvəldən görünür ki, İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği 2023-cü il üzrə 432,95 manat, 2024-cü il üzrə 481,44 manat aylıq ödəniş olunmuşdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə görə yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 26.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Məhkəmə qeyd edir ki, iş materiallarından, həmçinin məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş iddiaçının pensiya işindən və qanunvericiliyin qeyd olunan müddəalarından görünür ki, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanaraq ödənilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/456 saylı ekspert rəyindən də görünür ki, iddiaçının pensiyasının məbləği 430,95 manat təşkil edir və düzgün hesablanmışdır. İddiaçının pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablandığı üçün iddiaçı pensiyasının düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər İddiaçı tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar