Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-611/2022 16.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01300 nömrəli əmrinin ona aid hissəsində ləğv edilməsi və onun öz arzusu ilə ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyun 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun xx.xx.2021-ci il tarixli raportunun cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01300 nömrəli əmrinin ona aid hissəsində ləğv edilməsi və onun xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə komanda üzrə xidmət keçdiyi N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu sifarişli məktubla xx.xx.2021-ci il tarixdə hərbi hissə komandirinin adına göndərmişdir. AZ7008 №-li poçt şöbəsinin xx.xx.2021-ci il tarixli poçt qəbzinə əsasən onun sifarişli məktubu N №-li hərbi hissə komandirinə xx.xx.2021-ci il tarixdə göndərilmişdir. Poçt xəbərnaməsinə əsasən həmin sifarişli məktub xx.xx.2021-ci il tarixdə N №-li hərbi hissənin Eyvazov soyadlı məsul şəxsi tərəfindən qəbul edilmişdir. Lakin o, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01300 №-li əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Bu əmr isə ona xx.xx.2021-ci il tarixdə elan edilmişdir. O, xx.xx.2021-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirinə şikayət ərizəsi ilə müraciət edərək ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01300 №-li əmrinin ona aid hissəsində ləğv edilməsini və onun xx.xx.2021-ci il tarixli raportuna əsasən ehtiyata buraxılmağı barədə yeni əmr verilməsini xahiş etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir. İmtinanı isə əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı öz ərizəsində, xx.xx.2021-ci il tarixdə xidmət keçdiyi N nömrəli hərbi hissədə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) ehtiyata buraxılmağı barədə vəsatət qaldırılması barədə raportla müraciət etdiyini qeyd etmişdir. Hesab edirlər ki, iddia tələbi tamamilə əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gələrək, qeyd etmək zəruridir ki, baş leytenant İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə yol verdiyi ciddi nöqsanlara görə xx.xx.2020-ci il tarixdə kiçik zabitlərin şərəf məhkəməsində dinlənərək, rütbəsi bir pillə “baş leytenant” rütbəsinədək aşağı salınmışdır. Böyük rəislərə qarşı hərbi nəzakət qaydalarını kobud şəkildə pozduğuna görə xx.xx.2021-ci il tarixdə intizam cəzası qaydasında aşağı vəzifəyə keçirilərək xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Xidmət dövründə öz vəzifələrinə laqeyd yanaşaraq, qoşun xidmətinin təşkilində bir sıra nöqsanlara yol vermiş, şəxsi intizamı və mənəvi keyfiyyətlərinin aşağı olması nəzərə alınaraq, xx.xx.2021-ci il tarixdə barəsində xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması ilə əlaqədar raport yazılaraq yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Təqdim edilmiş xidməti xasiyyətnamədə iddiaçı mənfi xarakterizə olunmuşdur. Belə ki, xidməti vəzifə borclarına laqeyd yanaşaraq, verilən tapşırıqların icrasından dəfələrnən boyun qaçırmış, sıra nizamnaməsinin və intizam nizamnaməsinin tələblərinə riayət etməmiş, ona tutulan iradlardan nəticə çıxarmamışdır. Yol verdiyi nöqsanlara görə dəfələrlə komandanlıq tərəfindən intizam qaydasında cəzalandırılmışdır. Bu faktlar qeydə alınaraq İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılması üçün təqdim olunan İddiaçı xx.xx.2021-ci il tarixdə onunla aparılmalı olan söhbətləşmədən imtina etmiş və bu haqda akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə hərbi həkim komissiyasından keçməkdən imtina etdiyi üçün, akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə xidməti vərəqədən çıxarışla tanış olmaqdan imtina etdiyi üçün akt tərtib edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixdə İddiaçı barəsində tərtib olunmuş təqdimatda zabit kimi xidmətə yararsız olduğu nəzərə alınaraq Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədə uyğun hesab edilərək Müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə dəfələrlə intizam qaydasında cəzalandırılmış, hərbi rütbəsi bir pillə aşağı salınmış, lakin verilən intizam cəzalarından heç bir nəticə çixarmamış, təkrar intizamsızlıqlara yol verdiyinə görə N nömrəli hərbi hissədə aşağı vəzifəyə təyin olunmuşdur. Buna baxmayaraq N nömrəli hərbi hissədə də xidmət etdiyi müddətdə verilən tapşırıqların icrasına səhlənkar yanaşmış, dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Bunlara baxmayaraq xidmətində dönüş yaratmamış, aparılmış söhbətlərdən, verilmiş intizam cəzalarından, böyük rəislərin iradlarından nəticə çıxarmamış və öz əməlləri ilə digər hərbi qulluqçulara pis nümunə olmuşdur. Belə ki, 2017ci ilin mart ayının əvvəllərində verdiyi komandanı icra edə bilməməsi səbəbindən tabeliyində olan əsgər X1 döydüyünə görə barəsində Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə cinayət işi başlanmış, Naxçıvan MR Hərbi Məhkəməsinin hökmünə əsasən CM-nin 62-ci maddəsi tətbiq olunaraq 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Qarnizon üzrə Hərbi Avtomobil Müfəttişliyi növbətçisi olarkən üzərində smartfon tipli mobil telefon aşkar olunduğuna görə hərbi rütbəsi “baş leytenant” hərbi rütbəsinədək aşağı salınmış, xx.xx.2021-ci il tarixdə, saat 15:30 təyin olunmuş düzülüşə gəlməmiş, division komandiri tərəfindən telefonla əlaqə saxlanılıb İddiaçı gəlməyəcəyini bildirmişdir. Bundan başqa, N nömrəli hərbi hissədə xidmət edərkən: - xx.xx.2019-cu il tarixdə “Hərbi hissə üzrə cavabdeh olarkən günün nizam qaydalarına riayət etmədiyinə və qoşun xidmətinin təşkilinə nəzarət etmədiyinə görə” - “Töhmət”; xx.xx.2019-cu il tarixdə “Vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyinə görə” - “Töhmət”; xx.xx.2019-cu il tarixdə “Verilən tapşırıqlara səhlənkar yanaşdığına görə” - “Töhmət”; xx.xx.2020-ci il tarixdə “Xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlara görə” - “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”; xx.xx.2020-ci il tarixdə “Avtomobillərin istismar naryadını düzgün tərtib etmədiyinə görə” - “Töhmət”; xx.xx.2021-ci il tarixdə “Vəzifə borclarının icrasına səhlənkar yanaşdığına və hərbi hissə növbətçisi oldudu zaman xidməti düzgün təşkil etmədiyinə görə” - “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə “Vəzifə borclarının icrasına səhlənkar yanaşdığına və hərbi hissə komandirinin göstərişinə uyğun avtomobil texnikasını planlaşdırmadığına görə - “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə “Vəzifə borclarının icrasına səhlənkar yanaşdığına və hərbi hissə komandirinin göstərişinə uyğun avtomobil texnikasını planlaşdırmadığına görə” - “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə “Vəzifə borclarının icrasına səhlənkar yanaşaraq hərbi avtomobil müfəttişliyi növbətçisi təyin olumasına baxmayaraq heç bir üzürlü səbəb olmadan yerbəyerə gecikdiyinə və böyük rəisə qarşı hörmətsizlik etdiyinə görə” - “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”; N nömrəli hərbi hissədə xidmət edərkən: - xx.xx.2021-ci il tarixdə “2021-ci ilin iyul ayında keçirilən komandir hazırlığı zamanı ixtisas, atış və atışın idarəolunması və fiziki hazırlıqdan qeyri-məqbul qiymət aldığına görə” - “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə “sıra intizamını pozduğuna görə (sırada icazəsiz danışdığına görə)’’ - “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə “Öz konspektini əsgərə yazdırdığı aşkar olduğuna görə” - “Şiddətli töhmət” intizam cəzaları verilmişdir. Bu da onu göstərir ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə uyğun ehtiyata buraxılması əsaslı və qanunauyğundur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçıya məxsus EZ № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantı olmuş, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif hərbi hissələrdə hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01300 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə uyğun ehtiyata buraxılmışdır. İddiaçı hazırda həmin əmri mübahisələndirir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - X3 Komandanına ünvanladığı xx.xx.2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə komanda üzrə raport yazaraq hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiya) haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etdiyini, lakin raportunun cavablandırılmamış və nəticəsiz qaldığını, odur ki, onun xx.xx.2021-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiya) üçün müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən iddiaçının nümayəndəsi X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2072 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin 05 may 2021-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi olduğunuz baş leytenant İddiaçı xx.xx.2021-ci il tarixdə X3 Komandanına ünvanladığı şikayət ərizəsinin cavablandırılmaması və onun hədələnərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması ilə bağlı Ordu Komandanına ünvanladığınız şikayət ərizəniz araşdırıldı. Araşdırma zamanı məlum oldu ki, baş leytenant İddiaçı xx.xx.2021-ci il tarixdə X3 Komandanına xidmət yerlərinin dəyişdirilməsi (rotasiyası) ilə bağlı ünvanladığı şikayət ərizəsi, ünvan 21 may 2021-ci il tarixdə rəsmi məktub göndərilməklə cavablandırılıb, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması ilə bağlı şikayəti əsassızdır. Baş leytenant İddiaçı xidmət yerlərinin dəyişdirilməsi (rotasiyası) ilə bağlı bildirmək istəyirlər ki, 2020-ci ilin sentyabr ayından başlanan döyüş əməliyyatlarından sonrakı dövrdə yaranmış vəziyyət və “COVİD-19” pandemiyasının geniş yayılması “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) haqqında Təlimat”ın tələblərinin yerinə yetirilməsində çətinlik yaratdığı üçün Azərbaycan Respublikası Müdafiə Nazirin göstərişinə əsasən zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsi (rotasiyası) 2022-ci ilin iyun ayına qədər müvəqqəti olaraq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən iddiaçının nümayəndəsi X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2322 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin 26 may 2021-ci il tarixdə X3 Komandanına ünvanladığınız şikayət ərizəsi ilə bağlı bildirmək istəyirlər ki, etibarnamə üzrə nümayəndəsi olduğunuz baş leytenant İddiaçı iş həcmi az olan aşağı vəzifəyə keçirilməsinin səbəbi onun xidmət etdiyi birlikdən digər birliklərə dəyişdirilməsi üçün etdiyi müraciətlə əlaqədar deyildir. Qeyd etmək istəyirlər ki, baş leytenant İddiaçı vəzifə borclarının icrasına səhlənkar yanaşdığına, verilən intizam cəzalarından və aparılan söhbətlərdən nəticə çıxarmadığına görə aşağı vəzifəyə təyin olunub. Əlavə olaraq bildirirlər ki, baş leytenant İddiaçı X3 Komandanına xidmət yerlərinin dəyişdirilməsi (rotasiyası) ilə bağlı ünvanladığı şikayət ərizəsinə 11 may 2021-ci il tarixdə məktub göndərilməklə (rəsmi) cavab verilib. İş materiallarında olan İddiaçı N nömrəli hərbi hissə komandirinə ünvanladığı xx.xx.2021-ci il tarixli raportdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmidir. İş materiallarında olan İddiaçı nümayəndəsi A.Qasımovun Azərbaycan Respublikası Müdafiə Nazirinə ünvanladığı xx.xx.2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, N nömrəli hərbi hissənin zabiti İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmasının qarşısının alınması və onun rotasiya ilə başqa birliyə xidmət yerinin dəyişdirilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyadsının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: “... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ...” Həmin Qanunun 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Həmin Qanunun 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddiməişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İddiaçının tələbi mübahisələndirilən əmrin ləğvi və onun öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə dəfələrlə intizam qaydasında cəzalandırılmış, hərbi rütbəsi bir pillə aşağı salınmış, lakin verilən intizam cəzalarından heç bir nəticə çixarmamış, təkrar intizamsızlıqlara yol verdiyinə görə N nömrəli hərbi hissədə aşağı vəzifəyə təyin olunmuşdur. Buna baxmayaraq N nömrəli hərbi hissədə də xidmət etdiyi müddətdə verilən tapşırıqların icrasına səhlənkar yanaşmış, dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Bunlara baxmayaraq xidmətində dönüş yaratmamış, aparılmış söhbətlərdən, verilmiş intizam cəzalarından, böyük rəislərin iradlarından nəticə çıxarmamışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2017-ci ilin mart ayının əvvəllərində verdiyi komandanı icra edə bilməməsi səbəbindən tabeliyində olan əsgər X1 döydüyünə görə barəsində Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə cinayət işi başlanmış, Naxçıvan MR Hərbi Məhkəməsinin hökmünə əsasən CM-nin 62-ci maddəsi tətbiq olunaraq 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Qarnizon üzrə Hərbi Avtomobil Müfəttişliyi növbətçisi olarkən üzərində smartfon tipli mobil telefon aşkar olunduğuna görə hərbi rütbəsi “baş leytenant” hərbi rütbəsinədək aşağı salınmış, xx.xx.2021-ci il tarixdə, saat 15:30 təyin olunmuş düzülüşə gəlməmiş, division komandiri tərəfindən telefonla əlaqə saxlanılıb İddiaçı gəlməyəcəyini bildirmişdir. Bundan başqa, N nömrəli hərbi hissədə xidmət edərkən: - xx.xx.2019-cu il tarixdə “Hərbi hissə üzrə cavabdeh olarkən günün nizam qaydalarına riayət etmədiyinə və qoşun xidmətinin təşkilinə nəzarət etmədiyinə görə” - “Töhmət”; xx.xx.2019-cu il tarixdə “Vəzifəsinin öhdəsindən layuiqincə gəlmədiyinə görə” - “Töhmət”; xx.xx.2019-cu il tarixdə “Verilən tapşırıqlara səhlənkar yanaşdığına görə” - “Töhmət”; xx.xx.2020-ci il tarixdə “Xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlara görə” - “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”; xx.xx.2020-ci il tarixdə “Avtomobillərin istismar naryadını düzgün tərtib etmədiyinə görə” - “Töhmət”; xx.xx.2021-ci il tarixdə “Vəzifə borclarının icrasına səhlənkar yanaşdığına və hərbi hissə növbətçisi oldudu zaman xidməti düzgün təşkil etmədiyinə görə” - “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə “Vəzifə borclarının icrasına səhlənkar yanaşdığına və hərbi hissə komandirinin göstərişinə uyğun avtomobil texnikasını planlaşdırmadığına görə - “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə “Vəzifə borclarının icrasına səhlənkar yanaşdığına və hərbi hissə komandirinin göstərişinə uyğun avtomobil texnikasını planlaşdırmadığına görə” - “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə “Vəzifə borclarının icrasına səhlənkar yanaşaraq hərbi avtomobil müfəttişliyi növbətçisi təyin olumasına baxmayaraq heç bir üzürlü səbəb olmadan yerbəyerə gecikdiyinə və böyük rəisə qarşı hörmətsizlik etdiyinə görə” - “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”; N nömrəli hərbi hissədə xidmət edərkən: - xx.xx.2021-ci il tarixdə “2021-ci ilin iyul ayında keçirilən komandir hazırlığı zamanı ixtisas, atış və atışın idarəolunması və fiziki hazırlıqdan qeyri-məqbul qiymət aldığına görə” - “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə “sıra intizamını pozduğuna görə (sırada icazəsiz danışdığına görə)’’ - “Şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə “Öz konspektini əsgərə yazdırdığı aşkar olduğuna görə” - “Şiddətli töhmət” intizam cəzaları verilmişdir. Verilmiş intizam cəzalarından, görülmüş ictimai təsir tədbirlərindən nəticə çıxararaq hərbi intizamında, xidməti döyüş fəaliyyətində, vəzifə borclarının icrasında dönüş yaratmadığına görə xx.xx.2021-ci il tarixdə barəsində xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması ilə əlaqədar raport yazılaraq yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Bundan əlavə məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılması üçün təqdim olunan İddiaçı xx.xx.2021ci il tarixdə onunla aparılmalı olan söhbətləşmədən imtina etmiş və bu haqda akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə hərbi həkim komissiyasından keçməkdən imtina etdiyi üçün, akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə xidməti vərəqədən çıxarışla tanış olmaqdan imtina etdiyi üçün akt tərtib edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixdə İddiaçı barəsində tərtib olunmuş təqdimatda zabit kimi xidmətə yararsız olduğu nəzərə alınaraq Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədə uyğun hesab edilərək Müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əsasən iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılarkən cavabdeh inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilməsi iş materialları ilə müəyyən olunmur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı hərbi hissə komandirlərinin ona qarşı qərəzli olmaları barədə dəlilləri əsassızdır. Belə ki, iddiaçı həmin hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “cavabdehin iddiaçının barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 01300 saylı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsinə dair tələbi əsaslı deyil. İddiaçının ikinci tələbi – onun xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırmaları zamanı iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyinin yuxarı rəhbərliyə məruzə edilərək ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli tərxis raportu mövcud olsa da, iddiaçının nümayəndəsi A.Qasımov xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirinə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) ilə bağlı şikayət ünvanlamış, həmin şikayətə cavab olaraq isə 2020-ci ilin sentyabr ayından başlanan döyüş əməliyyatlarından sonrakı dövrdə yaranmış vəziyyət və “COVİD-19” pandemiyasının geniş yayılması “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) haqqında Təlimat”ın tələblərinin yerinə yetirilməsində çətinlik yaratdığı üçün Azərbaycan Respublikası Müdafiə Nazirin göstərişinə əsasən zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsi (rotasiyası) 2022-ci ilin iyun ayına qədər müvəqqəti olaraq dayandırıldığı iddiaçıya rəsmi olaraq bildirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının sonradan həqiqi hərbi xidmətdən (öz arzusu ilə) ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırması barədə dəlilləri artıq başlanılmış intizam icraatının dayandırılması və ya həmin icraatın nəticəsi olaraq intizam məsuliyyətinə cəlb edilməməsi üçün əsas olmadığından yuxarıda qeyd olunan qanunvericilik normaları ilə təkzib edilir. İddia tələbinin digər, yəni onun xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, iddianın qeyd olunan hissəsi birinci hissənin (ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01300 nömrəli əmrinin ona aid hissəsində ləğv edilməsi) həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə rədd edildiyindən iddianın qalan hissəsi də rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01300 nömrəli əmrinin ona aid hissəsində ləğv edilməsi və onun öz arzusu ilə ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01300 nömrəli əmrinin ona aid hissəsində ləğv edilməsi və onun öz arzusu ilə ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-611/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-611/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver