Məhkəmə qərarları › İş №2-1(120)-612/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-612/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-612/2025 29.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10rşı “çıxarışın ləğv olunması və 10 ha torpaq sahəsinin yerində ölçülüb koordinatların təhvil verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10rşı “çıxarışın ləğv olunması və 10 ha torpaq sahəsinin yerində ölçülüb koordinatların təhvil verilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10rşı “NURLAN-89” kiçik müəssisəsinin 4.03 ha zəbt olunmuş torpaq sahəsinin saxta çıxarışının araşdırılıb ləğv olunması və 10 ha torpaq sahəsinin yerində ölçülüb koordinatların təhvil verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Germi” fermer təsərrüfat birliyi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1995-ci il 20.08 tarixində X9 Sovetinin qərarı ilə “Nurlan-89” kiçik müəssisəsinə 10 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2018-ci il tarixində 2-2(086)-33/2018 Şirvan İnzibati-İqtisad Məhkəməsi onun zəbt olunmuş (Lətif Ağayev tərəfindən) torpağın “Nurlan-89” kiçik müəssisəsinə mxəsus olduğu qətnamə ilə təsdiq edilmişdir. 27 noyabr 2018-ci il tarixli, 2-2(108)- 78/2018-ci tarixində Şirvan Apellyasiya Məhkəməsinin İnzibati iqtisad Kollegiyası iddiaçı X5 şikayətini təmin etməmiş, xx.xx.2018-ci il Şirvan İnzibati-İqtisad Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Lətif Ağayevin Daşınmaz Əmlak Dövlət kadastr və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinin, Cəlilabad rayon Məhkəmə Qərarlarının İcra şöbəsinin və onun iştirakı ilə həmin əraziyə baxış keçirlimişdir. 4,03 ha torpağın “Nurlan-89” kiçik müəssisəsinə aid olduğu bütün iştirakçıların imzaları ilə təsdiq edilmişdir, o cümlədən L.Ağayev də Aktı təsdiq etmişdir. Aktda konkret göstərirlir ki, yenidən L.Ağayev həmin torpağı, yəni 4,03 h zəbt edərsə cinayət məsuliyyəti daşıyacağı göstərilmişdir. Amma buna baxmayaraq həmin torpaq L.Ağayev təkrar zəbt etmişdir. O, 2018-ci il Məhkəmə qətnaməsini, Məhkəmə Qərarlarını İcra Şöbəsinin qərarını əsas götürərək 2018-ci il Məhkəmə qətnaməsi ilə təsdiq edilmiş, amma 2021-ci il tarxində 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşı L.Ağayevlə cinayət əlaqəsinə girərək 4,03 ha torpağı saxta çıxarış almışdır. Onun müarciətinə cayab olaraq xx.xx.2023-ci il tarxində 8 saylı Cəlilabad Ərazi idarəsi ona məhkəməyə müraciət etməyi göstərmişdir. “Nurlan-89” kiçik müəssisəsinin 4,03 ha zəbt olunmuş torpaq sahəsinin saxta çıxarışını araşdırılıb ləğv olunması barədə qətnamə çıxarıb, “Nurlan-89” kiçik müəssisəsinin 10 ha torpaq sahəsinin yerində ölçülüb kordinatların ona təhvil verilməsi haqqında qətnamə çıxarılsın. Beləliklə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazı onunla əsaslandırmışdır ki, iddiaçı “Nurlan 89” kiçik müəssisəsinin direktoru X4 müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi” şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi məktubla bildirilmişdir ki, Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici və texniki sənədlərinə uyğun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göstərilən əsaslara və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizədə göstərilən tələbin icrası mümkün deyildir. Torpaq sahəsi üzərində yaranmış mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Məlumat üçün bildirir ki, “Germi” X2 Cəlilabad rayon X6 Rəyasət Heyətinin 30 iyun 1995-ci il tarixli 07 nömrəli qərarı, torpaq sahəsinin seçim aktı, torpaq sahəsinin baş planı və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət sahiblik və daimi istifadə hüququna dair dövlət aktı əsasında Cəlilabad rayonu ərazisində 150.0 ha X12 torpaq sahəsi verilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin qeydiyyata alınmasına Cəlilabad rayon İcra Hakimiyyətinin 09 iyun 2021 -ci il tarixli 638 saylı razılıq məktubu mövcuddur. Cəlilabad rayonu ərazisində yerləşən “Germi” X2 Cəlilabad rayon X6 Rəyasət Heyətinin 30 iyun 1995-ci il tarixli 07 nömrəli qərarı ilə 7 hissədə ayrılmış 150.0 ha X12 torpaq sahəsinin 80.0 ha hissəsinə 26 avqust 2021 -ci il tarixli **********14 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 24.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********08 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 2.5 ha hissəsinə 26 avqust 2021- ci il tarixli **********12 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 5.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********09 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 3.50 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********10 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 5.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********11 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 24.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********08 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 30.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********13 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq iddiaçı “Nurlan 89” kiçik müəssisəsinin direktoru X4 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirik. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun icraata başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması və qərardad qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı “Nurlan 89” kiçik müəssisəsinin direktoru X4 müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi” şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi məktubla bildirilmişdir ki, Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici və texniki sənədlərinə uyğun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göstərilən əsaslara və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizədə göstərilən tələbin icrası mümkün deyildir. Torpaq sahəsi üzərində yaranmiş mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Məlumat üçün bildiririk ki, “Germi” X2 Cəlilabad rayon X6 Rəyasət Heyətinin 30 iyun 1995-ci il tarixli 07 nömrəli qərarı, torpaq sahəsinin seçim aktı, torpaq sahəsinin baş planı və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət sahiblik və daimi istifadə hüququna dair dövlət aktı əsasında Cəlilabad rayonu ərazisində 150.0 ha X12 torpaq sahəsi verilmişdir. Həmçinin sözü gedən torpaq sahəsinin qeydiyyata alınmasına Cəlilabad rayon İcra Hakimiyyətinin 09 iyun 2021-ci il tarixli 638 saylı razılıq məktubu mövcuddur. Cəlilabad rayonu ərazisində yerləşən “Germi” X2 Cəlilabad rayon X6 Rəyasət Heyətinin 30 iyun 1995-ci il tarixli 07 nömrəli qərarı ilə 7 hissədə ayrılmış 150.0 ha X12 torpaq sahəsinin 80.0 ha hissəsinə 26 avqust 2021 -ci il tarixli **********14 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 24.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********08 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 2.5 ha hissəsinə 26 avqust 2021- ci il tarixli **********12 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 5.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********09 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 3.50 ha hissəsinə 26 avqust 2021ci il tarixli **********10 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 5.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********11 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 24.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********08 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 30.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********13 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq iddiaçı “Nurlan 89” kiçik müəssisəsinin direktoru X4 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirik. Nəzərinizə çatdırırıq ki, 2-1(120)- 3907/2023 saylı inzibati iş üzrə olmuş məhkəmə prosesi zamanı iddiaçı “Nurlan 89” kiçik müəssisəsinin direktoru X4 ərizəsinin surəti Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici və texniki sənədlərinə uyğun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göstərilən əsaslara və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizdə göstərilən tələbinin icrası mümkün deyildir. Torpaq sahəsi üzərində Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(086)-33/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh “Germi” X1rşı dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon X6 qərarı ilə 31 avqust 1995-ci ildə “Nurlan-89” fərdi kiçik müəssisəsinin torpağını zəbt etdiyi üçün “Germi” fermer təsərrüfatları birliyinin həmin torpaq sahəsindən çıxarılmalı və “Nurlan-89” FKM-ə vurduğu 20.000 manatın və dövlət büdcəsinə vurduğu 9.000 manat, cəmi 29.000 (iyirmi doqquz min) manat ziyanın ödənilməsi barədə iddia tələbi qismən təmin edilmiş, “Germi” fermer təsərrüfatları birliyi “Nurlan-89” FKM məhdud məsuliyyətli cəmiyyətinin zəbt etdiyi 4,03 ha torpaq sahəsindən çıxarılmış və iddia tələbi qalan hissədə rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2-2(106)-78/2018 saylı Qətnaməsinə əsasən, apellyasiya şikayəti təmine dilməmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(086)-33/2018 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(086)-33/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata Cəlilabad rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduğundan xitam verilmişdir. A-004861 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktına əsasən, “Germi” təsərrüfat birliyinə Cəlilabad rayon X6 20 iyun 1995-ci il tarixli, 07 saylı Qərarına əsasən 150 hektar torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, DEF torpaq sahəsindən “Germi” FTB-nin adına 2.5 ha torpaq sahəsi daimi istifadəsinə verilmişdir. A№634085 nömrəli, xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cəlilabad rayonu, DEF torpaq sahəsindən “Germi” FTB-nin adına 2.5 ha torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, DEF torpaq sahəsindən “Germi” FTB-nin adına 80 ha torpaq sahəsi daimi istifadəsinə verilmişdir. A№634081 nömrəli, xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cəlilabad rayonu, DEF torpaq sahəsindən “Germi” FTB-nin adına 24 ha torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, DEF torpaq sahəsindən “Germi” FTB-nin adına 3.5 ha torpaq sahəsi daimi istifadəsinə verilmiş və A№634083 nömrəli, xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, DEF torpaq sahəsindən “Germi” FTB-nin adına 5 ha torpaq sahəsi daimi istifadəsinə verilmiş və A№634084 nömrəli, xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, DEF torpaq sahəsindən “Germi” FTB-nin adına 30 ha torpaq sahəsi daimi istifadəsinə verilmiş və A№634086 nömrəli, xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 638 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad Rayon XDS Rəyasət Heyətinin 1995-ci il 30 iyun tarixli (pr.N-7) qərarı ilə “Germi” X2 150,0 hektar torpaq sahəsi təhkim edilmiş və birliyə torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-004861 nömrəli dövlət aktı verilmişdir. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 10/1405 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan-89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin hansı koordinatlarda yerləşdiyini təyin etmək mümkün olmadı. İddiaçının faktiki istifadəsində olan 466 hatorpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək sxemi çəkilməklə yerquruluşu planında (mütəxəssis rəyinə əlavə edilmiş) təqdim edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan-89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin hüquqi statusunu, kateqoriyasını, növünü və təyinatını təyin etmək mümkün olmadı. İddiaçının faktiki istifadə vəziyyətinə görə istifadə etdiyi 4.66 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində dövlət mülkiyyətinə aid olmaqla kateqoriyası ehtiyat fondu torpaqları, təyinatı əkin torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan-89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında olan uyğunsuzluğu təyin etmək mümkün olmadı. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan-89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsini təyin etmək mümkün olmadı. İddiaçının faktiki istifadə etdiyi 4.66 ha torpaq sahəsinin 0.51 ha hissəsi **********14 reyestr nömrəli çıxarışla “Germi” FTB-nin icarəinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının tələb etdiyi 7.49 ha torpaq sahəsinin 6.95 ha hissəsi **********14 reyestr nömrəli çıxarışla “Germi” FTB-nin icarəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan- 89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin “Germi” FTB-nin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməyini təyin etmək mümkün olmadı. İddiaçının faktiki istifadə etdiyi 4.66 ha torpaq sahəsinin 0.51 ha hissəsi **********14 reyestr nömrəli çıxarışla “Germi” FTB-nin icarəinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının tələb etdiyi 7.49 ha torpaq torpaq sahəsinin 6.95 ha hissəsi “Germi” FTB tərəfindən istifadə olunur. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: preambulada göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə diqqətə çatdırır ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının hüquqi marağı “NURLAN-89” kiçik müəssisəsinə məxsus 4.03 ha zəbt olunmuş torpaq sahəsinin saxta çıxarışının araşdırılıb ləğv olunması və 10 ha torpaq sahəsinin yerində ölçülüb koordinatların təhvil verilməsindən ibarətdir. Belə ki, iddiaçının nümayəndəsi iddia edir ki, onun mülkiyyətinə verilmiş torpaq sahəsinin 4.03 ha hissəsi 3-cü şəxs tərəfindən zəbt edilmiş və “Germi” təsərrüfat birliyinə qanunsuz olaraq çıxarış verilmişdir. Məhkəmə müəyyən edir ki, “NURLAN-89” kiçik müəssisəsinə Cəlilabad Rayon XDS-in 31 avqust 1995-ci il tarixli Qərarı ilə Cəlilabad rayonunun x sərhəd zolağından DEF ərazidə 10.0 ha torpaq sahəsi verilmişdir. Həmçinin iş materiallarında olan A-004861 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, “Germi” təsərrüfat birliyinə Cəlilabad rayon X6 20 iyun 1995-ci il tarixli, 07 saylı Qərarına əsasən 150 hektar torpaq sahəsi verilmişdir. Həmin 150.0 ha X12 torpaq sahəsinin 80.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********14 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 24.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********08 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmişdir, 2.5 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********12 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmiş, 5.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********09 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmiş, 3.50 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********10 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmiş, 5.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********11 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmiş, 24.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********08 reyestr nömrəli çıxarış, plan və ölçü sənədi verilmiş, 30.0 ha hissəsinə 26 avqust 2021-ci il tarixli **********13 reyestr nömrəli çıxarış, plan və ölçü sənədləri tərtib edilmişdir. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 10/1405 nömrəli ekspert rəyi rəyində aşağıdakılar bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan-89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin hansı koordinatlarda yerləşdiyini təyin etmək mümkün olmadı. İddiaçının faktiki istifadəsində olan 466 hatorpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək sxemi çəkilməklə yerquruluşu planında (mütəxəssis rəyinə əlavə edilmiş) təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan-89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin hüquqi statusunu, kateqoriyasını, növünü və təyinatını təyin etmək mümkün olmadı. İddiaçının faktiki istifadə vəziyyətinə görə istifadə etdiyi 4.66 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində dövlət mülkiyyətinə aid olmaqla kateqoriyası ehtiyat fondu torpaqları, təyinatı əkin torpaq sahəsidir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan-89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında olan uyğunsuzluğu təyin etmək mümkün olmadı. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan- 89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsini təyin etmək mümkün olmadı. İddiaçının faktiki istifadə etdiyi 4.66 ha torpaq sahəsinin 0.51 ha hissəsi **********14 reyestr nömrəli çıxarışla “Germi” FTB-nin icarəinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının tələb etdiyi 7.49 ha torpaq sahəsinin 6.95 ha hissəsi **********14 reyestr nömrəli çıxarışla “Germi” FTB-nin icarəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan-89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin “Germi” FTB-nin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməyini təyin etmək mümkün olmadı. İddiaçının faktiki istifadə etdiyi 4.66 ha torpaq sahəsinin 0.51 ha hissəsi **********14 reyestr nömrəli çıxarışla “Germi” FTB-nin icarəinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının tələb etdiyi 7.49 ha torpaq torpaq sahəsinin 6.95 ha hissəsi “Germi” FTB tərəfindən istifadə olunur. Belə olan halda məhkəmə diqqətə çatdırır ki, Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan-89” kiçik müəssəsinə ayrılması iddia edilən 10.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin “Germi” FTB-nin çıxarış əsasında mülkiyyətində olan mübahisəli torpaq sahələri ilə üst-üstə düşməsini təyin etmək mümkün olmadığı səbəbindən iddiaçının hazırki halda mübahisəli çıxarışın ləğvini tələb etmək hüququnun olub-olmaması məlum deyildir. Belə ki, iddiaçı ilk öncə Cəlilabad X6 xx.xx.1995-ci il tarixli qərarı ilə “Nurlan-89” kiçik müəssəsinə ayrılmış 10.0 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün müraciət etməli və müraciətinin təmin edilməsindən imtina ediləcəyi təqdirdə həmin tələblə məhkəmədə iddia qaldıra bilər. Həmin mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra iddiaçının iddia etdiyi kimi 3-cü şəxs “Germi” FTB-nin istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyi müəyyən edilə bilər. Belə olan halda qeyd edilən məsələ öz təsdiqini tapdıqdan sonra 3-cü şəxsə verilmiş çıxarış və ya plan-ölçü sənədlərini iddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşəcək hissədə mübahisələndirmək hüququ yaranmış olacaqdır. İşin qeyd olunan faktiki və hüquqi əsasları nəzərə alınmaqla hazırki halda idiaçının tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya müxtəlif tarixlərdə hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçındən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar