Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-614/2023 05.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və vəkili X10, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Salyan rayonu, Arbatan kəndində anadan olmuş, 1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, inzibati orqan ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq ye işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işl; (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tə olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsinə pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödən məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respubl Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərc sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Mü< Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müd? Nazirinin əmr və sərəncamlarını, X17 qərarlarını, X17 səc sərəncam və əmrlərini rəhbər tutur. ‘‘Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xı sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kat tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qəra təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşəl vəzifələrin və göstəricilərin siyahısı ’nın ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində “X18 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 46560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18959,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. 25 ildən çox əmək stajı vardır. Belə ki, Azərbaycan Respublikası X18 Emalı ASC-nin xx.xx.2021 –ci il tarixli, 01/38 nömrəli arayışında onun 29 il 5 ay stajı və bunun 17 il 4 ay 24 gününün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 saylı qərarının 1 saylı əlavəsinin Vİİİ Kimya İstehsalı bölməsi 10800000- 1080A010 bəndinə və 2 saylı əlavəsinin XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-13399 “Plastik kütlənin tökücüləri” bölməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Ümumi peşələr bölməsi 35 (Plastik kütlənin tökücüləri) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa hüquq verən peşə olması öz təsdiqini tapır. Bundan başqa “Samux rayon Mərkəzi Xəstəxanası” X19 ona verdiyi xx.xx.2022-ci il tarixli, 397 nömrəli arayışında da qeyd edilmişdir ki, 11 il 5 ay həmin xəstəxanada işləmiş və qeyd edilən iş stajından 6 il 3 ay 14 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən peşələrə aid olduğu öz əksini tapır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona ünvanlanan imtina məktubu qanunsuz və əsassızdır. Qeyd etdiyim peşə və ümumi iş stajım imkan verir ki, mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi sərflərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda onun güzəştli is stajı 6 il 3 av 13 gün olmaqla (xx.xx.2010-xx.xx.2016) qanunvericiliklə tələb olunan müddətdən az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalısan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X17 qərarlarını, X17 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Belə ki, iddiaçı G.S.X5 təqdim etdiyi əmək kitabçalarına eyni zamanda xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli “X18 Emalı” zavodunun və xx.xx.2022-ci il tarixli, 397 nömrəli “Samux Rayon Mərkəzi Xəstəxanası” X19 güzəştli arayışlarına istinadən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia edir. Məlum olduğu kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş üç şərt ödənilməlidir: Aşağıda göstərilən əsaslara görə iddiaçının güzəştli sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Qanunda göstərilmiş şərtləri ödəmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən l' istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Filiala təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli “X18 Emalı” zavodunun arayışına əsasən onun xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X18 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində peyda alınmalı olan pensiya kapitalının aşağı həddi Qanunvericiliyə uydun olaraq İddiaçı münasibətdə 46560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində peyda alınan pensiya kapitalı cəmi 18959,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iddiaçının vəkili X14 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür: Güzəştli iş stajının toplanmaması; Belə ki, iddiaçı xx xxxxxx 1964-cü il tarixdə doğulmuşdur. 03 fevral 2016-cı il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Salyan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(057)-359/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi X6 hüquqi faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilmiş, ərizəçi X6 X18 Emalı zavodun tökmə sexində xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək presləyici, xx.xx.1976-cı il tarixdən xx.xx.1990-cı il tarixədək tökməçi və xx.xx.1992-ci ildən xx.xx.2000-ci il tarixədək tökməçi vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası X18 Emalı” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 01/38 nömrəli arayışının surətindən görünür ki, İddiaçı X18 Emalı Zavodunun xx.xx.1982 -ci il tarixli 92 “K” saylı əmrə əsasən Tökmə Sexinə operator köməkçisi kimi işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, 115 “K” saylı əmrə əsasən 2-ci dərəcə verilmişdir. xx.xx.1983-cü il tarixli, 221 “K” saylı əmrə əsasən 3-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixli, 112 “K” saylı əmrə əsasən 4-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixli, 03 “K” saylı əmrə əsasən həmin sexə 3-cü dərəcəli anbardar keçirilmişdir. xx.xx.1987-ci il tarixli, 83 “K” saylı əmrə əsasən həmin sexin iqtisadçı mühasib keçirilmişdir. xx.xx.2000-ci il tarixli, 17 “K" saylı əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən işdən azad edilmişdir. Umumi iş stajı 29 il 5 ay, güzəştli iş stajı 17 il 4 ay 24 gün ona AR NK-nin xx.xx.1993 -cü il tarixli, 320 saylı qərarının 1 saylı əlavəsinin Vİİİ Kimya İstehsalı bölməs: 10800000 - 1Q30AG10 bəndinə və 2 saylı əlavəsinin XXXİİİ Umumi peşələr bölməsinin 23200000 - 13399 “Plastik kütiənin tökücüləri" bölməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 ci il tarixli 12 saylı qərarına əsasən Ümumi peşələr bölməsi 35 (Plastik kütlənin tökücüləri) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa hüquq verir. İşdə olan Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2021-ci il tarixli, 546 nömrəli arxiv arayışından görünür ki, X15 Filialında mühafizə olunan Salyan rayon X23 zavodunun arxiv sənədlərində o cümlədən 1992-2000-ci illərdə İddiaçı mühasib işləyib əmək haqqı almağı qeyd edilmişdir. İşdə olan “Samux rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2022-ci il tarixli, 43 nömrəli arayışından görünür ki, Salyan şəhər sakini 1964-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2010-cu il tarixdə 11 saylı əmrlə Samux RMX PHŞ-in vərəm kabinetinə xadimə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə 45 saylı əmrlə Samux RMX PHŞ-in vərəm kabinetinin xadimə vəzifəsindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan Regional filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X2, pensiya təminat şöbəsinin baş mütəxəssisi X7, Dövlət X8 arxivçisi X1 tərtib etdikləri xx.xx.2022-ci il tarixli, 17 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialında daxil olmuş xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubun icrası ilə əlaqədar vətəndaş Məmmədov. Gülcahan Səməd qızının xx.xx.1982-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “X24; Emalı” ASC-də iş stajı faktını X15 filialında saxlanılan əmr və zavodun fəhlə v; qulluqçularının əmək haqqı barədə fərdi uçot kitablarına əsasən yoxlanılmış, yoxlama zamanı, İddiaçı adına olan faktlar aşağıda qeyd edilən qaydada müəyyən edildi, xx.xx.1982-ci il tarixli, 92-K nömrəli əmrə əsasən xx.xx.1982-ci il tarixdən Tökmə sexinə operato şagirdi qəbul edilmiş, xx.xx.1982-ci il tarixli 115-K əmrlə 16 nömrəli protokola əsasən xx.xx.1982-ci i tarixdən İİ dərəcə litovşik verilmiş, xx.xx.1983-cü il tarixli 221-K əmrlə 22,23,24 nömrəli protokola əsasən İ dərəcə litovşikdən İİİ dərəcə litovşik vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixli 112-K əmrlə 35 nömrəl protokola əsasən xx.xx.1985-ci il tarixdən İİİ dərəcə litovşikdən İV dərəcə litovşik vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixli, 03-K əmrlə xx.xx.1987-ci il tarixdən İV dərəcə litovşikdən İİİ dərəcə kladovşik vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixli, 83-K nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən İİİ dərəcə kladovşikdən iqtisadçı mühasib vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixli, 17-K nömrəli əmrlə tökmə sahəsinin iqtisadçı mühasibi, xx.xx.2000-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işdən azad edilmişdir. X15 filialında saxlanılan “X18 Emalı” ASC-nin 1991-2000-ci illərə aid zavodun fəhlə və qulluqçularının əmək haqqı barədə fərdi uçot kitablarının yoxlanılması zamanı İddiaçı adına olan faktlar müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası X18 X26 Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/34 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixindən-xx.xx.2000-ci il tarixinə kimi "X18 Emalı "Zavodunda işləmişdir. "X18 Emalı" Zavodu Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı sərəncamına əsasən "X18 Emalı" ASC-nə çevrilmiş və zavoda aid sənədlər X15 Filalına təhvil verilmişdir. Odur ki, vətəndaş İddiaçı adına lazım olan əmək haqqı, əmr və digər sənədlər üçün X15 Filalına müracət etməyi xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası X18 X26 Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/39 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli, 92 "K" saylı əmrə əsasən X18 Emalı Zavodunun isti üsulla plastik kütlələr (məhsullar) hazırlayan Tökmə sexinə-tökməçi operator qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, 115 "K" saylı əmrə əsasən 2-ci (ikinci) dərəcə, xx.xx.1983-ci il tarixli, 221 "K" saylı əmrə əsasən 3-cü (üçüncü) dərəcə, xx.xx.1985-ci il tarixli, 112 "K" saylı əmrə əsasən 4-cü (dördüncü) dərəcə, xx.xx.1987-ci il tarixli, 03 “K” saylı əmrlə sex anbarına 3-cü (üçüncü) dərəcəli anbardar, xx.xx.1987-ci tarixli, 83 “K” saylı əmrə əsasən həmin sexə iqtisadçı mühasib keçirilmişdir. xx.xx.2000-ci il tarixli, 17 “İST” saylı əmrə əsasən ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixli, 25 “K” saylı əmrə əsasən TTS-nə fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı sərəncamına əsasən “X18 Emalı Zavodu" "X18 Emalı ASC"- nə çevrilmişdir. xx.xx.2002-ci il tarixli, 06 “K” saylı əmrə əsasən ƏM-nin 75-ci maddəsinin 2.a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixindən xx.xx.2000-ci il tarixinə və xx.xx.2001-ci il tarixindən xx.xx.2002 ci il tarixinə kimi arasındakı dövr ərzində İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş ) stajı 18 il 2 ay 24 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edimiş İ saylı Siyahının 10800000-Vİİİ Kimya bölməsinin 1080A00-17541 (A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri); 1080B000-17541 (B. Məhsul istehsalında texnoloji proseslərdə tam iş günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr; qeyri - üzvü kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, şüşə plastik və poliuretanlar, (o cümlədən tozlama üsulu ilə), kauçuklar, lak-boyama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi) 1 nömrəli Siyahı üzrə güzəştli pensiya hüququna malikdirlər - bəndlərinə və İİ saylı Siyahının X. Kimya istehsalatı 2110A00; 2110B000-1753 a; 22102000 - Ümumi peşələr; 23200000-13399 (plastik kütlənin tökücüləri), bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, 13 avqust 2013-cü il tarixindən Fondunun Salyan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 268,62 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X17 qərarlarını, X17 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1982-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “X18 Emalı” zavodunun tökmə sexində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 10 ildən az (6 il 3 ay 13 gün (xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Həmçinin adıçəkilən şəxsin 01.01,2006-cı il tarixədək ümumi iş stajının 14 il 15 gün (xx.xx.1972-xx.xx.1974-ci il, xx.xx.1974-xx.xx.1976-cı il, xx.xx.1977-xx.xx.1977-cu il, xx.xx.1978xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2005-ci il, tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. 01,01.2006-cı il tarixindən sonra isə onun ümumi iş stajı 13 il təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 18616,72 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası “TibbiƏrazi X4” X25 “Salyan rayon X12 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2997 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqətən xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixə kimi Salyan MRX-nın Fizioterapiya şöbəsində sanitarka işləmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli, 232 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzində laborant vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası X18 X26 Cəmiyyətinin xx.xx.2023-ci il tarixli, 01/20 nömrəli arayışından görünür ki, İddiaçıxx.xx.1982-ci il tarixli 92 "K" saylı əmrə əsasən X18 Emalı Zavodunun isti üsulla plastik kütlələrdən plastik kütlə (məhsullar) hazırlayan Tökmə Sexinə tökməçi operator qəbul edilmişdir. xx.xx.1982 -ci il tarixli 115 "K" saylı əmrə əsasən 2-ci (ikinci) dərəcə; xx.xx.1983-ci il tarixli 221 "K" saylı əmrə əsasən 3-cü (üçüncü) dərəcə; xx.xx.1985-ci il tarixli 112 "K" saylı əmrə əsasən 4-cü (dördüncü) dərəcə; xx.xx.1987- ci il tarixli 03"K" saylı əmrə əsasən sex anbarına 3-cü(üçüncü) dərəcəli anbardar; xx.xx.1987-ci il tarixli 83 "K" saylı əmrə əsasən həmən sexə iqtisadçı mühasib keçirilib. xx.xx.2000- ci il tarixli 17 "İST" saylı əmrə əsasən ƏM-nin 70—ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. xx.xx.2001- ci il tarixli 25 "k" saylı əmrə əsasən Tikinti Təmir Sahəsinə fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyinin Dövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli 33 saylı sərəncamına əsasən "X18 Emalı Zavodu" "X18 Emalı ASC"- nə çevrilmişdir. xx.xx.2002- ci il tarixli 06 "k" saylı əmrə əsasən ƏM nin 75-ci maddəsinin 2.a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixindən- xx.xx.2000-ci il tarixinə və xx.xx.2001-ci il tarixindən -xx.xx.2002 Ci il tarixinə kimi arasındakı dövr ərzində İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 18 il 2 ay 24 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edimiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın Vİİİ. "Kimya İstehsalı" bölməsinin 8.1; 8.2; 8.3; 8.3.1 (Asfalt, pek materialları, asfalt-pek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik quru boyaq, xalis əlifdə boyaq; yod-brom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsulla məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvi şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifi əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyu sodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin:) bəndlərinə və XXXV. "Ümumi peşələr" (Plastik kütlənin tökücüləri)bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçsını) təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi dövrə aid güzəştli iş stajı barədə arayışının olunmaması iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Şərh olunan qanunvericiliyin müddəalarının təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 20 il, güzəştli iş stajının 10 ildən çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır . İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtin ödənilməsi tələb olunur. 1) 20 il ümumi iş stajının olması; (52 yaşı tamam olanadək) 2) bu müddətin azı 10 ilinin güzəştli iş stajı olması; Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən etdi ki, İddiaçı X18 Emalı” Açıq Səhmdar Cəmiyyətində X18 Emalı Zavodunun xx.xx.1982-ci il tarixli 92 “K” saylı əmrə əsasən Tökmə Sexinə operator köməkçisi kimi işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, 115 “K” saylı əmrə əsasən 2-ci dərəcə verilmişdir. xx.xx.1983-cü il tarixli, 221 “K” saylı əmrə əsasən 3-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixli, 112 “K” saylı əmrə əsasən 4-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixli, 03 “K” saylı əmrə əsasən həmin sexə 3-cü dərəcəli anbardar keçirilmişdir. xx.xx.1987-ci il tarixli, 83 “K” saylı əmrə əsasən həmin sexin iqtisadçı mühasib keçirilmişdir. xx.xx.2000-ci il tarixli, 17 “K" saylı əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən işdən azad edilmişdir. xx.xx.2001- ci il tarixli 25 "k" saylı əmrə əsasən Tikinti Təmir Sahəsinə fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyinin Dövlət Özələşdirmə Departamentinin 29 yanvar 2002-ci il tarixli 33 saylı sərəncamına əsasən "X18 Emalı Zavodu" "X18 Emalı ASC"- nə çevrilmişdir. xx.xx.2002- ci il tarixli 06 "k" saylı əmrə əsasən ƏM nin 75-ci maddəsinin 2.a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixindən- xx.xx.2000-ci il tarixinə və xx.xx.2001-ci il tarixindən - xx.xx.2002-ci il tarixinə kimi arasındakı dövr ərzində İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 18 il 2 ay 24 gün təşkil edir. Həmçinin, cavabdeh inzibayi orqan İddiaçı xx.xx.1972-xx.xx.1974-ci il, xx.xx.1974-xx.xx.1976-cı il, xx.xx.1977-xx.xx.1977-cu il və xx.xx.2001-xx.xx.2005-ci il tarixlərdə işlədiyi dövrü və 2006-cı il tarixdən sonra işlədiyi ümumi is stajı kimi qəbul etdiyi 13 ili mübahisəsiz hesab etmişdi. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının hüququ yarandığı tarixdə, yəni xx.xx.2016-cı ilə kimi ümumi iş stajı 20 ildən çoxdur. Eyni zamanda məhkəmə, iddiaçının güzəştli iş stajı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Azərbaycan Respublikası X18 Emalı ASC-nin işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı əlavəsinin Vİİİ Kimya İstehsalı bölməsi 10800000-1080A010 bəndinə və 2 saylı əlavəsinin XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-13399 “Plastik kütlənin tökücüləri” bölməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Ümumi peşələr bölməsi 35 (Plastik kütlənin tökücüləri) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa hüquq verən peşə olması öz təsdiqini tapır. Belə ki, X18 X26 Cəmiyyətinin xx.xx.2023-ci il tarixli, 01/20 nömrəli güzəştli arayışından İddiaçı etirazda qeyd edilən operator peşəsinə deyil xx.xx.1982-xx.xx.1987-ci illər arasında tökmə sexinə tökməci operator peşəsinə təyin edildiyi və güzəştli peşə üzrə ikinci, üçüncü və dördüncü dərəcələrə yiyələndiyi müəyyən edilir. İş materiallarına əaləv edilən sənədlərə əsasən qeyd edilən peşənin , Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edimiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın Vİİİ. "Kimya İstehsalı" bölməsinin 8.1; 8.2; 8.3; 8.3.1 (Asfalt, pek materialları, asfalt-pek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik quru boyaq, xalis əlifdə boyaq; yod-brom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsulla məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvi şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifi əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyu sodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin:) bəndlərinə və XXXV. "Ümumi peşələr" (Plastik kütlənin tökücüləri)bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil etdiyi müəyyən edilir. Belə olan halda məhkəmə qeyd edilən xx.xx.1982-xx.xx.1987-ci illəri güzəştli iş stajı kimi qəbul edir. Bundan başqa Samux rayon Mərkəzi Xəstəxanasında İddiaçı 11 il 5 ay işləməsi qeyd edilmişdir. Qeyd edilən iş stajından 6 il 3 ay 14 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Səhiyyə və sosial təminat bölməsi (19) vərəm və infeksion idarələrində, kabinetləri bəndində (a) çalışan kiçik tibb heyəti vəzifələrində öz təsdiqini tapır. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları” əsasında müəyyən edilməlidir. Belə ki, iddiaçının işlədiyi zərərli maddələrin tətbiq edilməsi işlərində məşğul olan ( vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində kiçik tibb heyəti) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİV Səhiyyə və sosial təminat idarələri bölməsi a) bölməsi (2260000a) kodları ilə öz əksini tapmışdır. Qeyd edilən 2010-2016-cı il tarixli dövr cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz hal kimi və güzəştli olaraq qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı xx.xx.2016cı il tarixədək (xx.xx.1982-xx.xx.1987-ci illər üzrə 04 il 04 ay və xx.xx.2010-xx.xx.2016-cı illər üzrə 06 il 02 gün, cəmi 10 il 04 ay 02 gün) güzəştli iş stajı 10 ildən çox təşkil edir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) topladığından o, 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-614/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-614/2023
05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver