Məhkəmə qərarları › İş №2-1(120)-615/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-615/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-615/2020 18.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20N9-cu il tarixli, 2-N(8N)- 5N76/20N9 saylı qərardadı ilə 2-N(8N)-5N76/20N9 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N992-ci il tarixdə Lerik rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. Bakı şəhərində yerləşən N saylı hərbi hissəyə göndərmiş və N saylı hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N42 saylı əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək ona "sıravi" hərbi rütbəsi verilmişdir. Bundan sonra N993-cü ildən N994-cü ilədək olan müddət ərzində N saylı hərbi hissəsinin şəxsi heyət üzvləri ilə birlikdə Füzuli, Beyləqan və Ağdam rayonlarına ezam olunaraq orada Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və atəşkəs elan olunduqdan sonra ezamiyyətdən qayıdaraq hərbi xidmətini davam etmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün N saylı hərbi hissə komandirinin NN noyabr N996-cı il tarixli 3N4 saylı əmrilə xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Lerik RHK-na göndərilmişdür. Həqiqətən də Qarabağ uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən sənədləri də vardır. Belə ki, hərbi hissənin komandiri tərəfindən adına verilmiş xasiyyətnamədə və adına verilmiş hərbi biletində onun həqiqətən də Qarabağ uğrunda gedən döyüşlərdə iştirakı qeyd edilmişdir. Lakin bu günkü günə kimi ona veteran adı və vəsiqəsi verilməmişdir. Bununla əlaqədar dəfələrlə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Axırıncı dəfə məcburiyyət qarşısında qalaraq lazımi sənədləri toplayıb, bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Onun ərizəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası"nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Göndərilən imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş arxiv arayışında ezam olunduğunuz obyektin konkret olaraq döyüş əməliyyatları aparan hansı hərbi hissəsinə aid olması və döyüş tapşırığının icrası ilə bağlı ezam olunmağınız öz əksini tapmadığından Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Komissiyanın qərarı ilə razı deyildir. Çünki, yuxarıda qeyd etdiyi kimi hərbi hissənin komandiri tərəfindən adına verilmiş xasiyyətnamədə və adına verilmiş hərbi biletində də onun həqiqətən də Qarabağ uğrunda gedən döyüşlərdə iştirakı qeyd edilmişdir. Həmin imtina məktubu ona xx.xx.20N9-cu il tarixdə göndərilmiş komissiyanın qərarından narazı olsa da, həyat yoldaşı xəstə olduğu üçün və onun başı onun müalicəsinə qarışdığı üçün bununla əlaqədar vaxtında məhkəməyə müraciət edə bilməmiş və hazırda müraciət edir.Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.20N9-cu il tarixli, N/B-3606 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Təqdim olunmuş Arxiv arayışında ezam olunduğunuz obyektin konkret olaraq döyüş əməliyyatları aparan hansı hərbi hissəsinə aid olması və döyüş tapşırığının icrası ilə bağlı ezam olunmağınız öz əksini tapmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarına əlavə olunmuş xx.xx.20N9-cu il tarixli, 6264N nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün N0 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 fevral 2020-ci il tarixli, 9/2-250N nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2020-ci il tarixli 2-N (N20)- 6N5/2020 №-li sorğunuza cavab olaraq bildiririk ki, Lerik RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N42 №-li əmrilə (əsas: § N4, sıra 2, səh 75, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilmişdir.N №li hərbi hissə komandirinin N may N993-cü il tarixli N3N Ns-li əmrində Ş.Babayevin (əsas: § 6, sıra 5, səh 55, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) Pereküşkül qəsəbəsinə göndərilərək xx.xx.N993-cü tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin N iyun N993-cü il tarixli N52 Ns-li əmrində sıravi İddiaçı (əsas: § N, sıra 3, səh N6, əmrdə atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) Pereküşkül qəsəbəsindən qayıdaraq xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 3N5 Ns-li əmrində əsas: səh 42, sıra 4, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi Ş.Babayevin 3 gün müddətinə Beyləqan rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin N0 yanvar N994-cü il tarixli N0 Nö-li əmrində Ş.Babayevin (əsas: § 2, sıra 3, səh N2, əmrdə adı və atasının adı tam yazılmamışdır, "hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N08 obyektə ezamiyyətə göndərilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin N2 fevral N994-cü il tarixli 42 Ns-li əmrində İddiaçı (əsas: § N, sıra N5, səh N7, əmrdə adı tam və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N08 obyektdən ezamiyyətdən qayıdaraq xx.xx.N994-cü il tarixdən qazan təminatına qoyulması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən baş mexanik, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün N Ns-li hərbi hissə komandirinin NN noyabr N996-cı il tarixli 3N4 Nö-li əmrilə (əsas: § 3, bənd 2, sıra 8, səh 40) xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Lerik RHK-na göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin 27 fevral 2020-ci il tarixli, N59 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 5 fevral 2020-ci il tarixli, 2-N (N20)-6N5/2020 nömrəli məktubunuza cavab olaraq bildirirəm ki, Lənkəran rayonu Xanbulan kənd sakini xx.xx.N974-cü il təvəllüdlü İddiaçı Şahüseyn oğlu xx.xx.N992-ci il tarixdə keçmiş Lerik rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissəyə təhvil verilmişdir. xx.xx.N996-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-ci tarixli N94 saylı əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.N996-cı il tarixdə keçmiş Lerik hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. İddiaçı Şahüseyn oğlu xx.xx.20N4-cü tarixdən SHXÇDX-nin Lerik rayon şöbəsindən qeydiyyatdan çıxaraq, SHXÇDX-nın Lənkəran rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Əlavə olaraq bildirirəm ki, İddiaçı Şahüseyn oğlunun döyüş əməliyyat iştirakı və hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına dair Xidmətin Lənkəran rayon şöbəsində heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 may 2020-ci il tarixli, 9/2-590N nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2020-ci il tarixli 2-N (N20)- 6N5/2020 №-li sorğunuza cavab olaraq bildiririk ki, Lerik RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N42 №-li əmrilə (əsas: § N4, sıra 2, səh 75, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilmişdir.N №li hərbi hissə komandirinin N may N993-cü il tarixli N3N №-li əmrində İddiaçı (əsas: § 6, sıra 5, səh 55, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) Pereküşkül qəsəbəsinə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin N iyun N993-cü il tarixli N52 №-li əmrində sıravi İddiaçı (əsas: § N, sıra 3, səh N6, əmrdə atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) Pereküşkül qəsəbəsindən qayıdaraq xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 3N5 №-li əmrində (əsas: səh 42, § , sıra 4, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı 3 gün müddətinə Beyləqan rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin N0 yanvar N994-cü il tarixli N0 №-li əmrində İddiaçı (əsas: § 2, sıra 3, səh N2, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N08 obyektə ezamiyyətə göndərilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin N2 fevral N994-cü il tarixli 42 Ns-li əmrində İddiaçı (əsas: § N, sıra N5, səh N7, əmrdə adı tam və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N08 obyektdən ezamiyyətdən qayıdaraq xx.xx.N994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən baş mexanik, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin NN noyabr N996-cı il tarixli 3N4 №-li əmrilə (əsas: § 3, bənd 2, sıra 8, səh 40) xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Lerik RHK-na göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N8 iyun 2020-ci il tarixli, NN/3029 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə baxılır.İddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur.Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 Nq-İİ Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığınının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2 Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 29 mart 20N9-cu il tarixli qərarla İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmamasına dair qərar qəbul etmişdir. Bununla da Komissiyanın imtinası qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında”Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdehmüharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xidmət etdiyi N08 obyektinə ezam olunması işin mübahisəsiz halı olsa da, N08 obyektinin döyüş əməliyatlarında iştirak edən hərbi hissəyə aid olması və iddiaçının məhz həmin obyektə döyüş tapşırığının icrası ilə bağlı ezam olunması məhkəmə araşdrıması zamanı təsdiqini tapmır. İddiaçı tərəfindən də həmin faktların təsdiq edən qanunla nəzərdə tutulmuş sübutlar (nizami hissə üzrə əmrlər) məhkəməyə təqdim edilməmişdir. Hansı ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş və həmin hərbi hissələrdə qanunla nəzərdə tutulmuş qaydada xidmət keçmiş hərbi qulluqçulara verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar