Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-616/2023 23.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızınınsədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs Bədəlova (Nəcəfova) Asudə Qəribxan qızının və Əliyeva (Nəcəfova) Gülnarə Qəribxan qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 nömrəli qərarı ilə ona və ailə üzvlərinə ayrılmış Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-556 Kod 80500018 saylı Dövlət Aktı ilə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,45 ha torpaq sahəsinin müvafiq akt tərtib etməklə naturada göstərilməsini cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə Masallı şəhərində, X9 açıq məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 nömrəli qərarı ilə ona və ailə üzvlərinə ayrılmış Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-556 Kod 80500018 saylı Dövlət Aktı ilə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,45 ha torpaq sahəsinin müvafiq akt tərtib etməklə naturada göstərilməsini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-616/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Bədəlova (Nəcəfova) Asudə Qəribxan qızı və Əliyeva (Nəcəfova) Gülnarə Qəribxan qızı adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 nömrəli qərarı ilə atası, anası və bacıları ilə birlikdə İddiaçı Masallı rayonu Ərkivan qəsəbəsində 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaqla bağlı onlara Torpağa mülkiyyət hüququna dair JN-556 Kod 80500018 saylı Dövlət Aktı verilmişdir. Son vaxtlar həmin torpaq sahəsindən istifadə ilə bağlı yaranmış narazılığa görə qeyd olunan torpağın yerləşdiyi ərazini dəqiqləşdirmək zərurəti yarandığından İddiaçı bu barədə cavabdeh qruma müraciət etmişdir. Lakin cavabdehin 10 iyun 2022-ci il tarixli məktubundan görünür ki, ərazidə qonşu ilə aralarında yaranmış narazılığa görə müraciətinin təminindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı 23 may 2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək JN-556 saylı dövlət aktında Masallı rayonu Ərkivan qəsəbəsində olan 0.45 ha pay torpaq sahəsinin naturada göstərilməsini xahiş etmişdir. X14 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 10 iyun 2022-ci il tarixdə **********5 saylı məktubla bildirilmişdir ki, ləğv olunmuş DT və XK-nin təqdim etdiyi elektron məlumat bazası ilə torpaqların elektron kadastr uçotu arasında, eyni zamanda naturada uyğunsuzluq var və qonşu ilə mübahisə halları mövcuddur.Torpaq mübahisəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən aidiyyəti üzrə Məhkəməyə müraciət edilə bilər“Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır.Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxslər Bədəlova (Nəcəfova) Asudə Qəribxan qızının və Əliyeva (Nəcəfova) Gülnarə Qəribxan qızı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə etiraz etmədiklərini, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, onun nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 8 saylı Cəlilabad Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubunda göstərilmişdir ki, ləğv olunmuş DT və XK-nin təqdim etdiyi elektron məlumat bazası ilə torpaqların elektron kadastr uçotu arasında, eyni zamanda naturada uyğunsuzluq var və qonşu ilə mübahisə halları mövcuddur.Torpaq mübahisəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən aidiyyəti üzrə Məhkəməyə müraciət edilə bilər. İş materialında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, Masallı rayonu, Ərkivan Kolatan kəndində qeydiyyatdadır. İş materialında olan JN-556 KOD 80500018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X6, X8, X7 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0,45 hektar torpaq sahəsi verilmişdir. İş materialında olan Masallı rayon Dövlət Arxivinin 25 avqust 2022-ci il tarixli 283 nömrəli məktubunda göstərilmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən, X4 və onun ailəsinə 0.45 ha torpaq sahəsinin verilməsi barədəki, Masallı AİK-nın xx.xx.1998 il tarixli 65 saylı qərarının və həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin sənədləri Masallı RDA-nə verilmədiyindən, X6 və onun ailə üzvlərinin adına verilmiş JN-556 nömrəli, KOD80500018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və həmin Dövlət Aktının verilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir. Əlavə olaraq bildirilmişdir ki, Masallı RDA-nin 1,5 ştat vahidi var (1-müdir, 0,5 xadimə). Masallı RDA-nin müdiri, Masallı rayin İHB-nın xx.xx.2022-ci il tarixli 79 saylı əmri ilə, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi növbəti əmək məzuniyyətində olduğundan və müdiri əvəz edəcək ştatın olmamasından cavablandırılması geçikdirilə bilər. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********61 nömrəli məktubunda göstərilmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 nömrəli Qərarının və Masallı rayonu Ərkivan kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından X6 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surətinin verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. İş materialında olan Masallı rayon Dövlət Arxivinin 10 noyabr 2022-ci il tarixli 389 nömrəli məktubunda göstərilmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən, X4, onun ailə üzvləri İddiaçı və digərlərinə aid 0.45 ha torpaq sahəsinin verilməsi barədəki, Masallı AİK-nın xx.xx.1998ci il tarixli 65 saylı qərarının və həmin qərarın qəbul edilməsinə əsas olansənədlərin, adlı siyahıların və s təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanımız xaricindədir. İddiaçıların hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X6, X8, İddiaçı, X7, X1 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.45 hektar torpaq sahəsinin cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi, başqa sözlə, ölçülüb iddiaçıya tanıtdırılmasıdır. Cavabdeh orqan tərəfindən isə iddiaçıların tələbindən imtina edilərək, ləğv olunmuş DT və XK-nin təqdim etdiyi elektron məlumat bazası ilə torpaqların elektron kadastr uçotu arasında, eyni zamanda naturada uyğunsuzluq var və qonşu ilə mübahisə halları mövcud olduğunu bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və onun ailə üzvləri 0.45 ha torpaq sahəsinin mülkiyyətçiləridir. Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X6, X8, İddiaçı, X7, X1 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.45 hektar torpaq sahəsi verilmişdir. Bu barədə torpağa mülkiyyət hüququna dair JN-556 nömrəli (kod ********) dövlət aktı verilmişdir. Torpağın mülkiyyətçisi qismində iddiaçı torpaq sahəsinin yerində müəyyən edilməsı, mərzçəkmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra — inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı və üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-414/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X6, X8, İddiaçı, X7, X1 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.45 hektar torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin tanıdılması, müəyyənləşdirilməsi və s.) öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X6, X8, İddiaçı, X7, X1 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.45 hektar torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin tanıdılması, müəyyənləşdirilməsi və s.) öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-616/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-616/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver