Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-617/2024 06.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Cavabdeh qarşı “Masallı şəhəri, Dadva küçəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət hesabına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Cavabdeh qarşı “Masallı şəhəri, Dadva küçəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət hesabına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Masallı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Cavabdeh qıznın Masallı şəhəri, Dadva küçəsində yerləşən tikinti obyektində icazəverici sənəd təqdim etmədən özbaşına tikinti işlərini apardığı aşkarlanmışdır. Nəzərinizə çatdırırıq ki, həmin işlərin layihə sənədləri ekspertizadan keçirilmədən aparılması, qeyd olunan binanın istismarına və orada işləyən və ya toplanan insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 27 yanvar 2020-ci il tarixli 0051 nömrəli Qərar verilərək, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsi tələblərinin pozulması bildirilmiş və həmin pozuntu aradan qaldırılması ilə bağlı müəyyən müddət ərzində müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Bununla bağlı, həmin tikinti obyektində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Qərarın tələblərini yerinə yetirilmədən yan divarlarının və dam örtüyü vurularaq tamamlanma işlərinin aparılması aşkarlanmışdır. Yuxarıda göstərilənlərlə əlaqədar qeyd edirik ki, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda onun sökülməsi həmin Məcəllənin 95.1.2-ci maddəsi ilə müəyyən edilir. Bu zaman, yan divarların və dam örtüyünün mövcüdluğu Agentlik tərəfindən məhkəməyə müraciət edilməsim zəruri edir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.2-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda sökülür. Həmin Məcəlləsinin 95.2-ci və 95.3-cü maddəsinə əsasən Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Digər hallarda isə müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının yararlı lığ ı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsi ilə sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların, təhlükəsizliyin və şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci, 95-ci və 97-ci maddələrində (yuxarıda qeyd olunan) “müvafiq icra hakimiyyəti orqanf’nın səlahiyyətlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X3 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 3.1.1-ci maddəsinə əsasən tikintiyə icazə tələb olunan tikinti obyektinin tikintisi, belə icazə alınmadan aparılması aşkar edildikdə, texniki baxış aktı tərtib olunur və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X3 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 2.1.2ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintiyə icazənin tələb olunmasına baxmayaraq, belə icazə alınmadan tikildikdə və həmin tikinti işlərinin dayandırılması barədə Şəhərsalma və Tikinti Məcəllənin 92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi gündən 1 (bir) il ərzində tikintiyə icazə alınmadıqda sökülür. Həmin Qaydaların 5-ci hissəsinə əsasən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq tikinti obyektinin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi tərəfindən ekspertizadan keçirilməlidir. Həmin Qaydaların 1.2ci bəndinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarın surəti Agentlik tərəfindən icra üçün sifarişçiyə, tikinti ərazisinə nəzarət etmək üçün tikintiyə icazə verən orqana (quruma) və yerli polis orqanlarına, həmçinin müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 -ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Halhazırda da qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 3.7-ci bəndinə əsasən dəyişikliklərin aparılması ilə əlaqədar işlənmiş layihə sənədləri müvafiq qaydada ekspertizadan keçirilməlidir. “İnzibatı və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4-cü bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publık) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Masallı şəhəri, Dadva küçəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh qıznın üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Masallı Rayonu İcra Hakimiyyətinin Başçısı Aparatının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli, M-06-1810 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cu ıl tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları na əsasən yeıii səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, Dadva küçəsində rayon sakini Cavabdeh mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 75-ci (tikintiyə icazə verilməsinin ümumi qaydaları) maddələrinin tələbləri kobud şəkildə pozulmaqla özbaşına olaraq 6,0 m x 10,0 m olan 2 mərtəbəli təyinatı müəyyən olunmayan obyektin inşa edilməsi faktı aşkarlanmışdır. Vətəndaşa özbaşına tikililərin dərhal dayandırılması barədə müvafiq xəbərdarlıq edilmişdir. Qeyd olunanları nəzərə alaraq özbaşına tikili barədə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsinə göstəriş verməyi xahiş eetmişdir. İş materiallarında olan Masallı Rayonu İcra Hakimiyyətinin Başçısı Aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-66/2-707/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi çərçivəsində Masallı şəhəri, Dadva küçəsində rayon sakini Cavabdeh mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və 75-ci maddələrinin tələbləri pozulmaqla həndəsi ölçüləri 6.0 m x 10.0 m olan 2 mərtəbəli təyinatı məlum olunmayan obyektin inşa edilməsi faktı aşkarlanmışdır. Tikinti işlərinin dayandırılması barədə müvafiq işlərin həyata keçirilməsi və Qaydalara uyğun olaraq Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə xx.xx.2019-cu il tarixli, M-03-3095 nömrəli məktubla müraciət edilmişdir. Verilmiş məlumata əsasən Nazirliyin Tikintidə X3 Agentliyi tərəfindən tikinti işlərinin dayandırlması barədə 27 yanvar 2020-ci il tarixli, 0051 mömrəli Qərar qəbul edilmişdir. Qanunsuz tikintinin dayandırılması barədə qəbul edilmiş Qərara baxmayaraq vətəndaş tərəfindən tikinti işləri yekunlaşdırılmış, obyektin yerləşdiyi torpaq sahəsinin sərhədindəki uzunluğu 6.0 metr hündürlüyü 2.0 metr olan aqlay üzlüklü hasar da özbaşına olaraq sökülüb götürülmüşdür. Tərəfimizdən Nazirliyin Tikintidə X3 Agentliyinə xx.xx.2020-ci il tarixli M-06-1810 nömrəli və xx.xx.2022-ci il tarixli M-01-2361 nömrəli məktublarala təkrar məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 07 iyun 2024-cü il tarixli, 2-1(120)-617/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, tikilinin sökülməsi və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı cavabdehə ilkin müraciət etməsi ilə əlaqədar sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanıda qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı tikilinin sökülməsi və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin iş materiallarının araşdırılması zamanı məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı cavabdehə ilkin müraciət edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddianın məhkəmə xərclərinin ödənilməsi hissəsi ilə bağlı da tələbin həmin hissəsi ortalıqda çəkilmiş (çəkiləcək) xərcin konkret səbəbi və dəqiq məbləği olmaması baxımından ehtimala və gələcəkdə mümkün ola biləcək hesablamalara söykəndiyindən, habelə bununla bağlı cavabdehə ilkin müraciət edilərək münasibət öyrənilmədən mahiyyəti üzrə araşdırılması inzibati məhkəmə icraatının prinsiplərinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Cavabdeh qarşı “Masallı şəhəri, Dadva küçəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət hesabına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Cavabdeh qarşı “Masallı şəhəri, Dadva küçəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış iki mərtəbəli qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət hesabına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-617/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-617/2024
06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver